Мцщазиря 23: ислащ психолоэийасы



Yüklə 168,5 Kb.
səhifə7/8
tarix13.12.2022
ölçüsü168,5 Kb.
#74299
1   2   3   4   5   6   7   8
Mühazirə 19 İslah-əmək psixologiyası

3.Xarici aləmə (həbsxanadan kənardakı dünyaya) meyl - məhbus qapalı həyat sürür, digər məhbuslarla ünsiyyətə girməkdən çəkinir. Buradakı həyat onu az maraqlandırdığından, o, həbsxana ilə bağlı bütün işlərdən bacardığı qədər kənar ol­ma­ğa çalışır. Bütün diqqətini həbsxananın o biri üzündə qalmış dünyaya yönəldir. Özünün məhbuslar kateqoriyasına mənsub olması ilə barışmır. Cəmiyyətdə itirdiyi əlaqələri hər vəchlə bərpa etməyə cəhd edir. Zəng edir, məktub yazır, görüşə ça­ğı­rır. Lakin itirilən əlaqələri bərpa etmək mümkün olmur.
4.Şikayətə meyl- məhbus məhkəmənin onun barəsində verdiyi hökmlə barış­mır. O, müntəzəm surətdə yüksək məhkəmə instansiyalarına müraciət edir, özünün əda­lətsiz mühakimə edilməsindən şikayətlənir. Bu məsələdə özünə həmrəy olan məhbuslarla ünsiyyətə girir, başqa məhbusların hökmlərindən də şikayətlər yazır. Cəmiy­yətdə haqq və ədalətin olmamasından, korrupsiyanın və rüşvətin hökm sür­mə­sindən şikayətlənir.
5.Günahını yumağa meyl- bu meyl «iztirab keçirən» məhbuslarda özünü gös­tə­rir. Onlar sanki cəzanın köməyi ilə günah hissindən azad olmağa, ondan yaxa qur­tarmağa çalışırlar.
6.Xəstəliyə meyl- məhbus rejim qaydaları şəraitində yaşamaqdan usanır. Qısa yaxud uzun müddətə belə mühitdən uzaqlaşmağa can atır. Bunun üçün özünü xəs­tə­liyə vurur, yaxud da cərrahiyyə əməliyyatının köməyi ilə bədəndən kənarlaşdırıla bilən predmetlər udur. Məhbus rolundan xəstə roluna keçid həbsxana həyatının təsiri ilə təzahür edən gərginliyi və stressi zəiflədir.
7.Həbsxanadakı intizamın pozulmasına meyl-Bu yolla həbsxanadakı şəraitin təsirilə təzahür edən aqressiyanı bir qədər boşaltmaq və monoton həbsxana şəraitində rəngarəngliyə nail olmaq olar. Digər tərəfdən buradakı intizamı pozmaqla məhbus digər məhbuslar arasında özünün qeyri-formal statusunu yüksəldə və hörmət qazana bilər.
Bu mərhələdə məhbusun psixologiyası aydın həyat perspektivinin olmaması ilə xarakterizə olunur. Bu vəziyyət də mühit və şəraitin qavranılmasına təsir edir, cəza tədbirləri məhbuslara intiqamçı hərəkət təsiri bağışlayır, onlarda qəzəbli və kinli hallar doğurur. Bir çox residivistlərdə ifrat intizamsızlığa, impulsiv davranışa və hətta psixopatiyaya keçən hərəkətlərə də təsadüf olunur. Cəmiyyət və ailə qarşı­sında özlərini təqsirkar hiss edən bir çox məhbus üçün isə həbsxana həyatının ilk vaxtlarında ruh düşkünlüyü və passivlik səciyyəvi hal olur.
Tədricən məhbuslar cəzaçəkmə müəssisəsinə uyğunlaşır və adaptasiya mər­hə­lə­si öz yerini II mərhələyə verir. Bu mərhələ yeni həyat şəraitində maraqların inkişafı ilə xarakterizə olunur. Bu mərhələ müsbət emosiya və halətlərin təzahürü ilə bağlıdır. Məhbusların psixi fəallığı artır. Maraqlara gəldikdə isə onlar müxtəlif ola bilər: mikroqrupların yaradılması, məhbuslar kollektivinin həyatında iştirak et­mək, mədəni istirahət, təhsil, qohumlarla görüş və s. Geniş maraq dairəsinin yaran­ma­sı, icra edilən sosial rolların strukturunun genişlənməsi məhbus psixologiyasının müs­bət istiqamətə dəyişməsi ilə nəticələnir.
Növbəti III mərhələ isə həyat məqsədlərinin yaranması, onlara nail olma yollarının işlənməsi ilə ilə bağlıdır. Öz keçmişlərinə nəzər saldıqca, əməllərini təhlil etdikcə onlar gələcəklə bağlı müəyyən nəticələrə gəlirlər. Məhbusların bir çoxunda törədilmiş cinayətlə bağlı peşmançılıq hissi, vurulmuş ziyanı ödəmək, sərvət də­yər­lərini yenidən qiymətləndirmək meyli müşahidə edilir.
Məhbus psixologiyasını şərtləndirən amillərdən biri də məhz onların öz əməllərinə və onlara təyin olunmuş cəzaya münasibətidir. Məhbusların bu məsəlyə münasibəti eyni deyildir. Bu baxımdan onları üç qrupa ayırmaq olar:
Birinci qrupa öz cinayətkar əməllərinin peşmançılığını çəkənlər daxildir. Bu qəbildən olan şəxslər hələ ilk istintaq zamanı və yaxud da məhkəmə prosesinlə peşman olurlar. Belə vəziyyət həmin məhbusların islahında və yenidən tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir. Bu qrupa daxil olan məhbuslar islah müəssisəsinin həyat şəraitinə tez uyğunlaşır. Bununla yanaşı, belə məhbuslar öz davranışları ilə digər məhbuslara da müsbət təsir edirlər.
İkinci qrupa öz cinayətkar əməlindən peşiman olmayan məhbuslar daxildir. Belə məhbuslar özlərini günahkar saymır, aldıqları cəzanı haqsız və sərt hesab edirlər. Bu vəziyyət bütün tərbiyəvi təsirlərə qarşı məhbusda əks münasibət yaradır, onda kin, əsəbilik, passivlik və s. doğurur ki, bütün bunlar da islah prosesini çətinləşdirir. Üçüncü qrupa aid edilən məhbuslarda cinayətkar həyat tərzini şərtləndirən psixi təsisat çox dərin köklərə malik olur. Həmin qrupun ən tipik nümayəndələri sırasına talançılar, qatı cinayətkarlar və s. aid edilir. Onlar, hər nəyin bahasına olursa-olsun, tezliklə həbsdən qurtarmağa can atır və gələcəkdə azad olunarlarsa, öz işlərini elə qurmağa çalışırlar ki, vaxtı ilə buraxdıqları səhvə bir daha yol verməsinlər və həbsə düşməsinlər. Aydın məsələdir ki, bu qrupa daxil edilən məhbuslar islah barəsində düşünmür. Onların islah müəssisələrində aparılan tədbirlərə qarşı olan münasibətləri də bununla izah edilir.
Aydındır ki, qatı cinayətkarın əsas xüsusiyyəti onda özünü təqsirləndirməyə qarşı sabit immunitetin, cinayətin antisosial mahiyyətinin inkasına qarşı sabit məna maneəsinin olması, özünü təqsirdən, məsuliyyətdən azad etmək ustanovkasıdır.
Məhbusların xarakterinin aksentuasiya tipi də bu baxımdan böyük maraq doğurur. Məsələn, epileptoid tipli məhbuslar cəzaçəkmə müəssisəsində özlərindən zəiflərə müna­sibətdə çox amansız və aqressiv olur, konfliktlərə çox meyl edir, rejim qaydalarını pozmağa çalışırlar.
Şizoid tipli məhbuslar hüquq normalarına etinasızlıq nümayiş etdirir, onlara tabe olmayanlara qarşı çox amansız olur, istənilən islah tədbirlərinə isə neqativ reaksiya verirlər. Digər məhbuslar arasında böyük avtoritetə malik olurlar.
Digər tərəfdən, məhbusların xarakter xüsusiyyətləri ilə onların törətmiş olduğu cinayətin xarakteri arasında özünü göstərən əlaqə də böyük maraq doğurur.
Belə ki, zorakı xarakterli cinayətə görə məhkum edilmiş cinayətkarlar aqres­siv­lik­lə, emosional kütlük və amansızlıqla fərqlənir.
Tamahkar xarakterli cinayətlər törətmiş məhbuslar impulsivlik, emosional qeyri-sabit­liklə fərqlənirlər.
Nəhayət, IV mərhələ-azadlığa çıxma ərəfəsində olan mərhələdir. Azadlıq anını göz­­ləmə çox ağır keçir. Diqqəti cəlb edən maraqlı cəhət odur ki, azadlıq anı yaxın­laş­dıqca məhbuslarda neqativ psixi halətlər zəifləmir. Onlarda narahatlıq güc­lə­nir, daxili gərginlik daha da artır. Azadlıq anı yaxınlaşdıqca bəzi məhbuslar cəza­çək­mə müəs­­sisəsindən qaç­mağa, hətta özlərinə qəsd etməyə cəhd göstərirlər. Bu hal «obyekt­dən qaçma, uzaq­laşma» effekti ilə izah edilir. Belə ki, uzun müddət azad­lıq arzu­­su ilə yaşayan məhbus bu anı həddən artıq çox gözlədiyindən, azadlıq anı yaxın­laş­­dıqca sanki ondan qaçmağa çalışır.
Yaxınlaşan azadlıq anı məhbusları həm sevindirir, həm də azadlıqdakı şəraitin yeni­liyi, qeyri-müəyyənliyi onları qorxudur. Cəmiyyətin onları necə qəbul edəcəyi məh­­busları narahat edir. Azadlığa çıxma anı yaxınlaşdıqca, onları bu məsələ çox narahat edir. İş ondadır ki, həbsdə olmaq cinayətkarların özü­nüqiymətləndirməsinə də güclü təsir edir. «Cinayətkar» damğası azadlığa bu­ra­­­xıl­dıqdan sonra bu şəxslərin cəmiyyətə normal qayıdışını çətinləşdirir.
H.İ.­Şnay­­derin haqlı olaraq göstərdiyi kimi, adları «cinayətkar» kimi damğa­lan­mış bu insanlar əksər hallarda cəmiyyət tərəfindən qəbul edilmir, cəmiyyətdən təc­­rid edilir. «Nümunəvi» vətəndaşlar onlardan üz döndərir, onlara iş vermir. Heç bir yerdən maddi köməyi olmayan, işsiz, əksər hallarda təhsilsiz bu şəxslər çox vaxt cinayət yoluna qayıt­maq­dan başqa çıxış yolu tapmırlar. Artıq cəza­lan­maq hədəsi də onları qorxutmur. Çünki on­ların adları onsuz da ləkələnib. Cina­yət­­­kar kimi damğalanmış bu şəxslər bir-birinə əks olan meyllər arasında seçmək im­­­kanına malik olsalar da, daha ciddi sosial təzyiq getdikcə güclənməkdə davam edir. Nəticədə isə bu şəxslər yenidən cinayət yoluna qayıdırlar.
Digər tərəfdən onlar cəzalarını çəkdikləri müddətdə baş vermiş həyat fa­ciə­lə­ri­ni daha ağrılı yaşayır: ailənin dağılması, yaxınlarının ölümü, yaşayış və iş yer­lə­rinin itirilməsi və s.
Məhbusların ailə üzvləri də bu cəzanı özünəməxsus şəkildə yaşayır. Xüsusilə də məhbusların övladları «oğru», «xuliqan», «cinayətkar» kimi damğalanmış vali­­deyn­lə­rinə görə xəcalət çəkir.
Öz keçmişlərinə nəzər saldıqca, əməllərini təhlil etdikcə onlar gələcəklə bağlı müəy­­yən nəticələrə gəlirlər. Əlbəttə, məhbusların öz əməllərinə münasibəti eyni deyil­dir. Məhbuslardan bəziləri azadlığa təmiz vicdanla çıxır. Bunlar törətdikləri əməl­­lərinə görə peşman olmuş təsadüfi cinayətkarlardır. Onlar öz cəzalarını əda­lət­li hesab edirlər. Digər məhbuslar isə onlara münasibətdə təyin edilən cəzanı əda­­lətsiz və çox sərt cəza kimi qəbul edərək (xüsusilə də başqalarının eyni əməl­lə­rinin cəzasız qaldığını gördükdə) sanki bütün cəmiyyətə acıqlanırlar. Cəzaçəkmə müəs­sisəsində olar­kən daha da professionallaşmış, təkmilləşmiş bu məhbuslar azad­­lığa çıx­dıq­dan dərhal sonra yenidən kriminal mühitə daxil olurlar. Burada Listin irəli sür­dü­yü bir qanunauyğunluq yada düşür: «İnsan nə qədər tez-tez cina­yət törədərək bu­na görə həbs edilirsə, bu şəxsin yenidən cinayət törətmək eh­ti­ma­lı bir o qədər artır».
Bəzi cinayətkarlar isə məsələn, residivistlər azadlığa çıxandan sonra qar­şı­la­rı­na sanki xüsusi bir məqsəd qoyurlar: qanunla, cinayətkarlıqla mübarizə apa­ran orqan­­lar­la «rəqabət» aparmaq: kim daha yaxşı fəaliyyət göstərəcək – çoxsaylı cina­­­yət törətmiş residivistlər, yoxsa polis?
Bu mərhələdə məhbusların azad həyata hazırlanması məsələsinə xüsusi diqqət yetirilməlidir. Belə ki, cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra məhbuslar tam azadlıq şəraitinə düşürlər. Belə qəfil keçid onların psixikasına ekstremal təsir göstərir. Bu şəraitdə nəinki yeni həyat tərzinə ustanovka, həm də bu ustanovkanın həyata keçməsinə şərait yaradılması tələb olunur. Məhbusun azadlıq­dakı həyata keçidini asanlaşdırmaq üçün onu tədricən azadlıqdakı həyata və orada qarşılaşa biləcəyi problemlərin həllinə fiziki, iqtisadi və psixoloji cəhətdən hazırlamaq lazımdır.
Artıq qeyd etdiyimiz kimi, azadlığa buraxılmağa bir neçə ay qalmış məhbuslar «gözləmə periodunu» yaşayırlar. Bu mərhələ üçün gərginlik və həyəcan xasdır. Bir tərəfdən tezliklə azadlığa çıxacaqları onları sevindlirir, digər tərəfdən isə azadlıqda qarşılaşacaqları mümkün çətinlikləronları onları narahat edir. Bu gözləmə mərhələsində məhbus zaman faktorunu da düzgün qiymətləndirmir. Ona elə gəlir ki, vaxt çox uzanır. Bəzi məhbuslarda bu mərhələ aktivliyin aşağı düşməsi və azadlığa buraxılmazdan əvvəl «dincəlmək» motivinin təzahürü ilə müşayiət olunur. Ona görə də məhbuslarla psixoloji işi azadlığa çıxmazdan 1 ay əvvəl başlamaq lazımdır. Məhbusları bir sıra suallar narahat edir: hara getməli:, evdə onları necə qarşılayacaqlar? Harda yaşayacaq və işləyəcəklər? və s. uzun müddət cəzaçəkmə müəssisəsində olmuş məhbusların əksəriyyətində müstəqil və aktiv fəaliyyət qabiliyyəti demək olar ki, itirilmiş olur.
Buna görə də, məhbuslar azadlığa buraxılmazdan əvvəl təcrübəli psixoloq tərəfindən hər tip məhbusa uyğun qrup və fərdi te­rapiya metodları seçilib keçirilməlidir. Bu yolla ilk növbədə onlarda özünü göstə­rən cinayətkar stiqmanı neytrallaşdırmaq, cəzaçəkmə müəssisəsindəki şəraitin təsiri nəti­cəsində meydana gəlmiş psixi gərginliyi aradan qaldırmaq, azadlığa çıx­dıqdan sonra məhbusların qarşılaşa biləcəkləri müxtəlif problemli situasiyalara qarşı adek­vat reaksiya göstərmələrinə nail olmaq, ən nəhayət, məhbuslarda cəzalarını çəkib qur­­tardıqdan sonra hansı perspektivli yolla gedəcəkləri haqda təsəvvür yaratmaq müm­­­kündür.
Məhbusların azadlıqdakı həyata hazırlanması ərəfəsində xüsusi psixo­kor­reksiya proqramlarından istifadə edilməsi məqsədəuyğundur. Belə proqramlardan biri M.Debolskinin məhbusların azad həyata hazırlanmasının sosial-psixoloqi treninq proqramıdır. Sosial-psixoloji treninqin əsas məqsədi aşağıdakılardır:
-məhbusların özü haqda təsəvvürlərini inkişaf və korreksiya etmək
-adekvat özünüqiymətləndirmə və özünə əminliyin inkişaf etdirilməsi
-sərvət dəyərlərinin korreksiyası
-məhbusların həyat planını aydınlaşdırmaq və formalaşdırmaq
-çətin həyat situasiyasında emosional sabitliyi inkişaf etdirmək
-məhbuslara konfliktli situasiyanı həll etmək qabiliyyətini aşılamaq
Treninqlər ustanovka xarakterli və provakasiya xarakterli ola bilər.
Ustanovkayla bağlı treninqlərdə əsas məqsəd müxtəlif konfliktli situasi ya­larda adekvat reaksiya, adekvat davranış nümayiş etdirmək qabiliyyəti aşılamaqdır. Bu zaman məhbusa konflikti münasibətdən, situasiyadan uzaq­laş­maq, belə situasiyada özünü ələ almaq uystanovkası verilir.
Provakasiya ilə bağlı treninqdə isə şəxsin düqşdüyü problemli situasiyada nə dərəcədə dayanıqlı olacağı öyrənilir. Bu zaman keçmiş ustanovkalar yenidən təzahür edə bilər. Bu treninq əvvəlki treninqdə aşılan­mış qabiliyyəti sınamaq məqsədi daşıyır.
Qrup disskusiyası – bu metod məhbuslara öz problemlərini müxtəlif tərəflərdən görmək imkanı verir.
Qrup disskusiyasının 3 növünü fərqləndirirlər:
- Bioqrafik-qrup konkret məhbusun həyat yolunu təhlil edir.
-Tematik – bütün məhbuslar üçün əhəmiyyətli mövzu seçiir və müzakirə edilir.
-Şəxsiyyətlərarası disskusiya – qrup üzvləri arasında qarşılıqlı təsir təhlil edilir.
Bu zaman həm də aşağıdakı məzmunlu rollu oyunların da keçirilməsi əhəmiy­yətlidir:
«Azadlığa çıxdıqdan sonra evdə ilk gün», «mən və mənim ailəm», «konflikt­ləri necə aradan qaldırmalı» və s.
Nəticələr oyun zamanı məhbusun nə qədər adekvat davranış nümayiş etdirməsinə əsasən qiymətləndirilir.
Bu cür rollu oyunlar məhbusların rol davranışını təkminləşdirmək, başqalarının davranış motivlərini daha yaxşı dərk etmək imkanı verir.
Ümu­miy­yətlə, azad edilmiş məhbuslar 3 qrupa bölünür:
-tam islah olunmuşlar
-yarımçıq, qismən islah olunmuşlar
-islah olunmamış
Bir qayda olarq zorakı cinayətkarlar və oğrular yeni hyata çətin uyğunlaşır.
Azadlığın I ili azadlığa çıxmışların 50%-dən çoxu cinayət törədir.
Ümumiyyətlə, yeni həyata uyğunlaşma 1 ildən 3 ilə qədər davam edir. Ən çətin dövr 3-6 aydır. Buna gbörə də bu mərhələdə məhbuslara ciddi nəzarət və kömək edilməlidir.



Yüklə 168,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin