Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə188/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   181   182   183   184   185   186   187   188   189

Toplayıcılar:


Füzuli Bayat

Nuridə Muxtarzadə

Çıçək Əfəndiyeva

Könül Hümmətova

26. OVÇULUQ



Kəttə birinci ovcu mən olmuşam. O quş qalımıyıb mən vurmamış olam: qajğaldağ, doxdox, gərəf, ördək, qaz, qara­toyuq... Ancaq bəzi quşları vurmaq olmaz, bəzilərinin də əti yeyilməz. Məsələn, qu quşunu vurmaq olmaz. Cünki biri er­kək, biri dişidi. Birin vursan, o biri yaşamaz, ölər. Cütdülər, birin vursan, o biri dərtdən ölməlidi. Harda olsa, bağrı cattıyıb ölür. Ona görə də qu quşunu ovlamaq günahdı.

Məsələn, ağ vağ var, qara vağ var, qarğa var, buları ye­məy olmaz, əti acıdı, həm də qaradı. Ən yaxşı quş əti turacdır, bizdə çox az olur, Talışda olur. Əvvəllər quş tutmaq üçün cələ qurardılar. Bizim vaxtımızda sələ olmuyub, kecmişdə olub. İnidi tüfəglə ova gedirik.

Ovun da vaxtı var. Quşlar bala çıxardanda ov olmaz, gü­nahdı. Yumurta üsdündə kürt yatan quşu vurmazlar. Ov payızın sonu ilə qışda olur.
* * *

O vaxtı bolluğ olub da ölkədə, təbiət də belə zəngin imiş, hər şey var imiş, quş, balıq, mer-meyvə, çörəh. Ov da həmişə bol olurdu. Bizdə səl qoyardılar, tor qururdular. Bi dənə ağac belə burda basdırırdılar, bi dənə ağac da burda. Bu ağajdarın məsafəsi hardasa, bir-birinə 50 metrə olur. Tor hö­rül­lər, onun bu tərəfinə ciyə keçirdilər, aşağısına da ciyə ke­cir­dirdilər. Bunu belənci cəkillər, biri yuxarıdan gəlir, biri aşa­ğıdan. Bunu gətirillər, bir 20 metrə o tərəfdə, orda balaca şey düzəldillər, küləş müləş töküllər, gecə oturullar orda, ciyə də bunun əlində. Quş gecə gələndə ilişir buna. İlişən kimi, aşağasın çəkillər. Çəkəndə bu qatdanır. Quş qalır orda. Bir gecədə bəlkə bir 150-200 cür quş tutarmışdar. Yaşılbaş olur-du, gərəf, qajğaldağ var, nə bilim cürbəcür olur də. Onnan 100 dənə tutanda birin buraxarmışdar. Kəndimizin adəti olub da belə. Yəni Allah-taala deyir ki, insan, qənaətcil, rəhmdil olmalıdır. Bu da insanın humanistliyidir də.



* * *

Atam Qəribəli yaman qoçax kişi olub. Onun bir tüfəngi var idi. Ova gedərdi, bir qaracücə, qaratoyuğ vurardı, gətirərdi bi də görərdün. Belə, belə günün keçirdərdi. Bir gün yenə ge­dər bıra dərəyə ova, helə şey üçün, quş üçün. Birdən bi cana­va­ra rast gələr, amma qorxmaz. Çox curətdi kişi idi. Bı cana­va­ra atar bir-iki güllə, opşem yaralıyar canavarı. Gələr vırar öldirər, elə orda kəsər doğrıyar, sürüyüb gətirər evə. Onunçün bular elə belə bi şey idi.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin