Мцщазиря 23: ислащ психолоэийасы



Yüklə 168,5 Kb.
səhifə5/8
tarix13.12.2022
ölçüsü168,5 Kb.
#74299
1   2   3   4   5   6   7   8
Mühazirə 19 İslah-əmək psixologiyası

1. İdraki aspekt – məhbus müəyyən sosial mühitlə qarşılıqlı təsirdə olarkən tədricən bu mühit haqda, buradakı əhatə, həyat şəraiti və fəaliyyət haqda müxtəlif informasiya əldə edir (ünsiyyətdə olduğu insanların mənəvi dəyərləri, yönümləri, ona bu və ya digər qrup üzvü kimi verilən tələblər haqda, ətrafdakıların ona münasibəti və s. haqda).
Məhbus ətraf mühit haqda sosial-psixoloji məlumatı öz təcrübəsinə, sərvət dəyərlərinə, yönümünə müvafiq mənimsəyir. Əgər bu informasiya onun təcrü­bə­si­nə müvafiq gəlirsə, o, bu informasiyanı mənimsəyir. Bu yolla tədricən məhbusun mühitlə identifikasiyası prosesi baş verir.
2. Emosional aspekt. Məhbusun mühit, insanlar və sosial həyatda özünün real iştirakı haqda əldə etdiyi müxtəlif sosial-psixoloji informasiya əsasında psixoloji adaptasiyanın emosional aspekti təzahür edir. Bu aspekt ətrafdakı insanlarla müna­si­bət­lərin asanlığı, yaxud bu münasibətlərin çətinləşməsilə, həmin münasibətlər siste­min­də məhbusun öz mövqeyindən və qarşılıqlı münasibətlərindən məmnunluğu ilə bağlıdır.
3. İradi aspekt. Yeni şəraitə daxil olma məhbusdan bu şəraitdəki çətkinlik və maneələri aradan qaldırmaq üçün iradi səy tələb edir. Bu da adaptasiyanın iradi aspektini təşkil edir.
4. Motivasiya aspekti. Bu aspekt məhbusun adaptasiyası zamanı əsaslandığı motivlərdə təzahür edir.
5. Praktik aspekt. Məhbus yeni şəraitə düşdüyü ilk vaxtdan ətrafdakı insanlarla obyektiv münasibətlər sisteminə daxil olur. Məhbusun mühitlə identifikasiyası onun sosial mühaitə daxil olma fəallığından asılıdır.
Ümumiyyətlə, cəzaçəkmə müəssisəsindəki şərait psixoloji və sosial-psixoloji baxım­dan ekstremal xarakter daşıyır: belə ki, şəraitin monotonluğu, məkan dəyişik­liyi, tənhalıq, qrup təcridliyi, daxil olan informasiyanın məhdudluğu və s. xarakterizə olunur. Xüsusilə də, informasiyanın məhdudluğu cəzasını çəkdikdən sonra məh­bu­sun resosializasiyasında çətinlik yaradır.
Cəzaçəkmə müddəti artdıqca, gərginlik güclənir, şəxsiyyətlərarası konfliktlər, ədavət artır. Bu konfliktlər çox vaxt qətl, yaxud məhbusun özünə qəsdi ilə nəti­cə­lə­nir.
Buna görə də, məhbusların psixoloji adaptasiyasının diaqnostikası zamanı aşa­ğı­­­dakıları nəzərə almaq vacibdir:

Yüklə 168,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin