Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə77/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   73   74   75   76   77   78   79   80   ...   189

Bir yerdə baxarıq



Televizir təzə çıxan vaxtı qonşu kənddən bir nəfər tele­vi­zir alıb gətirib, bunun anası da yaşdı arvad imiş. Bu adam da təzə evlənmişmiş. Özü də çöl, bayır adamıymış. Tele­vi­zir­də yaxşı kino verirmişdər. Açıblar, arvad deyib ki, yox, bala, televiziri söndürəyün, qoy oğlan gəlsin, bir yerdə baxağun. Söndürüllər, oğlan, gəl, gəl saxlamışuy bir yerdə baxağ. Açıblar görüblər ki, televizir xışıldıyır. Gecə saat 12 olub.

Tanıyıram, mənim qonşumdu



Gənə hüzr məclisidi. Orucluq ayıdı. Qonşu kənddə olub. Günortadan soradı, day günorta, zad yoxdu demə. Mollagil gediblər məçidə, namaz qılmağa. Adam seyrəydi. Biz də get­diy oturduğ. Biznən bir yoldaş var, bizdən yaşdıdı. Bunun ata­sı molladı, Allah canına sağlığ versin, yanı bir az din sarıdan savadı var. O oturub söhbət eliyir, ordan-burdan. Başdadı keç­mişdən rəhməttiy Bəhlul Danəndədən danışmağa. Dostum dedi: – Hə, tanıyıram. Mənim qonşumdu. Dedi: – A bala, yox e, mən o Bəhlul Danəndəni deyirəm.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin