Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə273/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   269   270   271   272   273   274   275   276   ...   405
Vətənində  istehsalı.  Ġlk  dəfə  Ġspaniyanın  cənubunda  yerləĢən 

Xeres-de-la  Frontera  Ģəhərində  istehsal  olunmuĢ  və  adını  da 

buradan  götürmüĢdür.  Çox  qədim  tarixə  malik  olmaqla  dünya 

Ģöhrəti qazanmıĢdır. 

Ġspaniyada  Xeres  Ģərabları  müəyyən  üzüm  sortlarından  hazır-

lanır:  turĢ-Palomino  de  xeres,  Palomino  fino;  desert,  bə'zən  isə 

Olorso tipli Ģərablar-Pedro Ximenes üzüm sortundan. 

Xeres  üçün  üzüm  sentyabr  ayında,  gilədə  20-22%  Ģəkər 

toplandıqda  yığılır.  Plastmas  yeĢiklərdə  qəbuledici  məntəqəyə 

gətirilib  nəqletdirici  lent  üzərinə  tökülür.  Buradan  üzüm  əziciyə 




 

~ 375 ~ 


 

verilərək,  əzilir. Əzinti nasosla horizontal sıxıcıya verilir  və orada 

yüksək olmayan təzyiqdə sıxılır. Alınan Ģirə qablara doldurulur və 

üzərinə  (1,3-2  kq-1  t  üzümə)  xeso  adlanan  torpaq  əlavə  olunur. 

Həmin  torpağın  80%-dən  çox  hissəsi  gipsdən  ibarət  olur.  Əlavə 

etməkdə  əsas  məqsəd  Ģirə,  yaxud  Ģərabda  olan  kəskin  turĢuluğu 

nizamlamaqdır. 

ġərabın  hazırlanması  və  yetiĢdirilməsi  ispan  dilində  «bodeqa» 

adlandırılan,  daĢdan  hazırlanmıĢ  yerüstü  binalarda  aparılır.  Bina 

yaxĢı  havalandırılmaqla,  oraya  daim  sərbəst  hava  cərəyanı  daxil 

olur.  Bu  proses  xeresin  yetiĢməsində  böyük  rol  oynayır.  Binanın 

orta illik temperaturu 15-20°C olur. 

ġirə  qıcqırmaq  üçün  «bodeqa»da  yerləĢdirilmiĢ  paslanmayan 

sisternlərə  və  yaxud  60  dekalitrlik  çəlləklərə  verilir.  Adətən, 

qıcqırma 3 həftəyə baĢa çatır. ġiddətli qıcqırma qurtardıqdan sonra 

Ģərab duruldulmağa qoyulur və 3 aydan sonra maya çöküntusündən 

ayrılır.  Hazır  Ģərab  materialının  spirtliyi  12-13  h.%  olur.  Yüksək 

keyfiyyətli Ģərab 15-16,5 h.%-ə qədər spirtləĢdirilir. AlınmıĢ Ģərab 

təmiz  palıd  çəlləklərdə  saxlanmağa  verilir.  Bu  faza  sobretabla, 

baĢqa  sözlə  «ağacda»  saxlanma  adlanır.  Yəni  Ģərabın  ağacla 

təmasda  olmaqla  saxlanmasıdır.  Sonra  həmin  Ģərab  kriadera  və 

solera  sistemi  ilə  yetiĢdirilməyə  verilir.Bunun  üçün  həcmi  60  dal 

olan  palıd  çəlləklərə  50  dal  Ģərab  doldurulur.  Həmin  Ģərab, 

çəlləklərdə  4  yarusda  yerləĢdirilir.  AĢağı  yarusda  daha  yetiĢmiĢ 

Ģərab  yerləĢməklə  «solera»  («suelo»  torpaq  sözündəndir),  ondan 

yuxarı  hissədə  isə  nisbətən  cavan  Ģərab  yerləĢməklə  1-ci 

«kriadera»,  sonra  2-ci  kriadera  və  ən  yuxarıda  yerləĢən  çəllək 

cərgəsi 3-cü kriadera adlandırılır. Bu qaydada minimum yetiĢdirmə 

müddəti 3 ildir. Sonra aĢağı hissədəki (solera) Ģərab götürülür, 1-ci 

kriaderadan  Ģərab  «solera»ya  2-ci  kriaderadan  «1-ci  kriadera-ya» 

və  3-cü  kriaderadan  «2-ci  kriaderaya»  doldurulur.  «3-cü  kriade-

raya»  sobretabla  fazasında  olan  cavan  Ģərab  doldurulur.  Xeres 

hazırlanan  zaman  Ģərabın  üzərində  parlaq  Ģokoladvari  pərdə 

yaranır (Ģəkil 16.4). 




 

~ 376 ~ 


 

 

 



Şəkil 16.4. Klassik ispan xeres yetişdirmə sistemi - soleranın sxemi 

 

Hazırlanma  texnologiyasından  asılı  olaraq  Ġspaniyada  3  tip 



xeres istehsal olunur. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin