Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə245/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   241   242   243   244   245   246   247   248   ...   405
 

15.3. 

Чəhrayı turş şərablar

 

Qırmızı  üzüm  sortlarının  heç  də  hamısı,  qıcqırmadan  sonra 

intensiv  rəngli  qırmızı  Ģərab  vermir.  Cənub  rayonlarında,  yaxĢı 

qırmızı rəngə malik Ģərab verən üzüm sortu, Ģimala getdikcə daha 

zəif rəngli Ģərab verir.  Belə hallarda qırmızı sortlardan,  adətən  ağ, 

yaxud çəhrayı Ģərab hazırlayırlar. Qeyd etmək lazımdır ki, Ģərabın 

rəngi  üzüm  sortunun  xüsusiyyətlərindən  və  onun  emal  sxemindən 

(cədvəl  15.1) asılıdır.  

 



 

~ 344 ~ 


 

Cədvəl 15.1. 

ġərabın rənginə üzüm sortunun və emal sxeminin təsiri 

Üzümün sortu 

«Ağ üsulla» 

«Qırmızı 

üsulla» 

Bütöv 


salxımla 

Giləni 


əzməklə 

Ağ (Aliqote, Reyn rislinqi, 

Rkasiteli) 

Ağ 


Ağ 

Sarı 


Çəhrayı (Aleatiko, Çəhrayı 

muskat, Boz pino) 

Ağ 

Ağ 


Çəhrayı 

ġirəsi rəngli olmayan, 

qırmızı (Mədrəsə, Xındoq-

nı, Kaberne-Sovinyon, 

Qara müskat) 

Ağ 


Çəhrayı 

Qırmızı 


ġirəsi rəngli olan, qırmızı 

(Saperavi, Calita, Odessa 

qara üzümü) 

Çəhrayı 


Qırmızı 

Qırmızı 


(intensiv 

rənglənmiĢ) 

 

Göründüyü kimi, Ģirəsi rəngli üzüm sortları (rəngləyici sortlar) 



çıxılmaqla, digər  qırmızı sortlardan  da (Mədrəsə, Qara muskat və 

b.)  ağ  və  çəhrayı  Ģərablar  almaq  mümkündür.  Bu  sortlarda  rəng 

maddələri  Ģirədə  deyil  qabıqda  yerləĢ-diyindən,  qabığı  lətdən 

ehtiyatla  ayırdıqda  intensiv  qırmızı  rəngli  Ģirə  alınmır.  Bu 

məqsədlə  istifadə  olunan  vallı  əzici-daraqayıranın  valları  böyük 

məsafədə  qurulur  və  qabığın  az  əzilməsinə  nail  olunur.  ƏzilmiĢ 

üzüm,  tez  sıxıcıya  verilərək  sıxılır.  Alınan  ilk  Ģirə  fraksiyası, 

demək  olar  ki,  rəngsiz  olub,  ağ  Ģərablar  hazır-lamaq  üçün  istifadə 

olunur.  Əzintinin  sonrakı  sıxılmasından  zəif-çəhrayı  rəngli  Ģirə 

alınır. Həmin Ģirədən isə çəhrayı Ģərab almaq üçün istifadə olunur. 

Nəinki  qabığı,  hətta  Ģirəsi  də  rəngli  olan  üzüm  sortlarının 

(Saperavi,  Calita  və  b.)  bütöv  salxımlarını  sıxaraq  və  həmçinin 

xüsusi  texnologiyayay  uyğun  kupaj  yolu  ilə  də  çəhrayı  Ģərablar 

hazırlamaq mümkündür. 

Çox  vaxt  çəhrayı  Ģərablar,  qırmızı  Ģərabların  hazırlanma 



 

~ 345 ~ 


 

texnologiyasına  uyğun,  lakin  kifayət  qədər  yetiĢməmiĢ  üzümdən 

hazırlanır. 

Çəhrayı Ģərabları çəhrayı üzüm sortlarından (Aleatiko, Çəhrayı 

muskat  və  s.)  «Qırmızı  üsulla»  da  hazırlayırlar.  Ağ  Ģirəni  qırmızı 

cecədə qıcqırtmaqla da bu tip Ģərablar almaq mümkündür. Qırmızı 

Ģirəni  güclü  havalandırdıqda,  onun  rəngsizləĢməsi  gedir  və  alınan 

material çəhrayı Ģərab hazırlamaq üçün istifadə oluna bilər. 

Çəhrayı  Ģərablardan  -  çəhrayı  Bordo,  Bordo  kleret  və  çəhrayı 

Burqundiyanı göstərə bilərik.  

MDB  ölkələrində  markalı  çəhrayı  Ģərab  buraxılmayıb,  12  adda 

ordinar turĢ-çəhrayı Ģərablar istehsal olunmuqdadır.  

Respublikamızda  həm  təbii,  həm  də  tündləĢdirilmiĢ  çəhrayı 

Ģərablar bura-xılır. Çəhrayıtəbii Ģərablardan «Hadrut», «QiĢi», «Al 

Ģərab» və baĢqalarını göstərmək olar. 

 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin