Manaf süleymanov


LƏNKƏRANDA AÇILAN BİR GÜLLƏNİN



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
#31627
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
KY0000435


LƏNKƏRANDA AÇILAN BİR GÜLLƏNİN  
BAKIDAKI ƏKS-SƏDALARI 
 
Keçmişdə  zabitlər  (əsasən  cavanlar)  tapançanın  topunda  bir  güllə 
saxlayıb  lüləni  gicgahlarına  tuşlayaraq  topu  fırladıb  çaxmağı  basmaqla 
bəxtlərini  yoxlayırdılar.  Lənkərandakı  «Dikaya  diviziya»nın  qoşun  hissəsində 
Hacı  Zeynalabdin  Tağıyevin  xidmət  edən  zabit  oğlu  Məhəmməd  də  bu  yolla 
bəxtini yoxlayanda tapança açılmış,  onu öldürmüşdür. Alay yoldaşlarından bir 
dəstə zabit cənazəni Bakıya gətirirlər, dəfndən sonra zabitlər geriyə qayıdarkən 
İmamverdi körpüsündə bir dəstə Qızıl qvardiyaçı matros onları tərk-silah edir. 
Bu hadisədən «Dikaya diviziya»nın şəhərdəki başçıları bərk narazı qalırlar. 
1918-ci  ilin  əvvəlində  Bakıda  bir  neçə  silahlı  dəstə  vardı:  1) 
Kommunistlər  «Qızıl  qvardiya»  təşkil  etmişdi,  3.500-ə  qədər  qvardiyaçı  silah 
daşıyırdı. 2) Erməni milli daşnak qvardiyasının dörd min beş yüz piyada və atlı 
soldatı vardı. 3) Rus-slavyan tayfalarının silahlı dəstələri. 4) Menşevik və eser 
dəstələri,  hərbi  donanma  matroslarının  bir  qismi  bu  dəstəyə  daxil  idi. 
Müsavatçılar isə könüllüləri yığıb Lənkəranda «Dikaya diviziya» yaratmışdılar. 
«Cəmiyyəti-xeyriyyə»nin  keçmiş  katibi  müəllim  Rza Müslümov  nəql 
edirdi ki, Novruz qabağı, bayrama bir neçə gün qalmış, gözəl yaz günlərindən 
birində  «İsmailiyyə»nin  qabağında  Cəmiyyətin  sədri  Mirzə  Əsədullayevi 
gözləyirdim.  Birdən  Bazar  küçəsində  səs-küy  qopdu.  Dönüb  o  səmtə  baxanda 
gördüm ki, böyük bir izdiham «İsmailiyyə»yə tərəf gəlir. Bir anda məni araya 
alıb, binanın açarını tələb etdilər; dedim ki,  sədrin icazəsi  olmadan açarı verə 
bilmərəm.  Açarları  cibimdən  zorla  çıxartdılar.  Hələ  üstəlik  pencəyimi  də 
cırdılar,  buxara  papağım  düşüb  itdi.  İzdiham  anbaan  artır,  adamlar  binaya 
soxulurdu.  Baqqallar,  göyərti  satanlar,  bazar  adamları,  avaralar,  macəra 
axtaranlar  pilləkanlara,  foyelərə,  eyvanlara,  salona  doldular.  Səhnəyə  stol 
qoydular.  Başında  yekə,  yaşıl  əmmamə,  gözlərində  qara  eynək,  çiynində  əba 
Bakı  qazisi  Mirhüseyn  Ağa  başı  əsə-əsə  xitabət  kürsüsünə  qalxdı,  ağlaya-
ağlaya  qışqırdı:  «Vaveyla!  Va  müsibəta!  Dinimiz  getdi  əldən,  namusumuzu 
tapdaladılar. Ağ kəfənə bürünüb, cihad etməliyik». 
Sağ  əlini  əbanın  altına  salıb  çıxartdığı  əfsər  tapançasını  havaya 
qaldıraraq  bərkdən  qışqırdı:  «Əsabiqun,  əsabiqun,  ilahikə  müqəribun!», 
«Kəfənpuş olub cihadə çıxın! Bu yolda qan axıdanlar şühada hesab olunacaq». 
Ehtiraslar  daha  da  coşdu.  Əynində  qara  mahuddan  kostyum,  başında 
buxara papaq, milyonçu Çolaq Ağabala  xitabət kürsüsünə  qalxdı,  yoğun səslə 
qışqırdı: «Camaat, papağı başınıza  nə  üçün qoymusuz? İsti-soyuq üçün, ya  ki 
namus üçün! Millət əldən gedir. Bu saat dəyirmandan 4.000 kisə un buraxıram. 
Girin meydana». Onun dalınca kürsüyə qoçu Aşurbəyov qalxdı, bircə söz dedi: 
downloaded from KitabYurdu.org

136 
 
«4.000 tüfəng, 200 qutu patron mən verirəm». Qaragüruhçulardan ibarət on iki 
nəfərlik  bir  heyət  seçib  Bakı  sovetinin  sədri  A.  Caparidzenin  yanına 
göndərdilər. Bakı soveti Musa Nağıyevin «Kazino» olan binasında yerləşirdi. 
Həmid  Sultanov  bu  məsələ  ilə  əlaqədar  1924-cü  ildə  çap  etdirdiyi 
məqalədə  «Из  прошлого»  kitabında  yazırdı:  «...Nəriman  Nərimanovun 
mənzilində  iclas  çağırıldı;  müsavat  partiyası  lideri  də  iştirak  edirdi.  Bu  ağır, 
gərgin  vəziyyəti  müzakirə  üçün  Stepan  Şaumyan  da  dəvət  edilmişdi  ki, 
məsələni birtəhər həll edib, çarə tapaq, qan tökməkdən qaçaq. 
İclasda  silahları  «hümmət»  firqəsi  vasitəsilə  geri  qaytarmaq  qərara 
alındı. Bütün tərəflər bu qərardan razı qaldılar».
*
 
Müslümov deyirdi ki,  müsəlmanlar  «İsmailiyyə»dən başqa  «Təzəpir» 
məscidində də məsələni müzakirə edirdilər; məscidin içində, həyətində və ətraf 
küçələrdə adam əlindən tərpənmək olmurdu. 
Nəriman  Nərimanov,  Şaumyanın  iştirakı  ilə  keçirilən  iсlasdan  sonra, 
əhalini  sakitləşdirmək  üçün  «Təzəpir»  məscidinə  gedir  və  silahları  geri 
qaytarmaq barədə olan qərarı bildirir. Doktor camaata sadə bir dildə deyirdi ki, 
«müsəlman  qardaşlar,  aldanmayın.  Fitnə-fəsada  inanmayın,  qara-qışqırığa, 
mənəm-mənəm  deyənlərə  uymayın!  Müsavatçıların,  daşnakların  fırıldaqlarına 
inanmayın. Onlar füqəra düşmənləridirlər. Ayaq altında tapdalanarsız. Sizdə nə 
var?  Var-yox  on  dənə  pas  atmış  dayandoldurum  berdanka,  otuz-qırx  köhnə, 
sınıq  əfsər  tapançası.  Nişan  almağı,  atmağı  da  əməlli-başlı  bacarmırsız. 
Üzünüzü  dala  çevirib  hara  gəldi  gülləni  tolazlayırsız,  kimə  dəydi,  dəydi.  Nə 
nizam bilirsiz, nə intizam. Bir qədər səbr edin. 
Caparidze  də  «İsmailiyyə»dən  gələn  qaragüruhçular  heyətinə  eyni 
cavabı  vermişdi:  «İyirmi-otuz  tüfəngdən  ötrü  qalmaqal  salmaq  lazım  deyil. 
Tüfəngləri  indi  qaytarsam,  matroslar  tutub  yenə  əlinizdən  alar,  sizi  hörmətsiz 
edərlər.  Axşamüstü  bir-iki  nəfər  gəlsin,  tüfəngləri  qoyum  maşına,  gözətçi  də 
qoşum, götürün aparın». 
Heyət 
«İsmailiyyə»yə  qayıdanda  binada  camaat  bir  qədər 
seyrəkləşmişdi. 
Gedən  heyətin  əliboş  qayıtdığını  eşidəndə  qaragüruhçular  alovun 
üstünə yağ tökməyə başladılar. 
Birdən  şəhərin  bir  neçə  yerindən  -  Şamaxı  yolunda  (C.  Cabbarlı 
küçəsi), Balaxanı (Basin) küçəsində, Quru bağda güllə səsləri eşidildi. 
Hadisənin  şahidi  müəllim  Ağa  Məmməd  Səlimxanov  nəql  edirdi  ki, 
«Şamaxı  yolunda,  Üçüncü  paralel  küçəsinin  tinində  dayanmışdıq.  On-on  bir 
nəfər idik. Yuxarıda bir dəstə daşnak süvarisi göründü, yaxınlaşanda qabaqdakı 
dəstəbaşı bizə acıqlanıb, bərkdən dedi ki, dağılın. Hərə bir tərəfə üz tutdu; mülk 
                                                           
*
 (H. Sultanovun xatirəsi). «Из прошлого», Баку, 1924, с.17-19. 
downloaded from KitabYurdu.org

137 
 
sahibi qaldı darvazanın qabağında. Dəstəbaşı daşnak atı məhmizlədi.  At çıxdı 
səkiyə və süvari bağırdı: «Köpək oğlu müsəlman, demirəm çıx get!». Kişi dedi: 
«Evimin qabağından hara gedim. Kəpək oğlu da sənsən, it oğlu da». Dəstəbaşı 
daşnak  şallağı  işə  salanda,  səkidəki  adam  özünü  yana  verib  yerdən  bir  daş 
qapdı.  Süvarilərdən  biri  cəld  tüfəngi  çiynindən  götürüb  atəş  açdı,  Kişi  sərildi 
yerə... Elə bil hər şey tüfəng  lüləsinin  ucunda, ordan çıxan gülləyə bənd imiş, 
şəhəri atışma bürüdü». 
Elə  bir  təsəvvür  oyanırdı  ki,  şəhərin  bütün  binalarından  güllə  yağır. 
Bir  az  əvvəl  əzəmətli  binanı,  Nikolayevski  (Kommunist)  küçəsini,  «Kaspi» 
mətbəəsinin döngəsini, Bic Zeynalabdinin dalanını bürüyən adamlar başladılar 
qaçmağa. 
Bir dəstə adam bel, külüng götürüb səngər qazırdı. Həm atışır, həm də 
işləyirdilər. 
...Atışma 
anbaan 
şiddətlənirdi. 
Əsgərlər 
«Metropol» 
mehmanxanasının  (Nizami  muzeyi)  damında  pulemyot  qurub  «İsmailiyyə»yə 
atəş açdılar; «Qoşa qala» qapısı yaxınlığında Haşımov (Gənclər) meydanındakı 
mülkün də damından pulemyot səsləndi. 
«Cəmiyyəti-xeyriyyə»  binasında  bir  az  əvvəl  mənəm-mənəm  deyib 
toplaşanların heç biri qalmamışdı. 
Matroslarla əsgərlər üst məhəllələrə qalxmağa, küçələri tutmağa cəhd 
göstərirdilər... 
Mürtəce ünsürlər şayiə yaymışdılar ki, guya müsəlmanlar şəhərdə olan 
bütün rusları qırırlar. 
Gəmilərdən Bakının yuxarı, müsəlman məhəllələrinə bir neçə top atəşi 
açdılar.  Çəmbərə  kəndindəki  məktəb  binasında  həm  hərbi  xəstəxana,  həm  də 
yetim uşaqlar yerləşirdi. Duma qərarından sonra Nargin adasındakı alman, türk 
və  Avstriya  şikəst  və  xəstə  əsirləri  gətirib  şəhərdə  müalicə  edirdilər.  Çəmbərə 
kəndindəki  məktəb  binasındakı  lazaretdə  də  bir  neçə  xəstə  türk  çavuşu  və 
əsgəri yatırdı. 
Bir  top  mərmisi  binanın  qabağında  yerə  düşdü,  ətrafa  səpələnən 
qəlpələrdən  pəncərə  şüşələri  tikə-tikə  olub  töküldü.  Lazaretdə  xidmət  edən 
doktor  dedi  ki,  üçüncü  mərmi  binaya  düşəcək;  görünür  hədəfi  sərrast  nişan 
almaq üçün topu tuşlayırlar. 
Müdir özünü itirməyib, telefonda dəniz hərbi qərargahına xəbər verir 
ki, lazaretdə  yaralılar  və  yetimlər təhlükədədir. Qərargahdan danışan bir  nəfər 
rus dənizçisi ünvanı soruşdu və tapşırdı ki, tez bir ağ parçanın ortasında qırmızı 
rəngdə xaç nişanı çəkin, binanın damına, hündür bir yerə sansın. Gəmilərə əmr 
veriləcək ki, oranı səmt götürməsinlər. 
Şəfqət  bacısı  Sara  xanım  (Zülfüqar  Hacıbəyovun  baldızı)  dörd 
döşəkağını  cəld  bir-birinə  saladı.  Müdir  boşqabda  xəmir  hazırladı,  qırmızı 
kağız gətirib, döşəkağının ortasına iri bir xaç yapışdırdı... 
downloaded from KitabYurdu.org

138 
 
İkinci  top  mərmisi  həyətə  düşüb  partladı.  Çaxnaşma  başlayanda 
doktor adamları sakitləşdirib, qırmızı xaç nişanı olan ağ bayrağı götürüb qapıya 
yönəldi  ki,  qaldırıb  dama  sancsın.  Müdir  bayrağı  onun  əlindən  almağa  cəhd 
edəndə  doktor  deyir  ki,  sən  yetimlərə  və  xəstələrə  baxırsan,  olmaz.  Bu  qədər 
yazıq, ata-anasız cocuqların, xəstə, yaralı və əsir əsgərlərin məhv olmasındansa 
bir nəfərin ölməsi daha məsləhətdir. O, qapıya çatanda Nargində ağır xəstəliyə 
düşmüş  və  artıq  sağalmaqda  olan  Hüseyn  adlı  əsir  çavuş  özünü  çatdırıb, 
bayrağı,  çəkic  və  mismarları  doktorun  əlindən  alıb  dedi:  «Doktor  əfəndi,  siz 
hələ xəstə və yaralılara çox lazım olacaqsınız, şəhid olmaq şərəfini, lütfən, bana 
hədiyyə  ediniz.  Yalqızam,  kimsəm  yox;  ölsəm  də  fərq  etməz».  Cavab 
gözləmədən  dəhlizdən  çıxdı,  dama  qalxdı.  Bayrağı  dama  sancdı.  Binanın 
ətrafına artıq top mərmisi düşmürdü... 
Yetim uşaqlar dəhlizə girən əsir çavuş Hüseyni qucaqladılar. Xəstə və 
yaralı əsgərlər də ona təşəkkür edirdilər. 
Çəmbərə  kəndindəki  lazaretin  damına  sancılan  bayrağa  bənd  imiş 
kimi  bütün  binalarda  ağ  bayraqlar  ucaldı...  Kətan  parçalar  küləkdən 
dalğalanırdı. Elə bil saysız-hesabsız göyərçin qanadlanırdı. 
Müslümov  deyirdi  ki,  lazaretdən  durbinlə  baxırdıq.  Şəhəri  tüstü 
bürümüşdü. 
Hərb gəmilərindən matroslar gəlib, şəhər məhəllələrini gəzib vəziyyəti 
yoxladılar, «rusları qırmaq» şayiəsinin daşnak fitnəsi olduğu təsdiq edildi. 
Axşamın  düşməsi  vəziyyəti  heç  də  dəyişdirmədi.  Bütün  gecə  atışma 
davam etdi. Evlər yanır, hər tərəfdən alov ucalırdı. 
İmkanı olanlar gecənin qara tüstülü pərdəsi altında faytonda, arabada, 
atda,  eşşəkdə,  piyada  canlarını  götürüb  hara  gəldi  qaçırdılar.  Əlsiz-ayaqsız 
kasıblar  isə  küçələrə,  həyətlərə  tökülüşüb  nə  edəcəklərini  bilmirdilər,  çaşıb 
qalmışdılar. Qayıqla, gəmiylə, barkazla da qaçanlar çox idi. 
...Lazaretdə  ərzaq  qurtarmışdı.  Xəstələr  və  yetim  uşaqlar  ac  idi. 
Küçəyə  çıxmaq  qorxulu  idi.  Ağ  xalat  geyib,  başıma  həkim  qalpağı  qoydum, 
qoluma  da  qırmızı  xaç  nişanı  bağladım,  eynək  də  taxdım,  balaca  bir  sanitar 
çamadanı da götürüb, küçəyə çıxdım. Çamadanda bint, yod, iynə, spirt, bir az 
da dərman vardı. 
Küçələrdə  silahlı  növbətçilərdən  başqa  heç  kəs  görünmürdü. 
Nikolayevsk  (Kommunist)  küçəsilə  üzü  aşağı  düşüb  Bazar  (Hüsü  Hacıyev) 
küçəsinin tininə çatdım. Mağazalar qarət edilmişdi. 
Divarlara  iri  hərflərlə  yazılmış  xəbərdarlıq  elanları  vurulmuşdu: 
«Axşam saat 8-dən sonra küçələrə çıxmaq qadağandır». 
Çox  çətinliklə  özümü  qərargaha  çatdırdım.  Xəstələrin  və  yetimlərin 
siyahısını bir rus matrosuna verdim. 250 yetim uşaq və 73 xəstə üçün anbardan 
çörək,  ət  konservi,  yarma,  duz  və  başqa  ərzaq  buraxmağı  anbardara  əmr  etdi. 
Anbar, qərargah olan binanın zirzəmisində idi. Ərzağı aparmağa bir yük maşını 
downloaded from KitabYurdu.org

139 
 
da  verdilər.  Qol  çəkib  malları  alıb  maşına  yüklədik.  Yola  düşəndə  qaranlıq 
çökürdü. 
«Cəmiyyəti-xeyriyyə»nin  tüstülənən  binasının  qabağından  keçəndə 
sürüsü maşını küçənin ortasından sürdü. Maşının qabaq təkərləri bir gün əvvəl 
qazılmış  səngərə  düşdü. Sürüsüylə  tutaşdım. Yanğın söndürənlər  «Cəmiyyəti-
xeyriyyə»dən  avadanlığı,  xalçaları,  mebelləri  maşınlara  doldurub  aparırdılar. 
Onlar maşınımızın təkərlərini səngərdən çıxartdılar. Dumanın qabağına çatanda 
sürüsü  maşını  saxladı,  yuxarı  məhəlləyə  getməkdən  boyun  qaçırdı.  Dedi  ki, 
dağlılar  məni  öldürərlər.  Məcbur  olduq  şeyləri  «Müqəddqs  Nina»  məktəbinin 
üzbəüzündə,  birinci  mərtəbədə  olan  əczaxananın  dəhlizinə  yığaq.  Əczaxana 
yiyəsi mənimlə dost idi. Özüm də orada gecələdim. 
Səhər  əczaxanadan  çıxdım  ki,  gedim  iri  uşaqları  gətirim,  ərzağı 
daşıyaq. Birdən küçədə beş-altı uşağa rast gəldim. Məni axtarmağa çıxıblarmış. 
Bərk  sevindilər.  Səhərə  qədər  yatmayıblar.  Fikirləşiblər  ki,  bu  qatışıqlıqda 
yəqin  məni  öldürüblər.  Ərzağı  bir-təhər  lazaretə  daşıdıq...  Səhərisi  yetimlərin 
və  xəstələrin  ərzaq  məsələsini  həll  etmək  üçün  şəhər  təsərrüfatına  baxan 
Nəriman Nərimanovun yanına getdim. 
Dövlətlilərin çoxusu elə atışma başlayan kimi ailələriylə gəmiyə minib 
İrana - Ənzəliyə yollandılar, digərləri isə bağlarına qaçdılar. 
Qocaman  müəllim  Məhərrəm  Sultanov  yadında  qalanları  belə 
söyləyirdi:  «Çox dəhşətli, qanlı və  vahiməli  günlər  idi;  getsin o  günlər, bir də 
gəlməsin,  Dabbağ  emalatxanasında  muzdur  idim.  Dabbaqxana  şəhərin  lap 
qırağında, Salyan  kazarmalarından  bir qədər aşağıda idi. 
Bir az kənarda, yolun yaxınlığında birmərtəbəli evlər, daxmalar, mal-
qara tövlələri, samanlıq, qara damlar yerləşirdi. 
Novruz  bayramına  dörd-beş  gün  qalmışdı.  Dabbaqxanada  işləyirdik. 
Birdən  atışma  başlandı,  özü  də  bir  neçə  yerdə.  Qaçıb  çıxdıq  dama.  Güllələrin 
səsi  Şamaxı  yolundan,  bir  də  şəhərin  ortasından  gəlirdi.  Biz  olan  məhəllədə 
hələ  sakitlik  idi.  Əhali  tökülüşmüşdü    həyət-bacaya,    küçəyə...    Arvadlar  
ağlaşırdı. 
Bütün gecəni yatan olmadı. 
Varlılar şey-şüylərini arabalara, qazalaqlara, faytonlara doldurub gecə 
qaranlığında  külfətini  də  götürüb  hara  gəldi  qaçırdılar.  Səs-küydən,  uşaqların 
ağlayıb-sızlamasından qulaq batırdı. 
Andronik  haqqında  ən  düzgün  xasiyyətnaməni  SSRİ  xarici  işlər 
komissarı  Q.  V.  Çiçerin  vermişdi.  O,  1924-cü  ildə,  aprel  ayının  28-də, 
Moskvada  Zaqafqaziya  tələbələrinin  Azərbaycan  KP  Bakı  təşkilatının  25 
illiyinə və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 4-cü ildönümünə 
həsr edilmiş yığıncaqdakı məruzəsində Androniki Antantanın agenti adlandırıb 
belə  demişdir:  «Brest  -  Litovsk  sülhündən  sonra  türk  ordusu  hücuma  keçib, 
əvvəl  Batumi,  Kars,  Ardahanı  zəbt  edib  irəlilədikcə  general  Nazarbekov 
downloaded from KitabYurdu.org

140 
 
türklərə müqavimət göstərdi, o, meydandan çıxandan sonra mübarizəni Antanta 
agenti  Andronik  davam  etdirdi.  Andronik  cəhd  edirdi  ki,  Qafqazdan  keçib, 
özünü  Urmiyaya  çatdırsın,  ingilislərin  Denstervil  ekspedisiyasının  dəstələrilə 
birləşsin. Lakin türk əsgərləri Urmiyə və Təbrizi Denstervildən tez tutdular və 
onu geri çəkilməyə vadar etdilər». 
Məruzənin  digər  yerində  Q.  V,  Çiçerin  sözünə  belə  davam  edir: 
«Fransızların  hərbi  agentləri  əksinqilabçı  kazaklardan  özlərinə  qüvvə 
yaradırlar. Andronik Antantanın agentidir».
*
 
Daşnakların və müsavatçıların camaat arasında qırğın salmaq cəhdləri 
zəhmətkeşlərə  baha  başa  gəldi;  onlar  zəhmətkeşləri  inqilabi  mübarizədən 
yayındırmağa can atırdılar. 
Kommunistlər  bu  avantüranın  qarşısını  almaq  üçün  «xilas  komitəsi» 
yaratdılar.  Bünyad  Sərdarov  komitənin  sədr  müavini  təyin  edildi.  Komitə 
azərbaycanlı,  rus,  gürcü  və  yəhudilərdən  ibarət  dəstələri  düzəltmişdi.  Bu 
dəstələr şəhəri gəzib özbaşınalığı aradan qaldırırdı. 
Həmid Sultanov («Из прошлого» kitabı, 1924, səh. 17-19.) o günləri 
xatırlayaraq  yazır:  «Burjuaziya  məğlub  oldu.  Sosialist  təşkilatlarda  fövqəladə 
hakimiyyət  yarandı.  Müsəlman  məhəllələri  sosialist  bürosuna  tapşırıldı.  Büro 
hümmətçilərdən və sol eserlərdən ibarət idi. Büroya Nəriman Nərimanov sədr, 
Mirhəsən  Vəzirov  müavin  təyin  edildi.  Büronun  tərkibindəki  fövqəladə 
komissiyaya  Həmid  Sultanov  başçılıq  edirdi.  Bu  komissiya  sovetin  rəhbərliyi 
altındakı Bakı qəzasında kənd sovetləri yaradır. Və qəza qurultaya çağırılır. 15 
nəfərdən  ibarət  icraiyyə  komitəsi  seçilir.  Qəza  icrakomu  Sovet  və  Bakı 
icrakomu  tərkibinə  daxil  edilir.  Sosialist  bürosu  öz  fəaliyyətini  bitirib 
hakimiyyəti ispolkoma  verir. 1918-ci ilin  martında Bakıda  əksinqilabi qiyamı, 
müsavat  və  daşnak  avantürasını  Sovet  silahlı  qüvvələri  yatırdır.  Həmin  ilin 
aprel  ayında  Azərbaycanda  və  bütün  Zaqafqaziyada  ilk  Sovet  hakimiyyəti 
orqanı olan Bakı Xalq Komissarları Soveti təşkil edilir: 
Stepan Şaumyan - Bakı XKS sədri və xarici işlər komissarı. 
Alyoşa Caparidze - daxili işlər komissarı. 
İvan Fioletov - xalq təsərrüfatı şurasının sədri. 
Məşədi Əzizbəyov - quberniya komissarı. 
Qriqori Korqanov - hərbi və dəniz komissarı. 
Nəriman Nərimanov - şəhər təsərrüfatı komissarı. 
Artaşes Kariniyan (Qabrielyan) - ədliyyə komissarı. 
Nina Kolesnikova - maarif komissarı. 
Yakov Zevin - əmək komissarı. 
Saak Ter-Qabrielyan - fövqəladə komissiyanın sədri. 
                                                           
*
 Bax: «Бакински рабочи» qəzeti, 14 may, 1924-cü il. 
downloaded from KitabYurdu.org

141 
 
Mirhəsən  Vəzirov  -  torpaq  komissarı  və  başqaları  hökumət  tərkibinə 
komissar kimi daxil edildilər. 
Bakı  Xalq  Komissarları  Soveti  bir  sıra  sosialist  tədbirləri  həyata 
keçirməyə başladı. 
1918-ci  ilin  yazında  Azərbaycanın  bir  sıra  qəzalarında  da  Sovet 
hakimiyyəti quruldu. 
Bakı Xalq Komissarları Soveti. Bakı Xalq Komissarları soveti təşkil 
olunduğu  birinci  gündən  bir  sıra  sosialist  islahatı  keçirdi;  hər  şeydən  əvvəl 
zəhmətkeşlərin  ağır  dolanacağını  qismən  də  olsa  yaxşılaşdırmağa  cəhd  etdi. 
Bakı  Kommunası  dövründə  sovet  Rusiyasına  1.500.000  ton  neft  göndərildi. 
Neft  sənayesi,  banklar,  şəhər  təsərrüfatı,  su  nəqliyyatı,  dəmir  yolu  və  sairə 
sahələrdə  yeni  qanun-qayda  yaradıldı.  Mülkədar  torpaqlarının  kəndlilərə 
paylanması  haqqında  dekret  verildi,  banklar,  neft  sənayesi,  Xəzər  ticarət 
gəmiçiliyi, balıq vətəgələri milliləşdirildi. 
Bakının müdafiəsini möhkəmləndirmək məqsədilə gənc Sovet dövləti 
Petrovun başçılığı altında neft şəhərinə 8.720 süngüsü olan bir dəstə göndərdi; 
onlardan  yalnız  780 nəfəri gəlib Bakıya  çatdı; çoxunu  Saritsində  (Volqoqrad) 
saxlamışdılar. 
1918-ci  ilin  ortalarında  İrandakı  Rus  korpusunun  bir  hissəsi  1.500 
süngülü  Kazak  dəstəsi  Lazar  Biçeraxovun  başçılığı  ilə,  Korqanovla  bağlanan 
müqavilə əsasında, türklərə qarşı vuruşmaq üçün Ənzəlidən Ələtə gəlir, oradan 
da cəbhəyə yollanır. 
Lazar Biçeraxova çar ordusunda ləkəli  və rəzil adam  kimi baxırdılar. 
Hələ  müharibədən  əvvəl,  ədəbsiz  hərəkəti  üçün  zabitlərdən  biri  onu  şillələyir. 
Hərbi ənənənin və qanun-qaydanın əleyhinə zabiti duelə çağırmır, buna görə də 
onu  qorxaq  adlandırıb  ordudan  qovurlar.  O  da  İrana  kedir  və  rus  korpusunda 
xidmətə başlayır; polkovnik rütbəsinə qədər qalxa bilir, lakin hərbçilər ona heç 
vaxt hörmət etmirlər. 
İnqilab  komitəsi  mart  hadisələrindən  sonra  Qızıl  qvardiya  hissələrini 
möhkəmlətmək və əhaliyə yardım məqsədilə neft sənayeçilərindən, banklardan, 
ticarət-sənaye 
firmalarından,  gəmi  sahiblərindən,  fabrik  və  zavod 
cəmiyyətlərindən,  neft  emalı  zavodu,  vətəgə  sahiblərindən  və  s.  50.000.000 
manat  cərimə  istəyir.  Kapitalistlər  bu  məbləği  verməkdən  boyun  qaçırdırlar. 
İnqilab komitəsi onları həbsxanaya salmaqla təhdid edir. Tələb olunan məbləği 
ödəyirlər. 
Xarici  silahlı  müdaxiləçilərin  Azərbaycana  soxulduğu  dövrdə  - 
Bakıda,  mədən  və  zavodlarda  vəziyyət  ağırlaşırdı,  Əksinqilabçı  partiyalar 
bundan öz xeyirlərinə istifadə edirdi; vəziyyəti ancaq xaricdən yardım almaqla 
düzəltmək şüarını irəli sürürlər; fikirləri - ingilisləri Bakıya gətirmək idi. 
Neft  sənayesini  milliləşdirərkən  «Sovet  syezd»  etiraz  etdi.  Eyni 
zamanda  hər  tərəfdən  pozucu  fəaliyyətə  başladılar.  Mədənlərdə  avadanlığı 
downloaded from KitabYurdu.org

142 
 
yaramaz  hala  salır,  gizlədirdilər.  Böyük  bankir  və  neftxudalar  İrana, 
Gürcüstana,  Şimali  Qafqaza  qaçır,  saxta  sənədlə  banklarda  olan  pulları  alır, 
yaxın adamlarına verirdilər. 
İngilislərlə yaxın olanlar hər yerdə Sovet hökumətinin əleyhinə qızğın 
təbliğat  aparır  və  pozuculuq  fəaliyyəti  göstərirdilər.  Təxribat,  əksinqilabi 
fəaliyyət  və  təbliğat  iyul  ayının  24-də  pis  nəticə  verdi.  Keçirilən  mitinqlərdə 
bolşevikləri sıxışdırdılar. N. N. Kolesnikova  yuxarıda  göstərdiyimiz  kitabdakı 
xatirələrində  yazır:  «Mitinq  Bayıldakı  körpülərdən  birində  keçiriləcəkdi.  Mən 
müəyyən  edilmiş  vaxtda  gəldim.  Heç  kəs  yox  idi.  Sonra  yavaş-yavaş,  bir-bir, 
iki-bir  adamlar  yığıldı.  Mitinqi  açdıq,  elə  ki,  mən  danışmağa  başladım,  hər 
tərəfdən  zəhərli,  acıqlı  sual  və  replika  yağdırdılar:  «haçan  çörək  olacaq?», 
«Görünür  komissarların  kefləri  kök,  güzəranları  çox  yaxşıdır,  camaat  barədə 
heç  fikirləşmirlər».  Nə  qədər  cəhd  etdim  ki,  məclisi  ələ  alım,  adamları  başa 
salım  ki,  çətinlik  müvəqqətidir,  keçib  gedəcək,  heç  nə  çıxmadı,  zor-bəla  ilə 
ancaq yarım saat danışa bildim. 
Eser, menşevik və daşnaklar çıxışlarında bütün günahları bolşeviklərin 
boynuna  yıxdılar,  dedilər  ki,  camaatın  çəkdiyi  bütün  iztirab,  əziyyət  və 
çətinliklər  yalnız  onların  ucbatındandır.  Axırda  sürəkli  alqışlarla  ingilisləri 
Bakıya dəvət etməyi qərara aldılar. 
Özümü  itirmiş  halda  Bakı  komitəsinə  gəldim,  öz-özümü 
bacarıqsızlıqda günahlandırırdım. Bu vaxt başqa yerlərdəki mitinqlərdə   çıxış 
edən yoldaşlar da gəlib çıxdılar. Mən düşdüyüm biabırçı vəziyyəti nəql edəndə, 
sözümü kəsib dedilər ki, onların da başına eynilə mənim başıma gələnlər gəlib, 
hətta bəzi kişi natiqləri tribunadan sürüyüb yerə salıblar». 
Mühasirədə  qalmış  Bakı  əhalisi  həddindən  çox  aclıq  çəkirdi.  Şimali 
Qafqazdan  göndəriləcək  taxıl  gəlib  çıxmırdı.  Bakı  fəhlələrinin  çörək  payı 
azaldılmışdı, gündə adambaşına yarım kirvəngə (200 qram) çörək verilirdi. Bu 
paya çox məhdud miqdarda fındıq və günəbaxan tumu əlavə edilirdi. 
Mürtəce  menşevik,  daşnak,  eser  və  xırda  burjuaziya  partiyaları 
əhalinin  maddi  vəziyyətini  guya  yaxşılaşdırmaq  məqsədilə  tezliklə  İrandakı 
ingilis qoşunlarını Bakıya çağırmağı tələb edirdilər. Onlar ərzaq qıtlığı və hərbi 
uğursuzluqların  günahını  Xalq  Komissarları  Sovetinin  boynuna  yıxır  və 
böhtanlar atırdılar. 
Bütün  bunlar  Bakının  müdafiəsinə  ziyan  vururdu.  İyulun  25-də  Bakı 
Sovetinin  fövqəladə  iclası  keçirildi.  Rayon  Sovetlərinin  üzvləri,  gəmi 
komitələri və Qafqaz Ordusunun hərbi-inqilabi komitəsi də daxil olmaqla 500-
ə qədər adam iştirak edirdi. Adətən, bu cür iclasları Caparidze aparırdı, bu gün 
isə onun müavini daşnak Arakelyan sədrlik edirdi. 
Şaumyan gündəlikdəki hərbi və siyasi vəziyyət barədə məruzə etdi. 
downloaded from KitabYurdu.org

143 
 
Çıxışlarda  ingilisləri  Bakıya  dəvət  etmək  ətrafında  söhbət  gedirdi. 
Bolşeviklər  bunun  qəti  əleyhinə  çıxdılar.  S.  G.  Şaumyan,  A.  Caparidze,  M. 
Əzizbəyov və Y. Zevin bu təklifi pislədilər. 
Menşeviklər,  eserlər  və  daşnaklar  isə  ingilisləri  Bakıya  çağırmağı 
təkid  edirdilər;  onların  daxili  işlərə  qarışmayacağını  söyləyirdilər.  Sağ 
partiyaların  nümayəndələri  Bakı  Xalq  Komissarları  Sovetinə  və  Qızıl  Orduya 
qarşı  kinli  hücum  və  məzəmmətlərlə  iftiralar  yağdırırdılar  və  bolşevikləri 
fərarilikdə, şəhəri çətin vaxtda qoyub qaçmaqda ittiham edirdilər. 
Çox  gərgin  şəraitdə  təkliflər  səsə  qoyulur.  Nəticədə  sağ  partiyaların 
təklifi  qəbul edilir. 
N.  N.  Kolesnikova  xatirələrində  bu  mənzərəni  belə  təsvir  edir:  «sağ 
tərəfdə əl çalıb alqışlar başladı, lakin tez də susdu. Şaumyan qabağa çıxıb araya 
çökən dərin sükutu pozaraq  sağ oturacaqlarda olanlara müraciət etdi: «Siz hələ 
İngiltərəni tapmamış, Rusiya  Mərkəzi hökumətini itirdiniz. Siz hələ  ingilisləri 
tapmamış bizləri itirdiniz. Və Mərkəzi Rusiya nümayəndəsi kimi bu satqınlığa 
qarşı  protest  edirəm  və  gələcək  siyasət  üçün  bütün  məsuliyyəti  üzərimdən 
götürürəm.  Partiyamız  adından  mən  deyirəm  ki,  bu  satqınlıq  üçün  məsuliyəti 
biz üzərimizə götürməyəcəyik...» 
Caparidze  salonda  səs-küy,  qara-qışqırıq  olmağına  baxmayaraq  çıxış 
etdi: «İngilisləri Bakıya gətirməklə siz üstündə oturduğunuz şaxəni kəsəcəksiz. 
Siz  Bakı  Sovetini  dağıtmaqla  İngiltərə  kapitalı,  ingilis  təlimatçıları  və  ingilis 
avtomobillərindən savayı özgə bir şey görməyəcəksiz». 
Esser  Veluns  və  menşevik  Ayollo  çıxışlarında  bolşeviklərə,  xüsusən 
Şaumyana çirkablı böhtanlar ataraq, onu fərarilikdə günahlandırdılar. 
N.  N.  Kolesnikova  haman  xatirələrdə  yazır:  «Elə  ki,  Sovetdə 
menşevik  –  daşnak  -  eser  dəstəsi  az  üstünlüklə  əksəriyyət  səs  qazandılar  və 
Şaumyan belə şəraitdə Bakı Komissarları Soveti vəzifəsinin səlahiyyətindən əl 
çəkəcəyini  söylədi,  daşnak  Arakelyan  sədrlik  stolunun  arxasından  qalxıb, 
Şaumyan  oturan  yerə  yaxınlaşaraq,  özünü  itirmiş  halda  danışmağa  başladı: 
«Yox,  bu  mümkün  olan  şey  deyil  ki,  siz  gedəsiz...  Biz  sizə  həmişə  etibar 
etmişik və inanırıq... Biz gələcəkdə da sizinlə bir, bərabər işləmək istəyirik...» 
26 Bakı komissarının 1918-ci ilin sentyabrında Qızıl qum səhrasında 
güllələnməsi daşnak Arakelyanın sədrlik etdiyi bu iclasda çıxarılan qərarın əks-
sədası idi. 
Bakı sovetinin bu dramatik iclası gecə saat 2-yədək davam etdi. 
Binanın  qarşısında  böyük  izdiham  vardı...  Görünür  iclasda  olub-
keçənləri artıq bilirdilər. Camaat səssiz aralanıb bizə yol verdi». 
N.  N.  Kolesnikova  sonrakı  səhifələrdə  hər  iki  uşağının  ağır  xəstə 
olduğunu və onları şəhərdən necə çıxartmaq barədə yazır: «Şaumyanla söhbət 
etdiyim  günün  sabahı,  dalımca  maşın  gəldi,  məni  və  uşaqları  apardılar 
Bayıldakı körpülərdən birinə yan almış gəmiyə. 
downloaded from KitabYurdu.org

144 
 
Gəminin göyərtəsindəki çamadan və dolu tayların üstündə arvadlar və 
uşaqlar oturmuşdu, tərpənmək olmurdu. Birtəhər bizi də yerbəyer etdilər. Get-
gedə  hava  qızır,  günəş  amansızcasına  yandırır,  uşaqlar  ağlayır,  bürküdən  az 
qalırdı boğulsunlar. Bir neçə arvadın ürəyi getdi. Xəstə oğlumun halı məni bərk 
qorxudurdu,  onsuz  da  nəfəsi  zorla  gedib-gəlirdi.  Mənə  elə  gəlirdi  ki,  bu  saat 
yıxılacam. 
Uşaqları götürüb gəmidən düşdüm... 
Sabahı  gün  yoldaşlardan  iki  nəfər  gəlib  dedi  ki,  məni  lap  evimizin 
yaxınlığındakı körpüyə yan almış gəmiyə aparacaqlar. Getdik, gəmi balaca idi, 
elə  katerə  oxşayırdı,  kayut  da  yox  idi...  Göyərtəyə  o  qədər  adam  və  yük 
doldurmuşdular ki, tərpənmək olmurdu, mənə və uşaqlara yer eləyib getdilər. 
Birdən  adamların  arasından,  daşnak  dəstələrinin  rəsmi  libasında  olan 
bir zabit qabağa çıxdı, qəzəbli, acıqlı nəzərlərlə mənə baxıb qışqırdı: 
-  Vətəndaşlar,  heç  bilirsiz  bizim  gəmiyə  kimi  gətiriblər?  Maarif 
komissarı  Kolesnikovanı.  O  da  mühakimə  ediləcək  şaykadandır.  Bu  canini 
qoymamalıyıq qaçsın... 
Sonra  da  dişinin  dibindən  çıxan  söyüş,  böhtan  qalmadı  ki, 
bolşeviklərə, komissarlara, şəxsən mənə yağdırmasın. 
Sərnişinlərin  hamısı  susurdu,  bəziləri  istehza  ilə  gülümsəyir,  arvadlar 
oturub  başlarını  aşağı  salmışdılar.  Kapitanı  əvəz  edən  matros  görünür  nə 
edəcəyini bilmirdi. Telefon aparatının dəstəyini götürüb «Sentrokaspiyə» raport 
verdi: 
-  Maarif  komissarı  Kolesnikova  uşaqları  ilə  göyərtədədir.  Əmriniz 
nədir? 
Ona cavab verdilər, matros da bərkdən təkrar etdi: 
-  Qaçqın  kimi  qala  bilər.  Oldu!  Vətəndaşlar,  eşitdinizmi?  -  deyə 
sərnişinlərə baxdı. 
Bu  cavab  daşnak  zabitini  təmin  etmədi.  Sərnişinləri  təhrik  və 
qızışdırmaq məqsədilə kinlə, qəzəblə məni təhqir etməkdə idi. Sahilə baxanda 
gördüm ki, girəcəkdə üç nəfər fəhlə dayanıb, işin nəynən qurtaracağını izləyir. 
Onları  tanımırdım,  özüm  də  bilmirəm  kömək  üçün  onlara  müraciət  edim,  ya 
yox.  Onda  ki,  zabit  həddini  aşıb  qışqırdı:  «Niyə  durmusuz?  Özünü  də, 
küçüklərini də götürüb, dənizə tullamaq lazımdır». Fəhlələr bir-birilə pıçıldaşıb 
harasa,  dəniz  qırağı  ilə  qaçdılar.  Tərəddüddə  idim,  nə  edəcəyimi    bilmirdim.  
«Durum    düşüm    sahilə?      Düşmənim  arxadan  məni  vura  bilər,  böyründən 
nağan sallanırdı. İtələyib dənizə də sala bilərdi. 
İmdad isə tamamilə başqa yerdən yetişdi. Onu gördüm ki, bir az əvvəl 
dəniz  qırağında  dayanmış  fəhlələr  iki  nəfər  əllərində  tüfəng  olan  qırmızı 
qvardiyaçı ilə qaça-qaça gəlirlər. Gəmiyə yaxınlaşanda biri dedi: 
- Yoldaş Kolesnikova, düşün aşağı, orada qalmayın. 
downloaded from KitabYurdu.org

145 
 
Köməkləşib  uşaqlarla  məni  gəmidən  düşürdülər.  Yenə  qayıtdım 
mənzilə, daha gedəsi başqa yerim yox idi. 
Sabahı  gün  səhər,  Zevin  Tatevos  Əmirovla  bərabər  gəldi;  o  vaxta 
qədər  onunla  (Tatevosla  -  M.  S.)  tanış  deyildim.  Əmirov  dedi  ki,  indi  məni, 
dəstəsini  yerləşdirmək  üçün  verilən  gəmiyə  aparacaq,  orada  hər  şey  qaydada 
olacaq. Əmirov Zevini xəbərdar etdi ki, yaxşı olardı körpüyə getməyib bizimlə 
buradaca vidalaşsın». 
Əmirov  Kolesnikovanı  aparıb  «Türkmən»  gəmisində  yerləşdirir; 
yemək-içməklərinə  yaxşı  baxır,  iki  gün  dincələndən  sonra  üçüncü  gün  gəlib 
xəbər  verir  ki,  gecə  yarısında  «Sentrokaspi»nin  adamları  bütün  gəmiləri 
yoxlayacaqlar, burada qalmaq xatadır. Və onu öz evinə aparır. 
Sonra  tamamilə  başqa  bir  gəmidə  Həştərxana  gedir,  dənizdə  çox 
iztirab və qorxu keçirir. 
İyulun  axırında  erməni  milli  şurasının  üzvləri  Gülxəndanyan  və 
polkovnik Qazarov başda olmaqla daşnak nümayəndələri ağ bayraq qaldırmağı 
qərara alırlar, eyni zamanda İrana xüsusi nümayəndə yollayırlar. 
Doktor  Araratyan  ingilisləri  Bakıya  dəvət  etmək  üçün  iki  dəfə  İrana, 
əvvəl  Həmədana,  sonra  Ənzəliyə  getmişdi.  Hər  dəfə  ingilislər  vəd  verib,  onu 
əmin etmişdilər ki, tezliklə gələcəklər; lakin vədləri boş çıxmışdı. Üzvü olduğu 
erməni  milli  şurasında,  daşnak  silahlı  qüvvələri  baş  qərargahında,  erməni 
burjuaziyası,  xüsusən  neft  maqnatları  dairələrində  mənşələri  əksərən  zəngin, 
kübar  ailələrindən  olan,  firavan  həyat  tərzini  itirməmək  üçün  fəhlə  sinfinin 
ətəyindən yapışıb, onların gücü hesabına hakimiyyətdə qalmaq istəyən və eyni 
zamanda proletariata xəyanət edən menşevik və eserlər ingilisləri Bakıya gətirə 
bilmədiyi  üçün  doktor  Araratyanı  burunlayır,  istehza  edir,  açıqdan-açığa 
məsxərəyə  qoyur  və  hətta  təhqir  də  edirdilər.  Odur  ki,  Araratyan  üçüncü  dəfə 
ingilislərin ayağına İrana gedir, qəşəng qızını da özü ilə aparır. 
İyulun  30-da  müntəzəm  türk  qoşunu  hücuma  keçir,  sürətlə  şəhərə 
yaxınlaşır. Cəbhəni tərk etməzdən əvvəl Biçeraxovun əlaltısı kapitan ona deyir 
ki, «cənab polkovnik, təzə xəbər var». Biçeraxov soruşur: «Na barədə? Gündə 
on min təzə xəbər çıxır, çoxusu da yalan». 
«Petrovun dəstəsi şəhərə varid olub». 
«Bilirəm»,  -  deyə  Biçeraxov  dillənir,  -  neçə  süngüdür?»  Kapitan: 
«Yeddi  yüz  səksən  iki,  -  tez  də  əlavə  edir,  -  bəs  deyirdilər,  on  min  nəfərlik 
dəstə gəlir, bütün silahlarıyla...». Biçeraxov acı-acı gülür: «Səni qorxudub əldə 
saxlamaq  üçün  gopa  basırdılar».  Kapitan  xəbər  alır:  «Məni  niyə  qorxutmaq 
istəsinlər?»  Biçeraxov:  «Səni,  məni,  hamımızı  qorxutmaq  üçün.  Mən  yeddi, 
səkkiz yüz nəfərdən artıq da güman etmirdim. Yarısından çoxu da, sözsüz, tör-
töküntüdür...  - deyə peysərini qaşıyır və əlavə edir,  - Şamaxını türklər çox tez 
tutdular...  Elə  Salyanı  da...  Heç  kəs  gözləmirdi.  İndi  də  Bakını  mühasirəyə 
alıblar...  Tezliklə  tutacaqlar.  Çıxıb  getməliyik.  Burada  it  yiyəsini  tanımır, 
downloaded from KitabYurdu.org

146 
 
Düşünürdüm ki, daşnaklarla bərabər Tiflisi də tutub diktatura yaradarıq. Alman 
- türk yürüşünü dayandırarıq, olmadı...» 
Denstervilin  xatirələrindən  görünür  ki,  Lazar  Biçeraxov  onların 
qurduğu plan əsasında Bakıya gəlib. O yazır: «...Biz birgə fəaliyyət planlarımız 
barədə  tam  razılığa  gəldik;  burada  qəsdən  üstündən  keçdiyim  planlara  böyük 
ümid  bəsləyirdim.  O,  (Biçeraxov  –  M.  S.)  bolşeviklərə  qoşulmaqla  yerli 
rusların böyük heyrətinə səbəb oldu, lakin mən əminəm ki, o, tamamilə doğru 
hərəkət  etdi.  Bu,  Qafqaza  yeganə  yol  idi,  o  orada  bərqərar  olub  kök  salsa, 
deməli,  hər  şey  yerli-yerində  olacaqdı...  Mən  ona  ürəkdən  inanıram...  Hazırkı 
məqamda o bizim yeganə ümidimizdir... Onun işləyib hazırladığı planlar bizim 
mənafeyimizə tamamilə uyğundur».
*
 
«Bakı  ilə  əlaqə,  demək  olar  ki,  hər  gün  adi  kuryerlər  vasitəsilə 
yaradılmışdı və adama elə gəlirdi ki, sosial-inqilabçı    dostlarımız tezliklə «soir 
d`etat»,  yəni  bolşevikləri  devirmək,  Bakıda  yeni  idarə  üsulu  yaratmaq  və 
ingilisləri  köməyə  çağırmaq  iqtidarında  idilər...  Mən  proqramları  bizim 
məqsədlərimizə  daha  çox  uyğun  gələn  s.i  partiyasının  nümayəndələri  ilə 
danışıqlar  aparmışam...  Onlar  bizdən  kömək,  xüsusilə  maliyyə  yardımı 
istəyirlər.  Mən  s.-larla  dostluq  münasibətləri  saxlayıram  və  onlar  bilirlər  ki, 
hakimiyyəti öz əllərinə alsalar, bir çox məsələdə bizə bel bağlaya bilərlər».
*
 
General  Denstervilin  bu  dediklərini  menşevik  Roxlin  general 
Tomsonun başçılığı altında Bakıya gələndə sübut və təsdiq etdi; Roxlin öyünür 
və fəxr edirdi ki, onu Tomson qəbul edib, onunla on dəqiqə danışıbdır... 
General Denstervilin Bakı haqqındakı rəyi daha maraqlıdır: «Bakının 
olduqca  böyük  əhəmiyyəti  vardı  və  onu  ələ  keçirmək  üçün  hər  hansı  riskli 
təşəbbüs şübhəsiz, özünü doğruldurdu».
**
 
Lazar Biçeraxov istədiyi kimi öz 1.500 süngüsü olan kazak dəstəsi və 
1.000-dən  artıq  silahlı  daşnakla  cəbhəni  tərk  etdi.  Əvvəlcə  Sumqayıta 
yollandılar,  oradan  da  Şimala  gedib  öz  köhnə  silahdaşları,  ağqvardiyaçılarla 
birləşdilər.  Biçeraxov  inqilabın  düşməni  idi  və  axıra  qədər  də  düşmən  olaraq 
qaldı. 
Biçeraxovun,  əksəriyyəti  daşnaklardan  ibarət  olan  neçə  min  silahlı 
dəstəsi Kizliyar  yaxınlığında  Qızıl Ordu tərəfindən darmadağın edildi, özü isə 
döyüşdə öldürüldü. 
                                                           
*
 Денстервил. Британский империализм в Баку и Персии, 1917-1918-го 
года. (Воспоминание) – Тифлис, 1925, стр.164. 
*
 Денстервил. Британский империализм в Баку и Персии, 1917-1918-го 
года. (Воспоминание) – Тифлис, 1925, стр.123. 
**
 Yenə orada. 
downloaded from KitabYurdu.org

147 
 
Erməni  Milli  şurası  iyulun  30-da  cəbhəyə  1000  nəfərlik  dəstə 
göndərəcəyini  vəd  edir.  Cəbhəyə  isə  var-yox  21  adam  gəlir.  Erməni  milli 
şurasının  iki  nümayəndəsi  -  daşnak  Rostom  və  Gülxəndanyanı  Xalq 
Komissarları  Sovetinə  çağırıb,  vədlərində  nə  üçün  dönüklük  etdiklərini 
soruşanda,  Gülxəndanyan  cavab  verir  ki,  «Niyə  hakimiyyəti  təslim  etmirsiz? 
Sizsiz də özümüz işin öhdəsindən gələ bilərik». 
Müsavatçılar  və  daşnaklar  Sovet  hakimiyyətini  yıxmaq  üçün 1918-ci 
ilin  mart  ayında  birləşmişdilər.  Daşnaklar  müsavatçılara  silah  verməyi 
öhdələrinə götürmüşdülər. «Azərbaycan» qəzeti bir il sonra (17.111-1919-cu il, 
№ 67) dərc etdiyi məlumatda yazırdı ki, «Martın 18-də keçmiş şəhər rəisi Qaik 
müsəlmanların  iclası  keçirilən  «İsmailiyyə»  binasına  gələrək,  erməni  Milli 
şurası  və  Daşnaksütyun  partiyası  adından  bildirmişdi  ki,  hərgah  müsəlmanlar 
bolşeviklərin  əleyhinə  çıxsalar  onda  erməni  qoşun  hissələri  müsəlmanlara 
qoşular və bolşevikləri Bakıdan qovub çıxarmaqda onlara kömək edər». 
Erməni  Milli  şurasının  üzvlərindən  biri  müsəlman  Milli  şurası  və 
Müsavat  partiyası  yerləşən  binaya  gəlib  xəbər  vermişdi  ki,  daşnaklar 
müsavatçılarla  bərabər  bolşeviklərlə  mübarizə  etmək  üçün  məsləhət  etmək 
istəyirlər,  O,  əlavə  etmişdi  ki,  «bu  mübarizə  siyasi  əqidələr  üstündə  gedən  bir 
mübarizədir,  müsəlman  və  erməni  Milli  şuraları  birlikdə  çıxış  etmək  üçün 
sazişə gələ bilərlər». 
Müsəlman  Milli  şurası  daşnaklara  yardım  göstərməyə  razılaşır. 
Əlimərdan  bəy  Topçubaşovu  bir  heyətlə  danışıq  aparmaq  üçün  erməni  Milli 
şurasına yollayır. Daşnaklar danışıq zamanı vəd edirlər ki, müsavatçılara silah 
verəcəklər. 
Lakin  saziş  bağlamırlar.  Görünür  daşnaklar  ətəyindən  bərk 
yapışdıqları  ingilis  -  Amerika  imperialistlərinin,  Antantanın  gələcəkdə  belə 
hərəkətdən narazı qala biləcəyini nəzərə alıblar. Söz verdikləri halda  martdakı 
döyüşlərdə birinci gün neytralitet elan edirlər, ikinci gün dönüklük edib şəhərdə 
fitnə-fəsad,  nizamsızlıq  salır,  milli  qırğını  qızışdırır,  dinc  azərbaycanlıları 
qırırlar.  Türklər  cəbhədə  irəliləyirdilər.  Erməni  Milli  şurası  İsveçin  Bakıdakı 
konsulundan  xahiş  edir  ki,  ağ  bayraqla  türk  baş  hərbi  qərargahına  danışıq 
aparmağa  göndəriləcək  heyətə  başçılıq  etməyi  öhdəsinə  alsın.  Konsul  razılıq 
verir. Türk qoşunları Biləcəriyə çatırdı. Yollarda  fayton,  araba,  furqon, top-
topxana,  hərbi  ləvazimat,  qoşqu  atları,  səyyar  mətbəxlər  dolu  idi,  tərpənmək, 
yerimək mümkün deyildi. 
Bir gün əvvəl, iyulun 29-da Ələt -Səngəçal stansiyasını müdafiə edən 
1.600 nəfərdən yalnız 200 nəfər qalmışdı. 
Şamaxı  ətrafındakı  məğlubiyyətdən  sonra,  hələ  Mərəzədə  ikən 
qərargah  rəisi  Avetisov  hərbi  komissarları  güllələyəcəkləri  ilə  hədələyib,  ağ 
bayraq qaldıraraq türk ordusu qərargahına gedib barışıq istəməyi tələb etmişdi. 
downloaded from KitabYurdu.org

148 
 
Biləcəridəki Baş qərargah adlanan balaca otaqda oturan yox idi. Hamı 
ayaq üstündəydi, girir, çıxır, vurnuxur, qışqırır, söyüşür, bağırırdı. Heç kəs, heç 
kəsə qulaq   asmırdı. 
Sağ cəbhə tamamilə açıq və bomboş idi. 
Alman  -  türk  işğalçılarına  qarşı  qızıl  əsgərlər  və  qvardiyaçılar  axıra 
qədər qəhrəmancasına döyüşdülər. 
Daşnak-menşevik  və  eserlər  avqustun  əvvəlində  əksinqilabi 
«Sentrokaspi  diktaturası»  adlandırdıqları  hökuməti  qururlar.  Bu  yeni 
hakimiyyətin  qərarları  arasında  üç  maddə  xüsusi  yer  tuturdu:  1)  Bakı  Soveti 
buraxılır, 2)  «Известиjа» və  «Бакински рабочи» bolşevik  mətbuatı bağlanır, 
3) Həştərxana neft göndərmək dayandırılır. 
Bakı şəhəri  üz-üzə duran iki düşmən cəbhəyə bölünmüşdü. 
Komissarlar  öz  adamları,  qoşunu,  silahı,  sursatı  ilə  «Petrov» 
meydanına toplaşmışdılar. 
«Sentrokaspi  diktaturası»  hakimləri  isə  şəhərin  qalan  məhəllələrində 
ağalıq edirdilər. 
«Petrov»  meydanında  toplaşan  adamlardan  hər  kəs  risk  edib,  kənara 
çıxsaydı,  mütləq  döyülə-döyülə  həbs  edilərdi.  Bu  meydan  «dövlət»  daxilində 
əsl dövlət idi. burada  «Бакински рабочи» qəzetinin o zamankı son nömrələri 
nəşr   edilmişdi. 
Milli  burjuaziyanın  silahlı  qüvvəsi  və  daşnakların  satqınlığı  Bakının 
inqilabi müdafiəsini pozdu. 
Görək taleyin istehzası bundan sonra    necə davam edəcək. 
İyulun  31-dən  avqustun  1-nə  keçən  gecə  türk  qoşunları  Biləcəri 
tərəfdən şəhərə hücuma keçirlər. Şiddətli döyüşlər başlanır. 
Çəmbərəkənd və qəbiristan tərəfdən şəhərə girən türk qoşunları Petrov 
dəstəsinin  bulvardan  açdıqları  şiddətli  top  atəşi  nəticəsində  hücumu 
dayandırırlar. Xalq Komissarları Sovetinin üzvləri qızıl əsgərlərlə çiyin-çiyinə 
cəbhədə vuruşurlar. Petrovun topçuları böyük şücaət göstərir və sıralarından üç 
yüz nəfərdən çox soldat itirir. Petrovun özü də yaralanır. Çoxlu türk əsgəri  də 
qırılır. 
İngilis    konsulu  Mak  Donellinin    birbaşa    rəhbərliyi  altında  qurulan 
«Sentrokaspi  diktaturası»nın  az  müddətə  də  olsa,  44  günlük  hakimiyyətdə 
qalmağına əlverişli imkanı bu vuruş yaratdı. 
Hücumun  ləngiməyinə  və  ingilislərin  Bakıda  qalacaqlarına  ümid 
bəsləməyən erməni dövlətliləri öz işlərində - qaçmaqda idilər. Vəzndə yüngül, 
dəyərdə ağır, qiymətli əşyalarla doldurulmuş çamadanları gəmilərə yükləməyə 
tələsirdilər.  Bilet  almaq  mümkün  deyildi,  hər  bir  biletə  ağlasığmaz  pul  tələb 
edirdilər,  bununla  belə  çox  vaxt  bilet  tapmaq  olmurdu.  Zənginlər  gəmilərin 
havasız,  rütubətli,  zülmət  anbarlarında,  ayaqüstə  dayanmaq  üçün  min  manat 
qızıl pul verməyə belə hazır idilər. 
downloaded from KitabYurdu.org

149 
 
Körpülərdə  dəhşətli  mənzərə  vardı.  Minlərlə  sərnişinlərin  səs-küyü 
aləmi  başına  almışdı;  qış-qıran,  ağlayan,  söyüş  söyən,  əşyasını,  uşağını 
itirənlərin səsi bir-birinə qarışmışdı. 
Oğru və cibkəsənlərin bayramı idi. 
Hamı  qabağa  can  atır,  bir-birini  sıxışdırır,  yıxır,  tapdalayır,  irəli 
keçirdi. Bunların hamısı da adi insanlara çox hündürdən baxan, ömürləri naz-
nemət  içində  keçən,  başqalarına  etina  etməyən,  ədəb-mərifət,  nəzakətdən  dəm 
vuran harın aristokratlar idi. Aralarında bir nəfər də olsa kasıb erməni yox idi. 
Uşaqların şivənindən, arvadların göz yaşlarından adamın tükləri biz-biz olurdu. 
Sübh  qaranlığından  başlayan  bu  səhnə  bütün  gecəni  də  davam  edirdi. 
Qaranlıqda həyəcan, qorxu və vahimə birə-beş artmışdı, zülmətdən heç nəyi və 
heç kimi nə görmək, nə də tanımaq olurdu. Şiddətli xəzrinin qopartdığı tozanaq 
dumanı göy üzünü pərdə tək örtmüşdü, ulduzlar görünmürdü; elə bil insanların 
dəhşətli iztirabını, rəzalətini görməkdən xəcalət çəkirdi. 
Avqustun  4-də  Ənzəlidən  ingilis  qoşunlarını  gətirən  «Abo»  gəmisi 
«Qafqaz  -Merkuri»  körpüsünə  yaxınlaşırdı.  Dəstəyə  polkovnik  Keyvort 
başçılıq edirdi. 
Körpüyə  onları  qarşılamağa  seçilmiş  şəxslər  toplaşmışdı.  Böyük 
Britaniya əsgərləri daşnak, eser və menşevikləri həm türk ordusundan, həm də 
daxili  düşmənlər  hesab  edilən  bolşeviklərdən  qoruyacaqdı.  Burjuaziya 
xilaskarlarını həvəslə, sevinclə, səbirsizliklə gözləyirdi. 
Bu  münasibət  üçün  körpü  xüsusi  bəzədilmiş,  xalılar  döşənib,  hər 
tərəfdən  bayraqlar  asılmışdı.  Daşnaklar  çox  yerdə  ingilis  və  erməni  dillərində 
iri  hərflərlə  şüarlar  yazmışdılar.  «Erməni  millətinin  böyük  hamisi  Böyük 
Britaniya var olsun», «Erməni xalqının xilaskarı ingilislərə eşq olsun...». 
«Abo»  gəmisi  körpüyə  yan  aldıqda  pillələrdən  «Kent»  alayının  bir 
bölük soldatı, sonra «Stafford» alayının 200 nəfərlik dəstəsi trapla düşdü, kral 
səhra  topxanasından  bir  neçə  yüngül  top,  7  kiçik  yük  maşını,  bir  də  patron 
qutuları və xırım-xırda hərb ləvazimatı boşaldıldı. 
Pulemyotçu  soldatların  qucağında  üç  meymun  da  vardı.  Vur-tut  400 
nəfər  əsgər,  7  yük  maşını,  4  yüngül  dağ  topu,  bir  neçə  qutu  patron  və  3 
meymun. General Denstervil gələndə soldatların sayı 900 nəfərə çatmışdı. 
İngilis  silahlı  qüvvələrinin  qüdrətini  yerli  əhali  qarşısında  nümayiş 
etdirmək,  əsgərlərin  sayını  çox  göstərmək,  üçün  onları  iki-iki  və  bir-birindən 
xeyli aralı düzərək, şəhər küçələrindən keçirdilər; arxadan da yük maşınları və 
top arabaları gedirdi. 
Bu  hal  hamıdan  çox  erməni  Milli  şurasını  və  daşnak  hərbçilərini 
məyus  etmişdi.  Menşevik  və  eser  rəhbərləri  daşnak  dostlarından  heç  də  az 
kədərlənib, qəzəblənməmişdilər. Onlar ən azı bir ordu və müvafiq hərbi sursat 
və ərzaq gözləyirdilər. 
downloaded from KitabYurdu.org

150 
 
Polkovnik  Keyvort  körpüdən  durbinlə  dənizə  baxarkən  üfüqdə 
Almaniya bayrağı dalğalanan gəminin sürətlə yaxınlaşdığını gördükdə soruşdu: 
«Kapitan  Stoks,  sənin  coğrafiyadan  başın  yaxşı  çıxır.  Xəzər  dənizinin  hələ 
alman  dənizi  olmadığını  yaxşı  bilirsən.  Bəs  o  gəmiyə  nə  üçün  alman  bayrağı 
sancılıb?» 
Stoks  dinməyib  təəccüb  və  maraqla  yaxınlaşan  gəmiyə  baxmaqda 
davam edirdi. Gəminin göyərtəsində bir neçə adam dayanmışdı. Top və başqa 
silahlar görünmürdü. 
Çox  keçmir  Almaniya  bayrağı  dalğalanan  «Kursk»  gəmisi  körpüyə 
yan  alır.  Göyərtədə  dayanmış  alman  generalı  və  bir  neçə  zabit  gözləyir  ki, 
şəhəri götürmüş türk müttəfiqləri onları ləyaqətlə qarşılayacaqlar. 
İngilislər alman generalı və zabitlərini əsir tutub, «Kursk» gəmisini də 
öz donanmalarına qatırlar. 
İngilis  polkovniki  Keyvort  cəbhə  ilə  tanış  olandan  sonra  onu  belə 
təsvir  edir:  «Varid  olduğumuz  gün  vaxt  itirmədən    cəbhəni      dolaşdım. 
Vəziyyət    qələbəyə  heç  bir  ümid  vermirdi.  Səngərlər  bərbad,  kazarmalar 
onlardan  daha  pis  lazım  olsa  geri  çəkilmək  üçün  yolların  heç  biri  yararlı 
deyildi. Qoşunların yerləşdikləri mövqelər çox əlverişsizdi. Bu mövqelərdən ən 
azı  bir  neçə  kilometr  irəliyə  getmək  vacibdi.  Lakin  bu  əməliyyat  üçün  yerli 
qoşunlar  hazır deyildi.  Onlar  qeyri  mütəşəkkildirlər. Hərbi  sursatı boş-boşuna 
zay edirdilər. Əsgərlərdən kim hara istəyir saatlarla atəş açırdı. Bu anarxiyanın 
səbəbini soruşanda cavab verdilər ki, düşməni qorxuduruq, qoy bilsinlər ki, biz 
hər  zaman  hazırıq.  Şübhəsiz,  türklər  bu  axmaq  hərəkətə  gülür  və  sevinirlər. 
Özləri isə bir gülləni belə hədər sərf etmirlər». 
Avqustun  8-də  «Sentrokaspi  diktaturası»  Bakını  işğal  etmiş  ingilislər 
üçün  rəsmi  qəbul  düzəldir.  Bakı  komissarlarının  Qızıl  qum  səhrasındakı 
gələcək cəlladı kapitan Rocinald Tiqcons da bu qəbulda iştirak edir, hətta nitq 
də söyləyir. 
Avqustun  13-də  Xalq  Komissarları  və  Petrovun  dəstəsi  17  gəmidə 
Həştərxana yola düşürlər. Dənizdə şiddətli fırtına qopur, gəmilər Jiloy adasının 
qabağında lövbər salıb havanın açılmasını gözləməyə məcbur olurlar. 
Avqustun  14-də  «Sentrokaspi  diktaturasının»  göndərdiyi  hərbi 
gəmilər:  «Ərdəhan»,  «Kars»  və  «Göy  Təpə»  komissarların  gəmilərinə 
yaxınlaşır  və  ultimatum  verirlər  ki,  geri  qayıtsınlar,  əks  təqdirdə  top  atəşinə 
tutmaqla təhdid edirlər. 
Komissarlar ultimatumu, geri qayıtmaq tələbini rədd edirlər. Avqustun 
14  və  15-də  Jiloy  adası  yaxınlığında  qalırlar.  Avqustun  16-da  hava  düzələndə 
yollarına  davam  etmək  istərkən  «Sentrokaspi»nin  hərb  gəmilərindən  birindən 
meqafonun  metallik  səsi  gecə  qaranlığını  yara-yara  təzədən  ətrafa  yayılır: 
«Sentrokaspi  diktaturası»  və  İcraiyyə  komitəsi  adından  əmr  edirik  ki, 
«istiqaməti  dəyişdirib,  Bakıya  qayıdın!».  «Ərdəhan»,  «Kars»  və  «Göy  Təpə» 
downloaded from KitabYurdu.org

151 
 
hərb  gəmilərindəki    projektorlar  «komissarların»  gəmilərinə  güclü  işıq  saçır. 
Göyərtədəki topların lülələrindən o istiqamətə yönəldiyi aydın görünürdü. 
Gəmilərdən  birində  uşaq  ağlayır,  hiss  edilirdi  ki,  o,    xəstədir.  
Meqafondakı  səs  təzədən  ucalır:  «İki  saat  möhlət  verilir.  Səmti 
dəyişdirməsəniz, lazımi tədbir   görəcəyik!» 
Komissarlar  adından  Caparidze  cavab  verdi  ki,  indi  də,  iki  saatdan 
sonra  da  və  heç  zaman  da  Denstervil  lakeylərinin  hökumətini  tanımayacaqlar 
və əmrinə tabe olmayacaqlar. 
Dəniz  guruldayır,  dalğalar  laqeyd-laqeyd  oynayır,  hər  iki  dəstənin 
gəmilərini eyni tərzdə yırğalayır, oxşayırdı. 
İki saatdan sonra hərb gəmilərindən atılan top mərmiləri sükutu pozur. 
Projektorların işıq zolaqları komissarların olduğu - «İvan Kolesnikov» gəmisini 
aramsız  axtarır.  Mərmilər  isə  pərakəndə  halda  dənizə  düşürdü.  Projektorlar 
axtardıqları gəmini tapan kimi işıq zolağından, görmə dairəsindən itirməməyə 
səy  edir.  İki  mərmi  eyni  vaxtda  hədəf  götürülmüş  gəminin  böyrünü  deşir. 
Maşın hissəsinə su cızmağa başlayır. 
Neft və benzin yüklənmiş gəmilərə top gülləsinin dəyməsi partlayış və 
yanğına, yüzlərlə qaçqının ölümünə səbəb olacaqdı. 
Göyərtəsində  top  və  atlar  olan  gəmi  dalğalar  oynadıqca  ləngər 
vururdu.  Hər  dəfə  top  atəşi  açıldıqca  atlar  instinktlə  ölümü  duyur,  dəhşətə 
gələrək kişnəyir və qaçmağa yer axtarırmış kimi göyərtəni təpikləyirdilər. 
Kayutalarda  və  anbardakı  qaçqınlar  ölüm,  dənizdə  batmaq 
qorxusundan  göyərtələrə  qalxırlar,  dəhşətlə  qışqırıb  bağırmağa,  ağlamağa 
başlayırlar. 
İki  qızıl  əsgər  həlak  olmuşdu,  səkkiz  nəfər  yaralanmışdı,  gəmilərdən 
bir neçəsi  zədələnmişdi. 
Çaxnaşmada bir arvad qucağındakı uşaqla özünü dənizə atır; bir neçə 
nəfər  də  özünü  dənizə  tullayıb  üzə-üzə  Jiloy  adasına  pənah  aparır.  Oddan-
alovdan  xilas  olmaq  üçün  suya,  dənizə  can  atırdılar.  Projektorların  işıq 
zolağında üzənlərin başları aydın görünürdü. 
Kimsə  qışqırır:  «Camaatı  xilas  etmək  üçün,  adaya  yollanmaq 
lazımdır!», 
Kapitanlar özlərini itirmişdi. Belə vəziyyətdə adaya yanaşmaq o qədər 
də asan deyildi. Qoca bir kapitan qışqırdı: «Adanı top gülləsinə basmaq o qədər 
də çətin deyil. Güllə quş kimi hər yerə uçur, dənizə də, sahilə də». 
«Ağ bayraq qaldırmaqdan başqa çarə yoxdur!» - deyə kim isə qışqırır. 
«Ağ bayraq!» 
Qaranlıqdan  qəhqəhə  çəkə-çəkə,  kölgə  təki  bir  arvad  projektor  işığı 
düşən  yerə  çıxır,  birdən  bir  ağ  mələfə  açır.  Kimin  isə  möhkəm  əlləri  sülh 
carçısı olan ağ parçasını qadının əlindən alır və dırmaşıb dor ağacına bənd edir/ 
Külək elə bunu gözləyirmiş kimi ağ parça ilə «oynamağa» başlayır. 
downloaded from KitabYurdu.org

152 
 
Arxaya qayıtmaqdan savayı başqa bir çarə yox idi. 
Komissarların  gəmi  karvanı  səmti  yavaş-yavaş  dəyişdirib  Bakıya 
yollandı.  Hərb  gəmilərindəki  projektorlar  və  topların  lülələri  o  yan-bu  yana 
yayınmamaq üçün komissarların karvanını gözdən qoymurdu. 
Caparidzenin  təklifilə  Stepan  Şaumyan,  onun  oğlu  Suren,  bir  də 
Korqanov  gecə  qaranlığından  istifadə  edərək,  ən  tez  üzən  «Leyla»  barkazına 
keçirlər  ki,  hərb  gəmilərinin  nəzərindən  yayınsınlar,  Həştərxana  yollansınlar. 
Lakin  barkazın  komandası  boyun  qaçırır.  Nə  qədər  dilə  tuturlarsa,  əvvəllər 
bolşeviklərə rəğbət bəsləyən sol eser kapitan Klevtsov razı olub, yola gəlmir. 
General  Denstervil  Bakıdan  aldığı  teleqramda  Petrov  dəstəsinin 
tərksilah  edilib,  komissarların  həbsə  alındığı  xəbərini  oxuyan  kimi  «Prezident 
Kryuqer» gəmisinin kapitanına Bakıya yola düşməyi əmr edir. 
Yeni  inqilabi  bayrağı  gəmidən  endirəndən  sonra,  sabiq  üç  rəngli  çar 
bayrağını  başaşağı,  tərsinə  çevirib  qaldırırlar.  General  Denstervil  bayrağa 
baxanda özünü gülməkdən saxlaya bilməyib deyir: «Bu ki, Serbiya bayrağıdır. 
Belə  çıxır  ki,  biz,  indiyə  qədər  ingilis  gəmilərinin  köpükləndirmədiyi  bir 
dənizdə  üzürük,  Cənubi  Afrika  prezidenti  adına  olan  gəmidə,  İran  limanından 
çıxıb,  Serbistan  bayrağı  altında  rus  şəhərinə,  türklər  və  bolşeviklərlə 
mübarizəyə gedirik». 
Gəmi  Bakıya  yaxınlaşanda  general  Denstervil  göyərtədə  dayanıb 
həsrət,  maraq  və  acgözlüklə  odlar  diyarının,  şöhrəti  bütün  dünyaya  yayılmış, 
tükənməz  sərvəti,  adı  dillər  əzbəri  olmuş  neft  şəhərinə,  onun  binalarına, 
uzaqdan  meşəni  xatırladan  buruqlara,  qara  qızıl  ehramlarına,  zavodların 
tüstüləyən bacalarına tamaşa edirdi. 
«Prezident  Kryuqer»  gəmisi,  «Abo»  və  «Kursk»  gəmilərinin  yan 
aldığı  körpüyə  yanaşır.  Qabaqda  polkovnik  Keyvort,  arxasınca  «Sentrokaspi» 
hökumətinin beş diktatoru körpüyə yaxınlaşırlar. 
Keyvort  paqonlarında  kral  venzeli  parıldayan  rəsmi  libasda  əllərində 
ağ əlcək, raport vermək üçün trapla gəmiyə qalxır. 
Gülünc  vəziyyətdə  qalmış  diktatorlar  körpüdə  ayaqlarının  birini 
götürüb  o  birini  qoya-qoya  gözləyirlər,  lakin  bir  azdan  onları  başa  salırlar  ki, 
generalın onları qəbul etməyə imkanı yoxdur. 
General  Denstervil  gəmidən  düşüb  şəhərə  yollanır  və  ilk  növbədə 
ingilis  əsgərləri  yerləşən  qışlaları,  aşxana  və  xəstəxananı  yoxlayır,  cəbhədəki 
əsgərlərinin  mövqeyini  və  ümumi  vəziyyəti  gözdən  keçirib,  «Prezident 
Kryuqer»  gəmisinə  qayıdır.  «Sentrokaspi»  diktatorlarını  qəbul  edir.  Danışığı, 
təxminən bu məzmunda olur: «Cəbhələrdə vəziyyət ümidsizdir. Bizim adamları 
lazım olan bütün əşya  və  vəsaitlə təmin etməlisiz. Sizin qoşunlarınız çox zəif 
və  pərakəndə,  özbaşınadır.  Bu  nizam-intizam  və  qüvvə  ilə  onlar  türklərlə 
vuruşa  bilməzlər.  Görünür,  üstünüzə  gələn  ordunun  nizam-intizamından, 
müharibə  etmək  qüdrətindən,  igidliyindən,  hər  birinin  on  adama  bərabər 
downloaded from KitabYurdu.org

153 
 
olmağından,  ölümdən  qorxmadıqlarından,  ölümün  özünü  yaxalayıb  məhv 
etmək cəhdlərindən zərrə qədər xəbəriniz yoxdur. Təkcə bizə, ingilislərə ümid 
bağlayırsınızsa  böyük  səhv  edirsiniz.  Doktor  Araratyan  üçüncü  dəfə  İrana 
gələndə Qazyanda mən ona açıq-aydın demişdim: Təkcə bizə arxayın olmayın! 
Biz Bakıya sizin istədiyiniz qədər hərbi qüvvə gətirə bilməyəcəyik, siz özünüz 
vuruşmalısız.  O  da  and-aman  edib,  məni  əmin  etmişdi  ki,  ermənilərin  güclü 
müsəlləh qoşunu var». 
Bu  qəbuldan  sonra  Denstervil  «Köhnə  Avropa»  mehmanxanasında 
yerləşir.  Əsas  qərargahı  isə  çox  da  uzaqda  olmayan,  yüz-yüz  əlli  addımlıqda, 
İçərişəhərdə  «Qoşa  qala»  qapısı  ilə  üzbəüz  Hacı  Məhəmməd  Hüseynin 
«Zəncirli  mülkü»  adı  ilə  məşhur  olan  binada  yerbəyer  edirlər.  İngiltərə 
konsulxanası da bu mülkdə yerləşirdi. 
İngilislərin  «Köhnə  Avropa»  və  «Zəncirli»  mülkdə  yerləşdiklərindən 
az keçmişdi ki, türklər bu binaları top atəşinə  tutur. Mehmanxananın bir neçə 
yerdən  damı  uçur,  suvağı  tökülür.  «Zəncirli»  mülkün  damındakı  üç  qadın 
heykəlindən biri sınır. 
Denstervil  deyir:  «Şübhəsiz,  türklərin  top  mərmiləri  kimi, 
kəşfiyyatçıları  da  dəqiq  işləyir».  Cəld  şəxsi  qərargahını  təzədən  «Prezident 
Kryuqer» gəmisinə köçürtdürür. 
Gəminin  maşınxanası,  hər  ehtimala  qarşı,  dayanmadan  işləyir, 
istənilən  dəqiqədə  yola  düşüb,  istənilən  səmtə  üzə  bilərdi.  İngilislər  hər 
ehtimala qarşı gəmini həmişə hazır saxlayırdılar. 
Qərargahın  təzədən  «Prezident  Kryuqer»      gəmisinə  köçürülməsi    
şəhərdə    böyük    söz-sova    səbəb     olur, ingilislərin    çıxıb    gedəcəkləri    
barədə        ağızdan-ağıza  danışıqlar  gəzirdi.  Bu  əhvalatın  qorxaqlıq  əlaməti 
olduğunu  və  «Sentrokaspi»  müttəfiqlərinin  bərk  təşvişə  düşdükləri  xəbərini 
generala çatdırırlar. Denstervil təxminən belə cavab verir: «Hər təhlükəyə qarşı 
ehtiyatlı  olmaq  heç  də  qorxaqlıq  əlaməti  deyil,  əksinə,          tərifəlayiqdir.     
«Sentrokaspi»nin          silahlı  qüvvələri  cəbhədən  şəhərə,  evlərinə  nahara 
gedəndə,  hər  ehtimala  qarşı  əl  pulemyotunu  götürürlər  ki,  bərk  ayaqda 
mənzillərini  qoruyub,  özlərini  müdafiə    etsinlər.    Onların  daşnak  dəstələri 
lovğa-lovğa  öyünürlər  ki,  onlar  açıq  meydanda,  üz-üzə  vuruşmağa    adət  
ediblər.   Əslində isə,  birinci qumbara, ya da top  gülləsi düşəndən sonra tüstü 
təki yoxa çıxırdılar.  Biz bura gələndə güman edirdik ki, burada mətanətli ordu 
var.  Təəssüf  ki,  nizamsız,    intizamsız,  başıpozuq  dəstədən  başqa  bir  şey 
görmədik.  Cəbhəni  yoxlamağa  yollananda  birdən  top-pulemyot,  tüfənglərdən 
şiddətli  atəş  açmağa  başladılar.  Zənn  etdim  ki,  düşmən  hücuma  keçib.  Hərbi 
nazir mənə xəbər verib başa saldı ki, bu atışma, qoşun və əhalinin cəsarətini və 
vuruş iqtidarını artırmaq,    şəhər camaatına ürək-dirək vermək üçün edilir. Bir 
neçə  türk  batalyonu  isə  Şubanı  dağında  çadır  qurub,  bir  dənə  də  olsa  gülləni 
hədər  sərf  etmirdi.  Dostumuz  daşnaklar  başda    olmaqla,  müttəfiqlərimiz 
downloaded from KitabYurdu.org

154 
 
«Sentrokaspi» qoşunları, gündə minlərlə gülləni, putlarla barıtı hədər yerə sərf 
edirlər  ki,  qorxaq,  intizamsız  başıpozuqları          cəsarətləndirsinlər. 
Müvəffəqiyyətə heç bir ümid yoxdur».
*
 
Bakıdakı  hərc-mərclik,  özbaşınalıq  barədə  Denstervil  xatirələrinin 
başqa  bir  yerində  təxminən  belə  yazır:  «Metropol»da  (Nizami  muzeyi)  hərbi 
nazir,  generalla  operativ  planı  müzakirə  edəndə,  qəbul  otağından  qışqırıq, 
söyüş  səsləri  eşidildi.  Birdən  qapı  açıldı  bir  nəfər  xorunjiy  (köhnə  çar 
ordusunda ən aşağı hərbi rütbə - M. S.) kabinetə girib, dişinin dibindən çıxanı 
generala  yağdırdı,  tapança  ilə  onu  hədələyərək  çıxıb  getdi.  General  biabırçı 
vəziyyətdən  çıxmaq  üçün,  burnunun  altında  mızıldandı:  «Hamının  əsəbləri 
korlanıb, camaat özünü apara bilmir». «Sentrokaspi» hərb gəmilərinin Jiloydan 
geri  qaytardığı  komissarlar  karvanından  olan  «Leyla»  barkazı  Bakıya  gecə 
yarısı gəlmişdi. Körpünü zabit və əsgərlər üzük qaşı təki mühasirəyə almışdılar. 
Bulvarda  və  ətraf  küçələrdə  də  güclü  əsgəri  hissələr  və  polis  qoyulmuşdu. 
Körpünün  qabağında  zirehli  maşınlar  durmuşdu.  Körfəzdə  hərbi  barkaz  və 
katerlər  hərlənirdi.  Varid  olan  «Leyla»  barkazı  onların  müşayiətilə,  körpüyə 
yan aldı. 
Stepan  Şaumyan,  Suren  Şaumyan  və  Karqanovu  cəld  barkazdan 
düşürdüb,  zirehli  maşına  mindirib  Şamaxı  yolundakı  sentralni  qazamata 
apardılar.  Küçələr  boyu  hərbi  və  polis  dəstələri  dayanmışdı.  Qazamatın  ağır 
darvazaları taybatay açıldı, zirehli maşın içəri girən kimi örtüldü. Yubanmadan 
hər  üç  məhbusu  üst  mərtəbəyə  qaldırıb,  ölümə  və  kürək  cəzasına  məhkum 
olanlar  üçün  ayrılmış  xüsusi  kameraya  saldılar.  Kameranın  bir  pəncərəsi 
günbatana, o birisi qibləyə (cənuba) baxırdı. İçəridə hava ağır idi, bürkü adamı 
boğurdu. Döşəmə sement idi. Nə stul-stol və nə də çarpayı vardı... 
...Günortaya  az  qalırdı.  Stepan  Şaumyan  bir  yerdə  qərar  tuta  bilmir, 
bir  neçə  adamlıq  kamerada  aramsız  var-gəl  edirdi.  Qriqori  Karqanov  yerdə 
oturmuşdu,  fikirli  idi.  Gənc  Suren  Şaumyan  isə  gah  bir,  gah  da  digər 
pəncərədən şəhərə baxırdı. 
Bakı eksponatlardakı relyef xəritəsinə oxşayırdı. Neçə ay əvvəl kağız 
xəritə  üstündə  şəhər  iki  hissəyə  bölünmüşdü.  Sərhəd  xətti  darısqal  küçələrdən 
keçirdi.  Dağlıq  hissə,  əsasən  müsəlman  məhəllələrini  əhatə  edirdi.  Şəhərin 
mərkəzi  məhəllələri,  dənizkənarı  bulvar,  Vağzal  ətrafı,  əzəmətli  binalar, 
dəbdəbəli  mağazalar,  maliyyə,  iqtisadi,  ticarət  müəssisələri,  «İçərişəhər»  və 
«Qız qalası», «Şirvanşahlar sarayı» Avropa hissəsinə daxil edilmişdi. 
                                                           
*
 Денстервил. Британский империализм в Баку и Персии, 1917-1918-го 
года. (Воспоминание) – Тифлис, 1925, стр.123. 
 
downloaded from KitabYurdu.org

155 
 
Dağlıq  məhəllələr  yarım  xaraba  vəziyyətdə  idi.  Bir  gün  əvvəl 
komissarların  mindiyi  gəmini  top  atəşinə  tutub,  projektorların  işığı  və  top 
lülələrinin  nişanı  altında  geriyə  qaytaran  «Ərdəhan»,  «Kars»  və  «Göytəpə» 
hərb  gəmiləri  Novruz  bayramında  bu  məhəllələri  dənizdən,  Salyan 
qışlalarındakı daşnak topları isə arxadan atəşə tutmuşdular. 
İyulun  31-də  Xalq  Komissarları  Sovetinin  hakimiyyətdən  məhrum 
etmək,  avqustun  ortasında  komissarları  Həştərxana  aparan  gəmi  karvanını  top 
lülələrinin  təhdidi  ilə  Bakıya  qaytarmaq,  komissarları  həbsə  almaq,  onları 
xəyanətdə  günahlandırıb  cinayət  işi  qaldırmaq,  türk  hərbi  qüvvələrinin  əlinə 
vermək  niyyəti  menşevik  və  eserləri,  daşnakların  qatı  əks-inqilabçı  və  ingilis 
casusları  olduğunu  sübut  etdi.  «Qızılqum»  səhrasında  törədilən  qanlı  faciə 
bütün bunların nəticəsiydi. 
Komissarları həbs edəndən sonra mətbuat səhifələrində, ağızdan-ağıza 
iftira  yayırdılar  ki,  «Leyla»  barkazında  bolşeviklər  xəzinədən,  banklardan, 
milyonçulardan  müsadirə  edilmiş  çoxlu  qızıl,  ləl-cəvahirat  və  milyonlarla 
valyutanı Həştərxana qaçırmaq istədikləri yerdə yaxalanmışlar. 
Orduda nizamsızlıq, şəhərdə aclıq, qətl-qarət, türklərin hər an Bakıya 
girə  biləcəyi  bir  vaxtda  diktatorlar  fövqəladə  komissiya,  qondarma  istintaq 
düzəldib  Xalq  Komissarlarını  fərarilikdə,  xəzinə  oğurlamaqda  ittiham  edərək, 
cəzalandırmağa hazırlaşırdılar. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin