M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə35/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   31   32   33   34   35   36   37   38   ...   76
İAK.Kitab.son

Fonetik norma. “Fonetika” yunanca “phonetike” sözündən olub, “səsə aid” deməkdir, “dilin səs quruluşu”, “səs tərkibi” mənasındadır. Fonetika dil səslərinin dəyişməsini, səs-fonem problemini, heca, vurğu, intonasiyanı, fonetik qanun və hadisələri araşdırır, nizama salır. Ədəbi dilini səs sistemi müəyyən normalar əsasında tənzimlənir. Sözlər ümumxalq dilində müxtəlif şəkildə deyilsə də, ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma, yazılış qaydası isə orfoqrafik norma adlanır. Orfoepik və orfoqrafik normalar birlikdə dilin fonetik quruluşu ilə müəyyənləşir və fonetik normanı təşkil edir.
Orfoepik norma. Orfoepiyaya dilin fonetik sistemi ilə bağlı olub hər hansı bir səsin müəyyən fonetik şəraitdə, yəni sözün əvvəlində, ortasında, yaxud sonunda gəldikdə, qrammatik formalarda, söz birləşmələrində işləndikdə özünü göstərən, tələffüz xüsusiyyətlərini tənzimləyən qaydalar daxildir.
Orfoepiya normalarını müəyyənləşdirərkən aşağıdakı prinsiplər əsas götürülür:
1) tələffüzün asanlığı;
2) danışanın təbiiliyinin qorunması;
3) şəkilçilərin qısa variantda saxlanılması;
4) tələffüzü çətin, yazılışı deyilişindən fərqlənən sözlərin xalq danışıq dilinə uyğun variantının qəbul edilməsi;
5) fonetik hadisələrin tətbiq olunmasının qarşısının alınması;
6) dilimizin təbiəti, səs və heca sistemi nəzərə alınmaqla bir sıra sözlərin tələffüz formalarının dəqiqləşdirilməsi;
7) alınma sözlərin tələffüzü ilə əlaqədar fonetik normaların qətiləşdirilməsi;
8) ahəng qanununun gözlənilməsi
Orfoepik qaydaların pozulmasına yol verilmir. Bu qaydalar hamı üçün vahid və məcburidir. Lakin bəzən danışıq zamanı orfoepik qaydaların pozulması halları olur. Orfoepik normalar başlıca olaraq 2 səbəbdən pozula bilir: danışanın öz dialektinin təsiri nəticəsində və orfoqrafiyanın təsirindən.
Müasir Azərbaycan dili tarixən sabitləşmiş və fikrin ədəbi ifadə olunmasına xidmət edən bir sıra vahid tələffüz qaydalarına malikdir. Bu qaydalar həm sait, həm də samit səslərə, həm qrammatik formalara, həm də başqa dillərdən keçmiş və tələffüzündə fərqli cəhətlər olan sözlərə aiddir.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin