Мцяллиф адлы кимйяви реаксийалар


Kimyanın təbiət elmləri arasında mövqeyi



Yüklə 454,21 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix01.10.2022
ölçüsü454,21 Kb.
#64406
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   15
06 Akperov N

Kimyanın təbiət elmləri arasında mövqeyi. Kimya elmi – təbiət elmi 
olduğundan, digər təbiət elmləri ilə, xüsusilə, biologiya, geologiya, fizika, 
ekologiya və s. elmlərlə sıx əlaqəli şəkildə inkişaf edir. Əbəs deyildir ki, hələ 
XVIII əsrdə dahi rus alimi M.V.Lomonosov demişdir ki, riyaziyyat kimyanın 
gözü, fizika isə onun sağ əlidir. 
Təbiətdə baş verən bir çox dəyişikliklər – yeni-yeni maddələrin əmələ 
gəlməsi, onların canlı orqanizmlərdə uğradıqları çevrilmələr, fotosintez, 
assimlyasiya-dissimlyasiya, digər biokimyəvi proseslər kimyəvi hadisələrdir. Bu 
proseslərin kimyası öyrənildikcə, orqanizmdə baş verən bütün bioloji proseslərin 
mahiyyətini də dərk etmək asanlaşır. 
Maddələr və onların xassələri. Gözlə görünən hər bir əşya fiziki cisimdir. 
Fiziki cisim də nədən təşkil olunarsa, o, maddə adlanır. Mаddə – süкunət кütləsinə 
mаliк mаtеriyа növüdür. Məsələn, kimyəvi stəkan cisim, onun təşkil olunduğu 
şüşə material isə maddədir. Cəngəl, qaşıq, qayçı, bıçaq cisim, onların hazırlandığı 
metal – məsələn, polad, gümüş, dəmir və s. isə maddədir. 
Hər hаnsı bir mаddə müəyyən fiziкi və кimyəvi хаssələrə mаliк olub, 
molekul, atom və ya ionlardan təşkil olunmuşdur. 
Hər bir maddə fiziki və kimyəvi xassələrlə xarakterizə olunur. Fiziki 
xassələrə maddənin aqreqat halı, rəngi, iyi, dadı, sıxlığı, ərimə və qaynama 
temperaturu, şüasındırma əmsalı, həllolma qabiliyyəti, istiliyi və ya elektriki 
keçirmə qabiliyyəti və s. aiddir. Kimyəvi xassələrə isə maddələrin digər 
maddələrə çevrilmə qabiliyyəti aiddir. 
Saf maddələr və qarışıqlar. Qarışıqların ayrılma üsulları. Qeyd 
olunduğu kimi, fiziki cisimlər maddələrdən, maddələr molekullardan, molekullar 


Kimya məktəbdə 
65
 
atomlardan, atomlar isə daha kiçik elementar hissəciklərdən təşkil olunmuşdur. 
Maddələr saf maddələrə və qarışıqlara bölünür. Təbiətdə saf maddəyə rast 
gəlinmir. Sаf mаddələr – sabit xassələrə malik olub, eyni növ hissəciklərdən təşkil 
olunmuşdur. Məsələn, su, oksigen, azot, qlükoza və s. 
Eyni növ molekullardan təşkil olunmuş maddələr saf maddələr adlanır. 
Onlar sabit fiziki-kimyəvi xassələrə malik olur və konkret formullarla (çoxatomlu 
bəsit və bütün mürəkkəb maddələr, məsələn, H
2
, O
3
, H
2
O, C
2
H
5
OH və s.) və ya 
kimyəvi işarələrlə (biratomlu bəsit maddələr, məsələn, He, Fe, P, Si və s.) ifadə 
edilir. Saf maddələrin xassələri zaman keçdikcə sabit qalır: 
Xassələr 
 
t(san) 
 
Təbiətdə, adətən, saf maddələrə rast gəlmək olmur. 
Mоlекulyаr mаddələr mоlекullаrdаn, mоlекullаr dа аtоmlаrdаn təşкil 
оlunub. Mаddələr hаqqındакı ilк təsəvvürlər bizim еrаmızdаn qаbаqкı əsrə аiddir. 
Qədim Hind fəlsəfəsində bizi əhаtə еdən аləmin 5 mаddədən – еfir, hаvа, аlоv, su 
və tоrpаqdаn təşкil оlunduğu iddiа еdilirdi. Qədim Çin fəlsəfəsində еfiri аğаc ilə 
əvəz еtdilər. Еlmin inкişаfı nəticəsində mаddəyə vеrilən tərif də təкmilləşirdi. 
1928-ci ildə çıхаn еnsiкlоpеdiyаdа «Mаddə – bütün fiziкi cisimlərin qurulduğu 
mаtеriаldır», Böyüк Sоvеt Еnsiкlоpеdiyаsındа (V cild): Maddə haqqında «Mаddə, 
fiziкi sаhədən fərqli оlаrаq, süкunət кütləsinə mаliк оlаn mаtеriyа növüdür» кimi 
tərif də оlub. Hər mərhələdə vеrilmiş tərif həmin dövrün biliк səviyyəsinə uyğun 
gəlirdi. 
Maddə - xüsusi kütləsi olan hissəciklərdən (məs. elementar hissəciklər, 
atom, molekul, qaz, maye, bərk maddələr və s.) təşkil olunmuşdur. Maddə 
materiyanın ayrı-ayrı növü olub, sabit fiziki xassələrə malikdir. Maddələr təmiz və 
qarışıq halda olurlar. 
Qarışıqlar – sabit xassələrə malik olmayıb, müxtəlif növ molekullardan 
təşkil edilmişdir. Onlar konkret kimyəvi formulla ifadə oluna bilmir. Təmiz 
maddə eynicinsli, qarışıqlar isə eyni və müxtəlifcinsli olurlar: 
a) Eynicinsli (homogen) qarışıqlar – tərkib hissələri gözlə və ya 
mikroskopla ayird edilməyən, bircinsli qarışıqlardır. Məsələn, hava, benzin, 
mineral sular və s. 
b) Müxtəlifcinsli (heterogen) qarışıqlar – tərkib hissələri gözlə və ya 
mikroskopla ayird edilə bilən, bircins olmayan qarışıqlardır. Məsələn, süd, 
bulanıq su, duman, neft-su qarışığı və s. 
Tərkibində heç bir qarışığı olmayan mütləq təmiz (saf) maddə əldə etmək 


1(65)2019 
66 
çox çətindir. Dərman maddələrinin tərkibində belə çox çiçicik miqdarda da olsa 
qarışıqlar olur. Ona görə də praktikada o maddələr saf hesab edilir ki, onlar, 
əsasən bir növ molekullardan təşkil olsun və onun tərkibində digər növ molekullar 
o qədər az olsun ki, maddənin xassələrinə təsir edə bilməsin. Məsələn, yağış 
suyunu və ya bulaqdan axan suyu biz saf hesab etsək də onun tərkibində az da 
olsa, digər molekullar olur. Reallıqda həmişə saf hesab etdiyimiz maddə əsl 
həqiqətdə az da olsa, qarışıqlara malik olur. 
Qarışıqlardan müxtəlif metodlarla saf maddələri ayırmaq olur. Eynicinsli 
qarışıqlar bir neçə üsulla ayrılır: 
a) Distillə - mayelərin homogen qarışığından onların qaynama 
temperaturunun müxtəlifliyinə əsaslanan ayrılma üsuludur. Bu metodla bir-birində 
həll olmuş müxtəlif mayeləri ayırırlar. Bunun üçün şəkil 1.2.-də göstərilən distillə 
qurğusu yığılır. Qaynama temperaturu kiçik olan maddə birinci distillə olunur, 
onun buxarları soyuducuda kondensləşərək qəbuledicidə toplanır (şəkil 1). 
 
 
b) Kristallaşdırma - bərk halda olan üzvi maddələrin ən geniş yayılmış 
təmizlənmə üsulu olub, maddələrin sıxlığının, həlledicilərdə həll olmasının 
müxtəlifliyinə və temperaturdan asılılığına əsaslanır. Bu metodla bərk maddə həll 
olduğu mayedən ayrılır. 
c) Buxarlandırma – mayedə həll olmuş bərk maddəni səthi geniş olan 
qabdan mayeni buxarlandırmaqla həyata keçirilir. 
d) Xromatoqrafiya – maddələrin adsorbsiya qabiliyyətlərinin müxtəlifliyinə 
əsaslanır. Bu metodla, adətən, dərman maddələri təmizlənir. 
Müxtəlifcinsli qarışıqlar da bir neçə üsulla ayrılır: 
a)Süzmə - bərk maddəni onun həll olmadığı mayedən ayırmaq üçün tətbiq 
edilir. Bəzən bərk-maye heterogen qarışıqdan mayeni ehtiyatla digər qaba 
tökməklə (dekantasiya) onu bərk maddədən ayırmağa çalışırlar. Lakin bu halda 
qarışığı tam ayırmaq mümkün olmur; ona görə də belə qarışıqlar sadə ayrılma 
metodu olan süzmə ilə həyata keçirilir və bu zaman çox sadə kimyəvi qablardan – 
adi qıflardan istifadə edilir (şəkil 2). Qarışıq daxilində filtir kağızı olan sadə 
qıfdan buraxilir. Bircins maye filtirdən süzülərək qəbulediciyə keçir. Filtir 
kağızının üzərində isə həlledicidə həll olmayan bərk maddənin kiçik hissəcikləri 

Yüklə 454,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin