Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 454,21 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix01.10.2022
ölçüsü454,21 Kb.
#64406
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   15
06 Akperov N

Səkil 2. Heterogen 
qarışığın filtirdən 
süzülməsi


1(65)2019 
68 
Fiziki və kimyəvi hadisələr. Kimyəvi reaksiyaların əlamətləri, 
başlanması və getməsi şərtləri. Təbiətdə baş verən hər hansı bir dəyişiklik hadisə 
adlanır. Hadisələr öz mahiyyəti etibarı ilə iki yerə ayrılır: 
a) Fiziki hadisələr – maddə tərkibinin dəyişməməsilə baş verir və nəticədə 
maddələrin yalnız zahiri görünüşü dəyişir. Belə hadisələrə maddələrin aqreqat 
hallarının dəyişməsi, xırdalanması, dağılması, parçalara ayrılması, cırılması, 
sınması və s. aiddir. Fiziki hadisələr zamanı maddə molekulu tərkibini dəyişmir. 
Məsələn, buz, su, su buxarı, istər stəkanın içərisində olan, istərsə yerə dağılmış və 
ya çayda axan, göldə, dənizdə olan su və yağış suyu - bunların hamısının tərkibi 
eynidir: H
2
O. Onların bir-birinə qarşılıqlı cevrilməsi, bir yerdən başqa yerə 
tökülməsi, daşınması fiziki hadisədir – hadisə nəticəsində tərkib sabit qalır. 
Ərimə, qaynama, sublimasiya prosesləri endotermik, desublimasiya, 
kondensləmə, kristallaşma prosesləri isə ekzotermikdir: 
ərimə qaynama 
Bərk maddə maye qaz 
sublimasiya 
desublimasiya 
 
b) Kimyəvi hadisələr - maddə tərkibinin dəyişməsilə baş verir və nəticədə 
bir maddədən tamamilə başqa bir maddə alınır. Onlara aiddir: yanma, çürümə, 
paslanma, qıcqırma, korroziya, oksidləşmə, reduksiya, krekinq, piroliz, elektroliz, 
suyun codluğunun aradan qaldırılması və ş. Kimyəvi hadisələrə kimyəvi 
reaksiyalar da deyilir. Kimyəvi reaksiyalar da kimyəvi tənliklərlə ifadə olunur. 
Kimyəvi hadisələrin kiyəvi formullarla ifadəsi kimyəvi tənlik adlanır. Məsələn, 
təbii qazın yanma reaksiyasının tənliyi belədir: 
CH
4
+ 2O
2
→ CO
2
+ 2H
2
O 
Kimyəvi reaxsiyalar zaman maddənin tərkibi dəyişir, bir maddədən 
tamamilə başqa tərkibli yeni bir maddə alınır. Məsələn, qaz yataqlarından təbii 
qazın çıxarılması, onun anbarlara yığılması və oradan da mətbəxə nəql olunması 
fiziki hadisələr, təbii qazın mətbəxdə yanması isə kimyəvi hadisədir (onun əsas 
tərkib hissəsi olan metan – CH
4
yanaraq, karbon qazına – CO
2
və suya – H
2

çevrilir): 
CH
4
+ O
2
→ CO
2
+ H
2
O 
Digər bir misal: suya natrium metalını saldıqda o (Na), tamamilə başqa bir 
maddəyə - natrium-hidroksidə (NaOH) çevrilir. Natrium metalının bıçaqla 
doğranılaraq kiçik parçalara ayrılması fiziki, onun su ilə qarçılıqlı təsiri isə 
kimyəvi hadisədir (şəkil 5): 
Na → NaOH 
 


Kimya məktəbdə 
69

Yüklə 454,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin