Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə186/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   181   182   183   184   185   186   187   188   189

Söyləyicilər:


Nurməmməd Ağa. Boradigah, Bakı, Təhsil,1992

Kazım Aslanlı. Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid. Bakı, 2012

Nazilə Hüseynova, doğum tarixi 1959, təhsili ali, Həsənli kəndi

Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili 7 illik, Şərəfə kəndi

Mirbacı Əliyeva, doğum tarixi 1954, təhsili orta, Qəriblər kəndi

Adilə Məlikova, doğum tarixi 1940, təhsili orta, Qəriblər kəndi

Toplayıcılar:


Füzuli Bayat

Nuridə Muxtarzadə

Qurban Əliyev

25. YAXIN TARIX



Bizim həyətimiz bu kənddə ən böyük bağıydı. Deməli, bütün qız-gəlin burda olardı. O vaxt kinoteatr-zad yox idi. Hün­dür ağaclar var idi. Qızlar burda halaya gedərdilər. Dai­mi, özü də toya ehtiyac yox idi. Yığışardılar, bir də görürsən 10-12 dənə qız, 4-ü bu tərəfdə, 4-ü o biri tərəfdə halaya ge­dərdilər, oxuyardılar. Ən çox “gəlin apardı”, “gəlin köçürdü”, “qızılquş” – belə bir şeylər oxuyub-oynayardılar.
* * *

Məsələn, çilə vaxtı qarpız saxlıyırdılar, çilə qarpızı de­yir­dilər ona. May ayında tum atılırdı, avqust-sentyabr ayında həmin qarpız yığılırdı. Həmin qarpız çilə üçün saxlanılırdı. Hə­mən qarpızı asdıyırdılar, yəni səbət düzəldirdilər püzədən toxuyurdular, qarpızı onun içinə qoyurdular ki, hava, zad iş­ləsin, qarpız çürüməsin.
* * *

Cənubi Azərbaycan tərəfdən Səmidxan, Əmirxan qar­daş­ları bura gəlib. İki qardaş olublar. Gəlib burda kök salıblar, sora elə onun adıynan kəndin adı Səmidxan qalır. Bu kəndin 350-400 illiy tarixi var, qədim kənddi. Bizdə əvvəl nətər olub. Əvvəl 3-4 kənd olub. Buranın adı əvvəl olub Göylən, yəni su imiş, çayır çıxırmış. Əsas Səmidxan o biridi. Sora orda da­ğılışma gedir. Orda Binələr kəndi olub, Şəmməddi kəndi olub, sora Səmidxan özü olub. Bura Göylən olub. Həmin o Bi­nələrdən köçüb bura gəliblər, o biri Səmidxannan köçüb bura gəliblər. Sora kənar yerlərdən gəliblər. Onnan sora bu kənd özü böyüyüb.

* * *

Ən böyük tayfa Urşanlıdı. Ondan sora Babalı, Geygəlli gəlir. Alışdı var, balaca tayfadı. Bidə ən böyük tayfa Artıxlıdı, mən onnarın qızıyam. Urşanlı tayfasına niyə urşanlı deyiblər, onun deyə bilmərəm, ama, Həsən uşağı bunlardır, mən də onnarın gəliniyəm.
* * *

Babam həməşə deyərdi ki, çoxlu qızılım var. Mən də qızılları istəyəndə deyrdi ki, sənə qızıldan da qiymətli torpağ­la­rımı yedirtdim. Bir iki sözüm var deyəcəm, deyərdi, babam qızılların yerini mənə deyəcək. Gələrdi deyərdi ki, bilirsən nə var, Xudaverdi quyusunun yanında iri yerimiz var. Filan yer­də nə qədər, İstilin altında da bu qədər çəltiy yerimiz var. De­yər­dim ki, ay baba, buları mən neynirəm? Qızılın yerini de mə­­nə, bilim hara gizlədifsən. Mən yeri-zadı neynirəm. De­yərdi ki, bu Şura höküməti bala gəldi gedər hökümətdi, bu məhv olacağ gec-tez. Heç onda bu kino çıxmamışdı, bu “Dağ­lar­da döyüş” idi nəyidi, “Axırıncı aşırım”dı nəyidi Qəmlo, dana, Qəmlo, Kərbəlayi. Kərbəlayi kinosuna özüm baxannan sonra dedim, ayə, bu kişi dəli olub. Bilir, uşağa onu deyir.

Dedim:

– Əşi nağayrıb e, Şura hökümətiye sənə? Şura höküməti şal-şalvarı əyninnən çıxardıb papmığ şalvar geyib, paçağı zadı yara olarmış.

Deyərdim:

– Ay nənə.

Deyərdi:

– Hə.

Deyərdim:

– Buna ildə neçə dənə şalvar toxutdurardın?

Deyərdi:

– Bala, bir dənə.

Nətər? Deyirdi, qoyunu qırxardığ, onu əyərdik, sap elərdik, sora onu başlıyardığ onu xırxırlamağa. Belə o qədər xır­xırnatdırardığ onu, o qalardı nazih, sora onu xanada toxu­yardığ, bu da aparardı dərziyə dərzi tikərdi. Musa şalvarı ti­kər­di qayışdı-mayışdı, tumanı bağı. Deyir, biri sual verir rus dili müəlliminə. Deyir ki, müəllim, tuman bağına nə deyərlər? Deyərdi, tuman nədi, bağı nədi?

Deyər:

– Bala tumannaya bağə.

Deyərdi ki:

– Yox e, bala, elə deyil.

Deyərdi:

– Bə nətərdi?

Deyərdi:

– Gör nə qədər ədalətsiz ölkədi ki, malımı aldı, küzümü aldı, kotanımı aldı, nə bilim, atımı aldı, qoyunumu, malımı-dövlətimi – hamısını aldı də, eybi yox. Torpağımı da aldı onun zərəri yoxdu. Palçıxdan iki göz evim var idi, üsdü sua­lıy­dı, onu müsadirə eylədi. Mənim səkkiz baş, doqquz baş uşa­ğımı at töyləsinə atdılar. Bir dənə at töyləmiz varıydı de­yir, atdılar deyir, ora. Nənə qoca şiş gətirmişdi.. Özüvə də üç il iş verdi, get bu işi çəkginən. Evi elədi müsadirə, verdi İste­pan add həkim var idi, rus həkimi Kalinovkada, verdi ona. Orda guyə həkimlik elədi. Bir gözünü verib də, bir gözüm heç olmasa qalsın da balalarım qalıb orda, onu da deyir qoymadı. Bu ona görə gec-tez ləğv olunmalıdı. Sənə qızıldan da qiymətli tor­pağlarımı yedirtdim.

İndi belənçik söhbətlər danışardı.
* * *

Buralara qədimlərdə masal tayfası gəlib. O tayfalarının burda yaşamasıynan əlaqədər Masallı sözü yaranıb. Əsas o masal tayfaları daha inandırıcı gəlir. Nə qədər ki, telvizya çıx­ma­mışdı, radyo çıxmamışdı o vaxtlar yaxşı nağıl danışanlar olurdu. O nağıl danışanlar bizim evə yığışardı. Şəraitimiz var­dı, evimiz geniş idi. Oturardığ lampanın işığında söhbət eli­yər­dih. İnanın ki, balığ çaylarda da, göllərdə də balığ əlinnən yer olmuyub. Yardımlıdan, Lerikdən başqa yerrərdən gəliblər, ordan balığ tutublar. Bizim öz camaatımız çəkini yemiyib. Çə­ki yəni sazanı. Ancağ onun başınnan istifadə ediblər. Başı yağlıdı axı.
* * *

Mahmudavar kəndinin ən azınnan beş min illih tarixi var. Bu 5 min il ərzində, burda yaşayan insanların maddi mə­dəniyyətini göstərən abidələrimiz olub. Onlardan biri də bizim ocaq və ziyarətgahlarımızdır. Bu ziyarətgahların yaran­ma­sını, tarixini araşdıranda məlum olur ki, İslamdan sora ya­ra­­nan abidələrdir.

Baba Seyid Ağa pirinin təxminən beş yuz il tarixi var­dır. Burda Baba Seyid Ağa adlı bir şəxsin məzarı var. Onun başdaşı üzərində orta əsrlərə aid olan, müxtəlif daş, oyma, naxışlı abidələr var. Vaxtilə burada, qoyun, qoç fiqurları ol­muş­­dur. Məlumdur ki, Sısıyev rus etnoqrafı, bizim regionu araş­dırarkən, göstərir ki, burada qəbristanlıqlarda, əksər qə­bir­lərin başdaşılarında mən qoyun fiqurları gördüm. Bu da həmin adamların zəmanəsində müqəddəs olduğuna, ya ruhani, ya təriqət başçıları olduğuna, ya əmirlər olduğuna görə, onlar dəfn olunanda o dövrün adət-ənənələrinə görə daş abidələr qo­yurdular. Onların üzərində müxtəlif naxışlar, həmin adamın sə­nətini, peşəsini əks etdirən işarələr olurdu.

Həmin Baba Seyid Ağa abidəsinin kənarlarında da buna bənzər daş fiqurlar olub. Elə qəbirsannığ da Baba Seyid ad­lanır. Onun özünün adınnan adlanır. Bu da göstərir ki, o adam adi şəxsiyyətlərdən olmuyub. Həmin başdaşları soradan it-bata düşdü. O dövrdə ermənilər bizim kəndə ticarət məqsədilə gəlirdilər, kartof gətirirdilər əsasən. Bizim kənd camaatı fikir vermirdi, bi də görürdün ki, daşların bir hissəsi yoxdu. Belə-be­lə həmin abidələr it-bata düşdü. Baba Seyid cox böyük ehtimala görə, Səfəvi sufilərindən olmuşdur. Çünki bizim zo­na­da Baba adıynan xeyli ziyarətgahlar var. Məsələn, Baba Mir­seyid, Baba Musa Astarada, Babagil Lerikdə, buna qədər bizim zonada Seyid Cəmaləddin Pensəri olub. Astaranın Pen­səri kəndində onun piri var, o böyük sufi alimi olub. Hətta ona Seyid Cəmaləddin Pensəri Təbrizi də deyilir. O, Şeyx Za­hid Gilaninin mürşidi olub, Şeyx Zahid Gilaninin müridi isə, Şeyx Səfiyədindi. Gilani 1300-cü ildə vəfat edib.

Hələ şeyx Səfiyədin 24 yaşında olarkən, Ərdəbildən çı­xır gedir, deyəsən, Şiraza. Orda özünə alim axtarır, ona deyil­lər ki, sən nə Şərqdə, nə Qərbdə böyük bir alim tapa bil­məz­sən. Sən get Şeyx Zahid Gilaninin yanına. Get Siyavar kən­dinə. O vaxt burda Kürə qədər, bütün ərazi Gilan gedirdi, ona gö­rə də ona Şeyx Zahid Gilani deyillər. Nəisə 24 yaşında Şeyx Səfiyədin gəlir, payi-piyada. Yanvar ayında, çovğunda piyada gəlir. Onun içində bir eşq məhəbbət var idi də. Sufiliyə aludə olmuşdi də. Gəldi çıxdı bu Şeyx Zahid Gilaninin ya­nı­na. Şeyx Zahid Gilani baxdı bına, gördü hələ bı çox cavandı. Ancağ öyrənmək həvəsiynən, eşqnən təmiz, pak bir oğlandı. Onu götürüb özünə mürid. Onnan 6 ilə qədər məşqul olur. Nə bilirdi ona öyrətdi. Həm də ki, orda hər kəsi mürid qəbul elə­mirdilər. Bu da yavaş-yavaş dini fəlsəfi cərəyan olan təriqət, mərifət, şəriət, həqiqət 4 mərhələlərin hamısını öyrənənnən sora, Şeyx Zahid Gilani Bibi Fatma adlı qızı buna verdi.

Şeyx Zahid Gilani öz düşüncələrini, fəlsəfi görüşlərinin məktəbini başqa yerlərə yaymaq istəyirdi. Ona görə də o, Şeyx Səfiəddini göndərirdi oralara ki, təbliğat aparsın. Bizim Ərkivan kəndi var, orda Seyx Səfi bulağı var. Bax həmin Şeyx Səfiəddin burdan keçəndə gedirmiş, sora o tərəfdə su zad problemi yaranarmış da, o tərəfdən gələn Ərkivanda da­ya­nıb bir az su içərmiş, burdan gedən də su içib gedərmiş, ya­man­ca quraqlıq idi. Şeyx Səfiəddin haqqında Şeyx Zahid Gila­ni o, mənim çovqan topumdur deyirdi.
* * *

Bizim Mahmudavar kəndi təbiətən çox gözəl kənddi. İnsanları da çox qonağpərvərdir. Kəndimiz öz adıynan, mən deyərdim ki, tarixə düşüb. Hətta bizim kəndimiz haqqında be­lə bir söz də var ki, deer: “Mahmudavardan bildirçin kəna­ra çıxmaz. Dəni yanında, suyu yanında”. Yəni buranın tor­pağı da bərəkətdi olub, camaat da əliaçıq. Əhali heyvan­dar­lığnan, əkinçilihnən məşğul olub, təbii sərvəti bol olub. İndi bir az azalıb, çünki bir vaxtlar burada çay plantasiyaları sa­lınmışdı. 264 hektar burada çay plantasiyası var idi, bu kət­də. Hə Ər­kivannan ta Astaraya kimi gedir türk torpağları. Burada sub­tro­pik bitkilər olur. O çay plantasiyaları salınanda burda çoxlu meşələr qırılıb. Atam rəhmətdiy burda kalxoz sədri olub, o vaxtı S-100 traxtorrar vardı, oynan meşələri qırır, yerində də çay əkirdilər. O meşələrin çoxun qırdılar, orda çay əkdilər.
* * *

Babam burda meşəbəyi oldu. Yaşadığı vaxtda çox güjdü şəxs olub. Deməy, bunun qabağına bir kişi çıxa bilməzmiş, meşə içində. O vaxt da Rusiyətdən nə vaqon gəlirdi, nə ma­şın­nar taxta gətirirdi, 55-58-ci illərdə. Dost-tanış bütün ra­yonda ən bərk gedən oğlannar, sanballılar hamısı babama pıl verillər ki, Müslim kişi, mənə 8 minniy mal verərsən. Gala, bı 3 mini beh verim, bu başdan, 5 minin də malımı aparanda ve­rəcəm. O biri gəlir, nəbilim 4 min, o biri gəlir 7 min belə-belə hər kəs taxta alırdı. Bı pılı yığır camaatdan, ağajdarın hamı­sı­nı meşədən çıxardır, yolun qırağına. İndi iki günə, üç günə xə­bər versin olara ki, gəlün aparun. Day o ağajdarın yanında heş kim olmurdu. Bının adı var, vəssalam.

Gəlir kəndə ki, xəbər versin, meşə də bırdan uzağdı. Har­dasa bırdan bi 10-8 km uzağda, Yardımlı yolunun üs­dün­də. Mənə də soradan göstərdilər ki, bax bu yer idi, ağajdar bıra düzülmüşdü. Bi gecənin içində, kəsib hazırrıyıb, gətirib yığıb ki, bırdan versin yiyələrinə. Bi gecənin içində o ağajdarı oğurruyallar. O hesab eləməz ki, kimsə ona xətər yetirər, çün­ki heç kimnən işi olmazdı, heç kiməsə xətər yetirən olmeyib. Amma o qədər nadürüst adamlar var ki, təsəvvür edin ki, ağaj­darı bir gecənin içində daşıdılar, oğurradılar. Axı bı da külli miqdardı, elə belə az pul eləmir bı. Axı, bı da adam­lardan pulun alıb. O qədər əziyyət, fəhləsi, kəli, filanı, hökü­məti. Bı yazığ təzədən bu qədər xərci çəksün? Mümkün döör. Belənçiy bu kişi havalandı, bu dərtdən. Elə onnan da sora 63-cü ildə rəhmətə getdi.
* * *

O adın, yəni kəndimizin adının, Həsənli adının veril­məsin Həsən müəllim başqa cür danışır. Mən bildiyuma göra, eşit­di­yuma göra, çünki mən atamın anasıynan qalmışam. Ona göra onun danışdığları uşağ vaxtı mənim yaddaşımda çox gö­zəl qa­lıb. Olar gəlirlər bizim o Taxta çay var e, o Taxta çayın yanına, oların içərsində bir ağsaqqal olur, deyir ki, gəlin burda məs­kunlaşayın. Digər ağsaqqal deyir ki, yaxşı neynəh bir dənə quyu qazın. Qazıllar quyunu, sora deyir ki, o quyunu tor­pağlıyın. Torpağlıyırlar görürlər ki, torpağ quyudan bir qa­rış aşağı düşdü. Qayıdır o biri ağsaqqal deyir ki, burda yaşamağ olmaz.

Gəlirlər bizim bu indiki kəndin yerinə düşüllər, qalxıllar yuxarı, həmən o Həsən müəllimin, bizim dik var kənddə ha, de­diyi yerə. Həmən dikdə olar yurd salıblar. Orda bir quyu qazıllar. Quyu qazannan sorasına həmən ağsaqqal kişi deyir ki, bu quyunu korluyun. Korlayannan sorasına quyunun üsdü­nə nə qədər torpağ atırlar, artığ qalır. Burda məqsəd nə olur, sual çıxır meydana ki, nəyə göra burda yaşamağ olar? Burda yaşamağ olar, amma orda olmaz? Deyir ki, bu torpağ həm münbit torpağdı, yaxşı torpağdı, həm də sel, su gəlib eliyəndə bura gec çata bilər. Həm də torpağ çökməz. Ona göra bu torpağlarda yaşamağ olar. Onunla birgə həmən sözə bahəm o ağsaqqal kişinin məsləhətinə qulağ olaraq həmən yerdə, indiki kəndin yuxarı yerində olar başdıyırlar məskunlaşmağa.

O vaxtlar mahnı çox oxuyurduq, halay da çəkidrik, o mahnılardan yadımda iki misra qalıb:
Heyvalar aşiqiyəm, əncir nə lazımdır mənə,

Əslinin aşiqiyəm zəncir nə lazımdır mənə.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin