Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə306/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   302   303   304   305   306   307   308   309   ...   405
On y

eddinci fəsil

 

OYNAQ  

ŞƏRABLARIN

  

TEXNOLOGİYASI

 

17.1. 

Şampan

 

şərabları

 

17.1.1. 

Ş

ampan 

istehsalının

 tarixi 

Fransada şampan istehsalı. ġampan istehsalı öz inkiĢafında üç 

əsrdən  çox  tarixi  bir  yol  keçmiĢdir.  Ġlk  dəfə  o,  XVI  əsrin 

ortalarında  Fransanın  Marna  departamentinin  ġampani  üzümlük-

lərindən  istehsal  olunmağa  baĢlamıĢ  və  öz  adını  da  oradan  götür-

müĢdür. Vətənində Ģampan Ģərabları, əhəngli torpaqlarda becərilən 

Qara Pino, Pino və ġardone üzüm sortlarından hazırlanır. 

ġampan  istehsalı  üçün  üzüm  xüsusi  səliqə  ilə  yığılmalıdır. 

YığılmıĢ  salxımlardan  zədələnmiĢ,  xəstə  gilələr  kənar  olunur  və 

ondan  sonra  üzüm  səbətlərdə  e'mal  üçün  gətirilir.  Bu  iĢlə  məĢğul 

olan  Reyms  və  Epers  firmalarının  demək  olar  ki,  öz  üzümlükləri 

yoxdur.  Üzümün  çox  hissəsi  kiçik  fərdi  üzümçü  təsərrüfatlardan 

alınır.  ġampanidə  ġampan  Ģərab  materialı  alınması  və  eləcə  də 

butulkalarda  ĢampanlaĢmanın  getməsi  ölkəmizdə  olan  texnolo-

giyadan fərqlənmir.  

ġampan  Ģərabları  istehsal  olunduqda  hermetik  bağlı  qablarda 

ikinci dəfə qıcqırma aparılır. Çıxan CO

2

 butulkadan çıxa bilməyib, 



Ģərabın tərkibində qalır. XVII əsrdə kimya elmi zəif inkiĢaf etmiĢ-

di.  Ona  görə  də  Ģəkəri  gözəyarı  qatırdılar,  nəticədə  ya  Ģəkər  artıq 

olub,  butulkanı  partladır,  ya  da  az  olub,  keyfiyyəti  aĢağı  salırdı. 

Sonralar,  elmin  inkiĢafı  Ģəkərin  tə'yin  edilmə  üsullarının  tapılma-

sına  səbəb  oldu  və  nəticədə  Ģampan  Ģərabları  öz  inkiĢafının  yeni 

pilləsinə qədəm qoymuĢ oldu. 

XIX  əsrin  II  yarısında  Fransada  Ģampan  istehsalı  yüksək 

mərhələyə  çatdı.  Fransanın  Ģampan  istehsalı  sahəsində  təcrübələri 

bir  sıra  ölkələrdə  geniĢ  yayılmağa  baĢladı.  Avropada,  xüsusilə  də 

Ġtaliya,  Ġspaniya,  Almaniya,  sonra  isə  ABġ-da  Ģampan  istehsalı 

inkiĢaf mərhələsinə qədəm qoydu. 



 

~ 412 ~ 


 

ġəkərin  miqdarına  görə  fransız  Ģampan  Ģərabları  aĢağıdakı 

tiplərdə buraxılır:  

 



Ekstrabryut  Ģəkərin  miqdarı  2  q/dm

3

;  bryut  15;  sek  (turĢ)  17-



35; demisek (kəmturĢ) 33-50; doux (Ģirin) 50-dən çox; 

 



Bryut  sans  millesime  –  məhsul  ili  göstərilməyən  turĢ  Ģampan. 

Ümumi dövriyyənin 80%-ni təĢkil edir; 

 

Blanc de blancs – yalnız ġardone ağ üzüm sortundan hazırlanır; 



 

Blanc  de  noirs  –  yalnız  Pino  nuar  və  ya  Pino  Mene  qırmızı 



üzüm sortundan hazırlanır; 

 



Cremant  –  az  miqdarda  karbon  qazlı  Ģampan  olub,  az 

köpüklənir, adi Ģəraba oxĢayır; 

 

Rose  –  təsadüfən  qırmızı  üzüm  sortundan  əzinti  ilə  qısa  müd-



dətli  təmasla,  çox  vaxt  isə  qırmızı  və  ağ  Ģərab  materiallarının 

qarıĢığından hazırlanır; 

 

Millesime – bir neçə ilin məhsulundan alınan Ģampan olub, 3 il, 



çox vaxt 6 il yetiĢdirilir; 

 



Prestige Cuvee ets – ən yüksək keyfiyyətli, baha Ģampan olub, 

dəyərli tərtibatlı butulkalara doldurulur. 

 

Fransada Ģampan butulkalarının etiketində aĢağıdakı məlumatlar 



əks olunur (firma timsalında): ticarət evi;  yer; əsası qoyulduğu il; 

adı  və  mənĢəyi;  kuve;  spirtin  miqdarı;  butulkanın  tutumu;  doza-

laĢdırma  tipi  (Ģəkərə  görə  qrupu);  sayı,  doldurulma  üsulu;  firma, 

yer, ölkə; əmtəəlik niĢanı və nümunəsi; məhsul ili. 

Göstərilən  məlumatlardan  baĢqa,  çox  vaxt  etiketdə  iki  həriflə 

qeyd  olunan  nömrə  əks  olunur.  Onlar  Ģampanı  dolduranın  kim 

olduğunu göstərir.  

Adi  firmalar  Ģampanın  bütün  markalarını  hazırlamayıb,  3-6 

marka  ilə  məhdudlaĢır.  Ən  çox  yayılanı  yarımturĢ,  turĢ  və 

bryutdur. Fransız Ģampanında spirtin miqdarı 10,5-12 h.%, titrləĢən 

turĢuluq 7-8 q/dm

3

 olur. 




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin