M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə29/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   25   26   27   28   29   30   31   32   ...   76
İAK.Kitab.son

Yazının əsas hissəsi
Giriş
-Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir.
-Problemi və ya vəziyyəti təhlil edir;
-Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;
-Tədqiqat sualı qeyd olunur;
-Tədqiqat metodu göstərilir;
-Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;
-Lazım gəldikdə mövzuya dair tarixi məlumat verilir.
Fəsillər – arqumentlər və əsaslandırmalar:
-Mövzu fəsillərə və yarımfəsillərə bölünməlidir.
-Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.
-Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir.
-Hər bir cədvəl və ya diaqram nömrələnməlidir.Məsələn: cədvəl 1 və s.
-Bir hissədən digərinə keçid olmalıdır.
-Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1-2 cümlə ilə nəticə göstərilməlidir.
Yekun hissə
Nəticə və tövsiyələr
- Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.
-Arqumentlərə əsasən hansı addımların atılmasının zəruri olması haqqında tövsiyələr edilir.
Akademik yazıya əlavələr
Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.
Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s.
Hələ Azərbaycan Demokratik Cümhuriyyəti dövründə milli məktəblər şəbəkəsi genişlənmiş, ölkəmizdə ilk dəfə olaraq müasir ali təhsil verən universitet açılmışdı. Azərbaycanın hər yerində fəaliyyət göstərən məktəblərdə uşaqlara nitq mədəniyyətinin əsaslarını təşkil edən ana dilinin normaları öyrədilirdi. Şifahi nitqin inkişaf etdirilməsi təkcə məktəblərdə deyil, məişətdə, yığıncaqlarda da davam etdirilməlidir. Yazılı nitqin normalarının (orfoqrafiya və orfoepiya lüğətləri) dövlət tərəfindən təsdiq olunmasına və dəfələrlə çap olunan orfoqrafiya lüğətlərində öz əksini tapmasına baxmayaraq, 1980-cı illərə qədər şifahi nitq normaları, demək olar, sabitləşməmişdi, konkret olaraq dəqiqləşməmişdi. Yalnız 1982-ci ildə “Azərbaycan dilinin orfoepiya sözlüyü” nəşr olundu. Bu lüğətdə də bütün sözlər deyil, əsasən deyilişi ilə yazılışı fərqlənən sözlər əhatə olunmuşdur. Bundan sonra 1989-cu ildə Əziz Əfəndizadənin tərtib etdiyi “Orfoqrafiya-orfoepiya lüğəti” çapdan çıxmışdır ki, bu da şifahi nitq qaydalarının normalaşmasında müəyyən rol oynamışdır. İstər yazılı, istərsə də şifahi nitq sahəsində görülən işlər, mətbuatda, radio və televiziyada, reklam və elan işlərində, ayrı-ayrı yığıncaqlarda nitq mədəniyyətinin inkişafına, onun norma və qaydalarının müəyyənləşməsinə öz təsirini göstərir və nitq mədəniyyətinin formalaşmasına əməli zəmin yaradır.
Şifahi akademik kommunikasiya elmi nitq nəzəriyyəsi, təcrübəsi və ritorik kanon, müəyyən çıxış mətni üzərində iş mərhələsidir. Bura nitq vasitələri ilə elmi mətnin əsaslandırılması, arqumentlərin, tövsiyələrin rolu, şifahi elmi nitqin spesifikliyi – məntiqiliyi, əyaniliyi, sxematik təqdimetmə ehtimalı, eləcə də elmi məlumat, seminar məşğələlərində çıxış, şifahi rəy, magistr buraxılış işinin ixtisas müdafiəsi və s. daxildir. Şifahi akademik kommunikasiyanın dialoq janrı elmi məruzənin müzakirəsi, yazılı akademik mətn və şifahi çıxışla yekunlaşır, monoloq janrda informasiyaverici xarakter daşıyır. Monoloq biliklərin ötürülməsi,çatdırılmasıdır, bu halda danışan dinləyənlərin informasiya qəbul etməsini, intellektual bacarıqlarını, eyni zamanda buna hazır olub-olmadıqlarını nəzərə almalıdır.
Belə ki, yazılı nitq daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.Hazırda işlətdiyimiz yazılı nitq dövlət tərəfindən təsdiq olunmuş və rəsmiləşdirilmiş müəyyən qaydalara-orfoqrafiya qaydalarına əsaslanır ki, onları gözləmək bu dilin daşıyıcıları, həm də onu öyrənmək istəyənlər üçün vacib sayılır.
Nitqin yazılı formasından istifadə ilə bağlı bir sıra qüsurlar vardır ki, onları aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1.Məzmunun verilməsi ilə bağlı qüsurlar:
a) səthilik, rabitəsizlik, sözcülük, yersiz təkrar və s.
2) üslubi çatışmamazlıqlar:
a) söz və ifadələrin yerində işlənməməsi:
b) artıq, lüzumsuz söz və ifadələrdən istifadə:
c) fikir səhvi və s.
3) orfoqrafik qaydaların pozulması nəticəsində baş verən qüsurlar:
a) sözlərdən sətirdən-sətrə keçirilməsində;
b) xüsusi isimlərin yazılışında
c) mürəkkəb sözlərin, ixtisarların yazılışında və.s
Savadlı yazı uğrunda aparılan mübarizə ümumi nitq mədəniyyəti uğrunda aparılan mübarizədir. Bu işdə hər kəs özünə və başqasına tələbkar olmalı, tədris müəssisələrində, dövlət idarələri və ictimai təşkilatlarda hər yerdə nitq üzərində vahid nəzarət yaradılmalıdır.
Qeyd etdiyimiz kimi, dilin fəaliyyət forması olan nitq həm yazılı həm də şifahi qaydada reallaşır. Şifahi nitq prosesinə danışmaq və dinləmək, yazılı nitq prosesinə isə yazmaq və oxumaq daxildir.
Şifahi nitqi yazılı nitqdən fərqləndirən aşağıdakı xüsusiyyətlər var: şifahi nitq-zəngin intonasiya çalarlarına malikdir; çoxsaylı paralinqvistik ( jest, mimika, bədən hərəkətləri və.s) vasitələrin iştirakı mövcuddur; özünəməxsus tempi var (alçaq, yüksək və orta tonla danışmaq ); dil vahidlərindən istifadə olunmasında sərbəstlik var; yüyürək nitqdir.
Yazılı nitq-dil vahidlərindən qrammatik qanunauyğunluqlarla istifadə olunmasını tələb edir; yazılanları bir neçə dəfə götür qoy etmək, düzəliş aparmaq, lazım olmayanı silmək, yenisi ilə əvəzləmək mümkündür; aktual üzvlənməyə və söz sırasına görə şifahi nitqdən fərqlidir.
Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. Bu nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir: danışan sual verir, dinləyən cavab; danışan rəyini söyləyir, müsahib ona münasibətini bildirir.Başqa bir nitq formasında isə dinləyən ya ehtiyac, ya da imkanın olması üzündən müsahibinin danışığına müdaxilə etmir. Bu cür şərh etmə və dinləmə nitqin monoloji və dialoji formalarını yaradır.
Monoloji nitq. Monoloji nitqin əsas mahiyyəti ondan ibarətdir ki, burada hər hansı bir ideya, fikir, məsələ, problem, məlumat və.s bir nəfərin ardıcıl, rabitəli, geniş və ya qısa nitqi kimi özünü göstərir.
Monoloji nitqə müəyyən problemin şərhi, mühazirə, məlumat, çıxış və.s aid etmək olar. Həmçinin, bədii əsərin qəhrəmanlarından birinin öz-özünə və ya digərlərinə müraciətlə söylədiyi nitq də monoloji nitqə aiddir. Bu da nitqin yüksək mədəniyyətə malik olmasını tələb edir. Monoloji nitq lirik əsərlərdə aparıcı rol oynadığı halda, nəsr əsərlərində ikinci dərəcəli rola malikdir.
Monoloji nitq mimika və jestlərlə də müşayiət olunur. Qəhrəmanın monoloqu vasitəsilə əsərin ideyası yığcam şəkildə ifadə olunur. Məsələn, C.Məmmədquluzadənin “Ölülər” komediyasında İsgəndərin, Ə.Haqverdiyevin “Dağılan tifaq” pyesində Nəcəfbəyin, “Bəxtsiz cavan” əsərində Fərhadın, C.Cabbarlının “Od gəlini” faciəsində isə Elxanın çıxışları monoloji nitqin tipik nümunələridir.
Monoloji nitq daha çox ədəbi dil qaydalarına əsaslanır. Monoloji nitq ifadə olunan məzmundan, məqamdan, dinləyicilərin tərkibindən asılı olaraq müxtəlif formada təzahür edir. Monoloji nitqin məlumatvermə, təsviretmə (müəyyən hadisəni təsvir etmə), inandırma, mühazirə, məruzə, çıxış, nitq və.s kimi növləri var.
Mühazirə. Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümumiləşdirmələrdən ibarət şərhidir. Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və.s. yerlərdə istifadə olunur. Müharizənin məruzədən fərqi ondadır ki, birincidə dialoqa yol verilə bilər.
Monoloji nitqin digər formalarında olduğu kimi mühazirə o vaxt effektli şərh üsulu sayılır ki, lektor ona yaxşı hazırlaşsın, nəyi, necə, harada deməyi bacarsın, şərhi auditoriyanın səviyyəsinə uyğun qurulsun.
Məruzə. Bir mövzu haqqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında məruzə, elmi-praktik konfranslarda məruzə və s. mövzudan asılı olaraq məruzə qısa və geniş ola bilər.
Məruzə giriş, əsas və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə bəhs açılan məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Məruzənin əsas hissəsində görülən işin məzmunundan bəhs olunur, münasibət bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir.
Çıxış. Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, nümayişlərdə və.s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir. “Çıxış” sözü hazırda bir qədər də geniş dairədə işlədilir: müzakirə zamanı edilən çıxışları, təşviqat xarakterli çıxışlar, matəm çıxışları, radio, televiziyada, qəzet vasitəsilə edilən çıxışlar və.s. Lakin çıxış deyiləndə daha çox adamların qarşısında söylənilən nitq forması başa düşülür.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin