1(65)2019
64
molekullardan, molekullar da atomlardan ibarətdir.
Hər bir təbiət elmi insanların maddi və mənəvi rifah halının
yüksəlməsinə
xidmət etməlidir! Bu baxımdan kimya elminin də iki başlıca vəzifəsi vardır:
1) Təbiətdə hazır şəkildə olan təbii xammallardan ilkin maddə kimi istifadə
etməklə insanların tələbatına uyğun xeyirli xassəli maddələr (məsələn, dərmanlar,
boyaqlar, polimerlər, sürtkü yağları, yanacaqlar, müxtəlif təyinatlı şüşələr, çini
materiallar, xəlitələr, ərintilər və s. sintez etmək, bu zaman baş verən hadisələrin
mahiyyətini, qanunauyğunluqları araşdırmaq.
2) Kimyəvi reaksiyaların istilik effektindən enerji mənbəyi kimi insanların
ehtiyacını ödəmək üçün istifadə etmək.
Kimya elmi bu ümdə
vəzifələri yerinə yetirdikcə, yeni-yeni maddələr,
reaksiyalar,
qanunauyğunluqlar, prinsiplər kəşf olunur. Buna uyğun olaraq, son
nəticədə kimyanın
bütün sahələri tədricən, əlaqəli şəkildə inkişaf edir və
sivilizasiyanın təşəkkül tapmasına xeyli yardımçı olur. İnsanların
maraq və
tələbatlarının gündən-günə artması da kimya elminin sürətli inkişafı üçün zəmin
yaradır və ona təkan verir.
Dostları ilə paylaş: