MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə544/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   540   541   542   543   544   545   546   547   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
366 
366 
bilmirlər. Ona görə də bu cür müəllimlərin Ģagird kollektivini 
idarəetmələri çətinləĢir. Bu cür müəllimlər arasında avtoritar 
rəhbərlik üslubuna malik olanlar tez-tez özünü göstərir. 
Bununla yanaĢı həmin qrupa daxil olan müəllimlər arasında 
müəyyən miqdarda demokratik və ardıcıl olmayan rəhbərlik 
üslubuna malik olan müəllimlərə də rast gəlmək mümkündür.
Dördüncü qrupa
 
gəldikdə, buraya daxil olan müəl-
limlər Ģagirdlərlə çox məhdud iĢgüzar ünsiyyətlə kifayət-
lənirlər. Bu cür müəllimlər Ģagirdlərlə ünsiyyətə can 
atmadıqları kimi, dərs dedikləri Ģagirdlər də onlarla yaxın 
ünsiyyətə, ürək sözlərini deməyə, onlarla məsləhələĢməyə 
meyl göstərmirlər. Bu qrupa, əsasən avtokratik və etinasız 
rəhbərlik üslubuna malik olan müəllimlər daxil olurlar. 
Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi də 
mühüm vasitə rolunu oynayır. Adətən, müəllimin tutduğu 
mövqe onun ünsiyyətinə əsaslı təsir göstərir. Psixoloji 
ədəbiyyatda qeyd olunduğu kimi, müxtəlif üsluba malik olan 
kommunikativ qarĢılıqlı təsir müəllimin dərsdə Ģagirdlərlə 
ünsiyyətində bir sıra davranıĢ modelinin meydana gəlməsinə 
səbəb olur. Psixoloqlar (L.D.Stolyarenko və b.) Ģərti olaraq bu 
modellərə aĢağıdakıları aid edirlər: 
1.Diktator modeli («Monblan»). 
Bu cür müəllimlər 
dərs dedikləri Ģagirdlərdən (tələbələrdən) bir növ təcrid 
olunurlar. Onlar yalnız Ģagirdlərə (tələbələrə) bilik vermək, öz 
hazırlıq səviyyələrini nəzərə çarpdırmağa çalıĢırlar. ġagirdlər 
onun üçün yalnız adi dinləyici kütləsi olur. Onların arasında 
heç bir qarĢılıqlı təsir mövcud olmur. Müəllimin pedaqoji 
funksiyası yalnız məlumat verməklə məhdudlaĢır. 
Nəticədə – psixoloji təmas olmur, buradan isə Ģagirdin, 
tələbənin təĢəbbüskarsızlığı, passivliyi yaranır. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   540   541   542   543   544   545   546   547   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin