Kimya məktəbdə
67
qalır və beləliklə də heterogen qarışıq tərkib hissələrinə ayrılır.
b) Durultma – bu metodla bərk və maye maddələr
həll olmadığı mayedın ayrılır. Bu metod ayrılacaq
maddələrin sıxlığının
və həllolma qabiliyyətinin
müxtəlifliyinə əsaslanır. Məsələn, bulanıq suyun
durulması. Bunun üçün bulanıq
su kimyəvi stəkana
tökülür və bir müddət sakitcə saxlanılır (şəkil 3). Nəticədə
onun tərkibindəki həll olmayan ağır hissəciklər çökür və
beləliklə də su durulur. Onu kimyəvi stəkanın
buruncuğundan
digər
stəkana
tökməklə
çökən
qarışıqlardan ayırırlar. İki mayenin heterogen qarışığı
ayırıcı qıfla ayrılır (şəkil 4).
Səkil 3. Bulanıq suyun durulması
Səkil 4. Ayırıcı qıfla mayelərin ayrılması
Bu metod da ayrılacaq maddələrin sıxlıqlığının və həllolma qabiliyyətinin
müxtəlifliyinə əsaslanır. Ağır maye aşağıda, yüngül maye isə yuxarıda olur. Kranı
açmaqla ağır maye qəbulediciyə boşaldılır və dərhal kran bağlanır, qıfda isə
yüngül maye qalır, nəticədə bir-birində həll olmayan iki maye bir-birindən ayrılır.
c) Maqnitlə təsir etməklə - bu metod maddələrin
ferromaqnit xassələrinin
müxtəlifliyinə əsaslanıb. Belə ki, maqnit təsiri ilə ferromaqnit xassəli maddələr,
məsələn dəmir qırıntıları digər qarışıqlardan ayrılır.
Bu əsas ayrılma üsullarından əlavə sublimasiya üsulu da mövcuddur.
Sublimasiya - ərimə temperaturundan aşağı
temperaturda bərk maddənin
buxarlanaraq qaz halına keçməsidir. Sublimasiya edən maddəni qızdırdıqda
buxarlanır, soyutduqda isə maye hala keçmədən, bərkiyir (kristallaşır).
Sublimasiya ilə təmizləmədən
o vaxt istifadə olunur ki, qətranların və ya çətin
ayrılan qarışıqların olması, həmçinin, bərk maddəni adi həlledicilərdə çox çətin və
ya çox asan həllolması səbəbindən yenidən kristallaşdırma
ilə təmizləmək
mümkün olmasın.
Dostları ilə paylaş: