M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə28/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   24   25   26   27   28   29   30   31   ...   76
İAK.Kitab.son

Monoloji və dioloji nitq

Elmi ədəbiyyatda kommunikasiya anlayışına təriflər verilir. Məsələn ensiklopedik sözlükdə deyilir;


Kommunikasiya: 1) əlaqə, rabitə yolu, bir məkanın digəri ilə əlaqəsi. 2) təmas, informasiyanın bir insandan digərinə ötürülməsi idrak əmək fəaliyyəti prosesidir.
Dilin əsas vəzifəsi kommunikativlikdir. İnsan kommunikasiya (ünsiyyət) prosesində dil vasitəsilə yalnız informasiya mübadiləsi etmir, eyni zamanda fikirləşir, onu əhatə edən təbiətin varlığın sirlərini dərk edir.
Bu dilin kommunikativ vəzifəsidir. Həmin vəzifə başlıca olub dilin varlığını təyin edir.Kommunikativ vəzifənin rolu o dərəcədə böyükdür ki, dilin yaranması və inkişafı bu vəzifə ilə müəyyənləşdirilir. Alimlərin müəyyən etdiklərinə görə insanın bütün vaxtının 70 faizini ünsiyyət təşkil edir.
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənni müəyyən ehtiyac və tələbat əsasında meydana gələrək Azərbaycan dilinin düzgün, səlis istifadəsi, eləcə də bu dildə ixtisasından asılı olmayaraq rəvan nitq hazırlanması, fikirlərin qüsursuz çatdırılması üçün onun fonetik, leksik və qrammatik qayda-qanunlarını, normalarını dərindən bilərək yazılı və şifahi nitqə tətbiq etməyin zəruriliyini bir daha təsdiqlədi.
Bu fənn tələbələrə Azərbaycan dilinin qrammatik normalarını tətbiq edərək təmiz, düzgün, dəqiq, yığcam, ümumiyyətlə kamil nitq vərdişlərini yaratmağa, eləcə də işgüzar ünsiyyət etikasını aşılamağa xidmət edir.
“Nitq-müəyyən kollektivin digər üzvləri ilə əlaqə saxlamaq məqsədilə dildən istifadə edən şəxsin fəaliyyəti, danışıq; mürəkkəb məzmunun–həm informasiya, həm çağırış-müraciət və s. ifadəsi üçün dilin müxtəlif vasitələrinin işlədilməsi”dir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün-nitq zəruridir. Nitq nəinki dili təzahür etdirir, formalaşdırır.
Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin özüdür.
Nə qədər yaxın və qarşılıqlı əlaqədə olsa da, dil və nitqin özünəməxsus cəhətləri vardır ki, bu onları bir-birindən fərqləndirir. Belə ki, dil ünsiyyət vasitəsidir. Nitq isə bu ünsiyyətin özüdür. Nitq fərdidir, ayrı-ayrı adamların nitq aktlarıdır, vərdişləridir, danışığıdır, yazısıdır. Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkün deyildir. Nitq tarixi səciyyə daşıyır, dil isə tarixdən kənardadır. Nitq işləndiyi şəraitdən asılıdır. Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir. Nitq fərdi-psixi, dil isə ictimai hadisədir. Nitq fərdin yaradıcılıq fəaliyyətidir, vərdişidir.
Nitq və dil quruluşuna görə də fərqlənirlər. Dilin quruluşu onun ən böyük vahidi olan cümlədə özünü göstərir. Nitqin quruluşuna isə cümlə, abzas və mətn daxildir.Aralarında fərqlərin olmasına baxmayaraq nitq və dilin qarşılıqlı əlaqəsi vardır. “Nitqin aydın olması və özünün bütün təsirini göstərməsi üçün dil vacibdir; nitq öz növbəsində dilin bərqərar olması üçün vacibdir; tarixən nitq mövcudluğu həmişə dildən əvvəl olur.”
Ədəbi dilin əsasını onun yazılı və şifahi forması təşkil edir. Şifahi ədəbi dil anlayışı öz fəaliyyət dairəsinə, işlənmə yerinə görə yazılı formasından daha genişdir.
Nitq mədəniyyətindən söhbət gedəndən adətən, onun şifahi forması nəzərdə tutulur, yazılı nitq bu anlayışa daxil edilmir. Nitq inkişafı üzrə aparılan təlim işlərində onun şifahi və yazılı formaları vəhdətdə götürülür. A.Qurbanovun qeyd etdiyi kimi, ancaq şifahi nitqə diqqət yetirib, yazılı nitqi unutmaq nitq mədəniyyətini birtərəfli inkişaf etdirməkdir.
Akademik yazı qaydaları
İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində yazmaq meyli çoxalıb. Qloballaşmanın və informasiya-kommunikasiyanın gətirdiyi yenilik və üstünlüklərdən biri də elm və təhsil sahəsində standartların unifikasiyası, vahid bir forma alması və bunun tez bir zamanda yayılaraq dünya elmi ictimaiyyəti tərəfindən fəal istifadə olunmasıdır. Sovet təhsil sistemində akademik yazı qaydalarına tətbiq olunan normalar beynəlxalq təhsil məkanında qəbul edilmiş analoji standartlara uyğun gəlmir.
Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir, onun özəlliyini müəyyənləşdirir. Beynəlxalq akademik yazı qaydalarına bələd olmaq həm də dünya elm və təhsil sisteminə inteqrasiya olmaq, qəbul olunmuş standartları mənimsəmək deməkdir-bu, savad və mədəniyyət göstəricisidir, “ümumi dil” rolunu oynayır, fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini anlamasına yardım edir.
Akademik yazı qaydalarının dünyada qəbul edilmiş modeli inkişaf etmiş ölkələrdə hazırlanmış, müzakirə yolu ilə təkmilləşdirilmiş, cilalanmış və tətbiq edilmişdir. Əslində, bu qaydalar müəyyən nəticənin əldə edilməsinə yönəlmiş bir mexanizmdir, yazı müəllifinin oxucu qarşısında sosial və mənəvi məsuliyyətini artırır. Akademik yazı qaydaları həmçinin intellektual mülkiyyət məsələsini aktuallaşdırır, elmi iş (tezis, məqalə, kurs işi, referat, dissertasiya və s.) yazmaq mədəniyyətini formalaşdırır, tələbə, magistrant, doktorant və gənc tədqiqatçıları elmi fikirləri yazılı formada çatdırmanın müasir üsulları və formaları haqqında ətraflı məlumatlandırır, beynəlxalq elm və təhsil məkanına maneəsiz qoşulmağa imkan verir.
Akademik yazı qaydaları belə müəyyənləşdirilir.
Titul vərəqi
Mündəricat
- yazının strukturunu əks etdirir
- məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir.
- yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir.
Abstrakt
Xülasə
a)elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;
b)onları qısa və yığcam şəkildə ifadə edir:
-tədqiqatın məqsədi və vəzifələri
-problemi
-tapıntılar

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin