Materiallari. 0516428604 zerin piraliyeva musahiBE



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix08.05.2020
ölçüsü1,15 Mb.
#31129
1   2   3   4   5   6   7   8   9
Zərin Piralıyeva müsahibə

prinsiplərini və onlara uyğun tələbləri, təhsil 
prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin 
xüsusiyyətlərini müəyyən edir və onları 
tənzimləyir. 
1.4. Bu Qaydalar bütün növ təhsil müəssisələrində 
çalışan müəllimlərə şamil edilir. 
1.5. Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil 
müəssisələrində sağlam işgüzar durumun bərqərar 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
olmasına, vətəndaşların təhsil müəssisəsinə və 
müəllimə etimadının artırılmasına, təhsil 
müəssisələrinin idarə olunmasında valideynlərin 
və cəmiyyətin daha yaxından iştirakının təmin 
edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində 
səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil 
müəssisəsində korrupsiya hallarının və maraqların 
toqquşmasının qarşısının alınmasına və müəllim 
nüfuzunun yüksəldilməsinə nail olmaqdan 
ibarətdir. 
2. Etik davranış prinsipləri və onlara uyğun tələblər  
Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış 
prinsiplərini gözləməli və müvafiq tələblərə ciddi 
şəkildə əməl etməlidir. 
Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının 
icrası zamanı Azərbaycan Respublikası 
Konstitusiyasının, Azərbaycan Respublikasının 
qanunlarının, habelə Azərbaycan Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilələrin 
tələblərinə, insan hüquqlarına və demokratik 
prinsiplərə əməl etməyə borcludur. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin 
maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə 
və səmərəli yerinə yetirməyə borcludur. Müəllim 
bütün hallarda hər bir şəxs üçün vicdanlılıq 
nümunəsi olmalıdır. 
Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz 
fəaliyyətini Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər 
çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə 
borcludur və vəzifə funksiyalarının keyfiyyətlə 
yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. 
Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə 
təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil 
sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə 
inamını artırmalı və möhkəmləndirməlidir. 
Loyallıq – müəllim onun peşə vəzifəsinə aid 
olmadığı hallarda işlədiyi və digər təhsil 
müəssisələrinin, dövlət orqanlarının, onların 
rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz 
fəaliyyət istisna olmaqla) tənqidi ictimai 
mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə 
ictimai qiymət verilməsindən çəkinməlidir. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və 
nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar 
nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol 
verməməlidir. 
Mədəni davranış – müəllim təhsilalanlarla, 
rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, 
xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim 
peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri 
qəbul etməli, qiymətləndirməli və onlardan 
düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, 
çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici 
görkəminə, geyiminə xüsusi fikir verməli, hər 
zaman səliqəli olmalıdır. 
Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə 
yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, 
dilinə, cinsinə, sosial mənşəyinə, dinə 
münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə 
görə təhsilalanlara və təhsil prosesinin digər 
iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün 
və ya maraqlı şəxslərin mənafelərinin vəzifə 
funksiyalarının icrası zamanı ona təsir etməsinə yol 
verməməli və buna şərait yaratmamalıdır. Müəllim 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar 
məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə 
fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə 
əməl etməyə borcludur. 
Gender bərabərliyi – müəllim təhsil və tərbiyə 
prosesində kişi və qadın cinsindən olan 
təhsilalanların bərabərliyi prinsipinin 
gözlənilməsinə davamlı olaraq əməl etməlidir. 
İctimai etimad – müəllim peşə nüfuzunu 
möhkəmləndirməyə, müəllim adını, şərəf və 
ləyaqətini uca tutmağa borcludur. Müəllim etik 
davranış qaydalarını pozduğu halda pozuntunu tez 
bir zamanda aradan qaldırmalı, ictimai etimadın 
bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil 
müəssisəsinin fəaliyyəti barədə KİV 
nümayəndələrinin qanunla müəyyən edilmiş 
qaydada doğru məlumatlanmasına kömək 
göstərməlidir. 
Konfidensiallıq - qanunvericiliklə nəzərdə tutulmuş 
hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin 
icrası ilə bağlı təhsilalanların, onların 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı 
barədə ona məlum olan məlumatların 
konfidensiallığını təmin etməlidir. 
 ● Milli Mətbuat Günü haqqında nə bilirsiniz? 
 Azərbaycan mətbuatının banisi Həsən bəy 
Zərdabidir. Böyük çətinliklərdən sonra o,Bakıda 
ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün 
icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il 
iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin 
nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-
1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 
nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti 
xalqımızın milli oyanışında, milli birliyinin 
möhkəmlənməsində böyük rol oynamışdır. 
Qəzetin mütərəqqi ideyaları Rusiya hakim 
dairələrini narahat etmiş və iki il sonra qəzet 
bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi 
"Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər 
olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), 
"Kəşkül" (1880),"Kaspi" (80-90-cı illər) qəzetləri 
nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. 
Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni 
demokratik mətbuatın yaranması uğrunda 
mübarizə aparırdılar. Bu gərgin mübarizə öz 
nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" 
(1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) 
kimi demokratik ruhlu, milli qayəli qəzetlər 
meydana çıxdı. 1906-cı ildə "Molla Nəsrəddin" 
jurnalının nəşrə başlanması ilə Azərbaycan 
mətbuatında siyasi satiranın əsası qoyuldu. 
Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" 
jurnalının bütün əməkdaşları qadınlardan ibarət 
idi. Sovet hakimiyyəti dövründə bütün sovet 
respublikalarında olduğu kimi Azərbaycanda da 
mətbuat sovet ideologiyasının ruporuna 
çevrilmişdi. Azad və demokratik mətbuatdan 
söhbət belə gedə bilməzdi. Yalnız bolşevik 
rejiminin, kommunist ideyalarının təbliği ilə 
məşğul olan qəzet və jurnallar nəşr olunurdu. 
Mətbuat üzərində ciddi senzura hökm sürürdü. 
Kommunist Partiyasının orqanı olan "Pravda" (bu 
qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, 
səhifələri qərb demokratiyasına qarşı iftiralarla, 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
ictimai və iqtisadi-siyasi həyatın müxtəlif 
sahələrinə aid yalan informasiyalarla dolu idi) 
qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün - 5 
may Mətbuat Günü kimi qeyd olunurdu. 
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 
bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat 
sahəsində də özünü göstərdi. Bu gün 
Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və 
jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası 
Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin 
nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və 
Jurnalistika Günü kimi qeyd olunmağa başladı. 
 
● SİNİFDƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM 
OLAN ŞAGİRDƏ NECƏ YANAŞARSAN? 
-  “XÜSUSİ QAYĞI İLƏ CAVABINI” VERMƏYİN! 
Çünki dərs zamanı müəllimin həmin şagirdə xüsusi 
qayğısı ayrıseçkilik yaratmış olur. Ancaq dərsdən 
sonra ona xüsusi nəvaziş göstərə bilərsən. 
- Sinifdə uşağa mən sənə xüsusi diqqət ayırıram 
kimi hiss yaratmaq lazım deyil. Uşaqlar çox həssas 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
və çox ağıllıdırlar. O dəqiqə hər şeyi yaxşı başa 
düşürlər. Bütün uşaqlara diqqət və qayğı eyni 
səviyyədə olmalıdır. Bu, həm o uşağa, həm də 
digərlərinə mənfi təsir edəcək.  Gələcəkdə də 
həmin uşaqda psixologiya ele formalaşacaq ki, 
mənə hamı güzəşt etməlidir, qayğı göstərməlidir. 
Beləliklə,istəmədən də olsa, hımin şagirddə mənfi 
xüsusiyyət yaratmış oluruq. 
 
● Ziqzaq usulunun mahiyyeti nedir? Ziqzaq usulu 
iri hecmli metni qisa muddetde öğrenmeye şerait 
yaradır.vaxtin semereli istifadesi ucun gözel 
usuldur.metni 4 hissye ayrılır. Qruplar teşkil edilir. 
 
 
● ZƏİF, OXUMAQ HƏVƏSİ OLMAYAN, HƏR GÜN 
DƏRSƏ HAZIRLIQSIZ GƏLƏN VƏ DƏRSƏ MARAĞI 
OLMAYAN ŞAGİRDDƏ DƏRSƏ QARŞI NECƏ 
MARAQ OYADARSAN? / ŞAGİRDLƏRİ 
ÖYRƏNMƏYƏ NECƏ HƏVƏSLƏNDİRƏRSİNİZ? 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
- Hər dərsdə ona suallar yönəldərək sualları 
cavablandırmağına şərait yaratmalıyıq. Səhv 
cavablandırdıqda təqdir edərək, düzgün 
cavablandırdıqda isə şagirdlərlə birlikdə alqışlayıb, 
“afərin” deyərək həvəsləndirməliyik. Həmin 
şagirdləri dərsə daha çox cəlb etmək, lövhəyə onu 
çıxarmaq lazımdır. Şərait yaratmalıyıq ki, həmin 
dərsə marağı olmayan şagirdlər daha çox mövzu 
ilə əlaqədar deyimləri təkrar edərək danışmalı 
olsunlar. 
- Dərs oxumayan amma beyni olan şagirdi qırağa 
çəkib, “filankəs uşaq yaman dərsindən geri qalır, 
mənə kömək elə, sən bu mövzunu öyrən, gələn 
dərs o uşağa sən öyrət, dərsini sən izah elə. Mən 
düşünürəm ki, sənin izahın ona çox kömək olacaq” 
deməklə dərsə maraq oyada bilərik. Həmçinin 
öyrədən insan özü də öyrənmiş olur. Beləcə həm 
də, cütlərlə iş formasından da istifadə olunmuş 
olar. Və bu cür uşaqlarda əməkdaşlıq, məsuliyyət 
hissetmə formalaşmış olar. 
- Deyirlər, “əgər Eynşteyn orta məktədə oxusaydı, 
ona attestat verilməzdi. O, çox yavaş düşünən 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
adam olub. Onu test etsəydilər, zəif çıxardı.” Bəzi 
insanların içərisində elə qabiliyyət var ki, məktəb, 
müəllim və valideyn onu üzə çıxara bilmir, çünki 
ona uyğun şərait yaranmır. Biri kimyanı çox yaxşı 
qəbul edir,  biri isə onu qəbul edə bilmir, amma 
həmin şagirdin çox yaxşı musiqi duyumu var. Ona 
görə də ilk olaraq uşaqların istedadlarını ortaya 
çıxarmaq lazımdır. Əvvəlcə onu istedadı olan 
tərəfə yönəltmək lazımdır. Eybi yoxdu, dərsləri 
orta səviyyədə oxusun və bu işdə ailənin də böyük 
rolu var. Elə ailə var deyir ki, “ rəsm nədir?  Uşaq 
fizika, kimya oxuyacaq.” Və uşağı yükləyirlər. Nə 
istedadı inkişaf edir, nə də seçdiyi sahədə uğur 
qazanır. Qazansa da, xoşbəxt olmur. Sevdiyi işlə 
məşğul olmaq başqadır.  
- İlk öncə, fənni sevdirməli, həvəsləndirici təlim 
üsullarından istifadə edərəm. Şagirdlər arasında 
rəqabət yaradıb, passiv şagirdləri motivasiya 
yaradaraq passivlikdən uzaqlaşdıraram. Digər 
fənlərə inteqrasiya edərək, şagiridn maraqlandığı 
fənnə əsaslanaraq dərsi izah etmək lazımdır. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
- Həvəsi olmayan şagirdə hər dəfə mövzuya aid 
rəsmlər çəkdirərək dərsə maraq yarada bilərik. 
- Əyani vəsaitlər, dərsə uyğun slaydlar, 
səhnəciklər, rollu oyunlar maraq yaradacaq 
yardımcı vasitələrdir. Uşağın nəyə marağı 
olduğunu öyrənib, ona uyğun motivasiya seçmək 
lazımdır. 
 

● MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NECƏ 
OLMALIDIR?  
- Müasir dövrümüzdə təlim-tərbiyəsi ilə məşğul 
olduğumuz şagirdlərin həyata düzgün, 
məqsədyönlü formalaşdırılmasında müəllim 
əməyinin rolu, dəyəri xeyli böyükdür. Şagirdlərin 
xalqımıza, vətənimizə gərəkli insana çevrilməsində 
onun uşaqlarla səmimi insani münasibətdə, 
təmasda olması onların yetkin şəxsiyyət kimi 
formalaşmasına öz müsbət təsirini göstərmiş olur. 
Məktəbə xoş və kövrək qədəmlərini qoyan hər bir 
şagirdin həyat yolunu müəllimin yaratdığı məşəl 
işıqlandırır. İllər keçir, məşəl sönmür, şagird sadə, 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
təvazökar, ağıllı, vicdanlı bir şəxs kimi boya-başa 
çatır. O, həyatda müstəqil, xoşbəxt yaşadıqca, onu 
insan kimi tərbiyə edən, bu yolda min bir əziyyət 
çəkən, gözlərinin nurunu, ürəyinin hərarətini onun 
səadəti üçün əsirgəməyən müəllimini heç vaxt 
unutmur, uzaqda yaşasa da imkan tapıb ona baş 
çəkir, minnətdarlıq məktubları göndərir. Müəllim 
isə elm, mədəniyyət, texnika, təsərrüfatın müxtəlif 
sahələrində ad-san qazanan keçmiş şagirdləri ilə 
fəxr edir, qəlbində hədsiz sevinc hisləri keçirir. 
Saçlarının ağarmasına, gözlərinin işıqdan 
düşməsinə təəssüflənmir, bu gün parta arxasında 
oturan şagirdlərinin təlim-tərbiyəsi üçün var 
qüvvəsini sərf edir, öz işinə həvəslə girişir. Belə 
müəllimlərin şagirdləri həyatda onlara oxşamaq 
istəyir, onların etimadını, ehtibarını doğrultmaq 
üçün hər cür zəhmətə qatlaşır, yaxşı oxuyur, 
müəllimlərinin tapşırıqlarını layiqincə yerinə 
yetirir, məktəbdə, ailədə və ictimai yerlərdə 
özlərini intizamlı aparır, böyüklərin hörmətini 
saxlayır, kiçiklərə isə qayğı göstərirlər. Bütün 
bunlar qabaqcıl müəllim əməyinin bəhrəsidir. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Bu müvəffəqiyyət də müəllim-şagird arasında olan 
münasibətlə bağlıdır. Əgər müəllimlə şagird 
arasında mehriban, səmimi, xeyirxah münasibət 
yoxdursa, onda onların müvəffəqiyyət qazanması 
da çətindir. Şagirdə etinasız, qeyri-səmimi 
münasibət bəsləyən müəllimin şagirdi çətin ki, 
onun özünə, tədris etdiyi fənnə hüsn-rəğbət 
bəsləsin. Müəllim-şagird münasibətlərinin düzgün 
tənzimlənməsində müəllimin peşəkarlıq, axtarıcılıq 
sahəsində görünən, müşahidə olunan, duyulan 
ideal şəxsi nümunələrinin də təsir dəyəri xeyli 
böyükdür. 
 
Baş Nazir – Novruz Məmmədov 
● Azərbaycanın Dövlət Müstəqilliyi günü — 
Azərbaycan tarixinin ən mühüm günlərindən biri. 
Hər il 18 oktyabrda qeyd edilir.XX əsrin sonlarında 
SSRİ-nin dağılması ilə yaranan tarixi şərait 
nəticəsində Azərbaycan dövlət müstəqilliyini 
bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də 
Azərbaycan Ali Sovetinin işə başlanan 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
növbədənkənar sessiyası 4 gün müzakirələr 
aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali 
Sovetin sessiyasında tarixi sənəd - Dövlət 
Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul 
edilib.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 
deputatından 258-i səs verir, yerdə qalanlar ya 
sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs 
veriblər. Konstitusiya Aktında göstərilib ki, 
müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə 
mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 
hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 
maddədən ibarətdir.1991-ci il dekabrın 29-da 
ümumxalq referendumunda məsələ müzakirəyə 
çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak 
edərək ölkənin müstəqilliyinə, suverenliyinə və 
istiqlaliyyətinə səs verib.Azərbaycanın müstəqilliyi 
bərpa olunandan sonra dövlət bayrağı, himni və 
gerbi haqqında da qanunlar qəbul edilib. 
 
● "
Azərbaycanın təhsil nazirləri"  

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Ağa Sultanov, Ağalar Abbasbəyli, Dadaş 
Bünyadzadə, Elmira Qafarova, Firudin Cəlilov, 
Heydər İsayev, Həmid bəy Şahtaxtinski, Kamran 
Rəhimov, Lidiya Rəsulova, Mahmud Ağayev, 
Maqsud Məmmədov (rektor), Mehdi Mehdizadə, 
Məmməd Cuvarlinski, Məmməd Ələkbərov (nazir), 
Mikayıl Cabbarov, Misir Mərdanov, Mustafa 
Quliyev, Müseyib Şahbazov, Müslüm Məmmədov 
(nazir), Nurməmməd bəy Şahsuvarov, Rafiq 
Feyzullayev, Rəşid xan Qaplanov, Ruhulla Axund
ov 
 
● TƏLİM STARTEGİYALARINA NƏLƏR DAXİLDİR? 
1. Fənn üzrə təlimin təşkilinə verilən əsas 
tələblərin təsviri 
2. Forma və üsulların təkmilləşdirilməsi barədə 
tövsiyyələr 
3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına 
dair nümunə 
4. Standartların şərhi 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
● Blum Taksanomiyasılnın mərhələlərini ardıcıl 
sayın : Bilmə, Anlama, Tətbiq, Təhlil, Sintez, 
Dəyərləndirmə 
● 8 May nə günüdür? - 1992 - Şuşa şəhəri erməni 
silahlı dəstələri tərəfindən işğal olunub. 
● Ceyhun Məmmədov kimdir? - Ceyhun 
Məmmədov — sambo üzrə 9 dəfə dünya 
çempionu, 2003-cü ildən etibarən Azərbaycan 
Sambo Federsiyasının prezidentidir 
Ceyhun Məmmədov 23 may 1968-ci ildə Ağdam 
şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan 
Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub. 
1991-ci ildə həmin institutun məşqçilik fakültəsini 
bitirib. 1992-1997-ci illərdə M.Ə.Rəsulzadə adına 
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 
təhsil alıb, hüquqşünasdır. Ceyhun Məmmədov 
həmçinin polis polkovnik leytinantı rütbəsini 
daşıyır. 
1985-ci ildə SSRİ idman ustası adına layiq görülüb. 
1986-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri 
Fərmanı ilə təltif olunub. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
1987-ci ildə Beynəlxalq dərəcəli idman ustası 
adına layiq görülüb. 
1990-cı ildə “SSRİ-nin Əməkdar idman ustası” fəxri 
adı verilib. 
1995-ci ildə Beşinci dəfə Dünya çempionu olması 
münasibətilə Azərbaycan Respublikasının 
Prezidenti Cənab Heydər Əliyev onu şəxsən təbrik 
edib. 
1998-ci ildə Azərbaycan Respublikasının 
Prezidentinin Fərmanına əsasən xidmətləri nəzərə 
alınaraq “Tərəqqi” medalı ilə təltif olunub. 
2009-cu ildə Azərbaycan Respublikasının 
Prezidenti Cənab İlham Əliyev tərəfindən "Şöhrət" 
ordeni ilə təltif olunub. 
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti 
Cənab İlham Əliyev tərəfindən Azərbaycanın 
"Əməkdar bədən tərbiyyə idman xadimi" adı 
verilib. 
2016-cı ildə ümumi Avropa Federasiyasının "Vitse-
Prezindenti" seçilib. 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
Ceyhun Məmmədov 2003-cü ildən etibarən 
Azərbaycan Sambo Federasiyasının prezidentidir. 
ZƏRİN PİRALIYEVA 
● Azərbaycanın Dövlət Müstəqilliyi günü — 
Azərbaycan tarixinin ən mühüm günlərindən biri. 
Hər il 18 oktyabrda qeyd edilir.XX əsrin sonlarında 
SSRİ-nin dağılması ilə yaranan tarixi şərait 
nəticəsində Azərbaycan dövlət müstəqilliyini 
bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də 
Azərbaycan Ali Sovetinin işə başlanan 
növbədənkənar sessiyası 4 gün müzakirələr 
aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali 
Sovetin sessiyasında tarixi sənəd - Dövlət 
Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul 
edilib.Həmin vaxt aktın lehinə Ali Sovetin 360 
deputatından 258-i səs verir, yerdə qalanlar ya 
sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs 
veriblər. Konstitusiya Aktında göstərilib ki, 
müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə 
mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 
hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 
maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
ümumxalq referendumunda məsələ müzakirəyə 
çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak 
edərək ölkənin müstəqilliyinə, suverenliyinə və 
istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi 
bərpa olunandan sonra dövlət bayrağı, himni və 
gerbi haqqında da qanunlar qəbul edilib. 
PİRALIYEVA 
ZƏRİN 
: ●  Qadınlara ilk müstəqillik hüququnu nə zaman 
və hansı dövlət verib? 1893-cü ildə Yeni Zelandiya 
qadınlara seçki hüququ verən ilk dövlət oldu. 
Avropada qadınlara ilk seçki hüququnu verən 
ölkələr sırasında ilk yerləri Norveç, Finlandiya və 
İslandiya tutur. Qadın hüquqları məsələsinin ilk 
dəfə hələ Fransa İnqilabi dövründə Olimpiya de 
Quj tərəfindən səsləndirilməsinə və məhz 
Fransanın qadınların cəmiyyətdə ikinci dərəcəli rol 
oynamasının radikal tənqidçisi olmasına 
baxmayaraq bu ölkə Avropada qadınlara seçki 
hüququ verən son ölkələrdən biri oldu. 1918-ci 
ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti 

ZERİN
 
PİRALIYEVA
 
MUSAHİBE
 
MATERİALLARI.0516428604 
 
 
dövründə ölkə ərazisində yaşayan bütün xalqların 
və hər iki cinsin bərabər seçki hüququ qanunla 
təsbit edilirdi. Bununla da, Azərbaycan şərqdə 
qadınlara seçki hüququ verən ilk ölkə oldu. 
 
● SİNİF RƏHBƏRİNİN VƏZİFƏLƏRİ HAQQINDA 
DANIŞ. 
MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ 
- Məktəb işi çoxsahəlidir. Uşaqların təlim-tərbiyəsi 
də bu sahələr-dən biridir. Məktəbdə təlim-tərbiyə 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin