13.5.
Şərab içmək mədəniyyəti
ġərab- yüksək qida dəyərinə və müalicə xüsusiyyətinə malikdir.
Ona görə də, tarixən Ģərab haqqında müxtəlif mülahizələr
söylənilmiĢ, normal içilərsə, müsbət təsirindən danıĢılmıĢdır.
ġərabın normal içilməsi anlayıĢına – içkinin miqdarı, içilmə vaxtı,
hansı xörəklərə, kimlərlə içilməsi və s. Ģərtlər daxildir.
Böyük Azərbaycan filosofu Nəsrəddin Tusi ―Əxlaqi nasiri‖
əsərində yazırdı: ―ġərab məclisinə düĢdükdə axmaq adamın
yaxınlığında oturmaqdan çəkinməli, ağıllı bir həmbabanın yanında
əyləĢilməlidir‖.
Deməli, məclisdə qədəh yoldaĢlarının kim olması, Ģərabın
orqanizmə təsirilə birbaĢa əlaqədardır. ġərab içilərkən ―ölçü‖ hissi
itirilməməlidir. Bu barədə Nəsrəddin Tusi yazır: ―Heç yerdə, heç
~ 303 ~
vaxt sərxoĢ olana qədər içilməməlidir, dində və dünyada heç bir
fəzilət ağıldan və ayıqlıqdan gözəl ola bilmədiyi kimi, heç bir
rəzilət də ağlını itirmək və sərxoĢluq etməkdən iyrənc ola bilməz‖.
Böyük filosof Demokrit tərəfindən söylənmiĢ iki fikir maraq
kəsb edir: ―Mötədil içmək, həyat sevincinə vurularaq alınan həzzi
daha böyük edir‖ və ―Əgər ölçünü keçirsənsə, ən xoĢa gələn, ən
xoĢa gəlməzə çevrilir‖.
ġərabın düzgün seçilməsi və məclisdə olan xörəklərə uyğun-
laĢdırılması ən vacib iĢlərdəndir. ġərab özünə uyğun xörək və
temperaturda verilməzsə, öz ləyaqətini itirir.
Süfrəyə verilmə vaxtına görə Ģərabları üç qrupa bölmək olar:
1) ĠĢtah yaradan Ģərablar - adətən yeməkdən əvvəl verilir. Bu
qrupa madera, xeres, vermut aiddir.
2) Hahar və yaxud hər hansı yemək vaxtı verilən Ģərablar.
Buraya təbii Ģərablar aid edilir.
3) Yeməkdən sonra içilən Ģərablara-desert Ģərablar aiddir.
Təntənəli hadisələri qeyd etdikdə oynaq Ģərablar, xüsusilə Ģam-
pandan istifadə məqsədəuyğundur. Yüksək səviyyəli rəsmi qəbul-
larda markalı ağ və qırmızı Ģərab yaxĢı olub, banketlərdə təntənəli
Ģəraiti gücləndirir. Ordinar ağ və qırmızı təbii Ģərablar istənilən
süfrədə verilə bilər.
ġərq xalqlarının adət-ənənələrində və yazılı mənbələrində, səhər
Ģərab içmək pislənilməklə, bu iĢin günortadan sonrakı saatlarda
yerinə yetirilməsi tövsiyyə olunur. ―Qabusnamə‖də deyilir: ‖Çox
nadir hallarda səhər içkisindən sonra dava-dalaĢ olmaya bilər,
bunun da nəticəsində ya peĢimançılıq çəkilər, ya da yersiz pul
xərclənər.Yalnız əsaslı səbəb olduqda tək-tək hallarda səhər içmək
olar, lakin içməsən daha yaxĢıdır, pis adətdir‖.
ġərabın keyfiyyətinin düzgün qiymətləndirilməsində, onunla
verilən yeməyin rolu da nəzərə alınmalı, içki yeməklə uyğunlaĢ-
dırılmalıdır.
Ağ təbii Ģərablar, xörəkdən əvvəl, yüngül ət və balıq yeməkləri
ilə; təbii turĢ, kəmturĢ və kəmĢirin Ģərablar tərəvəz yeməkləri ilə
uyğunlaĢır. Qırmızı təbii Ģərablar qoyun, dana, quĢ əti ilə, həmçinin
kabab və plovla yaxĢı gedir. Xeres, yaxud maderanı mal əti, yaxud
~ 304 ~
toyuq bulyonu ilə vermək yaxĢıdır. Deset Ģərablar (o cümlədən,
likor Ģərablar), Ģampanın Ģirin markaları, çərəzlə baĢqa sözlə, qən-
nadı məmulatları, meyvə, kofe, dondurma ilə verilsə yaxĢıdır. Yün-
gül yeməklərlə, o cümlədən pendir, peçenye, badam, qoz və digər
qərzəklilərlə - Ģampan içmək olar. Nahar və axĢam yeməyinin
əvvəlində, yemək zamanı və hətta yeməkdən sonra çərəzlə - turĢ və
kəmturĢ Ģampan içmək müsbət təsir göstərir.
Konyak desertdən sonra çay, kofe və daha yaxĢı siqarla verilir.
Likorlar qarıĢıq içkilər hazırlanması üçün istifadə olunur və
likor qədəhindən buzla içilir.
ġərab, ilin fəsillərindən asılı olaraq da seçilir. Belə ki, yüngül
turĢ və kəmturĢ Ģərablar, xüsusilə də ağları - yayda içmək məslə-
hətdir.Təbii Ģərabları su ilə duruldub içdikdə susuzluğu yatırır. Bir
sıra Qərb ölkələrində yayda bu məqsədlə,təbii Ģərablardan istifadə
olunur.
QıĢda yeməkdən asılı olaraq süfrə və ya tünd Ģərab içilir.
Əgər məclisdə Ģərabların çeĢidi böyük olarsa, onların aĢağıdakı
ardıcıllıqla verilməsi məsləhətdir. Az spirtli təbii Ģərablar tündlər-
dən, ordinarlar markalılardan, ağlar qırmızılardan əvvəl stola
verilməlidir.
ġərab, qədəhin azı üçdə bir, çoxu yarısına qədər tökülür. Bu
qədəhi əldə çalxamağa və içkinin ətrini tamamilə duymağa imkan
verir.
Qədəhi ələ alıb, içməyə baĢladıqda söhbət edilmir, əgər sizdən
nəsə soruĢsalar, qədəhi stola qoyur və sonra cavab verirsiniz
Qədəhə Ģərab süzmək üçün butulkanı sağ əllə, etiketin üstündən
yapıĢırlar.
ĠçilməmiĢ və ya stoldan müvəqqəti ayrılmıĢ Ģəxsin qədəhinə
Ģərab süzülmür.
Butulkaya doldurulmuĢ Ģərab, evdə sərin yerdə, yanı üstə
(üfüqi) yiğılmaqla saxlanır. Evdə markalı və xüsusilə də kolleksiya
Ģərabları ehtiyatına malik olmaq müsbət xüsusiyyətdir.
ġərab məclislərində ―sağlıq‖ deyilməsi, qaydası hökm sürür.
Sağlıq deyilərkən uzunçuluq etmək, iĢtirakçıları yormaq olmaz.
~ 305 ~
Dostları ilə paylaş: |