Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə144/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   405
Elektrodializ - sistemdən elektrik cərayanı keçməsi nəticəsində, 

həll  olan  maddə  ionlarının  membrandan  keçərək  ayrılma  prosesi-

dir.  O,  iki  hərəkətverici  qüvvənin  -  müxtəlif  qatılığın  və  elektrik 

potensialının  təsiri  altında  gedir.  Elektrodializdə  elektrik  və  qatı-

laĢmıĢ  axın  bir-birinin  əksinə  yönəldiyindən,  hərəkətverici  qüvvə 

kimi  əlavə  elektrik  enerjisindən  istifadə  olunması  ionların  mem-

brandan  keçməklə  birbaĢa  və  əks  istiqamətə  yönəlməsinə  səbəb 

olur. Elektrodializdə yarımkeçirici arakəsmə kimi, yalnız kationlar 

və  yalnız  anionlar  üçün  yarımkeçiriciliyə  malik  seçici  membran-

lardan istifadə olunur. 

Elektrik  cərayanı  membran  yığınından  keçdikdə  kationların 

mənfi  yüklənmiĢ  elektroda-katoda,  anionların  müsbət  yüklənmiĢ 

elektroda-anoda yerdəyiĢməsi baĢ verir. Beləliklə, kation mübadilə 

edən  membran  yalnız  kationları,  anion  mübadilə  edənlər  yalnız 

anionları  buraxır.  Nəticədə  kameralar  ardıcıllıqla  elektrolitlə  gah 

zənginləĢib,  gah  da  kasadlaĢmaqla  baĢlanğıc  məhlulu  qatılaĢdırıl-

mıĢ və duzsuzlaĢdırılmıĢ olmaqla iki axına ayrır. Elektrodializdən 

istifadə etməklə Ģərabda kristal bulanmaların qarĢısı alınır, turĢuluq 




 

~ 218 ~ 


 

nizamlanır və mühit sulfidsizləĢdirilir. 

 

10.1.2. 

Şərabın termiki işlənməsi

 

ġərabların  sabitliyinin  yüksəldilməsi  və  orqanoleptiki  keyfiy-

yətinin yaxĢılaĢdırılmsı üçün tətbiq olunan üsullar arasında, termiki 

iĢlənmə  vacib  yer  tutur.  Ġsti  və  soyuqdan  texnoloji  proseslərin 

bütün mərhələlərində istifadə olunur: məsələn, üzüm, əzinti, Ģirəni 

iĢləmək,  Ģərabın  yetiĢməsini  surətləndirmək,  xüsusi  tip  Ģərablar 

alındıqda  və  həmçinin  doldurulmada.  Konyak  istehsalında,  onun 

sabitliyini təmin etmək, konyak spirtinin yetiĢməsini surətləndimək 

üçün isti və soyuq geniĢ tətbiq olunur.  

ġərabın  soyuqla  işlənməsi,  ona  sabitlik  vermək  üçün  tətbiq 

olunur.  Çünki  aĢağı  temperaturda  Ģərabın  tərkib  hissələri  – 

tartratlar  (Ģərab  turĢusunun  duzları),  fenol  və  azot  birləĢmələri, 

poliĢəkərlər  çökür.  Qeyd  etmək  lazımdır  ki,  həmin  maddələrin 

artıq miqdarı müxtəlif bulanmalar törədə bilir. 

Soyuqla iĢləmə çox vaxt kristal bulanmalara qarĢı tətbiq olunur 

ki, bu da tartratların kənar olunması ilə əlaqədardır. Bu duzların su-

spirt məhluluna nisbətən Ģərabda həll olması yüksəkdir. Bu isə Ģə-

rabdakı maddələrə, xüsusilə də kolloid vəziyyətdə olanlara qoruyu-

cu təsir göstərir. Bu maddələrin Ģərabdan kənar olunması (məsələn, 

yapıĢqanlama,  bentonit  və  s.  ilə  iĢlədikdə)  mövcud  tarazlığı  poza 

bilir  və  hətta  əvvəl  soyuqla  iĢlənən  Ģərablarda  belə  tartratlar  çökə 

bilir.  ġərabları  kompleks  qaydada  iĢlədikdə  bu  nəzərə  alınmalı  və 

Ģərab durulducularla iĢləndikdən sonra soyuqla iĢlənməlidir. 

Soyuqla iĢləndikdə Ģərabın kimyəvi tərkibi soyutma rejimindən 

asılı  olaraq  dəyiĢir.  Məsələn,  daha  «kəskin»  soyutma  rejimində  – 

donma nöqtəsinə qədər soyudub 10 gün həmin Ģəraitdə saxladıqda 

Ģərabda  tartrat  və  fenol  maddələrinin  miqdarı  50%,  azotlu  bir-

ləĢmələr 18-20% azala bilər. Məlum olunmuĢdur ki, Ģəraba sabitlik 

vermək  üçün  belə mənfi  temperaturun təsiri  əlveriĢli deyildir.  Hər 

Ģeydən  əvvəl  belə  iĢlənmə  keyfiyyətə  pis  təsir  etməklə,  lazımlı 

ekstrakt  maddələrinin  xeyli  itkisinə  səbəb  olur.  Digər  tərəfdən 



 

~ 219 ~ 


 

çoxlu soyuq sərf olunduğundan, iĢlənmə baha baĢa gəlir. 

ġərabın saxlanma müddətində yüksək dad və sabitlik yaranması 

üçün onun sürətlə – 4-5

0

C-yə  qədər  soyudulması  və  2  gün  həmin 



temperaturda  saxlanaraq  süzülməsi  yaxĢı  nəticə  verir.  ġərabdan 

tartratların  kənar  olunması  soyutma  temperaturundan  və  onun 

davam  etmə  müddətindən  asılıdır.  Fenol  və  azotlu  maddələr 

iĢlənmə  rejiminə  az  həssas  olub,  onların  artığı  soyutmadan  sonra 

aparılan ciddi süzülmə ilə kənar oluna bilər. 

ġərabdan  tartratların  kənar  olunmasına  soyutmanın  sürəti  də 

təsir  göstərir.  Məlum  olmuĢdur  ki,  kəskin  soyutmada  yavaĢ-yavaĢ 

soyutmaya nisbətən maddələr sürətlə çökür. 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin