www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya.
Psixologiya
367
367
367
367
367
367
367
367
367
rolunu tərəflərdən birinin əməkdaĢlıq arzusunun olmaması,
məĢğələnin
dialoq xarakterində deyil, yalnız məlumatı
çatdırmaqla məhdudlaĢması, müəllimin qeyri-ixtiyari olaraq
öz statusunu qeyd etməsi və s. oynaya bilər.
Bu cür
müəllimlər öz mövqeləri ilə hər cür baĢqa mülahizələri rədd
edirlər.
Nəticədə – müəllimin Ģagirdlərlə (tələbələrlə)
zəif qar-
Ģılıqlı təsiri, Ģagirdlərin müəllimə qarĢı laqeyd münasibəti
özünü göstərir.
3.Fərqləndirici diqqət modeli («Lokator»).
Bu cür
müəllimlər Ģagirdlərə seçici münasibət bəsləyirlər.
Onlar
bütün sinfə deyil, məsələn, yalnız talantlı
və yaxud zəif
Ģagirdlərə diqqət yetirirlər. Bu cür ünsiyyət modelinin
yaranmasının səbəblərindən biri dərs dediyi Ģagirdlərin təli-
minin fərdiləĢdirilməsi ilə frontal yanaĢmanı əlaqələndirə
bilməməsi ola bilər.
Nəticədə – müəllim-Ģagird
kollektivi sistemində qar-
Ģılıqlı təsir aktı pozulur.
4.Hiporefleks modeli («Tetra quĢu»).
Bu cür müəl-
limlər ünsiyyət zamanı sanki özlərinə qapılırlar.
Özlərini
dinləməyə meyllidirlər. Onların nitqi ən çox monoloji xarakter
daĢıyır. DanıĢarkən o, yalnız özü-özünü eĢidir,
dinləyicilərə
heç cür reaksiya, fikir vermir. Birgə iĢ zamanı
da özünə
qapılmıĢ olur.
Nəticədə – öyrədən və öyrənənlər arasında qarĢılıqlı
təsir praktik olaraq mövcud olmur. Müəllim və Ģagirdlər
(tələbələr) arasında psixoloji vakuum sahəsi yaranır. Ünsiyyət
prosesinin tərəfləri bir-birindən təcrid olunurlar.
Dostları ilə paylaş: