Kimya məktəbdə
63
KİMYANIN İLK ANLAYIŞ VƏ TERMİNLƏRİ MÜASİR
TƏSƏVVÜRLƏRDƏ
N.Ə. Əkbərov
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Kimyanın ilk əsas anlayışları orta məktəbin VII sinif kimya dərsliyində [1]
və demək olar ki, ali məktəbə daxil olmaq istəyənlər üçün yazılmış bütün kimya
vəsaitlərində, məsələn, [2-8] saylı ədəbiyyatlarda və s. şərh edilmişdir. Hər bir
fənnin ilk anlayış və terminlərinin sadə və asan dildə ətraflı izahı oxucularda bu
fənnə qarşı rəğbət hissi oyadaraq, onu daha mükəmməl surətdə öyrənməyə sövq
edir. Bu məqalədə də kimyanın ilk anlayış və terminlərini müasir təsəvvürlər
əsasında, daha sadə və anlaşıqlı şəkildə izah etməyə çalışmışıq. Ona görə də ümid
edirik ki, kimya elmi ilə ilk tanışlığa başlayan məktəblilər üçün bu məqalə çox
faydalı olacaq və onlarda kimya elminə böyük maraq doğuracaqdır.
Kimya fənni, onun vəzifələri və xalq təsərrüfatının inkişafında rolu.
Kimya - təbiət elmlərindən biri olub, maddələrin tərkibini, quruluşunu,
xassələrini, çevrilmələrini və bu çevilmələri idarə edən qanunları öyrənir.
Kimyanın yaranması və inkişaf tarixi çox qədim olub, Misir, Çin, Hindistan,
Yunanıstanla bağlıdır. Kimya sözünün əmələ gəlməsi haqqında da müxtəlif
fikirlər vardır. Eramızdan 100 il əvvəl yunan tarixçisi Plutarxın fikrincə, kimya
“kemia” sözündən əmələ gəlmişdir ki, bu da qədim Misirin adıdır. Belə də güman
edilir ki, kimya yunanca tökmə metal mənasını verən “kima” sözündən
yaranmışdır. Kimya elmi ilk dəfə qədim Misirdə meydana çıxmışdır. İlk kimyaçı
da
tanınmış Fars əlkimyaçısı
Cabir ibn Həyyan olmuşdur (721-815). İbn Həyyan
ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq edərək, xlorid və
nitrat turşularının sintezini həyata keçirmiş, distillə və kristallaşma kimi mühüm
prosesləri kəşf etmişdir.
Dostları ilə paylaş: |