Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 454,21 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix01.10.2022
ölçüsü454,21 Kb.
#64406
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   15
06 Akperov N

Mövzuya aid çalişmalar 
1. Fiziki cisim nədir? Onlara aid misallar göstərin. Cisim və maddə 
anlayışlarını xarakterizə edin. Onların əsas xüsusiyyətlərini sadalayın. 
2. I. Kimyəvi maddələr; II. Fiziki cisimlər 
a) Karbon b) Dəmir c) Kağız parçası d) Şəkər e) Gümüş bıçaq 
Uyğunluğu müəyyən edin. 
3.Su, xorək duzu, dəmir, oksigen, hidrogen, qum və şəkərin fiziki 
xassəlıərini müqayisəli şəkildə xarakterizə edin. 
4. I. Saf maddələr; II. Qarışıqlar; III.Üzvi maddələr; IV.Qeyri-üzvi maddələr 
a)karbon b) dəmir c) kağiz parçası d) şəkər e) gümüş bıçaq f) qrafit
g) karbon qazı h) spirt  
Uyğunluğu müəyyən edin. 
5. I. Bəsit maddələr; II. Mürəkkəb maddələr 
a) kömür b) aseton c) spirt d) karbon e) dəmir  
6. Bəsit maddələri seçin: 
1.oksigen 2.karbon 3.almaz 4.oksigen qazı 
5.ağ fosfor 6.helium 7.karbon qazı 8.hava 9.ozon 
7. Ətrafınızda olan bir çox cisimlər təbiətdə hazır şəkildə olmayan, lakin 
kimya zavodlarında istehsal olunan maddələrdən hazırlanmışdır. Onlara aid bir 
neçə misal göstərin. 
8. A, B və C bərk maddələrinin qarışığı verilmişdir. X həlledicisi yalnız A-
nı, Y həlledicisi A və B-ni, Z həlledicisi B və C-ni, T həlledicisi icə hər üç bərk 
maddəni həll edir. Bu qarışığı ayırmaq üçün həlledicilərdən hansı ardıcıllıqla 
istifadə edilməlidir? 
9. Hansı ifadələrin mənası yoxdur: 
1. hava nolekulu; 2.oksigen molekulu; 3.su molekulu; 4.ozon atomu; 
5.benzin molekulu 
10. I.Fiziki hadisələr; II.Kimyəvi hadisələr 


Kimya məktəbdə 
79
 
a.havadan oksigenin alınması; b.sudan oksigenin alınması; c.şəkərin suda həll 
olması; d. şamın əriməsi; e.şəkərin alovda kömürləşməsi; f.şamın yanması 
Uyğunluğu müəyyən edin. 
11. Qarışıqları, bəsit və mürəkkəb maddələri gostərin: 
1.hava 2.karbon qazı 3.arqon 4.oksigen 5.benzin 6.çay suyu 7.karbon
8.kömür 9.su 
12. Dərman maddəsi olan aspirin C
9
H
8
O
4
tərkibinə malikdir. O tamamilə 
yanaraq, karbon qazı və suya çevrilir. Bunu nəzərə alaraq, aspirinin yanma 
reaksiyasının tənliyini yazın və əmsallaşdırın. 
13. aС
x
Н
y
О

(aspirin) + bО

→ cСО
2
+ dН
2
О reaksiya tənliyində 
d=4; a=1; c=9 olduğunu nəzərə alaraq, aspirinin formulunu müəyyən edin. 
14.Sizi əhatə edən mühitdə bəzi maddələr təbiətdə hazır şəkildə deyil, 
istehsalatda kimyəvi yolla alınır. Onları göstərin: 
1.nişasta 2.polietilen 3.benzin 4.şəkər 5.plastik kütlələr 6.kauçuk
7.oksigen 8.su 9.rezin 10.təbaşir 
15.Sizi əhatə edən mühitdə bəzi maddələr təbiətdə hazır şəkildə rast gəlir. 
Onları göstərin: 
1.nişasta 2.polietilen 3.benzin 4.şəkər 5.dəmir 6.kauçuk 7.oksigen 8.su
9.rezin 10.təbaşir 11. azot 

Yüklə 454,21 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin