Materiallari. 0516428604 zerin piraliyeva musahiBE



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix08.05.2020
ölçüsü1,15 Mb.
#31129
1   2   3   4   5   6   7   8   9
Zərin Piralıyeva müsahibə

işini müvəffəqiyyətlə həyata keçirmək üçün 
direktor sinif rəhbərlərindən ən yaxın köməkçi 
kimi istifadə etməlidir. Sinif rəhbərləri də bütün 
məktəb rəhbərləri, xüsusən direktorla sıx 
əməkdaşlıq etməlidir. Sinif rəhbərləri ilə iş 
direktorun idarəetmə fəaliyyətinin əsas 
istiqamətlərindəndir.Müasir dövrdə şagirdlərlə 
aparılan tərbiyə işinin əhatə dairəsi,həcm və 
məzmunu xeyli artmış, buna görə də sinif 
rəhbərlərinin funksiya və vəzifələri çox 
genişlənmişdir. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Bu gün sinif rəhbərlərinin vəzifəsi ənənəvi olaraq 
vərdiş etdiyimiz kimi yalnız şagirdlərlə müəyyən 
tərbiyəvi tədbirlər keçirmək, onların şagird 
gündəliklərini,şəxsi işlərini və digər sənədləri tərtib 
etməklə məhdudlaşmır. Sinif rəhbərlərinin ən əsas 
vəzifələrindən biri şagirdlərin valideynləri, ailə və 
ictimaiyyət, məktəblə əlaqəsi olan təşkilatlar ilə 
çox geniş miqyaslı iş aparmaqdır. Sinif rəhbəri hər 
bir şagirdin bir şəxsiyyət kimi yetişməsi üçün 
çalişmalıdır. 
Sinif rəhbərləri ilə aparılan işi məktəb direktoru 
həmişə diqqət mərkəzində saxlamalıdır. Bəzən 
direktorlar sinif rəhbərləri ilə aparılan işi müasir 
tələblər əsasında yenidən qurmağa yönəltmir, 
onların şagirdlərlə apardığı işlərin keyfiyyətini 
yüksəldən mühüm faktları hərəkətə gətirə 
bilmirlər. Ona görə də bəzi sinif rəhbərləri öz 
işlərinin öhdəsindən layiqincə gəlmirlər. Köhnəlik 
ruhu ilə işləyən sinif rəhbərlərinin fəaliy-yətindəki 
ən başlıca çatışmazlıqlardan biri şagirdlərlə 
aparılan tərbiyəvi tədbirləri şagirdlərin özləri ilə 
razılaşmadan aparmaları, bu tədbirlərin 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
hazırlanması və həyata keçirilməsində uşaq birliyi 
təşkilatının, gənclər və şagird özünüidarə 
fəallarının iştirakını təmin etməmələridir. Belə 
tərbiyəvi tədbirlərdə şagirdlərin çoxu passiv 
iştirakçıya çevrilir, onlarla aparilan tədbirlər 
söhbət və nəsihətlər formasında qurulur. 
Aydın olur ki, hələ də sinif rəhbərlərinin bəzilərinin 
özləri məktəb nizamnaməsi və müasir tələblərdən 
irəli gələn konkret vəzifələri yaxşı bilmir. Onlar 
tərbiyəvi işləri planlaşdırarkən məktəbin,onun 
yerləşdiyi regionun real imkanlarını, 
xüsusiyyətlərini yaxşı nəzərə almırlar.Sinif 
rəhbərləri tərbiyə işindəki yaxın və perspektiv 
vəzifələri fərqləndirməyi, tərbiyəvi tədbirlərdən ən 
vacibini seçib ön plana çəkməyi bacarmırlar. Ona 
görə də məktəb direktoru sinif rəhbərlərinin işi 
üzərində nəzarət və rəhbərliyi daim 
gücləndirməlidir. Ən birincisi sinif rəhbərlərinin 
düzgün seçilib yerləşdirilməsinə çalişmaq lazımdır. 
Unutmaq lazım deyil ki, indiki mərhələdə sinif 
rəhbərliyi heç də asan vəzifə deyildir, onu fərq 
qoymadan istənilən müəllimə tapşırmaq 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
olmaz.Aydındır ki, şagirdlərin təlim-tərbiyə işinin 
müasir tələblərini başqalarından daha yaxşı 
bilən,uşaqları ürəkdən sevən,onların müxtəlif yaş 
dövrünün dəyişkən psixoloji xüsusiyyətlərinə bələd 
olan müəllim sinif rəhbəri təyin edilməlidir.  
Məlumdur ki, sinif rəhbərləri təkcə şagirdlərin 
tərbiyə işi ilə deyil,həmçinin onların təlim işi ilə də 
maraqlanmalıdır. Ona görə də sinif rəhbərləri fənn 
müəllimləri və valideynlərlə daim söhbət 
aparmalı,fənn müəllimlərinin dərslərində iştirak 
edib, sinifdə təlimin keyfiyyəti ilə maraqlanmalıdır. 
Sinif rəhbərləri şagirdlərin zəif oxumalarının 
səbəblərini araşdırıb, onlarla fənn müəllimlərinin 
fərdi məşğul olmasını təşkil etməlidir. 
Tez-tez valideynlərlə aparılan söhbətdə hər bir 
şagird haqqında onlara məlumat verilməlidir. 
Həmçinin istedadlı şagirdlərlə də işi günün müasir 
tələbləri səviyəsində qurmaq lazımdır. 
Məktəb direktoru ilə sinif rəhbərləri arasında daim 
əlaqə və qarşılıqlı kömək olmalıdır. Direktor hər bir 
sinifdə nə baş verdiyini, hər bir şagirdin şəxsiyyət 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
kimi formalaşmasının,onun inkişafının necə 
getdiyini daim izləməlidir. Bu işdə onun ən yaxin 
köməkçisi, əlbəttə, sinif rəhbərləri olmalıdır. Ona 
görə də direktor sinif rəhbərləri ilə tez-tez 
görüşməli , onlardan lazımı məlumatları aldıqdan 
sonra onlara faydalı tövsiyyəlr verməlidir.  
Yaxşı olar ki, sinif rəhbərlərinin vaxt büdcələrinə 
qayğı ilə yanaşmaq məqsədi ilə onların yazılı 
hesabatları ildə 1-2 dəfədən çox olmasın. Axı, sinif 
rəhbərləri şagirdlərin dərsdənkənar tərbiyə 
işlərinin həyata keçirilməsinə həftədə orta hesabla 
8-10 saat vaxt sərf edir. Bundan əlavə, hər bir sinif 
rəhbəri il ərzində 32 saat sinif təşkilat saatı təşkil 
edir. Eləcə də sinif rəhbərləri sinifdə aparılan 
gecələr, iclaslar, konfranslar, disputlar və s. 
tədbirlərdə iştirak edir. Həm də sinif rəhbərlərinin 
şagirdlərlə apardığı işlər məktəbin iş saatları ilə 
məhdudlaşmır. Onlar dərsdənkənar vaxtlarda da 
valideynlərlə görüşlər keçirir. 
Məktəb direktorlarının sinif rəhbərləri üzərində 
aşağıdakı kimi məktəbdaxili nəzarət formalarından 
istifadə etməsi çox zəruri və məqsədə uyğundur: 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
1. Sinif rəhbərlərinin tərbiyəvi iş planlarını hər ilin 
əvvəlində yoxlayıb, təsdiq etməyə çalışmaq 
lazımdır ki, hər bir plan müasir tələblərə cavab 
versin. 
2. Ayrı-ayrı siniflərdə aparılan tərbiyə işlərinin 
konkret sahələri üzrə vəziyyətini mütamadi olaraq 
yoxlayıb, direktoryanı müşavirə və ya pedaqoji 
şuralarda müzakirə etmək. 
3. Sinif rəhbərlərinin metodbirləşmə yığıncağına, 
onların keçirdikləri seminarlara yaxından nəzarət 
etmək. 
4. Direktor ayrı-ayrı siniflərdə keçirilən tərbiyəvi 
tədbirlərdə iştirak etməlidir. 
5. Ayrı-ayrı siniflərin valideyn iclasında vaxtaşırı 
iştirak edib, valideynlərin pedaqoji 
marifləndirilməsi işinin təkmil-ləşməsini təmin 
etmək. 
6. Sinif rəhbərlərinin valideynlərlə əlaqələrini daim 
diqqət mərkəzində saxlamaq. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
7. Sinif rəhbərlərinin fənn müəllimləri ilə əlaqə 
saxlamasına nəzarət etmək və bu əlaqəni 
istiqamətləndirmək. 
8. Sinif rəhbərlərinin sinif jurnalını,şagirdlərin şəxsi 
işini, onların gündəliklərini və digər sənədləri 
vaxtında işləməsinə nəzarət etmək. 
9. Tez-tez sinif rəhbərləri ilə əlaqə saxlamaq, 
onlarla fərdi və ya qrup halında söhbətlər, 
diskusiyalar aparmaq. 
10. Sinif rəhbərlərinin zəif oxuyan şagirdlər və 
istedadlı uşaqlarla aparılan işinə nəzarət etmək. 
11. Şagirdlərin mütamadi olaraq uşaq mətbuatı, 
uşaq ədəbiyyatı ilə maraqlanması üçün sinif 
rəhbərlərinin işini istiqamətləndirmək. 
12. Şagirdlərin psixoloji xüsusiyyətlərini öyrənmək 
üçün sinif rəhbərlərinin”Yaddaş” dəftərləri təşkil 
etmələrinə diqqət yetirmək. 
13. Şagirdlərin dərsə davamiyyətinin daim diqqət 
mərkəzində olmasınin hər bir sinif rəhbərinin ən 
ümdə vəzifəsinə çevrilməsinə nail olmaq. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
14. Şagirdlərin bir şəxsiyyət kimi yetişməsi üçün 
sinif rəhbərlərinə daim istiqamət vermək. 
15. Hər bir sinifdə divar qəzetlərinin çıxmasına nail 
olmaq. 
16. Siniflərarası və məktəblərarası yarışlarin təşkili 
üçün sinif rəhbərlərinin işini canlandırmaq. 
17. Hər sinifdə sinif və valideyn iclaslarının 
mütamadi keçiriməsinə nail olmaq. 
18. Hər bir sinif rəhbərinin keçirdiyi tədbirlərin 
sənədləşməsinə nail olmaq. 
19. Sinif rəhbərlərinin qabaqcıl iş təcrübəsinin 
yayılmasına çalışmaq və s. 
Məktəb direktoru sinif rəhbərləri ilə işi daim 
diqqət mərkəzində saxlamalıdır. Unutmaq olaz ki, 
təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi üçün 
sinif rəhbərləri ilə aparılan işlər çox vacibdir. 
 ● "
Azərbaycan Gimnastika Federasiyası" haqqında 
nə bilirsən? Prezidenti kimdir? 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Dünyada 1881-ci ildə yaranıb. 1896-da ilk olimpiya 
oyunlarına daxil edilib. 1993-də Azərb aycan təsis 
olunub. 
 Federasiyanın tam adı "Azərbaycan Gimnastika 
Federasiyası" İctimai Birliyi, qısaldılmış adı isə AGF-
dir. AGF öz fəaliyyətində Olimpiya hərakatının 
prinsip, məqsəd və vəzifələrini qəbul edir, 
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, 
Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq 
edərək fəaliyyət göstərir. AGF Azərbaycan 
Respublikası Gənclər və İdman Nazirliyi və idman 
təşkilatları ilə əhalinin bədən tərbiyəsi və sağlam 
həyat tərzi sürməsinə kütləvi surətdə cəlb 
edilməsi, kadrların hazırlanması, yığma 
komandaların formalaşdırılması və onların 
beynəlxalq yarışlarda və təlim-məşq 
toplanışlarında iştirakı məsələləri ilə bağlı 
əməkdaşlıq edir. AGF öz səlahiyyətləri 
çərçivəsində xarici ölkələrin idman təşkilatları ilə 
beynəlxalq əlaqələri inkişaf etdirir və 
möhkəmləndirir. Hazırda AGF-nin tərkibinə 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Beynəlxalq Gimnastika Federasiyası tərəfindən 
tanınan 7 gimnastika növü daxildir: 
Bədii gimnastika (Olimpiya növü)Kişi idman 
gimnastikası (Olimpiya növü)Qadın idman 
gimnastikası (Olimpiya növü)Akrobatika 
gimnastikası (qeyri-Olimpiya növü)Aerobika 
gimnastikası (qeyri-Olimpiya növü)Gimnastika 
hamı üçün (qeyri-yarış növü)Batut gimnastikası 
(batut üzərində fərdi çıxış Olimpiya növüdür) 
AGF-in vəzifələri aşağıdakılardır: 
Gimnastika növlərini inkişaf etdirmək və təbliğ 
etmək 
Öz səlahiyyətləri çərçivəsində gimnastika növləri 
üzrə milli yığma komandaları formalaşdırmaq və 
onların beynəlxalq yarışlarda iştirakını təmin 
etmək 
Yüksək səviyyəli idmançıların hazırlıq sistemini 
təkmilləşdirmək 
İdmançıların, məşqçilərin, bu sahədə çalışan digər 
mütəxəssislərin sosial müdafiəsi üçün şəraitin 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
yaradılmasında iştirak etmək, gimnastika 
veteranlarının qayğısına qalmaq 
Beynəlxalq Gimnastika Federasiyası tərəfindən 
təsdiq olunmuş qaydalar nəzərə alınmaqla, 
gimnastika növləri üzrə normaları işləyib 
hazırlamaq 
İdmanda dopinqdən istifadəyə və (və ya) onun 
istifadə üsullarına, o cümlədən ayrı-seçkilik və 
zorakılığa qarşı mübarizə aparmaq 
Azərbaycan Respublikası Vahid İdman Təsnifatına 
daxil edilməsi məqsədilə gimnastika növləri üzrə 
norma və tələblər, həmçinin idman hakimlərinə 
olan müvafiq kateqoriyalar üzrə normaları işləyib 
hazırlamaq 
AGF uşaq-gənclər idmanının inkişafına, idman 
məktəblərinin, Olimpiya ehtiyatı məktəbləri və 
Olimpiya mərkəzlərinin fəaliyyətinə köməklik 
göstərir. AGF beynəlxalq idman təşkilatlarına üzv 
ola, Azərbaycan Respublikasının qanunvericiliyinə 
zidd olmayan hüquq və vəzifələrə malik ola bilər. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
AGF-nin ali idarəetmə orqanı Ümumi Yığıncağıdır. 
Ümumi Yığıncaqlar arası dövrdə federasiyanın 
fəaliyyətinə İcra Komitəsi rəhbərlik edir. Fiziki 
şəxslər olan İcra Komitəsinin üzvləri, Ümumi 
Yığıncaq tərəfindən beş il müddətinə seçilir. İcra 
Komitəsi həmçinin Ümumi Yığıncağa hesabat verir. 
İcra Komitəsinin tərkibi: 
AGF-nin Prezidenti - İcra Komitəsinin sədri 
AGF-nin Vitse-prezidenti - İcra Komitəsinin sədr 
müavini 
İcra Komitəsinin 3 üzvü 
Federasiyanın Prezidenti (İcra Komitəsinin sədri) 
Azərbaycan Respublikasının qanunvericiliyi və 
AGF-nin Nizamnaməsindən irəli gələn 
səlahiyyətlərə müvafiq olaraq, İcra Komitəsinin 
iclaslarına rəhbərlik edir. 
 
Mehriban Əliyeva - AGF-in prezidenti 
Əliyeva Mehriban Arif qızı Bakı şəhərində anadan 
olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
qızıl medalla bitirərək N.Nərimanov adına 
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-
profilaktika fakültəsinə daxil olub. 
1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət 
Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 
1988-1992 illər ərzində Moskvada akademik 
Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-
tədqiqat İnstitutunda işləyib. 
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə 
hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan 
Mədəniyyət Fondu təsis olunub.  
 
1996-cı ildə Mehriban Əliyeva Azərbaycan 
mədəniyyətinin geniş təbliğ olunması məqsədilə 
üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan 
“Azərbaycan - İrs” jurnalını təsis edib.  
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan 
Gimnastika Federasiyasının prezidenti seçilib və 
həmin vəzifədə özünü gözəl təşkilatçı kimi 
nümayiş etdirib. Onun beynəlxalq aləmdə 
artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Federasiyasının Bədii Gimnastika üzrə artıq 2003 
və 2004-cü il Dünya Kuboku mərhələlərinin və 
2005-ci il Dünya Çempionatının Azərbaycanda 
keçirilməsinə dair qərarın qəbul olunmasında 
həlledici rol oynayıb.  
Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli 
liderinin zəngin irsinin öyrənilməsi və həmçinin 
Heydər Əliyevin yaratdığı milli dövlətçilik 
ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi 
ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 
2004-cü il may ayının 10-da Heydər Əliyev 
Fondunun rəsmi açılışı olub. 
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq 
ədəbiyyatının və musiqi irsinin qorunub 
saxlanılması və inkişaf etdirilməsi sahəsindəki 
yorulmaz səylərinə görə Mehriban Əliyeva 
UNESСO-nun Xoşməramlı səfiri adına layiq 
görülüb.  
2004-cü il dekabrın 28-də Mehriban Əliyeva 
Azərbaycan Respublikası Milli Olimpiya 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə 
Komitəsinə üzv seçilib.  
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi 
Şurasının üzvüdür. 
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji 
sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” 
adına layiq görülüb.  
2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və 
xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və 
mədəniyyət müəssisələrinin dəstəklənməsinə, 
Rusiya və Azərbaycan xalqları arasında dostluğun 
möhkəmlənməsinə sanballı töhfələrinə görə 
Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq 
Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq 
görülüb.  
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik 
dərəcəsi alıb. 
2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən 
seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası 
tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 
92.12% (23106 səs) səs toplayaraq deputat seçilib 
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS 
Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin 
inkişafında xidmətlərinə, milli mədəni irsimizin 
qorunub saxlanılmasına və dünyada təbliğinə, 
xarici ölkələrdə xalqımızın müsbət imicinin 
möhkəmlənməsi üçün gördüyü işlərə, bədii 
gimnastika üzrə 27-ci dünya çempionatının 
respublikamızda yüksək səviyyədə hazırlanıb 
keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik 
fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin 
adamı” elan edib. 
Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin 
qorunub saxlanmasına verdiyi töhfələrə görə 
2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli 
Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq 
görülüb. 
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif 
sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, 
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin 
islam aləmində görülən işlərə böyük dəstəyinə 
görə Mehriban Əliyeva 2006-cı il noyabrın 23-də 
ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb 
Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 
2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-
ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva 
ana, uşaq və ailə sağlamlığının qorunması və 
möhkəmlənməsi işində müstəsna xidmətlərinə 
görə bu beynəlxalq təşkilatın mükafatına layiq 
görülüb. 
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, 
bəşəriyyətin ali ideallarına xidmət sahəsində 
yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında 
Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq 
mükafatına layiq görülüb 
2007, 2009 və 2014-cü illərdə Mehriban Əliyeva 
Bakıda keçirilən Avropa Çempionatlarının Yerli 
Təşkilat Komitələrinə rəhbərlik etmişdir. 
Azərbaycan Respublikasının Prezidentinin 2009-cu 
il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Azərbaycan Respublikasının ictimai-siyasi və 
mədəni həyatında səmərəli fəaliyyətinə görə 
Heydər Əliyev Mükafatı ilə təltif edilib. 
2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa 
arasında dostluq münasibətlərinin inkişafındakı 
xidmətlərinə görə Mehriban Əliyeva Polşa 
Respublikasının “Xidmətlərə görə” Böyük 
Komandor Xaçı ordeni ilə təltif edilib. 
2010-cu il fevralın 15-də Mehriban Əliyeva 
Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və 
nümayiş etdirdiyi sadiqliyinə görə Fransa 
Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf 
Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib. 
2010-cu il iyulun 30-da Mehriban Əliyevaya 
UNESСO-nun “Qızıl Motsart” medalı təqdim edilib. 
 
2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən 
seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası 
tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən 
irəli sürülmüş Mehriban Əliyeva 94,49% (31797 
səs) səs toplayaraq deputat seçilib. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
2011-ci ilin mayında Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyevin sərəncamı ilə 
“Avroviziya-2012” mahnı müsabiqəsinin Bakıda 
keçirilməsi üçün Mehriban Əliyevanın sədrliyi ilə 
Təşkilat Komitəsi yaradıldı.   
2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans 
Montana Forumunun Qızıl medalı, 2012-ci il 
iyunun 29-da isə “Prix de la Fondation” mükafatı 
təqdim edilib. 
2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya 
Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva 
Dövlət Tibb Universitetinin Fəxri professoru adına 
layiq görülüb. 
2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB 
iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq 
Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin 
Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu 
(DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası 
mükafatı təqdim edilib. 
2013-cü ilin əvvəlində Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyev 2015-ci ildə Bakıda “I 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Avropa Oyunlarının Təşkilat Komitəsinin 
yaradılması haqqında” sərəncam imzalamışdır. 
Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı 
Mehriban Əliyeva başçılıq edir. 
2013-cü ilin yanvarında Pakistanın nüfuzlu “Daily 
Times” qəzeti və Qadın Könüllülər Təşkilatı 
Mehriban Əliyevanı “Humanizm simvolu – 2012-ci 
ilin adamı” elan edib. 
2013-cü il iyunun 7-də Yeni Azərbaycan 
Partiyasının sədr müavini vəzifəsinə seçilib. 
2013-cü il dekabrın 27-də Mehriban Əliyeva 
Pakistanın “Şəhid Bənazir Bhutto Qadın 
Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq 
görülüb. 
2014-cü ilin mayında Mehriban Əliyeva 
sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, 
həmçinin Almaniyada türk dünyasının 
tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin 
inkişafındakı xidmətlərinə görə Türk-Alman 
Dostluq Federasiyasının fəxri mükafatına layiq 
görülüb. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Azərbaycanın ictimai, sosial və mədəni həyatında 
fəal iştirakına, cəmiyyətin dinamik inkişafına 
verdiyi mühüm töhfələrə, Azərbaycan 
mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz 
xidmətlərinə, həmçinin ümumdünya mədəni 
irsinin qorunub saxlanması işinə hərtərəfli 
dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə 
sadiqliyinə görə 2014-cü ilin mayında “İlin Birinci 
Xanımı” mükafatına layiq görülüb. 
2014-cü ilin iyununda Olimpiya dəyərlərinin 
təbliğindəki xidmətlərinə görə Beynəlxalq 
Olimpiya Akademiyasının “Olympic Excellence” 
xüsusi fəxri mükafatı ilə təltif olunub. 
2014-cü ilin avqustunda “Həştərxan vilayəti 
qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin