Manaf süleymanov



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
#31627
  1   2   3   4   5   6   7   8   9   ...   17
KY0000435



 
MANAF SÜLEYMANOV 
 
 
 
 
 
 
EŞİTDİKLƏRİM 
OXUTDUQLARIM   
GÖRDÜKLƏRİM 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI 
BAKI - 1987 
 
downloaded from KitabYurdu.org


 
S (AZ) 2  
S  97 
  
 
 
 
İxtisas redaktoru 
tarix elmləri namizədi 
Məsid Katibli 
  
 
 
 
 
 
 
Süleymanov M. F. 
S 97 
Eşitdiklərim, oxuduqlarım,  gördüklərim: 
B.: Azərnəşr, 1987. - 320 səh. 
 
Azərbaycan  Sovet  yazıçısı  M.  Süleymanovun  «Eşitdiklərim, 
oxuduqlarım,  gördüklərim»  kitabı  Bakının  qədim  keçmişindən,  inqilab 
dövründə  «neft  səltənətində»  baş  verən  hadisələrdən,  Bakının  keşməkeşli 
günlərindən bəhs edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
S    4202060200-23    179-86 
          M-651- 87 
S (Az) 2 
 
© Azərnəşr,  1987 
downloaded from KitabYurdu.org


 
BİR NEÇƏ SÖZ 
 
Elə yazıçılar var ki, bütün ömürləri boyu ancaq bir mövzuya müraciət 
edirlər. Manaf Süleymanovun da qələminə ən çox yatan mövzu fəhlə həyatıdır, 
qurub-yaradan əmək adamlarının ömür-günüdür. 
Bu  mövzu  qocaman  yazıçının  bütün  yaradıcılığının  əriş-arğasını, 
mayasını  təşkil  edir.  O,  ədəbiyyata  əllinci  illərdə  neft  kəşfiyyatçılarının 
həyatından  bəhs  edən  «Yerin  sirri»  romanı  ilə  gəldi.  Bir  az  sonra  dəniz 
neftçilərinin qəhrəmanlıq mübarizəsindən, fədakarlığından bəhs edən «Dalğalar 
qoynunda»,  «Fırtına»,  Daşkəsən  filizçilərinin  həyatını  işıqlandıran  «Zirvələr» 
romanlarının müəllifi kimi tanındı. Bu əsərlərlə Ümumittifaq oxucuları da tanış 
oldular  -  «Yerin  sirri»  romanı  alınan,  çex,  slavak,  rumın  və  dünyanın  bir  çox 
başqa  dillərinə  tərcümə  olundu.  Manaf  Süleymanovun  oxucuların  ixtiyarına 
verilən  bu  növbəti  kitabı  da  Bakının  qədim  keçmişindən,  inqilab  dövründə 
«neft  səltənətində»  baş  verən  hadisələrdən,  neft  böhranından,  XIX  əsrin  sonu, 
XX əsrin başlanğıcında Bakının son dərəcə  mürəkkəb, ziddiyyətli, keşməkeşli 
günlərindən bəhs edir. 
Əsərdə  təsvir  olunan  hadisələrin  əksəri  müasir  oxucu  üçün  xüsusi 
maraq  təşkil  edir;  o,  bir  tərəfdən  gəmisi  əlindən  çıxdığı  üçün  havalanmış 
kapitalistlə, digər tərəfdən güllə yağışı altında Bakıdan Həştərxana qayıqla neft 
daşıyan  inqilabçılarla,  beynəlxalq  neft  inhisarçılarına  «yarınan»,  fəhlələrin 
beynəlmiləl  birliyini  zəiflətməkçün  milli  qırğın  törədən  ikiüzlü  millətçilərin 
çürük mənəviyyatları ilə qarşılaşır. 
Manaf  Süleymanovun  əsərində  kapitalizmə  xas  olan  mənəvi 
eybəcərliklər,  o  cümlədən  neft  qatlarının  vəhşicəsinə  istismarı  özünün  dolğun 
əksini tapmışdır. Burada sinfi təbəqələşmənin incəliyi də obrazlı şəkildə təqdim 
edilmişdir. Onun əsəri nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şeydən 
əvvəl,  həyat  həqiqətidir.  Bakıda  kapitalizmin  yaranmasından  başlamış,  onun 
süqutuna  qədər  bədii  salnamə  şəklində  verilmiş  bu  əsərdə  biz  o  dövrün 
əlamətdar  hadisələri,  müxtəlif  taleli  adamları  ilə  görüşürük.  Çoxdan  həyatdan 
köçmüş  bu  adamlarla  biz  əsərin  köməyi  ilə  yenidən  qarşılaşırıq.  Kitabı 
oxuyarkən bu adamların taleləri səni təkrar-təkrar düşündürür, adama elə gəlir 
ki,  onların  hamısı  -  atadan  miras  qalmış  mülkü  qumarda  uduzub  «işlər 
şuluqdur, gərək özümü yığışdıram» deyək vecsiz övlad da, «imzasını qoymuş 
miləl  övraqi-həyat,  yox  millətimin  xətti  bu  imzalar  içində»  deyən  böyük  şair 
də,  faciəvi  şəkildə  öldürülmüş  görkəmli  aktyor  da  səninlə  həmsöhbətdir.  O 
dövrün  möhtəşəm  sarayları,  imarətlər,  qumarxanalar,  gecə  klubları,  neft 
fontanları,  havayı  yerə  axıb  tökülən  «qara  qızıl»  çayları,  bazarlar, 
karvansaralar,  yanğınlar, tətillər, nümayişlər, qanlı toqquşmalar  -  əsrin təzadlı 
hökmü, zəmanənin siması idi. 
Kitab   «Eşitdiklərim,   oxuduqlarım,   gördüklərim» adlanır. 
downloaded from KitabYurdu.org


 
Əsərin  jurnal  variantı  («Azərbaycan»,  1984-cü  il,  №  3-4)  rəğbətlə 
qarşılanmışdı.  səbəbi  aydındır.  Bugünkü  böyük  sosial  tərəqqinin  qaydaları 
qədim  və  ulu  keçmişimizdən  axıb  gəlir.  Gələcək  nəsillər  istiqbala  dünənin  və 
bu  günün  maddi  və  mənəvi  körpüsü  üstündən  keçib  gedəcəklər,  bunların 
hamısı birlikdə böyük vətəndaşlıq məktəbidir. 
 
BAYRAM TAHİRBƏYOV,  
professor 
 
 
downloaded from KitabYurdu.org


 
BAKININ KÖHNƏ MƏHƏLLƏLƏRİ 
VƏ  TİCARƏT  MƏRKƏZLƏRİ 
 
İmzasını   qoymuş   miləl  övraqi-həyatə,  
Yox   millətimin   xətti  bu  imzalar  içində. 
 
Məhəmməd   hadi 
 
Var   millətimin   xətti  bu   imzalar  içində. 
 
M. S. 
 
Bakı  şəhərinin  tarixi  çox  qədimdir,  onun  adına  hələ  miladdan  qabaq 
yazılmış  əsərlərdə  rast  gəlinir,  burda  əl  quyuları  vasitəsilə  neft  çıxarmaq, 
şoranlıqlardan duz istehsal etmək, zəfəran becərmək barədə qədim sənədlərdə 
də qeydlər var. Yunan, ərəb, fars, rus və Avropa səyyahları və alimləri Bakıdan 
dəvə  karvanları  ilə  tuluqlarda  başqa  ölkələrə  neft  daşınmasını  öz  əsərlərində 
göstərirlər. Şəhəri araya alan qala hasarları istilahlar vaxtı dəfələrlə dağıdılmış, 
sonralar yenidən bərpa edilmişdir. Bakının gah bir-birindən aralı üç, gah iki, ən 
axırda  XIV  əsrdən  indiyə  qalan  hissəsini  hasara  alıblar.  Bəzən  qalanın  iç 
tərəfində  enli,  dərin  xəndəklər  qazılar  və  dənizlə  birləşdirilərdi,  gündüzlər 
gediş-gəliş  asma  körpülərlə  olardı.  Axşam  qaranlıq  düşəndə  körpünü 
qaldırardılar. Qala divarları üstündə gözətçilər gəzərdi. Dəniz tərəfdə də, eynilə 
hündür hasar ucalardı. Bir sözlə, şəhər üzük qaşı kimi araya alınmışdı. 
Bakı əsrlər boyu şərq, cənub və şimal qonşuları ilə ticarət etmişdir. Bu 
əlaqə həm karvan yolları, həm də dəniz vasitəsilə olmuşdur. Bizim dövrümüzə 
qədər  İçərişəhərdə  qalmış  «Buxaralılar  karvansarası»  və  «Hindistanlılar 
karvansarası» sübut edir ki, Bakı XIV-XVI əsrlərdə Orta Asiya və Hindistanla 
geniş  ticarət  etmişdir.  Bakının  hərtərəfli  inkişafı,  onun  adının  bütün  dünyada 
məşhur olması, əlbəttə, XIX əsrin ikinci yarısından, 70-ci illərdən başlayır. Bu 
da neft sənayesinin inkişafı ilə bağlıdır. 
Bakı  quberniya  mərkəzinə  (1859)  çevriləndə  əhalisi  təxminən  yeddi 
minə yaxın idi. Şəhər Qala divarları içərisindəydi. Küçələr darısqal, əyri, evlər 
bir-iki  mərtəbəli...  Diqqəti  cəlb  edəcək  üç  böyük  bina  vardı.  Təpədə 
«Şirvanşalılar  sarayı»,  «Qoşa  qala»  qapısı,  yaxud  «Şamaxı  darvazaları» 
yanında  Bakı  xanlığının  sarayı,  bir  də  əfsanəvi  Qız  qalası.  Onun  tikilməsi 
barədə  müxtəlif  rəvayət  və  ehtimallar  var.  Deyilənlərə  görə,  Qız  qalası  çox 
qədim zamanlarda ulu  babalarımız  tərəfindən tikilib. İlk adı  «Gözətçi qülləsi» 
imiş,  damda  gecə-gündüz  növbətçilər  dənizə  baxır,  düşmən  gəmilərinin 
hərəkətini  izləyirmişlər.  Pis  havalarda  ticarət  və  sərnişin  gəmilərinə  istiqamət 
vermək  üçün  damda  tonqal  qalayarmışlar.  Get-gedə  adını  qısaldıb  eləyirlər 
downloaded from KitabYurdu.org


 
«Göz qüllə», sonra da gah amansız düşmənə qarşı sarsılmaz, qorxunc müdafiə 
bürcünə,  nəhayət,  bütün  maneələrə  qələbə  çalan  sevgi,  məhəbbət  abidəsinə  - 
«Qız  qalası»na  çevirirlər.  Deyilənlərə  görə,  Qız  qalasından  yerin  altı  ilə  üç 
istiqamətə -  Ramana qalasına, Bibiheybət  məscidinə, Yasamal dərəsinə - Qurt 
qapıya yol gedirmiş. 
Bakı  öz  odu,  öz  alovu  ilə  atəşpərəstlərin  ən  müqəddəs  ziyarətgahına 
çevrilir.  Dünyanın  hər  yerindən  öz-özünə  alışan,  yanan  ocağa  ziyarətə 
gəlirdilər.  Şübhəsiz,  bütün  bunlar,  Bakının  o  dövrdə  mədəniyyət  ocağı 
olduğunu sübut edir. Bakıda üç atəşgahın olması təsadüfi deyil. Atəşgahlardan 
biri  Suraxanıda,  digəri  «Pirallahı»da  (indiki  Artyom  adası),  üçüncüsü  isə 
Şubanı dağında idi. 
Şubanı  dağındakı  Atəşgah  məbədi  atəşpərəstlərin  ən  böyük,  ən 
müqəddəs ziyarətgahı hesab edilirmiş. O aradakı torpaqlar Abdal dərviş adlı bir 
şəxsin  imiş.  Abdal  dərviş  dayaz  quyular  qazdırar,  oradan  çıxardığı  nefti  satıb 
ehtiyac  içində  olan  kasıblara,  xəstələrə,  yiyəsiz  uşaqlara  və  dul  arvadlara 
kömək edərmiş. Şubanı Atəşgahını ötən əsrin axırlarında dağıdırlar. 
On  doqquzuncu  əsrin  əllinci  illərinin  axırında  Bakıya  səyahətə  gələn 
məşhur  fransız  yazıçısı  Aleksandr  Düma  (rəssam  Mone  ilə  bərabər)  «Qafqaz 
səfəri» adlı əsərində Suraxanıdakı Atəşgahı gördüyünü belə təsvir edir: 
«...Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun 
yarıdan çoxu dəniz qırağı ilə uzanır. Sola burulub alçaq çökəklik və təpələrdən 
keçir.  Mənzil  başına  çatmağımız  iki    saat  çəkdi.  Təpəliyə  qalxdıqda  qarşıda 
təsəvvürə  gəlməyən  qəribə  bir  mənzərə  açıldı.  Atəşgah  dövrəsindəki  binalar, 
tüstü  və  alov  sovuran  yüzlərlə  irili-xırdalı  ocaqlar  ovuc  içi  kimi  görünürdü. 
Onlar bir kvadrat liyalu
*
 sahədə yerləşirdi. Külək əsdikcə alov zolaqları, dilləri 
sanki  qəribə  rəqslər  edir,  gah  bulaq  təki  qaynayır,  gah  dalğa  təki  yan-yörəyə 
hücum  edib  şahə  qalxır,  gah  da  gözlənilmədən  ucalırdı.  Elə  bir  təsəvvür 
oyanırdı  ki,  külək  alovla  oynayır,  onlar  bir-birinə  sarılır,  sonra  qəfildən 
«əlbəyaxa» olurlar. Külək nə qədər cəhd edirdisə odu, alovu söndürə bilmirdi. 
Havaya qalxan alov  əhənglənmiş binanı, onun divarlarını işıqlandırır, daha da 
nəzərə çarpdırırdı. Elə təsəvvür oyanırdı ki, bina özü də tərpənir. Binanın içəri 
tərəfində dövrələmə düzəldilmiş ocaqlardan şölələnən qaz iri məşələ oxşayırdı. 
Bu ocaqların hər birisinin yan tərəfində dördkünc günbəz vardı. Hər küncdə də 
alov püskürürdü. Binanın sağ tərəfindəki ocaq daha gur yanırdı, daha çox alov 
sovururdu. Günbəzlərin künclərindəki ocaqların alovu nisbətən zəif idi. 
Atəşgaha 
günbatan 
tərəfdən 
yaxınlaşdıq.  Qapı  gün-çıxana 
açıldığından binanın dövrəsində hərlənməli olduq. 
                                                           
*
 Liyalu  - fransızlarda məsafə ölçüsü - 4,5 kilometr. 
 
downloaded from KitabYurdu.org


 
Birdən  gözlərimiz  qarşısında  qeyri-adi,  olduqca  gözəl  bir  mənzərə 
canlandı, ətraf çıraqban oldu. 
Dedilər  ki,  bu  aralar  yalnız  bayram  günlərində,  bir  də  müqəddəs 
ayinlar  vaxtı  belə  çıraqban  olur.  M.  Piqulevski  bizim  xatirimizə  əvvəldən 
kahinlərə xəbər göndərib mərasim hazırlatdırıb. 
Atəşpərəstlər  iki  min  ildən  çoxdur  ki,  təqib  edilirlər.  Onların  bu 
axırıncı yazıq, müti nümayəndələri (mərasimi bizə göstərmək üçün) əllərindən 
gələni əsirgəməyib, indi də əmrə müntəzir durmuşdular. 
Bu mənzərəni görmək istəyən həmvətənlərim bir qədər tələsməlidirlər. 
Çünki  atəşpərəstlərin  ibadətgahında  var-yox  üç  nəfər  adam  qalmışdır,  onların 
da biri qoca, ikisi isə otuz-otuz beş yaşındadır. 
Biz  yan-yörəsindən  alov  sovurulan  qapıdan  dördkünc  həyətə  girdik. 
Ortadakı  günbəzli  səcdəgah  və  onun  hər  dörd  küncündən  əbədi  alov  ucalırdı. 
Səcdəgah  hündürdədir,  beş-altı  pillə  qalxmaq  lazım  gəlir.  Səcdəgahın 
dövrəsində, bayır divarlar boyu iyirmiyə qədər hücrə var, qapıları içəriyə tərəf 
açılır.  Bu  hücrələrdə  vaxtilə  Zərdüştməzhəb  tələbələr  yaşayırmış.  hücrələrdən 
birində taxçada iki büt durur. 
Atəşpərəstin biri kahin paltarını geydi, digəri əyninə köynək sayağı bir 
şəlpə  keçirtdi.  Başladılar  ibadət  etməyə.  İbadət  dedikdə,  bu  səslərin  qeyri-adi 
dəyişməsindən  ibarət  dörd-beş  xromatik  qamma  notasından  başqa  bir  şey 
deyildi.  Sol  və  mi  arasında  təkrarlanır,  tez-tez  də  Brahmanın  adı  çəkilən 
nəğmədir. Kahin arabir  əyilib səcdəyə getdikdə o birisi  əlindəki  cinsləri  bir-
birinə  vururdu. Cins cingilti  ilə bərkdən səslənirdi. 
Mərasim tamam olandan sonra kahin hərəmizə bir parça nabat uzatdı, 
biz də ona bir manat pul verdik. 
Neft  quyularına  baxmağa  getdik.  Ən  dərini  18  metr  idi.  Su  quyusu 
imiş;  birdən  quruyur.  Dibinə  baxmaq  üçün  cındır  parçasını  alışdırıb  quyuya 
atırlar. Birdən alov ucalır; o vaxtdan yanmaqdadır. Yaxınlaşıb quyuya baxmaq 
qorxuludur. Qaz iyindən baş gicəllənə bilər. Vay gicəllənmiş başın halına, daha 
ayaqlar sözə qulaq asmayıb yerdən üzüləcək, düşəcək alov püskürən quyuya. 
Hər  ehtimala  qarşı  quyunu  çəpərə  alıblar.  Başqa  quyuları  dəmir 
şəbəkə  ilə  örtüb  üstünə  də  daş  qoyublar.  İstinin  nəticəsində  daşlar  on-on  iki 
saatda  dönüb  olur  gips.  Daşın  alovdan  gipsə  çevrilməsinə  tamaşa  edirdik  ki, 
Atəşgahın bir kilometrliyindəki Suraxanı kəndinin böyüyü yanımıza gəlib bizi 
çaya dəvət etdi. 
Dəvəti qəbul etdik, faytona minib yola düşdük. 
Əcəb çaydır. Belə təmtəraqlı məclisi təkcə çay mərasimi adlandırmaq 
ən azı insafsızlıqdır. 
Səliqəylə  döşənib  bəzədilmiş  otaqda  bizi  ləzzətli  Azərbaycan 
xörəklərinə qonaq etdilər. Burada dincəlib yatmaq da olardı. 
downloaded from KitabYurdu.org


 
Ev  sahibi  gecələməyimizi  xahiş  etdi.  Mən  məmnuniyyətlə  qalardım, 
amma M. Piqulevski səhər tezdən şəhərdə olmalı idi, vacib qulluq işi vardı. O, 
Bakıya  tək  qayıtmaq  istəsə  də  vicdanım  qəbul  etmədi.  Ev  sahibinə  təşəkkür 
edib gecə saat 11 -də yola düşdük. 
Neapol  solfatorundan  da  üstün  olan  Bakı  solfatoru  Atəşgahının 
yanından keçib Bakıya qayıdırdıq.» 
Bakı  quberniya  mərkəzinə  çevriləndən  sonra  əhalinin  sayı  gündən-
günə artır, kənarda, qalanın ətrafında, pərakəndə halda olan xırda məhəllələrin 
arasına yeni məhəllələr, Fortştat salınır. Qalanın dənizə baxan hasarını dağıdıb 
daşlarını isə salınmaqda olan sahil küçəsinə döşəyirlər. Hasarın qalan hissəsini 
dağıtmaq istəyəndə bundan Tiflisdə Qafqaz canişini xəbər tutur, qədim şəhərin 
daş zirehi alayarımçıq qalır. 
Bakının  ilk  memarlarından  biri  -  Qasımbəy  Hacıbababəyov  olub.  O, 
şəhəri  böyük  ustalıqla  planlaşdırıb,  məhəllələri  elə  layihələşdirib  ki,  rus  və 
Avropa  şəhər  salan  memarları  heyran  qalıblar.  Relyefi,  yerin  topoqrafiyasını, 
dərə-təpə  olmasını  nəzərə  alıb,  küçələri  pilləvari  şəkildə  planlaşdırıb.  Məşədi 
Mirzə  Qafar  adında  başqa  bir  memar  da  binaları  ilhamla,  ustalıqla 
layihələşdiribdir. O, ömrünün otuz ilini bu nəcib sənətə həsr edib. 
Qara  qızıl  diyarı  Bakının  şöhrəti  bütün  dünyaya  yayılır.  Varlanmaq 
üçün  dünyanın  bir  çox  sənət,  peşə  sahibləri  buraya  axışırlar.  Məşhur 
mühəndislər,  memarlar,  alimlər,  kimyagərlər,  texnoloqlar,  inşaatçılar  Bakıda 
mənsəb və dövlət sahibi olurlar. 
Bakı  nefti  təkcə  Azərbaycanın  yox,  bütün  Qafqazın  dirçəlməsinə 
güclü təkan verir. Neftlə əlaqədar əyalətin siması dəyişir, iqtisadiyyatı yüksəlir. 
Uzunluğu 520 kilometr olan Tiflis-Bakı dəmir yolu az bir müddətdə çəkilir və 
1883-cü  ildə  işə  salınır.  Şəhərdən  Sabunçu  və  Suraxanı  mədənlərinə  26 
kilometr  uzunluğunda  dəmir  yolu  il  yarıma  (1878-ci  ilin  axırı  1880-ci  ilin 
əvvəli) çəkilib qurtarır. 
1870-ci ildən başlayaraq şəhərdə inzibati və ictimai müəssisələrin sayı 
artır. Quberniya və münsiflər məhkəməsi təsis edilir. 
İyirminci  əsrin  ilk  illərindən  başlayaraq  Bakıya  varlılar  və  ziyalılar 
gələrdilər,  məşhur  vəkillərin  çıxışlarına,  sual-cavablarına qulaq asardılar. Tez-
tez  Peterburqdan,  Moskvadan,  Tiflisdən,  Kiyevdən  məşhur  vəkillər,  böyük 
qazanc  məqsədilə  Bakıya  köçərdilər.  Vəkillərdən  Makinski,  Bek,  Qarabəy, 
Şatunovski,  Əlimərdanbəy  Topçıbaşev,  Fətəli  xan  Xoyski,  Maklakov, 
Zamaslovski  və  bu  kimi  vəkillərin  çıxış  etdikləri  salona  girmək  mümkün 
deyildi. 
Ən  maraqlı  məhkəmə  prosesi  vəkil  Qarabəyin  iştirak  etdiyi 
mühakimələr  olurmuş.  Bakılılar  ona  «Ayını  ağladan  Qarabəy»  ləqəbi 
qoymuşdu. O, arıq, ucaboydu, geyimi də adi idi: şalvar, arxalıq, üstündən nazik 
toqqa -təkbənd, çuxa, başında karton  üstə  mahud çəkilmiş  drabi, ya da  ki, adi 
downloaded from KitabYurdu.org


 
buxara  dərisindən  papaq  olardı.  Qıvrım  saçları  üz-gözünə  tökülərdi.  Ağıllı 
gözləri  vardı.    Olduqca  sakit,    xoşrəftar...    Yumorla    danışardı.  Tiflisin  və 
Bakının  vəkilləri  biləndə  ki,  tərəf  müqabilləri  Qarabəy  olacaq,  həmin  işdən 
boyun    qaçırardılar.  Bütün  dövlət  qanunlarını,  maddələrini  bir-bir,  senat 
qərarlarını,  nazirlər  sovetinin,  ədliyyə  nazirliyinin,  prokurorluğun,    müqəddəs 
senod    prokurorluğunun  hökm,  təklif  və  sərəncamlarının  il  və  ayını, 
nömrələrini əzbərdən bilirdi. 
Adlı-sanlı vəkillərin hərarətli, emosional, patetik, insani hisslərə güclü 
təsir  edən    gurultulu  çıxışlarından  sonra  Qarabəy    xitabət    kürsüsünə  qalxar, 
çuxasının  yaxalığını  düzəldər,    papağını    götürüb  sağ  əlinin  arıq,    uzun  
barmaqları    ilə  kürsünün    kənarına  vurub  sözə  başlarmış:  «Cənablar, 
dediklərinizin hamısını eşitdik, nitq atəşin idi, soşğun idi, lakin mülki kodeksin 
filan  maddəsi,  ona  əlavə  senatın  filan  tarixli  (ayı,  ili  və  hətta  gününü  qeyd 
etməklə)  qərarına,  ədliyyə  nazirliyinin  filan  tarixli  sərəncamına  əsasən  bu  iş 
belə həll edilməlidir. 
Qarabəy danışdıqca müqabil tərəfin vəkili, vəzifə sahibləri kodeksləri, 
sərəncam,  qərar,  tapşırıq  və  göstərişləri  axtarıb  tapmaq  üçün  tələsə-tələsə 
cildləri vərəqləyirdilər. 
Salonda  olanlar  bu  sadəgeyimli,  təvazökar  vəkilə  hörmət  dolu 
nəzərlərlə  baxar,  məsələnin  necə  həll  ediləcəyini  maraqla  gözləyərdilər;  hamı 
onun hafizəsinə, məntiqinə heyran qalardı; xeyirxahlar da, bədxahlar da. 
Qarabəyin,  Qafqaz  canişini  Voronsov-Daşkovun  Balaxanıda  öz 
mədəni ilə qonşuluqdakı Yetim Hacı Yusifin «Baba bostanı» sahəsini zəbt edib 
hasara  alandan  sonra,  yeri  necə  məharətlə  dala  almağını,  yağlı  tikəni  sərdarın 
boğazından  bağırda-bağırda  çıxarmağını  uzun-uzadı  tərifləyib  öyünürdülər: 
«Zarafat deyil, Qarabəy ayını ağladan mığmığdır». 
Əhvalat  belə  olmuşdu:  «Baba  bostanı»nı  hasara  alandan  sonra  yerin 
sahibi  Yetim  Hacı  Yusif  vəkil  tutub  işi  məhkəməyə  verməyi  qərara  alır  və 
şəhərdə vəkil qalmır ki, müraciət etməsin. Elə ki, vəkil müqabil tərəfin Qafqaz 
sərdarı  olduğunu  eşidirdi,  o  saat  bu  işdən    boyun    qaçırırdı;  hələ  bəziləri 
eyhamla,  zarafatla  deyirmiş  ki,  bu  ayı  ilə  bir  çuvala  girmək  kimi  bir  şeydir, 
adamın üz-gözünü cırmaqlayar, qarnını yırtar, boğar, çətin işdir, arxası Nikolay 
padşaha bağlıdır. 
Axırda mülk sahibi Yetim Hacı Yusif gedir Qarabəyin yanına, yalvarır 
ki, əl mənim, ətək sənin, əlimi kəs, amma ətəyini üzmə. 
Qarabəy  razılaşır,  birbaşa  Peterburqa  (indiki  Leninqrad)  yollanır,  üç-
dörd  ay  əlləşəndən  sonra  Bakıya  senat  komissiyası  ilə  qayıdır.  Komissiya 
üzvlərini  mindirir  iki  faytona,  aparır  düz  Balaxanıya  -  hasara  alınmış  yerin 
qabağına.  Komissiya  üzvləri  yoldan  ötən  müsəlman,  rus,  erməni  və 
yəhudilərdən soruşurlar ki, bu yerin adı nədir? hamı cavab verir ki, Yetim Hacı 
downloaded from KitabYurdu.org

10 
 
Yusifin  «Baba  bostanı».  Həmin  adamların  adını  kağıza  yazıb  qol  çəkdirirlər, 
savadsızlar isə barmaq basırlar. 
Oradan da komissiya üzvlərini aparır məscidə, orucluğa görə adamlar 
müqabilədə imiş, Quran oxuyurlarmış. Müqabilə qurtaranda, komissiya üzvləri 
başlayır  sorğu-suala,  yüzdən  çox  ağzı  oruclu  adam  qəsəm  edib  Qurana  əl 
basaraq şəhadət verirlər ki, o yerin adı Yetim Hacı Yusifin «Baba bostanı»dır, 
ulu babalarından qalma yurdudur, nə satıb, nə də bir kəsə bağışlayıb. 
Komissiya deyilənləri qeyd edir, savadlılara qol çəkdirir, qalanları isə 
barmaqlarını basır. 
Qarabəy  sabahı  gün  komissiyanı  aparır  Sabunçuya,  sonra  da  ətraf 
kəndlərə  və  bu  qayda  ilə  arayış  yazdırıb  imza  atdırır  və  komissiya  ilə  bərabər 
dönür Peterburqa, Voronsov-Daşkov işi uduzur. Qarabəy Peterburqdan Bakıya 
«Baba  bostanı»nın  sahibinə  qaytarılması  barədə  qərarla  qayıdır  və  qanunsuz 
çəkilmiş hasarı Voronsov-Daşkovun  öz  işlər rəisinə də sökdürtdürür. 
Bu  hadisədən  sonra  Qarabəyin  hörməti,  nüfuzu  birə  min  artır,  hər 
yerdə  deyirlər  ki,  Qarabəy  Qafqaz  sərdarına  qalib  gəlib,  zarafat  deyil, 
Fitilbörkdə də hörməti var. 
İki  ildən  sonra  Yetim  Hacı  Yusifin  «Baba  bostanı»  yerində  qazılan 
quyu  elə  gurultulu  fontan  vurur  ki,  səsi  Bakıda  eşidilir,  sədası  Tiflisə  və 
Peterburqa çatır. 
Yaşı  doxsanı  aşmış  və  bu  əhvalatdan  xəbərdar,  qocaman  bir 
mühəndisdən  xəbər  aldım  ki,  bəs  «Ayını  ağladan»  ləqəbi  hardan  çıxıb;  cavab 
verdi ki, bir dəfə  mığmığ  görür ki, ayı özünü  günə verir,  uçub ona  yaxınlaşır. 
Ayı ona acıqlanır: Rədd ol burdan, başımı ağrıtma. Mığmığ deyir: Ağladaram 
səni ha, yalvararsan mənə. Rədd ol! - deyə ayı ona təpinir - sən nə zibilsən ki, 
məni  ağlada  biləsən?  Mığmığ  qəzəblənir,  soxulur  ayının  burnuna.  Ayı  ha 
asqırır,  ha  fınxırır  ki,  mığmığı  burnundan  çıxarsın,  mümkün  olmur,  əksinə, 
mığmığ  daha  da  yuxarılara  dırmaşır...  Ayı  elə   əziyyət çəkir ki, bağırtısı 
meşəni,  dağı-daşı  başına  alır,  başını  daşdan-daşa,    qayadan-qayaya  döyür. 
Mığmığ isə başlayır ayının beynini gəmirməyə. 
Heyvanlar  tamaşaya  gəlir.  Tülkü  əhvalatdan  agah  olanda  ayıya  deyir 
ki, işin şuluqdur, yalvar mığmığa, başqa çarə  yoxdur. Yalvar, diz çök! Yoxsa 
ölərsən... 
Ayı diz çökür, başlayır mığmığa  yalvarıb-yaxarmağa. Mığmığ bayıra 
çıxıb qürurla öyünür: Ayı mənə yalvardı, ayını ağlatdım, ayı mənə yalvardı. 
Şəhər  böyüyür,  idarələr  artır.  Bakı  dövlət  palatası  qurulur.  Duma 
nəzdində  «Şəhər  qərardad  idarəsi»  -  «uprava»  yaradılır.  Həsənbəy  Zərdabi 
bələdiyyə  seçkiləri  barədə  1878-ci  ildə  «Əkinçi»    qəzetində  camaata  belə  bir 
məsləhət  verir:  «Siz  allah,  intixab  edən  zaman,  intixab  elədiyiniz  adamların 
uzun  saqqalına,  böyük  qurşağına,  dəmir  sandığının  doluluğuna  baxmayın. 
Şəhər  divanxanalarında  danışıq  və  yazı-pozu  rus  dilində  olacaq.  Ona  binaən 
downloaded from KitabYurdu.org

11 
 
gərək rus dili bilən, doğru adamlar intixab edəsiniz ki, xaçpərəstlər intixab edən 
calislərin (onlar üçdən iki hissə intixab edəcəklər) arasında  bizim adımızı dəxi 
ziyadə  batırmasınlar.  Güman  etməyin  ki,  bu  məsləhəti  biz  özümüzdən  ötrü 
deyirik.  Xeyr,  biz  buğda  yeyib  cənnətdan  çıxmışıq.  Bizi  intixab        edilənlərin    
siyahısına    yazmayıblar.    Ona binaən ki... 
 
«Nə bə şütür səvarəm,  
Nə çü xər, bəziri barəm,  
Nə xudavəndi-rəiyyət,  
Nə qulam şəhriyarəm.» 
 
Gündən-günə  böyüyən  şəhərdə  ufunətdən  nəfəs  almaq  olmurdu. 
Evlərdə  saxlanan  mal-qara,  qoşqu  atlarının  çoxalması,  bir  yandan  havanı 
korlayır,  digər  tərəfdən  isə  yoluxucu  xəstəliklərin  yayılmasına  səbəb  olurdu. 
Bunları nəzərə alıb 1878-ci ildə ümumi kanalizasiyanı çəkməyə başlayırlar. 
Şəhərdə polis şöbələrinin sayı artırılır.  
Biri  baş  dəllal,  doqquzu  adi  dəllal  olmaqla  Bakı  pul  birjası  qurulur. 
Dəllallar xaçpərəst, özləri də rus rəiyyəti olmalı idi. Şəhər ünvanlar stolu təşkil 
edilir.  Bələdiyyə  idarəsi  küçə  fanarlarının  sayını  artırmaq  və  keyfiyyətini 
yaxşılaşdırmaq barədə qərar çıxardır; bu boyda şəhərin küçələrində vur-tut 86 
fanar varmış, onların da 72-si əyri-üyrü dirək, 14-ü köhnə çuqun sütun üstündə 
dururmuş.  Çuqun  sütunları  zavod  sahibi  Kokorev  Bakı  qubernatoruna  bəxşiş 
vermişdi.  Fanarların  hamısı  ağ  nöyütlə  yanırdı.  Bələdiyyə  idarəsinin  təzə 
qərarına  görə  fanarların  sayı  698-ə  çatdırılır:  35  qəndil,  162  çuqun  sütun,  241 
dirək, 232 çuqun və 28 divar kronşteyni olmalı idi. 
Dərə-təpəlikdən  ibarət  olan  şəhər  küçələrini  tarazlamağa,  səki  və 
küçələri  düzəltməyə  icazə  verilir.  Məhəllələrdə  süpürgəçilər  qoyulur.  1886-cı 
ildə Hacı Zeynalabdin Tağıyev öz xərci ilə şəhərdə yanğın deposu düzəltdirir. 
Yarmarka  meydanında  axşam  bazarı  salınır.  1886-1887-ci  illərdə 
telefon  stansiyası  tikilir.  «Həftə  bazarı»  1884-cü  ilə  qədər  keçmiş  müsəlman 
qəbiristanı  ətrafında  yerləşirdi,  onun  yerində  «Qızıllı»  kilsəsini  tikməyə 
hazırlıq  görüldüyündən,  həftə  bazarını  Bolşoy  Morskoyla  (Kirov  prospekti) 
Telefonnı  (28  Aprel)  küçəsinin  kəsişdiyi  Səfərəlinin  torpağı  deyilən  yerə 
köçürürlər.  Malağan  bağı  (9  Yanvar)  ilə  Birja  (26  Bakı  komissarı)  meydanı 
arasında da bir həftə bazarı vardı; konka, fayton və arabaların hərəkətinə mane 
olduğundan,  bir  də  bu  tərəflərin  mənzərəsini  korladığına  görə  başqa  yerə 
köçürdürlər.  Küçələrə  daş  döşəməyə  başlayırlar.  Biləcəri  kəndi  yaxınlığındakı 
daş karxanasından qənbər, Krasnovodskdan porfrit daşı gətirtdirirlər. 
Şəhərdə  çoxlu  bank  yaradılır:  «İctimai  bank»,  «Volqa-Kama  bankı», 
«Rus-Asiya  bankı»,  «Tiflis  zadəgan  torpağı  bankı»,  «Tiflis  ticarət  bankı», 
downloaded from KitabYurdu.org

12 
 
«Şimal  bankı»,  «İran  bankı»,  «Rus  sənaye  ticarəti  bankı»,  «Dövlət  bankı», 
«Tacirlər bankı» və s. çoxlu maliyyə-kredit şirkətləri qurulur. 
Maliyyə, iqtisadi və ticarətlə əlaqədar olan və təbəələri Bakıda işləyən 
dövlətlər  -  İngiltərə,  Almaniya,  Fransa,  İran,  Türkiyə,  İsveç,  Norveç  və 
başqaları şəhərdə konsulxana açırlar. 
1884-cü  ildə  neft  sənayeçiləri  «Sovet  siezd»  təsis  edirlər.  Bu, 
Rusiyada  iri  burjuaziyanın  ilk  təşkilatlarından  biri  idi.  Bu  təşkilat  sahibkarın 
haqqını  hökumət  qarşısında  qoruyur,  müdafiə  edir  və  hökumətlə  bir  yerdə 
fəhlələrə,  əməkçilərə  divan  tuturdu.  «Sovet  siezd»  neftə  aid  bütün  məsələləri 
müzakirə  edib  qərarlar  çıxardır,  «Neftyanoe  delo»  jurnalını    nəşr  edir,  öz 
xoşuna yox, fəhlələrin tələbi ilə çox məhdud miqdarda kitabxana,    məktəb   və   
xəstəxana,    şəfaxana açırdı.   «Sovet siezd» nəhəng şirkətlərin, inhisarçıların 
əlində güclü təzyiq aləti idi. «Sovet siezd»ə altı il Nobel, ondan sonra 1890-cı 
ildən  1916-cı  ilə  qədər,  26  il  «Kaspiyskoe  tovarişestvo»  şirkətinin  sədri 
Kukasov qardaşları başçılıq edir. 
Hacı  Zeynalabdin  Tağıyev  beş  nəfər  kənardan  gələn  sərmayədarla 
1887-ci ildə şirkət yaradır, şəhərdə konka yolu çəkməyə başlayırlar. 
Bu yol 1892-ci ildə işə düşür, nəqliyyat aləminə böyük yenilik gətirir. 
Səhmdarlar şirkəti konkanı işlətmək üçün Hacı Mustafa Rəsulova icarəyə verir. 
Konkaya  adətən,  iki  at,  yoxuş  olan  küçələrdə  isə  üçüncü  atı  da  qoşurdular. 
Konkanın  şəhər  içindəki  marşrutu  bu  qayda  ilə:  Seyid  Mirbabayev  (Azneft) 
meydanından  başlayıb  sahil  (Neftçilər)  küçəsilə,  İran  tacirlərinin  dükanları 
qabağından  ötüb,  Mixaylovskiyə  (Zevin),  oradan  da  Merkuri  (Şaumyan) 
küçəsinə  dönərdi.  Əzəmətli,  çoxmərtəbəli    binalar,  təmtəraqlı    adlar    daşıyan  
bəzəkli  mağazalar,    pasajlar,  restoran,  lokanta  və  mehmanxanalar  yerləşən 
kübar  məhəllələrinin  dad  tərəfindən    keçib    Marinski    (Karqanov)    küçəsinə  
burulur,  Malağan  (Xaqani)  küçəsinə  qədər  gedib  həmin  küçə  ilə  Bolşoy 
Morskoya  (Kirov  prospekti)  keçir.  İki  məhəllə  ötüb  Telefonnı  (28  Aprel) 
küçəsinə  girib,  Vağzal  (Puşkin)    küçəsilə    davam  edib,  sonra    da    Balaxanı  
(Basin)  küçəsilə  Quba  (Füzuli)  meydanına    çatır,    Bazar  (Hüsü  Hacıyev)  
küçəsilə davam edib Qəssabbazarla (Yefimov Saratovtsev küçəsi ilə) üzüaşağı 
enir,  Voronsov  (Əzizbəyov)  küçəsinə    dönür,  coğrafiyaşünas,  «Məktəb» 
jurnalının sahibi və redaktoru Qafur Rəşad Mirzəzadənin mətbəəsi qarşısından     
ötüb    Qurubağ  qabağından  Vrankel  (Əliheydər  Qarayev)  küçəsinə,  oradan  da 
Olkinski (Caparidze) küçəsinə keçib, Mixaylovski (Zevin) küçəsi, oradan sahil 
(Neftçilər)  küçəsilə  gedib  Mirbabayev  (Azneft)  meydanına  çatır  və  dövrəni 
tamamlayırdı. 
Vağzaldan  əks  istiqamətə  konka  yolu  yenə  Telefonnı  (28  Aprel), 
Bolşoy  Morskoy  (Kirov  prospekti)  və  Malağan  küçələrilə  uzanır.  Sonra  sağ 
tərəfə burulub Marinski (Karqanov) küçəsilə Qəssabbazara dönür, Bazar (Hüsü 
Hacıyev)  küçəsinə  qədər  gedir  (o  aradakı  dik  yoxuşda  konkaya  üçüncü  at 
downloaded from KitabYurdu.org

13 
 
qoşardılar),  ordan  da  Quba  (Füzuli)  meydanı,  sonra  da  Balaxanı  (Basin) 
küçəsilə vağzala, Puşkin küçəsinə çatıb dairəni tamamlayırdı. 
İki  cür  -  həm  yay  konkası,  həm  də  qış  konkası  vardı.  Qış  konkası 
şüşələrlə bağlı, yayınkı isə açıq olardı. 
Konkanı  icarə  edən  Hacı  Mustafa  Rəsulovun  şəhərdə  bir  neçə 
karvansaray,  mülk,  mehmanxana  və  ticarət  kontoru  vardı.  Karantini  (Həzi 
Aslanov) küçəsindəki dağılmaqda olan Qasımbəy məscidini o, təzədən tikdirib 
bərpa etdirmişdi. 
Qara şəhər və Ağ şəhərə, bir də Bayıla da konka işləyirdi. 
Bakıda konka ilə bərabər digər nəqliyyat vasitələri vardı. Minlərlə at, 
araba, qazalaq, fayton, kübarların karetaları, bir də tək-tək avtomobil... 
...Bakı  təzadlar  şəhəri  idi,  bir  yandan  qızıl  sel  kimi  axıb  varlı 
adamların  seyflərinə,  sandıqlarına,  banklara  dolur,  xaricə  göndərilir,  digər 
tərəfdən  də  bir  loxma  çörək  üçün  özünü  oda,  gözə  atan  adamlar  gündə  on-on 
dörd saat işləyirdilər. 
Şəhərdə  sənətkarlar  ordusu  yaranırdı:  quyuqazanlar,  dartayçılar,  neft 
təmizləyənlər,  arabaçılar,  qırçılar,  tuluqçular,  neft  daşıyanlar,  nöyüt 
mədənlərindəki  çalalarda  yığılmış  nefti  və  dəniz  qırağında  su  üstündəki  nefti 
şəlpəynən  yığanlar  -  cındırçılar,  gəmiqayıranlar,  kapitanlar,  mexaniklər, 
çəlləkqayıranlar, bənnalar, şamtökənlər... Fanar və şamdan qayıranlar, suvaqçı, 
xarrat, faytonçu, furqonçu, dəmirçi, çilingər, rəngsaz, dülgər, tornaçı, daşkəsən, 
daşyonan, dəmiryolçu və onlarsa digər sənət sahibləri... 
Əvvəllər  nefti  mədənlərdən  çəlləklərdə      daşıyırdılar,  eyni  zamanda 
tuluqlara  doldurub,    dəvələrə  yükləyib,  qəzalara,    kəndlərə  və  hətta  uzaq 
ölkələrə də yollayırdılar. 
Arabaçılar gecə-gündüz mədənlərdən zavodlara, şəhərə neft daşıyırdı. 
Bakı dönüb olmuşdu çəllək emalatxanası. Məhəllələrdə, döngələrdə, küçələrdə, 
həyətlərdə  minlərlə  çəlləkqayıran  emalatxana,  çirkli  su  çalaları  vardı.  Üfunət 
aləmi bürüyürdü. Mığmığ və qara milçək əlindən tərpənmək olmurdu. Sabunçu 
vağzalının  qabağından  başlayıb        Quba  (Füzuli)  meydanına  qədər  Bondarnı 
(Dmitrov)  küçəsi  uzanırdı.  Küçənin  o  tay-bu  tayı  emalatxana  və  çirkli  su 
çalaları ilə  dolu idi.  İş axırda  o  yerə  çatdı  ki,  bələdiyyə  idarəsi çəlləkxanaları 
şəhərdən çıxarmaq barədə    qərar qəbul etdi. Həmin qərara əsasən, on beş gün 
ərzində şəhərdə bir dənə də olsun çəlləkçi emalatxanası qalmamalı idi. 
XIX  əsrin  axırında  Hacı  Zeynalabdin  Tağıyevin  məsləhətilə  neft 
daşıyan  gəmilərin  sahibləri  birləşib  şirkət  yaratdılar.  Tağıyevin  özünün  də 
ticarət, yük və sərnişin gəmiləri vardı. 
1900-1902-ci illərdə Mərkəzi Rusiyada quraqlıq üzündən aclıq düşür, 
minlərlə  acyalavac  Bakıya  axışır;  işsizlər  ordusu  yaranır,  cinayət,  macəraçılıq 
həddini  aşır,  hökumət  orqanları  15.000  ac  sərgərdanı  zorla  gəmilərə  doldurub 
geri qaytarır. 
downloaded from KitabYurdu.org

14 
 
Zülm 
gündən-günə 
artır,  ehtiyac,  yarıtox,  yarıac  güzəran, 
sahibkarların,  məmurların  özbaşınalığı,  hüquqsuzluq  fəhlələri  zara  gətirirdi, 
onların səbr kasaları aşıb-daşırdı. 
1903-cü  ilin  iyul  ayında  Bakı  proletariatının  məşhur,  əzəmətli  tətili 
başlayır. 50 minə yaxın tətilçi «Məhv olsun mütləqiyyət», «Yaşasın sosializm», 
«Yaşasın  hürriyyət»,  «8  saatlıq  iş  günü»,  «Məvaciblər  artırılsın»,  «həbsə 
salınmış  nümayişçilər  azad  edilsin!»  şüarları  ilə  küçələrə  çıxıb  çarizmə  və 
kapitala qarşı çıxış edir. İzdihamdan küçə və mədənlər titrəyirdi. 
Fəhlələrin  bu  əzəmətli  çıxışına  RSDFP-nin  Bakı  Komitəsi  rəhbərlik 
edirdi. 
Mədənlərin  anbarlarında,  zavodlardakı  çənlərdə  neft  aşıb-daşır,  heç 
kim neft daşımır, dənizçilər gəmilərə neft doldurmurdu. 
Şəhər  bağına  toplaşan  tətilçi  dənizçiləri  polis  qovur.  Onlar  da  gedib 
şəhər  kənarında,  sallaqxanada  yığışırlar.  Üstlərinə  atlı  kazak  göndərib  oradan 
da  qovurlar.  Hərbi  gəmilərdə  çalışan  fəhlə,  matros,  kapitan  və  mexanikləri 
gəmilərə  yük  vurmağa  vadar  edirlər.  Tətil  üç  həftəyə  qədər  sürür.  Bu  tətilin 
təsiri  nəticəsində  bütün  Zaqafqaziyada  və  Rusiyanın  cənub  şəhərlərində  fəhlə 
çıxışları başlayır. 
Bakı  şəhəri  tətil  hərəkatında  fəal  iştirakına  görə  başqa  yerlərdən 
fərqlənir, hərbi düşərgəyə oxşayır. Hökumət ağır cəza tədbirləri görüb tətillərə 
son qoymaq istəyir. Fəhlə hərəkatı getdikcə genişlənir. 
Çar  hökuməti,  əksinqilabi  ünsürlər  1905-ci  ildə  erməni-müsəlman 
qırğını  salmaqla  inqilabi  hərəkatın  səmtini  dəyişdirməyə  cəhd  edirlər.  Qardaş 
qırğınını  törədən  qubernator  Nakaşidzeni  öldürürlər.  Vəziyyət  daha  da 
gərginləşir.  Peterburqdan  daxili  işlər  nazirinin  müavini,  məşhur  cəllad  Fon 
Vanı  təcili  Bakıya  göndərirlər.  O,  stansiyada  vaqondan  düşəndə  platformalar, 
meydan və küçələr jandarm və atlı kazaklar tərəfindən tutulmuşdu. Addımbaşı 
mühafizə  dəstəsi  dayanmışdı.  Kənar  adamları  yaxına  qoymurdular.  Binaların 
damlarında  belə  soldatlar  növbə  çəkirdi.  O  ətrafda  və  Fon  Vanın  keçəcəyi 
küçələrdə gediş-gəliş və bütün nəqliyyatın hərəkəti dayandırılmışdı. 
Fon  Vanı  mühafizə  dəstəsi  araya  alıb  karetaya  qədər  müşayiət  edir. 
Atlar  küçələrdən  dördnala  çapırdı,  daş  döşəmədən  yan-yörəyə  qığılcım 
sıçrayırdı,  Voronsov  (Əzizbəyov)  küçəsindəki  4  nömrəli  mülkün  qabağında 
dayanırlar,  Fon  Van  karetadan  cəld  düşüb  binaya  girir.  Onu  qubernator  və 
bələdiyyə rəisi müşayiət edirlər. 
Evin dövrəsindəki küçələr polis və jandarmlar tərəfindən tutulmuşdu, 
O həndəvərdə də gediş-gəliş qadağan edilmişdi. 
Fon Vanın Bakıya gəlməyilə kütləvi həbslər başlanır. 
Tətilçilər  zora  zorla  cavab  verirlər.  Elektrik  stansiyasının  fəhlələri  və 
qulluqçuları  işə  çıxmırlar.  Şəhərə  işıq  verilmir.  Səhəri  gün  su  daşıyanlar  su 
daşımırlar,  süpürgəçilər  küçələri  süpürmürlər.  Faytonçular,  arabaçılar,  konka 
downloaded from KitabYurdu.org

15 
 
sürənlər,  konduktorlar  işə  çıxmırlar,  ağ  neft,  şam  satanlar  dükanları  açmırlar, 
alver eləmirlər. Dalandarlar tətilə qoşulur, küçələri zibil basır. 
Soldatları səfərbər edib konkanı işə salırlarsa da sərnişin tapılmır. 
Fon Van hər gün səhər saat 9-da karetada güclü kazak və jandarmların 
mühafizəsilə  qubernatorluğa  gəlir,  axşama  qədər  tətilləri        dayandırmağa 
sərəncam  verir.  Nəhayət,  silah  və  şallaq,  zorakılıq,  zülm,  həbs  və  sürgün 
gücünə tətilləri qismən boğurlar. 
İnqilab  hərəkatını  boğmaq  üçün,  tətillər  bir  daha  təkrar  olunmasın 
deyə  1906-cı  ildə  Nikolayın  fərmanı  ilə  bir  neçə  şəhərdə  -  Peterburqda, 
Moskvada, Kiyevdə, Tiflisdə və Bakıda şəhər rəisliyi (qradonaçalstvo) yaranır. 
Martınov adında bir cəllad (qradonaçalnik) Bakı rəisi təyin edilir. Bu 
qəvi cüssəli, zəhmli, əzazil adamın rəngsiz, bozumtul, xırda gözlərindən qəzəb 
yağırdı.  seyrək,  kürən  saçları vardı.  Polkovnik  libası  geyər, çiynindən asılmış 
enli baftadan sallanan şaşkanın ucu yerlə sürünər, tez-tez çəkmələrinə məhmiz 
taxardı. Boynundan  asdığı   zağlı polad xaç  par-par  parıldayardı, polad xaçın 
çox böyük imtiyazları vardı. Martınov özü üçün xüsusi fayton  düzəltdirmişdi.  
Bu  fayton  iri  və  içi  dərin  idi.    Arxa  tərəfdə  üç  nəfər  otura  bilirdi.    Çox  vaxt 
faytonla yanaşı, piyada yeriyirdi.  Qoçular  Martınovun   adı   gələndə  zağ-zağ  
əsər,  uzaqdan  görəndə  gizlənərdilər.  Küçədə  təsadüfən  rast  gələndə  isə  yerə 
qədər  əyilib  təzim  edər,  sonra  da  qabağında  quruyub,  dirək  kimi  dik 
dayanardılar.  Qoçular  buxara  dərisindən  hündür  papaq  qoyardılar.  Martınov 
başladı  qoçu  papaqlarını  qısaltmağa.  Hündür  papaqlı  qoçunu  görəndə  yavərə 
him  edərdi;  o  da,  qoçunun  papağını  götürüb  qəmə  ilə  ikiyə  bölər,  aşağı 
hissəsini  qoçunun  başına  keçirdər,  üst  hissəsini  isə  üstünə  tullayar,  ya  da  ki, 
yerə  atardı.  Qradonaçalnik  qubernatora  yox,  birbaşa  Peterburqa  tabe  idi.  
Böyük  səlahiyyəti  vardı.  Martınov  «tətil»  və  «tətilçi»  sözünü  eşidəndə 
qəzəblənib  özündən  çıxar,  dövlətə  və  hökumətə  ağ  olanları  huşunu  itirənə 
qədər    şallaqladar,    al-qan      içində    əl-ayağına  buxov  taxıb  elə  itirdərdi  ki,  nə 
yerini bilən, nə də sorağını verən olardı. 
Tez-tez  faytonda  ayaq  üstə  dayanar  və  atları  dördnala  çapdırardı. 
Adamlar bir-birini Martınovla qorxudardılar. Şəhər rəisliyinin idarəsi Mixaylov 
- sahil (Neftçilər) küçəsi ilə Bağ (Çkalov) küçəsinin tinində (həkimlər evi) idi. 
Bir  eyvanı  qubernator  bağına,  ikincisi  isə  dənizə  baxırdı.  Özü  də  o  binada 
yaşayırdı.  Gecə-gündüz  qapısında  gözətçi  qaradovoy  dururdu.  Baş  qapının 
üstündə,  bir  də  tində  iri  qaz  fanarı  asılmışdı,  axşamlar  məhəllə  elə  çıraqban 
olurdu ki, göz qamaşırdı... 
Tətilə  yol  verməmək,  «özbaşınalığın»  qabağını  almaq  üçün  iri  neft 
sahibkarlarının  «Sovet  siezd»i  polis  xərcləri  üçün  ildə  535  min  manat  pul 
verərdi. 
Şəhər rəisliyi inqilab və tətil sözü eşidəndə bütün məsələlərə qarışır və 
tez  də  tədbir  görürdü.  Hətta  İrandakı  Səttarxan  hərəkatı  ilə  əlaqədar  Tiflisdən 
downloaded from KitabYurdu.org

16 
 
1908-ci ilin sentyabr ayında Bakı şəhər rəisliyinə aşağıdakı məzmunda məktub 
gəlir:  «Qafqaz  canişinliyinin  aldığı  məlumatlara  görə,  Bakı  sakini  Hacı 
Zeynalabdin  Tağıyev  İrandakı  inqilab  hərəkatına  maddi  yardım  göndərir. 
Yardımı kəsmək üçün müvafiq tədbirlər görülsün». 
Həmin ilin oktyabr ayında Bakı şəhər rəisliyinə bir sərəncam da gəlir: 
«Qafqazda  inqilaba  hüsn-rəğbət  bəsləyən  bir  sıra  müsəlmanlar  İran 
inqilabçılarına  pul  və  silahla  kömək  edirlər.  Böyük  vəsait  sahibləri  olan  Bakı 
sakinləri Muxtarov və Tağıyev də həmin şəxslərdəndirlər. Canişinin tapşırığını 
nəzərinizə  çatdırmağı  özümə  şərəf  hesab  edib,  bu  şəxslərin  fəaliyyətinə  gizli 
nəzarət təyin edilməsini xahiş edirəm». 
Qalabəyi  yuxarıdakı  tapşırıqlar  əsasında  Tağıyev  və  Muxtarovla 
danışıb onları başa salır ki, Rusiya çar hökuməti İran şah hökuməti ilə dostdur. 
Belə  hərəkət  dost  İran  hökumətini  narazı  salar  və  aradakı  münasibət  pozula 
bilər. İrana yardım göstərməyi kəsmək lazımdır. 
Hacı Zeynalabdin Tağıyev qalabəyinə cavab verir ki, biz inqilabçılara 
heç  bir  kömək  etmirik.  İranda  qarışıqlıq  nəticəsində  qırılanların  çoxlu  yetim 
uşaqları,  dul  arvadları,  qoca  ata-anaları  qalıb.  Acından  ölürlər.  Xəstəlik 
gündən-günə  artır.  Biz  əlsiz-ayaqsızlara  kömək  edirik.  İslam  şəriətinə  görə  o 
zəlillərə maddi yardım göstəririk. Etməsək kafir olarıq. 
Bakı  böyüyür,  inkişaf  edirdi.  1906-cı  ildə  ağ  neft  fanarlarını  elektrik 
çıraqları ilə əvəz edirlər. Hacıbaba Aşurov Kaspi (leytenant Şmidt) küçəsində 
elektrik stansiyası tikdirib, küçələrə dirəklər basdırmaq üçün bələdiyyə idarəsi 
ilə müqavilə bağlayır. 1907-ci ildə şəhərdə avtomobil hərəkatı haqda bələdiyyə 
idarəsi qərar çıxardır. 
...Bakı  əzəmətli  inşaat  meydanlarına  oxşayırdı,  hər  yerdə  bina,  mülk 
tikilir, vışka qurulur və bunların hamısına da çoxlu tir, dirək, taxta, şalban tələb 
edilirdi. Gəmilər  Rusiyadan  ardı-arası kəsilmədən ağac daşıyırdı. 
Şəhərdə  bir  neçə  taxta-şalban  şirkəti  vardı:  Adamov  qardaşları, 
Ələsgər  Hacıyevin  kompaniyası,  Mirzəyev  firması,  Makarov  və  Sərkisov 
şirkəti və s. 1900-cü ildə şəhərdə 14 nəhəng odun anbarı, 106 neft  şirkəti, 16 
neft kəməri, 56 mexaniki emalatxana vardı. 
Əsrin  əvvəlində  Hacı  Zeynalabdin  Tağıyevin  toxuculuq  fabriki  işə 
düşür.  O  burada  fəhlələr  üçün  məscid  və  onların  uşaqları  üçün  xüsusi  məktəb 
tikdirir  və  iki  növbədə  dərs  deməyə  öz  xərcinə  müxtəlif  yerlərdən  müəllimlər 
dəvət  edir,  eyni  vaxtda  fəhlələrin  savadlanması  üçün  axşam  kursları, 
dərmanxana və tibb məntəqəsi açır. Dəyirman tikdirir. 
Fabriki işə salmaq o qədər də asan  başa gəlməmişdi. Altı il ağır əmək 
sərf  edilmişdi,    5.000.000  manat  qızıl  pul...  Təkcə  fabriki  tikdirməyə  icazə 
almaq üçün ətək-ətək pul xərclənmişdi. Rus toxuculuq sənayesinin kralı hesab 
edilən  Morozov  başda  olmaqla  nəhəng  fabrikantla  üz-üzə  gəlib  mübarizə 
aparılmışdı.  Onlar  pambıq  tarlalarının  Bakıya  yaxın  olmasını  nəzərə  alıb 
downloaded from KitabYurdu.org

17 
 
məhsulun  ucuz  tamam  olmasından,  İran,  Türkiyə,  Türküstan  bazarının  əldən 
çıxmasından  qorxur,    rəqabətdən  narahat  idilər.        Qafqazın    özündə  bezin 
qiyməti  birdən-birə  neçə  dəfə  ucuzlaşırdı.  Bu  hesabdan  Yaxın    Şərq  və  Orta  
Şərq,  müsəlman  aləmi bazarlarında da eyni vəziyyət təkrar olacaqdı. Fabrikin 
dəzgahları İngiltərədən gətirilmişdi. 
Buxara  əmiri  əhvalatdan  xəbərdar  olanda  Tağıyevə  təklif  etmişdi  ki, 
gəl  fabriki  Buxarada,  ya  da  Səmərqənddə,  Xivədə  tik,  nə  qədər  pambıq  lazım 
olsa təmin edərəm. Hacı Zeynalabdin onun təklifini rədd edib demişdi ki, bizə 
fabrikin  məhz  Bakıda  olması  sərfəlidir.  Peterburqda  Yermolov  adında  ali 
rütbəli  bir  əyan  fabrikin  tikilməsinə  icazə  verilməsinə  çox  kömək  etmişdi. 
Fabrik işə düşəndən sonra təxribatçılar gecə vaxtı yanğın törətmişdilər. Fəhlələr 
əl-ələ  verib  çox  çətinliklə  yanğını  söndürə  bilmişdilər,  mal  və  avadanlıq 
xəsarəti olmuşdu. Bu fabrik  Rusiyada dövrünün  ən  müasir texnikası ilə təchiz 
edilmiş  müəssisələrdən  biri    idi.  Buraya    Avropadan    2.500  maşın  və  dəzgah 
gətirilmişdi.  Fabrik  ildə  otuz  milyon  arşın  bez  buraxacaqdı.  Bu  əmtəəni  o 
zamankı pula çevirdikdə qızılla 1.700.000 manata bərabər idi. Fabrikin inşasına 
1.600.000 manat xərc qoyulmuşdu. Bu fabrik o zaman Rusiyada mövcud olan 
29 toxuculuq fabrikindən biri,    Azərbaycan  sənayesi  üçün  isə yeni sahə idi. 
Təkcə  Bakıda  yox,  o,  ümumiyyətlə  Qafqazda  yeganə  və  ilk  parça  toxuculuq 
fabriki idi.  Çox təəssüf ki,  bu  fabrikə  yalnız bez buraxmağa icazə  verilmişdi. 
Mərkəzi Rusiyadakı    toxuculuq    fabrikasının     sahibləri qoymamışdılar ki, 
çit  və  digər  parçalar  buraxılsın.  İstehsal  olunan  parça  ilk  illərdə  Qafqazda, 
Türküstan da və İranda satılırdı.    Lakin üç-dörd il keçəndən sonra müsəlman 
məmləkətlərində  ölülərin  dəfni  üçün,  Ərəfə  libası  üçün  Məkkəyə,  həcc 
ziyarətinə gedən zəvvarlar, Kərbəla və Xorasan ziyarətinə yollananlar Tağıyev 
fabrikinin bezini alırdılar ki, onu müsəlman fəhlə və ustaları toxuyur, pakdır. 
XX əsrin    əvvəlində Bakıda  200-dən çox irili-xırdalı zavod və  fabrik 
vardı. 
Çox  dövlətli  olmasına  baxmayaraq  bu  şəhərin  küçələrində  hələ  də, 
neft  fanarları  yandırılırdı.  Bir  neçə  mərkəz  küçəsində  elektrik  işığı  vardı: 
Nikolayev  (Kommunist)
*
;  Velikoknyaz  (Zevin),  Olkinski  (Caparidze), 
Torqovıy (Nizami), Telefonnı (28 Aprel)... Bir də bulvarda. 
Elektrik  stansiyası  fəhlələri,  küçə  fanarlarını  alışdıranlar  tətilə 
qoşulanda  şamqayıranların,  şam  satanların  bir  də  ağ  neft  satan  dükançıların 
bazarı gur olurdu, yaman pul qazanırdılar. 
Bakı  bələdiyyə  idarəsinin  keçmiş  baş  memarlarından  Zivərbəy 
Əhmədbəyov  deyirmiş  ki,  Bakı  öz  inkişaf  sürətinə  görə  dünyada  yeganə 
şəhərdir. 
                                                           
*
 Mötərizələrdə küçələrin indiki adı  göstərilir. (Red.) 
downloaded from KitabYurdu.org

18 
 
Bu illərdə Dövlət senatı Bakı üçün gerb təsdiq edir. 1900-cü ilin may 
ayında  Bakı  bələdiyyə  idarəsinin  yeni  binasının  (indiki  Bakı  şəhər  İcraiyyə 
Komitəsinin binası) bünövrəsi qoyulur. Bu bina öz əzəməti və gözəlliyinə görə 
şəhəri  bir  daha  məşhurlaşdırmalı  idi.  Memar  Qoslavski  layihə  üzərində 
sənətkarlığını,  ilhamını  əsirgəmədiyi  kimi,  şəhər  bələdiyyə  idarəsi  də  pul 
əsirgəməmişdi.  Qafqaz  canişini  layihəni  təsdiq  etmişdi.  Bina  400.000  manata 
başa gəlmişdi. Binanın fasadını bəzəmək üçün İtaliyadan qırmızı kərpic, əlvan, 
güllü-çiçəkli  mərmər  və  digər  əşya  gətirmişdilər.  1870-ci  ildə  təsis  edilmiş 
Şəhər İdarəsi «Qoşa qala» qapısının yanındakı iki-mərtəbəli mülkdən 1904-cü 
ildə Şirvan darvazası yanındakı təzə əzəmətli binaya köçdü. 
Qoslavskinin  vəfatı  (1904-cü  ildə)  münasibətilə  yazılan  nekroloqda 
deyilirdi  ki,  şəhərin  bələdiyyə  idarəsi  nəhəng  memarın  tükənməz  ilhamının, 
parlaq  istedadının  məhsuludur.  Bakı  müsəlman  qız  məktəbinin  və  bir  neçə 
gözədəyimli mülkün, binanın da layihəsini o işləmişdi. 
Bakı  bələdiyyə  idarəsi  Rusiyada  ən  dövlətli  bələdiyyə  idarəsi  idi. 
Qafqaz  canişini  oturan  Tiflis  şəhərinin  bələdiyyə  rəisi  ildə  4.000  manat  maaş 
aldığı halda, Bakı milyonçuları lovğalıqla Kursk şəhərindən ildə 20.000 manat 
maaşla  Rayevi  bələdiyyə  rəisliyinə  dəvət  etmişdilər.  Halbuki  Rusiya 
imperiyasının nazirləri ildə 15.000 manat maaş alırdılar. Bakı milyonçularının 
bu avam «Səxavəti» dəfələrlə qəzet felyetonlarında lağa qoyulmuşdu. 
Rayev  də  öz  həmyerlilərini  Kurskdan  Bakıya  gətirib  yüksək  maaşla 
işlədirdi.    Şəhərə lazım olan bütün mayəhtac və avadanlığı  Kursk zavodlarına  
sifariş  verirdi.  Bir  dəfə  Dumanın  iclasında,  Bakıdakı  ictimai  ayaq  yollarında 
aftafa  qoymağı qərara  aldıqda kimə  və  hara  sifariş verməyi müzakirə  edəndə, 
bələdiyyə  üzvlərindən  Əngüştər  Kərbəla  İsrafil  Hacıyev  söz  alıb  deyir  ki, 
«Cənab Rayev, aftafaları, yaxşı olardı, Kursk zavoduna sifariş verəsiz. Bir də, 
dörd  aydır  müsəlmanların  Şeyxülislamı  vəfat  edib,  yeri  boşdur,  mümkünsə 
Kurskdan  bir  Şeyxülislam  da  gətizdirəsiz...»  Kərbəla    İsrafilin    Şamaxı  
yolunda  (C.  Cabbarlı küçəsindəki)  mülkü  (Oktyabr  Rayon  Xalq Deputatları 
Soveti  yerləşən  bina)  şəhərin  ən  gözəl  memarlıq  nümunələrindəndir.  Binanın 
xarici görünüşü lakonik ve fövqəladə olduğu qədər daxili bəzəkləri də diqqətə 
layiqdir. Əsl modern memarlıq üslubunda tikilib. 
Əngüştar  ləqəbini  Kərbəla  İsrafilə  qubernatorun  arvadına  brilyant 
üzük  bağışladığına  görə  vermişdilər...  Bakı  Duma  seçkiləri  barədə  yazılmış 
felyetonda da adı çəkilmişdi: 
 
Fəryad o zamandan ki,  
Dum seçkisi başlandı,  
Kim oldu şahid əvvəl,  
İsrafil Ənküştər... 
 
downloaded from KitabYurdu.org

19 
 
Bələdiyyə idarəsi ilə üzbəüz mülkdə, müqəddəs Nina rus qız məktəbi 
yerləşirdi.  Qubernator  bağının  qabağındakı  Mirzəbəyovun  yeddimərtəbəli  evi 
dörd-beş  ilə  tikilmişdi.  Bu  mülkün  yerində  əvvəllər  xırda  daxmalar  vardı. 
sahibkar  camaatın  hamısına  pul  verib  başqa  yerə  köçürtdürür.  Tək  bircə  nəfər 
Hacı Qarabala uşaqlarından Hacı Zülfüqar Manafov yerin dəyərindən neçə qat 
artıq  təklif  edilən  pulu  rədd  edir,  mülkünü  satmır.  Mirzəbəyov  nə  qədər  fənd 
işlədir,  minnətçi salır, çoxlu  pulla şirnikdirirsə  səyləri boşa  çıxır.  Yurd  yiyəsi 
deyir  ki,  kişi olan kəs ata-baba  mülkünü  yad adama,  yersiz-yurdsuz  biganəyə 
satmaz.  Pul  əl  çirkidir.  Hacı  Zülfüqar  Manafov  deyir  ki,  o  yerdə  elə  bina 
tikdirəcəyəm  ki,  yeddimərtəbə gözdən düşsün. Üçmərtəbə bir  mülk tikdirir, O 
balaca mülk yeddi mərtəbədən daha çox diqqəti cəlb edir. Küçə tərəfdən xırda 
görünsə  də  həyət  tərəfdən  çox  iridir.  İndi  həyət  olan  yerdə  Hacı  Zülfüqarın 
hamamı vardı. 
Küçəyə  baxan  balaca  mülkün  birinci  mərtəbəsindəki  kiçik  dükanda 
alma, armud, cərco qovunu, üzüm, limon, portağal, narıngi satırdılar. 
Yeddimərtəbəli  mülk renesans  - təsəddüd üslubunda olmaqla, klassik 
elementlərdən  geniş  istifadə  edilmişdir,  özülü  1911-ci  ildə  qoyulmuşdu  və 
1915-ci  ildə  tikilib  qurtarmışdı.  Mirzəbəyov  birinci  dünya  müharibəsinin 
uzandığını, işlərin get-gedə qarışdığını görüb mülkü Musa Nağıyevə 1.200.000 
manat qızıl pula satıb, pulları köçürdür Amerika banklarına. Özü də çıxıb gedir 
Nyu-Yorka. 
Dalanın  o  tayındakı  ev  bir  ilə  (1893-1894)  tikilib.  İran  şahı 
Müzəffərəddin Avropa səyahəti zamanı Bakıya gələndə bu binada qalmışdı. Bu 
bina  klassik  memarlıq  üslubunda  olmaqla  müəyyən  dərəcədə  müasirlikdən  də 
istifadə edilib. Sadovıy (Çkalov) küçəsindən dəniz sahilinə enən yerdə, keçmiş 
qəbiristanlığın  qabağında  Sadıqovun  dillər  əzbəri  olan  mülkü  durur,  xarici 
bəzəyinə,  naxışlarına  görə  o,  memarlıq  nümunəsidir.  Deyilənə  görə  camaat 
Sadıqova zarafatla deyib ki, ay Kərbəlayı, bu qədər pulu havaya sovurdun, bura 
nə  yerdi  ki,  mülk  tikdirmisən.  Sadıqov  da  cavab  verib  ki,  «avam  danışmayın, 
görün bura nə qədər yaxşı yerdir ki, goburnat mənim üçün evimin qabağındaca 
bağ-bağça  saldırıb».  Bu  mülkdə  Şərq  və  Azərbaycan  milli  memarlığından 
istifadə edilib. 
Qazıyev  bir  az  yuxarıda,  Çəmbərəkəndindəki  qayalıqda,  gəmiyə 
oxşayan üçmərtəbəli imarət tikdirdi. Binaya köçən  günün sabahı, nökər xəbər 
verir  ki,  gecə  darvazanı  açıb,  faytonun  təkərlərini  çıxarıb  aparıblar.  Qazıyev  
bunu    eşidən    kimi    birbaş    birjaya  yollanır,  dəllal    tapıb  mülkü  satdırır. 
Külfətini  elə  o  günü  başqa  mülkə  köçürtdürür...  Soruşurlar  ki,    o  həvəslə 
imarəti    tikdirdin,  bəs  niyə  satdın.    Cavab  verir    ki,  fikirləşdim  ki,  o    tərəfləri 
abadlaşdırarıq,  pəyələrin,    tövlələrin    yerində    əməlli-başlı    bazar-dükan 
düzəldərik.  Qonum-qonşuya  əl  tutaram,  əlləri  işə-gücə  çatar.  Elə  bir  dəyəri 
olmayan fayton təkərini oğurlayan məhəllədə yaşamaq düzgün deyil. 
downloaded from KitabYurdu.org

20 
 
«Səfa»  məktəbinin  mərtəbəyarımlıq,  səkili  mülkü  Çəmbərə  kəndində 
Qazıyev  mülki yaxınlığında tikilmişdi. 
Şəhərdə  mal  daşıyan  qoşaçarx  arabaların,  yalak  olmasın,  otuz  faizi 
Çəmbərəkənddə idi. Məhəllənin o həyəti yox idi ki, iki, üç, hətta beş qoşaçarx 
araba  olmasın.  Axşam  düşəndə  küçələrdə  qoşaçarx  arabalar  yan-yana 
düzülərdi.  Aləm  peyin  içərisində  olardı.  Çoxlu  mal-qara,  qoyun-quzu  da 
saxlanardı. Məhəllədən kənarda buğda, arpa zəmiləri vardı. 
Böyük  Çəmbərəkənd  (Lermontov)  küçəsinin  başlanğıcında  Ağa 
Qədirovun  üçmərtəbəli  mülkü  və  hamamı  yerləşir.  Binanın  birinci 
mərtəbəsində doktor Məhəmməd Rza Vəkilovun müalicəxanası  yerləşir. Cümə 
axşamları  kasıblara  havayı  baxır,  dərman  da  verirdi.  O  mülkə  bitişik 
ikimərtəbəli  binada  «Səadət»  məktəbini  açmışdılar;  sonra  başqa  yerə 
köçürtdülər. Bu məhəllədə və bütün şəhər üçün böyük əhəmiyyəti olai iki küçə 
- Vodovoznaya (Şirşov) və Kolodezna (Ağamalıoğlu) küçələri vardı. Çoxlu su 
quyusu qazmışdılar, arabaçılar su daşıyıb əhalini içməli  su ilə təmin edirdilər.    
Bu  iki küçənin yaxınlığında iki məşhur mülk diqqəti uzaqdan cəlb edirdi: biri 
doktor  Əbdülxalıq  Axundovun  sərdar  Bünyadov  küçəsilə  Mehdi  Hüseyn 
küçəsinin  kəsişdiyi  tində  ucalan  mülkü,  ikincisi  Mirzə  Fətəli  bağına  baxan 
Mironovun əzəmətli imarəti. Hər biri gözəl memarlıq nümunəsidir. 
Əylənmək  üçün  Şirvan  darvazası  qabağında  ağac  və  taxtadan  bina 
tikdirmişdilər, üstdən də suvaqlatdırıb ağartmışdılar, adını da qoymuşdular «Ağ 
klub».  Güclü  xəzri  əsən  gecələrin  birində  yanğın  düşür,  bina  yanır.  Güman 
edirdilər  ki,  qərəzlə,  qəsdən  yandırıblar.  «Ağ  klub»da  yaman  qumar 
oynayırdılar.  Dövlətli  adamlar,  qoçular  kələkbazlar  burda  yığılıb  səhərə  kimi 
əylənərdilər, tez-tez dava-dalaş düşərdi. 
«Ağ  klub»  yanandan  sonra  sərvət  sahibləri  bələdiyyə  idarəsini  vadar 
edirlər  ki,  şəhər  bağından  bir  parça  ayırıb  yay  klubuna  versin.  Binanın 
layihəsini  mahir  arxitektor  Ter-Mikelova  tapşırırlar.  O,  Monte-Karlo  şəhərinə 
ezam edilir ki, oradakı filarmoniyaya baxsın, onun layihəsi ilə tanış olsun. Bakı 
üçün  də  eynilə  belə  bir  imarətin  layihəsini  işləsin.  Deyilənlərə  görə,  Monte-
Karlo  filarmoniyasının  binası  gözəllikdə  Avropada  birinci  yerlərdən  birini 
tutur.  Binanın  meydanından  dəniz  sahilinə  doqquz  terras  -meydan  enir.  Ter-
Mikelov  səfərdən  qayıdandan  sonra  filarmoniyanın  layihəsini  hazırlamağa 
başlayır və bu işin öhdəsindən bacarıqla gəlir. 
Sadovıy  (Çkalov)  küçəsinin  Nikolayev  (Kommunist)  küçəsilə 
kəsişdiyi  yerdə  dörd  mülk  -  Yay  klubu  (filarmoniya),  Sadıqovun  evi,  Hacı 
Zeynalabdin Tağıyevin tikdirdiyi Marinski rus qız gimnaziyasının binası, bir də 
ondan  azca  aşağıda  Rotşildin  işlər  rəisi  Deburinin  order  memarlıq  üslubunda 
tikdirdiyi,  sonra  da  «Kavkazskoe  tovarişestvo»  şirkətinə  satdığı  bina  (R. 
Mustafayev  adına  İncəsənət  muzeyi)  gözəllikdə,  lakoniklikdə  bir-birilə  bəhs 
edir. 
downloaded from KitabYurdu.org

21 
 
Deyilənlərə  görə,  «Kavkazskoe  tovarişestvo»  neft  şirkətinin  başçısı 
filarmoniyanın layihəsini işləyən memardan xahiş edib ki, yay səhnəsini onun 
yaşadığı mülk ilə üzbəüz tikdirsin ki, balkonda oturub çalıb-çağıranlara tamaşa 
edə  bilsin.  Bir  də  istəmirmiş  ki,  evin  qabağında  lal  divar  ucalsın.  Memarlıq 
qanununa  görə  səhnə  həmişə  giriş  qapısı  ilə  üzbəüz  olmalıdır,  yay  klubunda 
(filarmoniyada) isə əksinədir. 
Bakı  proletariatının  izdihamlı  və  uzun  sürən  tətillərindən  biri  qələbə 
çalanda,  neft  sənayeçiləri  fəhlələrlə  kollektiv  müqavilə  bağlamağa,  onların 
tələblərinin çoxunu qəbul etməyə məcbur olmuşdular. 
Milyonçular    bir-birinin      bəhsinə      çoxlu    möhtəşəm  binalar 
tikdirirdilər.  Bu  mülklər  bir-birinə  oxşamadığı  kimi,  hər  birinin  özünə  xas 
gözəlliyi var. 
Az  müddətdə  Bakıda  bir  neçə  əzəmətli  məbəd-məscid  və  kilsə 
tikilmişdi:  «Qızıllı»,  yaxud  «Aleksandro-Nevski»  kilsəsi,  «Təzəpir  məscidi», 
«Əjdər-bəy» və yaxud «Göy məscid», «Budaqov» kilsəsi, iki «Kirx» və s. 
«Qızıllı»    yaxud    «Aleksandro-Nevski»    kilsəsi    şəhərin  mərkəzində 
ucaldılmışdı.  Onun  qızıl  rənginə  çalan,  par-par  parıldayan  qübbələri  on 
kilometrlərlə  uzaqdan  görünür,  səfərdən  qayıdan  gəmilərin  kapitanları  səmti    
o  qübbələrlə  müəyyənləşdirirdilər.  III  Aleksandr  Bakıda  möhtəşəm  kilsə 
tikmək  üçün  pul  buraxır  və  şərt  qoyur  ki,  əzəmətli  və  yaraşıqlı  olmalıdır.  
Memarlar    məsləhətləşib      qərara    gəlirlər    ki,  Novı    Afon    kilsəsinə  oxşar,  
lakin  ondan    daha  üstük  bir  məbəd  tiksinlər.  Akademik  Marfeld  baş  memar 
təyin  edilir.  Novı  Afondan  çertyojların  surətini  gətizdirirlər.  Layihə  tamam 
olanda  görürlər  ki,  buraxılan  məbləğ  azdır.  Başlayırlar  «ianə»  toplamağa. 
Bakıda  toplanan  200.000  manat  ianənin  150.000  manatını  əhalinin 
əksəriyyətini təşkil edən  müsəlmanlar ödəyir. 
1888-ci  ilin  payızında,  oktyabr  ayının  əvvəllərində  imperator  III 
Aleksandr  Tiflisdən  ailəsiylə  -  arvadı,  iki  oğlu,  bir  də  böyük  məiyyəti  ilə 
Bakıya  gəlir.  Vağzal  başdan-başa  təntənəli  mərasim  üçün  xalı-xalça, 
bayraqlarla      bəzədilmiş,    hasarların    üstündə    və    birmərtəbəli    binaların  
kəlləbəndlərində  bir-birindən  bir  arşın  aralı  qoyulmuş  qara  çıraqlar  yanırdı. 
Milyonçular,  tacir  və  əyanlar  bir  tərəfdə,  yüksək  rütbəli  mülki  və  hərbi 
məmurlar digər tərəfdə, silahlı soldatlar divar kimi amadə durmuşdular. Şahanə 
qatar  stansiyaya  girir.  Az  sonra  çar  III  Aleksandr  şahanə  vaqonundan  hərbi 
libasda  düşür.  Hamı  papağını  götürür,  Tağıyevdən  başqa,  Qubernator  təkid 
edirsə, o qulaq ardına vurur.  Hacı Zeynalabdin Tağıyev ortada, qubernator bir 
tərəfində,    şəhər  bələdiyyə  rəisi    digər    tərəfində  III  Aleksandra  yaxınlaşırlar. 
Hacı  xoşamədi  deyir.  Çar  ona  papağını    çıxarmadığı  üçün  tünd-tünd  baxır  və 
soruşur:  «Çey  vı  podannıy?»  (sən  kimin  rəiyyətisən?).  Qubernator  Hacıya 
pıçıldayır  de  ki:  «ya  podannıy    vaşeqo    veliçestva»    (siz    əlahəzrətin  
təbəəsiyəm). 
downloaded from KitabYurdu.org

22 
 
Hacı Zeynalabdin öz bildiyini deyir: «Ya podannıy Russkoy imperii». 
III  Aleksandr  vağzaldan  keçib  meydana  enir  və  şahanə  karetaya 
oturur. 
III  Aleksandrın  şəhərdən  keçmə  mərasimini  şəxsən  görmüş  bakılı 
dülgər Mütəllib kişi maraqla nəql edirdi: 
Padşahın  gəlməyinə  üç  gün  qalmış  carçılar  küçələrə  düşüb  car  çəkə-
çəkə şəhər əhlinə xəbər verdilər ki, əlahəzrət şəhərimizə varid olacaq. 
Vaxt  çatanda,  camaat  səhər  tezdən  çarın  keçəcəyi  Balaxanı  (Basin) 
küçəsinə, Quba (Füzuli) meydanına və Bazar (Hüsü Hacıyev) küçəsinə gəlir. O 
vaxt  həmin  küçələr  birmərtəbəli  binalarla  əhatə  olunmuşdu.  Vağzaldan,  ta 
keçmiş müsəlman qəbiristanına qədər yolboyu küçələrə, meydana xalı-xalçalar 
döşəmişdilər.  O  tay,  bu  taydakı  alçaq  binaların  damlarında  qara  çıraqlar 
qoymuşdular,  hamısı  da  yanırdı.  Hər  iki  tərəfdə  səkilərin  qırağında  soldatlar 
durmuşdular;  tüfəngləri  hazır  saxlamışdılar.  Camaat  isə  soldatların  arxasında, 
qabaqda  ruslar,  dal  tərəfdə  başqa  millətlər  dayanıb  həyəcanla,  maraqla  çarın 
gəlməyini  gözləyirdilər.  Bir  də  gördük  ki,  uzaqdan  padşahın  qızıl-gümüş 
bəzəkli  karetası  gəlir.  Quba  meydanına  səmt  götürmüşdü;  karetanı  daldan  atlı 
kazaklar,  yanlardan jandarmlar  müşayiət edirdilər. Camaat  da arxada yeriyirdi 
Birdən  bir  nəfər  qoca  müsəlman  kişi,  əlində  də  məşəl,  mühafizə  dəstələrinə 
baxmayaraq,  karetanın  qabağına  atılıb  başladı  meydana  tərəf  qaçmağa, 
İmperatoru müşayiət edən kazaklar atlarını məhmizləyib, bir anda məşəlli qoca 
müsəlmanı araya alıb tutdular. 
Bu  mənzərəni  karetadan  görən  imperator,  atları  saxlatdırdı,  əmr  etdi 
ki, məşəlli qosanı yanına gətirsinlər. 
Qoca  diz  çöküb  təzim  edir,  əlindəki  ərzi-halı  çar  uzadır.  O  da  kağızı 
dilmanca  verib  nə  yazıldığını  xəbər  alır.  Mətləbdən    hali  olanda,  çarın 
dodaqları qaçır, gülümsəyir, yavərinə  nə  isə tapşırır. Qocanı buraxırlar.  Sonra 
məlum olur ki, qocanın oğlu sözünə baxmır, onu incidir, xərclik vermir. Oğlan 
şəhər  dumasında  qulluq  sahibi  idi.  Rəvayətə  görə  çar  əmr  edir  ki,  kişiyə 
oğlunun rütbəsindən bir pillə yüksək çin - ad verilsin  ki,  oğlan  onun sözünə  
qulaq  assın,  üzünə  qayıda  bilməsin,  sözündən    çıxanda    atası    qanunla    onu 
cəzalandıra bilsin. 
Kareta köhnə qəbiristan tərəfə yönəldi. 
Qəbiristanı  təmizləyib,  kilsə  binası  üçün  özül  qazmışdılar.  Ətrafdakı 
alçaq binaların üstü tamaşaçılarla dolu idi. 
Kareta yaxınlaşanda əhali əl çaldı. III  Aleksandr qabaqda, dalınca iki 
keşiş karetadan düşüb özülə endilər. Keşişlərin hər biri çara qızıldan balaca bir 
kərpic  verdi.  Eyni  zamanda  başladılar  mərasim  duası  oxumağa,  Çar  qızıl 
kərpicləri  şahanə  sincab  mantosunun  ətəyilə  silib  öz  əlilə  özülə  qoydu.  Bakı 
milyonçuları  da,  hərə  öz  adına  layiq  qızıl  doldurulmuş  mücrünü,  qapaqlı  mis 
qabı  və  taxta  qutunu  imperatora  verdilər  ki,  özül  dəfinəsinə  qoysun.  III 
downloaded from KitabYurdu.org

23 
 
Aleksandr  verilən  hədiyyələri    və  inşaat  tarixi  yazılmış  sicili  də  bünövrəyə 
qoydu.  Keşişlər  avazla  ucadan  dua  oxudular.  Bənnalar  özül  divarını  hörməyə 
başladılar. 
Səhəri  gün  carçılar  bəziləri  piyada,  bəziləri  dəvə  üstündə,  küçə  və 
bazarlarda gəzib car çəkdilər ki, camaat, eşidin və agah olun, eşitməyənlərə də 
xəbər  verin,  padşah  dustaqlara  mərhəmət  edib,  bağışlayıb.  Özü  Kömürçü 
meydanı  ilə  Quba  meydanı  arasındakı  mərkəzi  həbsxanaya  gedib  dustaqları 
azad edəcək. Tamaşa etmək istəyənlər dustaqxana qabağına gələ bilərlər. 
Camaat  səhər  tezdən  qazamat  qabağında  idi.  Mən  də  getmişdim. 
Cavan  vaxtım  idi,  kənarda  dayanıb  tamaşa  edirdik.  Atlı  kazakların  araya 
aldıqları  çarın  karetası  gəlib  qazamatın  dəmir  darvazası  qabağında  dayandı. 
Padşah düşdü, zəhmli, yekəpər və kürən adam idi. Pişik gözü kimi parıldayan 
gözlərindən    od  yağırdı.  Yanındakılara  əlilə  nə  isə  işarə  etdi.  Nəhəng  dəmir 
darvazanı    açdılar.  Dustaqları    bir-bir  Qanlı  təpə  (I  Sverdlov)  küçəsinə  
buraxmağa    başladılar.  Qorxa-qorxa  yeriyən    dustaqlar  ikiqat  əyilib  özlərini 
mümkün  qədər      divar  tərəfə    verirdilər.  Görünür,    padşahın  qəzəbli  görkəmi, 
zəhmi onları lərzəyə salmışdı. 
O gün mollalar böyük mərhəmətinə görə camaatı məscidlərə yığıb dua 
oxuya-oxuya  çara  təşəkkür  edir,  özünə  və  ailəsinə  cansağlığı,  taxt-tacının  yüz 
illərlə  bərqərar  olmasını  diləyirdilər.  Bu  əhvalatdan  bir  ay  keçməmiş, 
jandarmlar  evbəev  düşüb  çar  tərəfindən  buraxılmış  dustaqları  asi  adlandıraraq 
təzədən tutub qazamata saldılar. 
Üçüncü  gün  çar  ailəsiylə  neft  mədənlərinə  tamaşaya  gedir. 
Milyonçular  çarı  Sabunçu  stansiyasında  duz-çörəklə  qarşılayırlar.  Bir  neçə 
yerdə  bəzəkli,  tağlı  darvazalar  qurulmuşdu.  Darvazalardan  birini  mədən 
avadanlıqlarından  qayırmışdılar.  Möhtərəm  qonaqlar  Nobel  qardaşlarının  neft 
anbarlarına,  sonra  Şəmsi  Əsədullayevin  neft  vuran  stansiyasına  və  güclü  neft 
verən üç buruğa tamaşa edirlər. Bir buruğun qabağında fontan zamanı quyudan 
çıxan daşları üst-üstə qalamışdılar. Daşların yer altından qaz gücünə çıxmasına 
adam inana bilmirdi. Əlahəzrət kanat üsulu ilə qazılan bir quyuya da baxır. 
Camaat və fəhlələr qonaqların qabağına çıxır. 
Neft  milyonçuları  imperatoru  və  onun  ailəsini  qəbul  etmək  üçün  iki 
yerdə xüsusi çadır - pavilyon qurmuşdular. 
İmperator onu müşayiət edənlərlə əvvəldən iki yerdə - Avropa və Şərq 
üslubunda  düzəldilmiş  çadırların  birincisinə  girir.  Oturandan  sonra  çadırın 
ətəklərini qaldırıb, fontan vuran quyunu nümayiş etdirirlər. Çay içib, şirniyyat 
yeyə-yeyə  fontana  maraqla  tamaşa  edirlər.  Sonra  da  İransayağı  bəzədilmiş 
ikinci  çadıra  gedirlər.  Qiymətli  xalı  və  xalçalardan  tağlı  girəcək  qurulmuşdu. 
Darvazadan  çadıra  qədər  yerə  bahalı,  nadir  xalı,  kəbə  və  xalça  döşəmişdilər. 
Çadırın içərisi ipək zər-ziba parçaları ilə bəzədilmişdi. 
downloaded from KitabYurdu.org

24 
 
Şəhərə  qayıdandan  sonra  çarın  şərəfinə  ziyafət  verilir.  III  Aleksandr 
razılığını  bildirib  «Qızıllı»  kilsəni  ləyaqətlə  başa  çatdırmağı  xüsusi  tapşırır. 
Sabahı gün Bakını tərk edirlər. 
Kilsənin  iş  icraçısı  arxitektor  Qoslavski  gecə-gündüz  çalışır,  bu  işdə 
bacarıq və istedadını əsirgəmir. Bina on ildən sonra, çar III Aleksandr öləndən 
sonra hazır oldu. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin