Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə300/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   296   297   298   299   300   301   302   303   ...   405
Şamaxı  kaqoru.  ġamaxı  rayonunda  becərilən  Mədrəsə  üzüm 

sortundan  1928-ci  ildən  hazırlanır.  Üzüm,  gilədə  24%-dən  yuxarı 

Ģəkər toplandıqda yığılır. 

Əzinti çənə doldurulub, 100 mq/dm

3

 hesabı ilə sulfidləĢdirilir və 



üzərinə  2%  miqdarında  təmiz  maya  məhlulu  əlavə  olunur.  2-3% 

Ģəkər  qıcqırandan  sonra,  16  h.%-ə  qədər  spirtləĢdirilməklə  qıcqır-

ma  dayandırılır.  Əzinti  gündə  3  dəfə  qarıĢdırılmaqla,  5  gün 

qıcqırdılır  və  çənin  qapağı  bağlanır.  Əzinti  bu  vəziyyətdə  10-15 

gün  saxlanır.  Bu  müddətdən  sonra  öz  axımı  ilə,  birinci  və  ikinci 

təzyiqlə  alınan  fraksiyalar  qarıĢdırılır.  ġərab  kifayət  qədər  durul-

duqdan  sonra  çöküntüdən  ayrılır  və  Ģərab  saxlayıcılarında  yetiĢ-

dirilməyə qoyulur. 

Sıxıcıdan  alınan  qalıq  Ģərab  ayrıca  toplanır  və  ordinar  tünd 

Ģərablar hazırlamaq üçün kupajda istifadə olunur. 

ġərab  yetiĢdirildiyi  birinci  ildə  eqalizasiya  olunur,  kondisiyaya 

çatdırılır və 2 dəfə köçürülür. Ġkinci il yapıĢqanlama və iki köçür-

mə, üçüncü il bir qapalı köçürmə aparılır. Sonrakı iĢləmələr texno-

loji sxemə uyğun yerinə yetirilir. 

Əgər  ehtiyac  olarsa,  kupajda  Kürdəmir  Ģərabında  olduğu 

qaydada  vakuum  Ģirəsindən  istifadə  olunur.  Hazır  Ģərab  16  h.% 

spirtliyə,  20%  Ģəkərə,  4-5  q/dm

3

  titrləĢən  turĢuluğa  malik  olur. 



Tünd-yaqut  rəngli,  moruq  təravətli,  dadı  ekstraktlı,  harmonikdir. 

ġərab markalı olub, 3 ilə yetiĢdirilir. 

ġamaxı  kaqoru  Beynəlxalq  müsabiqələrdə  5  qızıl  və  4  gümüĢ 

medala  layiq  görülmüĢdür.  Respublikamızda  markalı  kaqorlarla 

yanaĢı,  bir  neçə  markada  ordinar  kaqor  Ģərabları  da  («Mələyi», 

«Ərəbli»,  «ġahbuz»)  istehsal  olunmaqdadır.  Bu  Ģərabların  hazır-

lanma  texnologiyası  Kürdəmir  üsuluna  uyğun  olub,  saxlanıb, 



 

~ 406 ~ 


 

yetiĢdirilmədən bir il müddətində realizə olunurlar. 

Ġ.N.Nurməmmədov  (1968)  apardığı  tədqiqatlara  əsaslanaraq 

əzintidə spirtləməni pektolitik ferment preparatının tətbiqinə əsas-

lanan yeni üsulla əvəz etməyi təklif etmiĢdir. 

Azərbaycanda özünün yüksək keyfiyyətilə seçilən bir sıra digər 

Ģirin  desert  Ģərablar  da  istehsal  olunur.  Bunlardan  qırmızı  Azər-

baycan,  ağ  Qarabağ,  qırmızı  Qarabağ  adlı  markalı  Ģərabları;  çəh-

rayı  Lənkəran,  ağ  GünəĢli  adlı  ordinar  Ģərabları  və  s.  göstərmək 

olar. 



Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin