Materiallari. 0516428604 zerin piraliyeva musahiBE



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix08.05.2020
ölçüsü1,15 Mb.
#31129
1   2   3   4   5   6   7   8   9
Zərin Piralıyeva müsahibə

156 medalla ikinci yeri qazandi ve bu 50 olke 
arasinda boyuk nufuz demekdi.2017 ci ilde 
kecirilen islam hemreyliyi oyunlarinda ise 
Azerbaycan 57 olke arasinda 162 medalla birinci 
yerde oldu. 
 
● Müəllimin proqramına nələr daxildir : 
mövzuların ardıcıllığı, resurslar, vaxt bölgüsü 
 
● DESTRUKSIYA nədir?  
- Qırılma, pozulma mənasını daşıyır. Dərsin 
pozulması deməkdir. ( Kimya fənnindən gələn bir 
termindir. "Zəncirin qırılması" adlı destruksiya 
reaksiyaları var.) 
● Tehsil sahesinde hansı irelileyisler var? 
- miq ve dq imtahanlarinin kecirilmesi sayedinde 
savadli kadrlarin isle temin olunmasi və s. (əlavələr 
edə bilərsiniz). 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
 
● İnkluziv təhsil haqqında nə bilirsiniz? 
İnkluziv təhsil (fr. inclusif — "özünə daxil edən", 
lat. include — "daxil edirəm") — ümumi təhsilin 
təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan 
və bütün uşaqların müxtəlif ehtiyaclarına 
uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi. Bu, 
sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb 
olunmasını da təmin edir. İnklüziv təhsil uşaqların 
müstəqil bir fərd olduğunu və təhsil zamanı 
onların hər birinin öz ehtiyacları olduğunu qəbul 
edən metodologiyaları inkişaf etdirməyə yönəlib. 
İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların 
ödənilməsinə yönəlmiş yanaşmaların 
formalaşdırılmasına çalışır. İnklüziv təhsil istər 
sağlam, istərsə də əlillərin bərabər təhsil alma 
hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial 
bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və 
başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait 
yaratmış olur. İnklüziv təhsillə bağlı beynəlxalq 
praktikaya görə, bir sinifdə təhsil alan xüsusi 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
qayğıya ehtiyacı olan şagirdlərin sayı 5-10% 
olmalıdır. 
 
● O hansı üsuldur ki, orda şagird özü-özünü 
qiymətləndirir?- Akvarium 
Akvarium - Şagirdler iki qruupa blünür. stullar 
daire şeklinde düzülür. ve orada oturan şagirdler 
müelimin teklif etdiyi problemi , tapşırigi müzakire 
edirler. Daireden kenarda eylenen sagirdler ise bu 
problemin hell edilme qaydasini müşahide edirler. 
Sonra ise darirenin kenarinda eyleyen şagirdler bu 
gediwi qiymetlendirir. Ve sonra dairenin 
kenarindaki .agirdler darirenin icindeki stullarda 
oturur diger .agirdler ise kenarda. Ve hemin 
proses tekrarlanir. 
 
: ● Içərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, 
(2000-ci ildə UNESKO ümumdünya mədəni irs 
siyahısına salınıb).  Atəşgah maddi mədəni irslər  
 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
● Qeyri maddi irsler: aşıq sənəti, Novruz bayramı, 
muğam, tar, kamança, kəlağayı və s. 
 
● Öz ixtisasına üzrə hər hansı dərsə motivasiya 
qurub əvvəlcədən hazir olmaq lazimdir. Çünki 
ixtisasın üzrə dərs adı deyib ona uygun motivasiya 
qurmalı olduğunu deyəcəklər. 
 
● 1) PİSA beynəlxalq qiymətlındirməsi 4 deyil 3 il 
periodla keçirilir.  
2) Azərbaycan heç bir zaman Riyaziyyat üzrə 4 - cü 
yer tutmayıb.  
3) PİSA bu il yəni 2018 ildə keçirilib və nəticələr 
2019 ildə elan olunacaq. 
4)TİMSS beynəlxalq qiymətlındirməsi 2019 cu ildə 
keçiriləcək.Son dəfə 2015 ci ildə keçirilib 
5) TİMSS və PİRLS qiymətləndirmələri 
İEA(International Association for the Evaluation of 
Educational Achievement) tərfindən PİSA 
qiymətləndirməsi isə OECD(The Organisation for 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Economic Co-operation and Development) 
tərfindən keçirilir. 
 
● MILLI DƏYƏRLƏRIMIZ BUNLARDIR : 
DINIMIZ, MƏDƏNIYYƏTIMIZ, FOLKLORUMUZ, 
MUĞAMIMIZ, MUSIQIMIZ 
 
● MƏNƏVI DƏYƏRLƏR ISE INSANIN OZUNƏ XAS 
OLAN KEYFIYYƏTLƏRIDIR. Yəni, 
ƏDALƏTLI OLMAQ, VƏTƏNPƏRVƏRLIK, 
DOGRULUQ, DURUSTLUK, ETIBARLI OLMAGIMIZ 
VE S 
 
● Maddi və mənəvi dəyərlərimiz fərqlənir. 
Maddini pul ilə almaq olur, mənəvini isə yox.  
 
● Güləş Federasiyasının prezidenti kimdir? Bu 
haqda danışın. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
SSRİ-nin Güləş Federasiyasının tərkibində ilk dəfə 
1959-cu ildə bir qurum olaraq, Azərbaycan Güləş 
Federasiyası təsis olunmuş, sədr vəzifəsinin icraçısı 
Axundov Qəmbər Əsgər oğlu olmuş, sonradan isə 
bu vəzifəni Hüseynov Fətulla demək olar ki, 
müstəqillik qazandığımız dövrə kimi icra etmişdir. 
Müstəqil Azərbaycan Respublikası Dünyada 
suveren ölkə kimi tanındıqdan sonra, 1993-cü ildə 
Azərbaycan Güləş Federasiyası təsis olunaraq, elə 
həmin ildə, İsveçrənin Lozanna şəhərində FİLA-nın 
baş qərargahında rəsmən Beynəlxalq Güləş 
Federasiyaları Assosiasiyasına qəbul olunmuşdur. 
1993-1997 illər ərzində Azərbaycan Güləş 
Federasiyasının prezidenti Etibar Sərdar oğlu 
Məmmədov, Vitse-prezident Abbas Aydın oğlu 
Abbasov, Baş Katib Xanmirzə Xanbala oğlu 
Məlikəliyev olmuşdur. 
AGF-nin konfransı dörd ildən bir keçirilir. 1997-ci 
ildə keçirilən növbəti konfransda AGF-nin 
prezidenti Abbas Aydın oğlu Abbasov, I vitse – 
prezident Cavanşir Kazım oğlu Qurbanov və Baş 
katibi Xanmirzə Xanbala oğlu Məlikəliyev 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
seçilmişlər. Federasiyada vəzifə öhdəlikləri üzrə 
vitse prezidentlər (Məmməd İbrahimov, Çingiz 
Quliyev, Oleq Krapivin, Məmməd Musayev, Arif 
Həsənov, Oktay Hüseynov seçilib) fəaliyyət 
göstərmişlər. 
2001-ci ildə Federasiyanın III konfransı keçirilib. 
Baş Katib istefa verdiyi üçün, həmin vəzifəyə 1997-
ci ildən Güləş Federasiyasında Baş mütəxəssis kimi 
fəailiyyət göstərən Mətləb İbadulla oğlu 
Abdullayev seçilmiş və 2007-ci ilə kimi Baş Katib 
olmuşdur. 
25 aprel 2005-ci ildə AGF-nin növbəti IV konfransı 
keçirilmişdir. 2006-cı ildə keçirilən AGF-nin 
plenumunda millət vəkili Aydın Abbas oğlu 
Abbasov Federasiyyanın Vitse-prezidenti 
seçilmişdir. 
2007-ci il 29 yanvar tarixində keçirilən Azərbaycan 
Güləş Federasiyasının növbədənkənar 
plenumunda Fazil Əsəd oğlu Məmmədov AGF-nin 
prezidenti, Namiq Tofiq oğlu Əliyev I Vitse-
prezient və Cavid Yunus oğlu Qurbanov Baş Katib 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
seçilmişlər. Abbas Aydın oğlu Abbasov 
Federasiyanın fəxri prezidenti seçilmişdir. 
Azərbaycan Güləş Federasiyası Azərbaycan 
Respublikası Gənclər və İdman Nazirliyi və Milli 
Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edərək, 
qarşılıqlı, məqsədyönlü fəaliyyət göstərir. 
2008-ci il 18 noyabr tarixində Federasiyanın V 
konfransı keçirilmişdir. Konfransda Güləş 
Federasiyasının yeni Nizamnaməsinin təqdimatı və 
təsdiqi, Güləş Federasiyasının Regional 
nümayəndəliklərinin təsis edilməsi, Federasiyanın 
Vitse-prezidentlərinin fəaliyyət istiqaməti 
müzakirə edilmiş, Beynəlxalq əlaqələr, Regionlar, 
Sərbəst, Yunan-Roma güləşi üzrə, təşkilati və 
maliyyə işlər və yeniyetmələr üzrə Vitse-prezident 
vəzifələri müəyyənləşdirilmiş və seçkilər 
keçirilmişdir. 2018-ci ilin may ayından etibarən 
AGF-nin rəhbərliyində dəyişiklik baş vermişdir. 
Fazil Məmmədovun istefasından sonra prezidentin 
səlahiyyətlərini Namiq Əliyev yerinə 
yetirməkdədir. 
Prezident əvəzi - Namiq Əliyev 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Baş katib – Orxan Məmmədov 
Sərbəst güləş üzrə vitse-prezident – Firdovsi 
Umudov 
Yunan-Roma güləşi üzrə vitse-prezident – Elçin 
Cəfərov 
Yeniyetmələr üzrə vitse-prezident – Namiq 
Abdullayev 
Hakimlər Kollegiyasının sədri – Qərib Əliyev 
İdman şöbəsinin müdiri – Yaqub Məmmədov 
 
 ● Türkmənçay və Gülüstan müqavilələri nə vaxt 
imzalanıb?  
Türkmənçay müqaviləsi - Qacar imperiyası ilə 
Rusiya imperiyası arasında imzalanan və İkinci 
Rusiya-İran müharibəsini bitirən müqavilə. 10 
fevral 1828-ci ildə Təbriz yaxınlığındakı 
Türkmənçay kəndində imzalanmışdır. Bu 
müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya 
keçən ərazilərdən başqa İran İrəvan, Naxçıvan və 
Talış xanlığının özlərin də qalmış hissəsinin də Rus 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki 
imperiya arasında sərhəd kimi Araz çayı qəbul 
edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırki 
Ermənistan Respublikasının ərazisini, Naxçıvan 
Muxtar Respublikasının ərazisini, Azərbaycan 
Respublikasının cənub bölgəsinni bir hissəsini və 
indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır 
bölgəsini əhatə edirdi.[1] 
 
Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas 
Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan 
Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan 
Paskeviç imzalamışdır. Gülüstan müqaviləsində 
olduğu kimi bu müqavilə də Rusiyanın qəti 
qələbəsi ilə bitən müharibədən sonra 
imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən 
diktə edilmişdir. Hətta general Peskeviç İran 
nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif 
etdiyi şərtlərlə müqavilə imzalanmasa rus 
qoşunları 5 günə Tehranı tutacaqdır. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Gülüstan və Türkmənçay müqavilələrinin 
imzalanması ilə Rusiya Cənubi Qafqazın və Şimali 
Qafqazın bir hissəsinin işğalını sonlandırdı. Rusiya 
tərəfindən işğal olunan ərazilər 1918-1920-ci illər 
istisna olunmaqla birdə 1991-ci ildə müstəqil oldu. 
●  Gülüstan müqaviləsi - 1813-cü ilin 12 oktyabr 
tarixində Rusiya İmperiyası ilə Qacarlar dövləti 
arasında imzalanmış və tarixi Azərbaycanın 
ərazisini Rusiya ilə İran arasında bölən birinci 
müqavilə. Müqavilə Dağıstanın, Gürcüstanın, bu 
günki Azərbaycan Respublikasının əksər hissəsinin 
və hal-hazırki Ermənistan Respublikasının şimal 
torpaqlarının Rusiya imperiyasına keçməsini 
rəsmiləşdirirdi. 
 
● Müsahibəyə hazırlaşanlar, b u filmlərə mütləq 
baxsınlar. İbrətamiz və müsahibədə sizə kömək 
edəcək mövzularla dolu filmdir. (əsas iki film var 
bu haqda) 
* THE RON CLARK STORY 2006 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
* YERDEKİ YILDIZLAR (HER ÇOCUK ÖZELDİR) TAARE 
ZAMEEN PAR 
İkisinə də baxın və fikirlərinizi gözləyəcəm. Hansı 
nəticəyə gəldiyinizi, sizə necə təəssürat 
bağışladığını mütləq yazarsınız.   

Metodikakadan lazımi terminlər və 
onların izahı. 
ümumi təhsil – təhsilalanlara elmlərin 
ümumi əsaslarının öyrədilməsini, zəruri 
bilik, bacarıq və vərdişlərin aşılanmasını, 
onların həyata və əmək fəaliyyətinə 
hazırlanmasını təmin edən təhsil pilləsi; 
 
məktəbəhazırlıq təhsili – 5 yaşlı uşaqların 
məktəb təliminə psixoloji hazırlığının 
təmin edilməsi məqsədilə təşkil edilən 
ümumi təhsilin ilk mərhələsi; 
 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
ümumi orta təhsil – ümumi təhsilin icbari 
hesab olunan və məzunlarına dövlət təhsil 
sənədinin verilməsi ilə başa çatan 
səviyyəsi; 
ümumi təhsilin dövlət standartı – ümumi 
təhsilin məzmununa, idarə olunmasına, 
infrastrukturuna, maddi-texniki və tədris 
bazasına, təhsilverənlərin keyfiyyət 
göstəricilərinə, təhsilalanların bilik, bacarıq 
və vərdişlərinə verilən minimum tələb və 
normaları əhatə edən ümumi normalar 
məcmusu; 
 
ümumi təhsil proqramı (kurikulum) – 
fənlər üzrə kurikulumları, dərsdənkənar 
məşğələləri (fakültativ kursları), 
məktəbdənkənar təhsil proqramlarını, 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
tədris planlarını özündə əks etdirən dövlət 
sənədi; 
 
fənn kurikulumu – fənnin məqsəd və vəzifələrini, 
fənnin tədrisinə verilən tələbləri, ümumi təhsilin 
səviyyələri və hər bir sinif üzrə təlim nəticələrini, 
təlim strategiyalarını, fəndaxili və fənlərarası 
inteqrasiyanı, qiymətləndirmə vasitələri və 
meyarlarını, təlim materiallarının planlaşdırılması 
üzrə metodik tövsiyələri özündə ehtiva edən 
sənəd; 
 
inklüziv təhsil – sağlamlıq imkanları məhdud olan 
uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait 
yaradılması və xüsusi təlim vasitəsilə sağlam 
şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi; 
 
innovasiya (ümumi təhsildə) – təhsilin məzmunu, 
qiymətləndirilməsi və idarəolunması, təlim 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
strategiyaları və metodikalarının keyfiyyətcə 
yaxşılaşdırılması sahəsində tətbiq edilən yeniliklər; 
 
pedaqoji şura – ümumi təhsil müəssisəsinin 
kollegial ali idarəetmə orqanı; 
 
təlim metodu – müəllim və şagird arasında 
proqramda nəzərdə tutulmuş bilik, bacarıq və 
vərdişlərin ötürülməsi və mənimsənilməsinə, 
təlimin öyrədici, inkişafetdirici və tərbiyəedici 
məqsədlərinə nail olunmasına xidmət edən 
qarşılıqlı proses; 
●  SİNİFDƏ SƏS-KÜY OLARSA, NECƏ ƏLƏ 
ALARSAN?  
- Çalışaram çox səs-küylü sinfi öyrədici maraqlı 
oyun ilə ələ alım. Ən əsası ən nadınc uşağı ələ 
almaq lazımdır. Onu da ələ almaq üçün onun nəyə 
marağı olduğunu onunla qısa söhbətdən 
öyrənmək mümkündür. 
●   TƏLİM FORMALARI HAQQINDA DANIŞ. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
 Dörd iş forması vardır : kollektiv ilə iş, qruplarla iş 
(kiçik qruplarla iş, böyük qruplarla iş), cütlərlə iş, 
fərdi iş. 
 : ● Fənn resursların hansılardır?  - xəritə, qlobus, 
sirkul və s. (öz ixtisasına aid olanları sadalayın). 
 
● 21-ci əsrdə şəxxsiyyət necə olmalıdırır? 
Təhsilin başlıca məqsədi şəxsiyyət yetişdirməkdir. 
Azərbaycan Respublikasının Təhsil Qanununda 
deyilir:"Azərbaycan Respublikasında təhsilin əsas 
məqsədi  Azərbaycan dövləti qarşısında öz 
məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə, 
demokratiya prinsiplərinə, insan hüquqları və 
azadlıqlarına hörmət edən, vətənpərvərlik və 
Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və 
yaradıcı düşünən vətəndaş və şəxsiyyət 
yetişdirməkdir”. 
 
Şəxsiyyət nədir? -Şəxsiyyət anlayışı mürəkkəb 
anlayışdır. Şəxsiyyət insanın siması, onun 
identifikatorudur. Şəxsiyyət fərdin davamlı fiziki və 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
psixi xarakteristikasının məcmusudur. Şəxsiyyət 
gerçəkliyi dərk edib ,onu dəyişdirməyə qadir olan 
insandır.Şəxsiyyət biososial varlıqdır. Şəxsiyyətin 
ən xarakterik cəhətindən biri də onun 
fərdiyyətidir. Bura onun şəxsi xüsusiyyətləri, 
individual bacarıq və vərdişləri, fəaliyyət 
mexanizimləri daxildir. İnsan şəxsiyyəti etibarı ilə 
təkrarolunmazdır. 
 
Şəxsiyyət - onu əhatə edən mühitdə fərdin 
sosialaşması, ətrafla ünsiyyəti və qarşılıqlı əlaqəsi 
nəticəsində yaranır. Şəxsiyyətin formalaşması 
üçün motivasiya mühim şərtdir. Düzgün seçilmiş 
motivlər şəxsiyyəti məqsədəuyğun fəaliyyətə 
təhrik edir. Ən əsası bu motivlər onun maraqlarını 
əks etdirməlidir. Maraqlar onun daxili 
təlabatlarının təzahürləridir. Şəxsiyyətə düzgün 
təsir etmək üçün maraqların lazımı qaydada 
ödənməsi zəruridir. Maraqların təmin edilməsi 
şəxsiyyətin bilik və bacarığındakı 
çatışmamazlıqların aradan qaldırılmasına və onun 
bir bütöv kimi formalaşmasına kömək edir. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
● FİZİKİ ƏQLİ GERİLƏMİŞ UŞAQLARLA NECƏ 
MƏŞĞUL OLARSAN? 
- Uşaqlıq - insanın gələcək həyatının təməlini 
qoyan bir dövrdür. Uşağın gələcək inkişafı bu 
dövrdə əldə olunan bilik və bacarıqlara əsaslanır. 
Uşaq beyni çox həssas və elastik olur, onun qəbul 
etdiyi informasiyalar bəzən ömürlük yaddaşda 
qalır. Lakin insan beyni daim inkişafdadır və 
həmişə daha yeni, mürəkkəb funksiyaların 
qavranılması üçün məşq etdirilə və istifadə oluna 
bilər. Uşaqların bütün hissiyat bacarıqları ( görmə, 
toxunma, iybilmə, dadbilmə, eşitmə) oyun 
vasitəsilə inkişaf etdirilməlidir. Hissetmə bizə ətraf 
mühit haqqında məlumat əldə etməyə imkan 
verir. Beyin nə qədər çox informasiya qəbul 
edərsə, bir o qədər çox inkişaf etmiş olar. Əgər 
uşaqların beyni informasiyalardan təcrid edilərsə, 
o heç vaxt normal inkişaf etməyəcək. 
Hər bir uşaq 3 əsas sahədə inkişaf edir: 
1. Fiziki (bədən) inkişaf 
2. Əqli (intellektual) inkişaf 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
3. Sosial (ünsiyyət) inkişaf 
 Uşağın sosial inkişafı üçün əqli cəhətdən inkişaf 
etməsi zəruridir. Lakin istisna hallar da 
mümkündür. Məsələn, ictimai həyatımızda bəzən 
elə hallarla rastlaşırıq ki, əqli cəhətdən geri qalan 
bir şəxs öz sosial inkişafına görə tipik olan 
həmyaşıdların heç də geri qalmır. Sual olunur: 
“Əgər insanın sosial inkişafı onun əqli inkişafından 
asılıdırsa, bu necə olur?” Sualın cavabı çox sadədir: 
Sosial cəhətdən inkişaf etmiş əqli cəhətdən geri 
qalan uşaqla mütəxəssis məşğul olub və onun 
ətrafındakı insanlar məsələnin ciddiliyini başa 
düşüb problemi tez və müştərək həll etməyə 
çalışıblar. Bəzən istər tipik , istərsə də əqli 
cəhətdən geri qalan uşağın sosial inkişafına elə 
onun ətrafındakı insanlar mane olur. Bu ya 
məsuliyyətsizlikdən, ya da savadsızlıqdan irəli 
gəlir. Əqli gerilik şifahi ünsiyyət qurmaq, öz 
qayğısına qalmaq, ətrafdakı insanlarla qarşılıqlı 
münasibətləri davam etdirmək qabiliyyətləri ilə 
bağlı əqli məhdudiyyətləri olan hər hansı bir şəxsin 
funksional xəstəliyidir. Bu məhdudiyyətlər 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
göstərilən diaqnozlu uşağın adi uşaqlardan fərqli 
olaraq daha ləng inkişaf etməsinə, onunu öyrənmə 
qabiliyyətinin daha zəif olmasına səbəb olur. Əqli 
geriliyi olan uşaqlarda danışmaq, yerimək, öz 
paltarlarını geyinmək, yemək qəbulu ilə bağlı fərdi 
ehtiyaclarını ödəmək prosesləri ləng gedir. 
Məktəbdə oxuyan zaman da, çətinliklər meydana 
çıxır. Onlar nəyə isə nail ola bilsələr də, bunun 
üçün çox vaxt tələb olunur. 
 Mütəxəssislər əqli geriliyin bir çox səbəblərini 
aşkar etmişlər. Bunlardan ən mühümləri 
aşağıdakılardır: 
· Genetik hallar. 
· Hamiləlik zamanı yaranan problemlər. 
· Doğuş problemləri. 
· Sağlamlıq problemləri. 
Əqli gerilik xəstəlik deyil. Əqli gerilik başqasından 
yoluxa bilməz. Əqli geriliyin 3 dərəcəsi var: 
Ən ağır dərəcə (idiotluq). Belə uşaqlarda baş beyin 
qabığının zədələnməsi bir sıra mərkəzləri əhatə 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
etdiyindən onlarda nəinki intellekt çox aşağı 
səviyyədə inkişaf edir, həm də hərəkət, nitq, 
eşitmə və digər analizatorlar da inkişafdan qalmış 
olur. İdiot uşaqlar ətraf aləmi mənalandırıb 
qavraya bilmir. 
Ağır və orta dərəcə ( imbessillik). İmbesil uşaqlar 
nitqə, çox da çətin olmayan, sadə əmək 
vərdişlərinə yiyələnmək imkanına malikdirlər. 
Lakin dərk etmə, hafizə, təfəkkür, emosional-iradi 
proseslərin, dilin kommunikativ funksiyaların 
inkişafdan geri qalması onların təlim-tərbiyə işini 
demək olar ki, qeyri-mümkün edir. 
Yüngül dərəcə (debillik). Belə uşaqlarda intellekt 
aşağı olur. Emosional-iradi xüsusiyyətlərdə kobud 
qüsurlar olur. Bütün bunlar onlara ümumtəhsil 
proqramına yiyələnməyə imkan vermir. 
Qüsurun müəyyən qədər kompensasiyası üçün 
oliqofren uşaqlarla bir sıra korreksion iş aparılır. 
Bunun üçün müəyyən psixoloji və qeyri-ənənəvi 
metodlardan istifadə olunur. Əqli cəhətdən geri 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
qalan uşaqlarla iş zamanı istifadə olunan psixoloji 
metodlar aşağıdakılardır: 
· İnkişafetdirici oyunlar - bu, uşağın şəxsiyyət kimi 
formalaşmasına, kollektivdə öz yaşıdları ilə 
münasibətlərin yaxılaşmasına istiqamətlənmiş 
xüsusi məşğələlər komplesidir. 
 · Kukloterapiya – bu metod sosial həyatda tələb 
olunan bacarıqların mənimsənilməsi məqsədilə 
qrup məşğələləri zamanı istifadə olunur. 
(başqalarını dinləmək, birgə oyunda iştirak etmək, 
münaqişələrin davasız həll edilməsi). 
 · Rəsm çəkmə və nə isə düzəltmə - yazmaq və 
oxumaq üçün hazırlıq mərhələsi kimi əl 
motorikasını inkişaf etdirir. Məhz incə əl 
motorikasının uşağın intellektual qabiliyyətlərini 
inkişafına təsir etdiyi məlumdur. 
 · Psixoloji nağıl – bu üsul hər bir uşaq üçün tanış 
olan bir yol nağıl uydurulması əsasında qurularaq 
uşağın emosional vəziyyətinin yaxşılaşdırılmasına 
istiqamətləndirilir. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin