www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya.
Psixologiya
229
229
229
229
229
229
229
229
229
VI.19.3.UĢağın məktəbə psixoloji hazırlığı
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, məktəb
yaĢına çatmıĢ uĢaqlar
gerçəkliyi dərk etmək, idrak
proseslərinin inkiĢafı cəhətdən kifayət qədər irəli getmiĢ
olurlar. Bunlar tədris proqramlarını mənimsəmək üçün lazımi
imkan yarada bilirlər. Lakin uĢağın məktəbə psixoloji
hazırlığını təkcə bunlarla məhdudlaĢdırmaq olmaz. UĢaqda
qavrayıĢın,
diqqətin, təxəyyülün, hafizə, təfəkkür və nitqin
inkiĢafı ilə yanaĢı onun müxtəlif fəaliyyət növlərini,
xüsusilə
təlim fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirməsi üçün bir
sıra keyfiyyətlərə yiyələnməsi də zəruridir.
Həmin tələblərə aĢağıdakıları aid etmək olar: uĢağın
ümumi fiziki inkiĢafı, kifayət qədər bilik ehtiyatına malik
olması, özünəxidmət «məiĢət» vərdiĢlərinə
yiyələnməsi,
ünsiyyətə girə bilmək bacarığı, mədəni davranıĢ, sadə əmək
vərdiĢlərinə, nitqə, əsas psixi funksiyaların zəruri inkiĢaf
səviyyəsinə, koqnitiv və əqli inkiĢaf səviyyəsinə yiyələnmək,
əməkdaĢlıq etməyi bacarmaq, davranıĢın ixtiyariliyi, oxumağa
arzu və maraq.
Burada qavrayıĢ, diqqət, hafizə, təfəkkür, nitq, iradə və
s. kimi əsas psixi funksiyaların inkiĢaf səviyyəsi xüsusi yer
tutur.
Bəs məktəbə psixoloji hazırlıq
üçün bütün bu qeyd
olunanların inkiĢaf səviyyəsi necə olmalıdır?
Burada birinci növbədə sensor (duyğu və qavrayıĢın)
inkiĢafının müvafiq səviyyədə olması zəruridir. UĢağın
qavrayıĢının seçiciliyi, mənalılığı, predmetliliyi lazımi
səviyyədə olmalıdır. Məktəbə daxil olan uĢaq cisimlərin və
onların xassələrinin identikliyini müəyyənləĢdirməyi bacar-
malıdır. UĢaq
rəngləri, cisimlərin forma və həcmini fərq-
ləndirməyi bacarmalıdır. Təcrübə göstərir ki,
çox vaxt