MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə407/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   403   404   405   406   407   408   409   410   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
224 
224 
özünü göstərir. Bağça yaĢının sonunda uĢaqlar onları 
maraqlandıran 
obyektlərin 
xassələrini 
daha 
tez 
müəyyənləĢdirmək, bir əĢyanı baĢqasından fərqləndirmək, 
onların arasında mövcud olan əlaqə və münasibətləri aĢkara 
çıxarmaq imkanı əldə edirlər. Nəticədə zahiri perseptiv iĢlər 
əqli iĢlərə çevrilməyə baĢlayır. Psixoloqlar belə qənaətə 
gəlmiĢlər ki, (L.A.Venqer) qavrayıĢla bağlı olan qabiliy-
yətlərin əsasını perseptiv iĢlər təĢkil edir. Bu cür 
qabiliyyətlərin keyfiyyəti uĢağın xüsusi perseptiv etalon 
sistemini mənimsəməsindən asılıdır. QavrayıĢ zamanı bu cür 
etalonlar həndəsi füqurlar, rənglər və s. ola bilər. 
Böyük bağça yaĢı dövründə uĢaqlarda ətraf aləmin 
qavranılması geniĢlənir və dərinləĢir. Bu dövrdə qavrayıĢ 
uĢaqlara yaĢlıların həyatına qoĢulmağa, nüfuz etməyə imkan 
verir. Bununla bərabər böyüklərlə ünsiyyət qavrayıĢın 
məzmununu zənginləĢdirir. 
Tədricən bağça yaĢı dövründə ixtiyari qavrayıĢ inkiĢaf 
edir, müĢahidə və müĢahidəçilik özünü göstərməyə baĢlayır. 
Böyüklər, tərbiyəçilər uĢaqların qarĢısına məqsəd qoyur, 
onları ətraf aləmdəki daha mühüm cəhətləri qavramağa 
yönəldir, onlara müĢahidə etməyi öyrədirlər. Məhz buna görə 
də böyük bağça yaĢlı uĢaqlar öz qavrayıĢlarını daha uzun 
müddət idarə edə bilirlər. 
Bağça yaĢı dövründə uĢaqlarda qavrayıĢın, müĢahi-
dəçiliyin inkiĢafında oyun aparıcı fəaliyyət növü kimi xüsusi 
əhəmiyyət kəsb edir. Bu cür oyunlar içərisində didaktik 
oyunlar xüsusi yer tutur. 
Bu dövrdə uĢaqlarda qavrayıĢın inkiĢafında rəsm, yap-
ma, quraĢdırma da mühüm rol oynayır. UĢaq nəyisə çəkmək, 
nəyinsə füqurunu yapmaq üçün birinci növbədə onu diqqətlə 
müĢahidə etməli, onun konturunu, rəngini müəyyənləĢdirməli 
olur. Bütün bunlar uĢağı müĢahidə etməyə təhrik edir, ixtiyari 
qavrayıĢın inkiĢafına təkan verir.
Bağça yaĢı dövründə qavrayıĢla yanaĢı olaraq
 
diqqətin
təkmilləĢməsi prosesi də baĢ verir. Bu yaĢ dövrünün əvvəlində 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   403   404   405   406   407   408   409   410   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin