M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə32/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   28   29   30   31   32   33   34   35   ...   76
İAK.Kitab.son

1) Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol 
verilməməlidir:  
Məlumdur ki, əhalinin böyük hissəsi ədəbi dildən, müəyyən qismi isə 
dialekt və şivələrdən istifadə edir, ayrı-ayrı dialekt şəraitində yaşayanlar sözləri 
həmin yerin danışıq tərzinə uyğun işlədirlər. Çox halda bu danışıq savadlı 
təbəqənin – ziyalıların da nitqində özünü büruzə verir. Məsələn; əyərlərim (əgər), 
hasannıxnan (asanlıqla), bajı (bacı), genə (yenə), getirib (gətirib), gəlmeg 
(gəlmək).
2) Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir.  Bəzi hallarda natiqlər heç bir 
ehtiyac olmadan nitqlərini çətin, mənası çoxları üçün aydın olmayan terminlərlə 
doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin kölgəsində itib-batır, 
mətləb dinləyici üçün aydın olmur.
Çox zaman bir sıra əşyanın (eləcə də hadisənin) dilimizdə uyarlı adı 
olduğu halda, o, alınma sözlərlə adlandırılır. Məsələn, xolodilnik (soyuducu), 
pilesos (tozsoran), lineyka (xətkeş), kley (yapışqan) və s.
Artıq neçə ildir ki, xalqımız öz müstəqilliyini qoruyur, möhkəmləndirir. Dilimiz 
sözün həqiqi mənasında dövlət dili kimi fəaliyyət göstərir.
Cəmiyyətin müxtəlif sahələrində baş verən yeniliklər, dünya ölkələri ilə 
əlaqələrin, münasibətlərin yaranması, genişlənməsi prosesində dilimizə başqa 
dillərdən çoxlu sayda söz və termin keçir ki, bunların əksəriyyəti aktiv işlənir, 
ünsiyyətə xidmət edir. Əcnəbi sözlərin dilə gətirilməsinin təbii və qanuna uyğunluğu ilə bağlı vaxtilə Həsən bəy Zərdabi demişdir: 
“...Dil elə bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, 
qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ 
gəldi və adətlər dəyişildi, təzə sözlərin qədri də günü-gündən artacaqdır. Belə 
sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə 
səbəb olurlar”
3) Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Bəziləri danışıq 
zamanı qurmaq istədikləri cümlələri tamamlaya bilmir zəruri sözləri tapmaqda 
çətinlik çəkirlər. Bu səbəbdən danışan yersiz fasilələr etmək məcburiyyətində
qalır, mətnlə əlaqəsi olmayan sözlər, ifadələr işlətməli olur: əsas etibarilə, 
deməli, məsələn, türkün məsəli, zaddı, ən azı, ona görə ki, Geydi, beləliklə, adı 
nədir, adını sən de və s. Belə sözlər nitqi zibilləyir.
4) Jarqon sözlərin, ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, tembolli,
niçeqo sebe, kakraz, toçno və s.) nitqin təmizliyinə xələl gətirir.
5) Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq 
məqsədini daşıyan söyüş və qarğışlara, qeyri-etik sözlərə, ifadələrə (anqırmaq, bağırmaq, donqullanmaq, qatıqlamaq,tülkü, alçaq, tupoy, 
qanmaz, çərənləmək və s.) yer verilməməlidir. 
Bəli, dil təmizlik sevir, gözəllik sevir. Bu gözəllik onun bütün təbiəti ilə 
bağlıdır, necə təmiz, sərin, bulaq suyu qayadan qaynayıb çıxır, elə də hər söz 
insanın ürəyindən gəlməlidir. Dilin bütün daxili gözəlliyini əks etməlidir. 

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin