Maliyyə hesabatı


I BÖLMƏ. MALİYYƏ HESABATININ NƏZƏRİ VƏ METODİKİ ƏSASLARI



Yüklə 3,18 Mb.
səhifə5/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

I BÖLMƏ. MALİYYƏ HESABATININ NƏZƏRİ VƏ METODİKİ ƏSASLARI







I FƏSİL. MALİYYƏ HESABATINA GİRİŞ


    1. Bazar iqtisadiyyatında maliyyə hesabatının təyinatı


    2. Azərbaycanda dünya praktikasında maliyyə hesabatının normativ tənzimlənməsi.
    3. Maliyyə hesabatının tərkibi


    4. Maliyyə hesabatından istifadə edənlər
    5. Maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırıl- masının zəruriliyi


    6. Maliyyə hesabatının MHBS-na uyğun transformasiyası

    1. Bazar iqtisadiyyatında maliyyə hesabatının təyinatı


Müasir dünyada informasiyanın rolu dönmədən artmaqdadır. Sahib- karlıq fəaliyyətində mənfəətin əldə edilməsində və kapitalın artımında öz əksini tapan işğüzar müvəffəqiyyət iqtisadi informasiyaların keyfiyyətindən asılıdır. İnvestisiya qərarlarının qəbulu, müştərilərin, malsatanların və diğər işğüzar partnyorların seçilməsi üçün məlumatların tamlığı və etibarlılığı mühüm şərtdir.


Mühasibat hesabatı dedikdə, istifadəçi üçün qəbul ediləsi görünüşdə təqdim olunan informasiyalar başa düşülür.
Məlum olduğu kimi, hesabat adətən kağız üzərində tərtib edilərək, kağız daşıyıcısı formasında təqdim edilir. Lakin müasir dövrdə hesabat həm elektron formada, həm də digər formalarda tərtib oluna bilər.
Mahiyyətinə görə hesabat, təşkilatın və bazarın digər subyektlərinin əla- qələndirici həlqəsi hesab olunur. Eyni zamanda müxtəlif dövrlərdə tərtib edilən hesabatla qanunvericiliklə təsbit olunan hesabatları digər mühasibat hesabatları ilə eyniləşdirmək olmaz. Dövri və qanunvericiliklə təsbit olunan hesabatlar, hər şeydən əvvəl, dövlətin ehtiyaclarını ödəyir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmayan, lakin daxili ehtiyaclara yönəldilən bəzi informasiyaları da hesabat formasında qruplaşdırmaq lazım gəlir. Belə hesabatlardan adətən idarəetmə məqsədləri üçün istifadə olunur.

Mühasibat uçotunun əsrlər ərzində bir neçə qarışıq fənlərə bölünməsi mühasibat hesabatları ilə eyni olan, lakin qarşıq fənləri əhatə edən hesa- batların tərtib edilməsi imkanlarını meydana gətirmişdir. Bütün bunlar, – statistika, audit, iqtisadi təhlil, hamısı özlüyündə informatik iqtisadi sistemi əhatə edir. Buna görə də həmin fənlərin məlumatları əsasında hesabatların formalaşması mahiyyət etibarilə mühasibat hesabatlarının formalaşmasından fərqlənmir. Belə hesabatlara misal olaraq statistik, auditor və başqa hesa- batları qeyd edə bilərik. Əgər uçotun maliyyə və idarəetmə uçotuna bölün- məsi qəbul etsək, onda dövri hesabatları maliyyə hesabatlarına, daxili istifa- də üçün nəzərdə tutulan hesabatları isə idarəetmə hesabatlarına aid edil- məlidir.


Hesabatın tərtibi müəyyən vaxt kəsiyi ərzində (ay, rüb, altı ay, il) müəs- sisənin təsərrüfat fəaliyyətinin son mərhələsi, eyni zamanda mühasibat uço- tunun yekunu hesab olunur. Maliyyə hesabatının göstəriciləri müəssisənin fəaliyyətinin təkcə cari vəziyyətini deyil, həmçinin onun keçmiş hesabat dövrlərinə aid olan informasiyaları əks etdirir. Ona görə də hesabatdan isti- fadə edən şəxs cari informasiyaları keçmiş hesabat dövrünün informasi- yaları ilə müqayisə etmək imkanlarına malik olur.
Hər bir istifadəçi maliyyə hesabatında bilavasitə onu maraqlandıran müəyyən məlumatları tapa bilir. Daha konkret desək, kimisə müəssisənin mənfəətlə və ya zərərlə işləməsi, kimisə onun kreditorlara nə qədər bor- cunun olması və s. maraqlandırır. Hesabatda belə informasiyaların istifadəçi tərəfindən tapılaraq, mövcud şəraitə uyğun qiymətləndirilməsinə hesabatın “oxunması” deyilir. Hesabatı müxtəlif şəkildə “oxumaq” olar.
Bütün hallarda burada verilən rəqəmlərin izahı müəyyən çətinliklər ya- radır. Müəssisənin təsərrüfat fəaliyyəti haqqında tam açıqlanmış mənzərəyə nail olmaq üçün iqtisadi təhlilin instrumentariyasından istifadə edə bilmək çox vacibdir.
Maliyyə hesabatı istifadəçiləri faydalı informasiyalarla həqiqətən təmin edə bilmək üçün keyfiyyətli tərtib olunmalı, onda bütün zəruri informa- siyalar verilməlidir. Aydın məsələdir ki, istifadəçilərə verilən informasiya- ların qaneedici olmaması biznes üçün çox ciddi əngəllər törədir. Müasir dövrdə müəssisənin maliyyə hesabatında hansı informasiyaların verilməsi mühasibat uçotu və maliyyə hesabatının standartları ilə tənzimlənir.



    1. Yüklə 3,18 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin