M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə47/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   43   44   45   46   47   48   49   50   ...   76
İAK.Kitab.son

Orfoqrafik norma
Orfoqrafiya yunan sözü olub orhos doğru, düzgün, qraphos yazıram deməkdir. Bu, orfoqrafiyanın lüğəvi mənasıdır. Onun bir termin kimi mənası söz və qrammatik formaların vahid və sabit yazı qaydalarının məcmusu, toplusu deməkdir: “Orfoqrafiya – yazılı dil vahidlərinin yazılışını təmin edən qaydalar sistemidir”. Milli dilimiz üçün cəmiyyət tərəfindən qəbul edilən orfoqrafik qaydalar xalqa, milyonlara xidmət edir. Bu qaydalar dövlət tərəfindən təsdiq olunur, onun tələblərinə əməl etmək hamı üçün vacib sayılır.
Dilimizin orfoqrafiyası cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrlə bağlı dəfələrlə yeniləşmiş, köhnə, dildə əsası qalmayan ünsürlər atılmış, bu yolla yazı qaydaları təkmilləşdirilmişdir. Bu hadisələrlə bağlı orfoqrafiya lüğətləri də hər dəfə yenidən tərtib edilərək nəşr olunmuşdur. İlk orfoqrafiya lüğəti 1929-cu ildə nəşr edilmişdir. 1939-cu ildə yeni əlifbaya keçməklə əlaqədar orfoqrafiya qaydalarında xeyli dəyişikliklər edilmiş, həmin dəyişikliklər 1940-cı ildə nəşr olunan orfoqrafiya lüğətində öz əksini tapmışdır. 1958-ci ildə qəbul olunmuş orfoqrafiya qaydaları əsasında 1960-cı ildə növbəti lüğət (üçüncü lüğət) nəşr olunmuşdur. Lüğətin tərtibindən keçən vaxt ərzində elm, texnika və mədəniyyətin inkişafı, ictimai quruluşun dəyişilməsi, sosial həyatın digər sahələrindəki tərəqqi və yeniliklərlə əlaqədar dilimizin lüğət tərkibi də xeyli zənginləşmişdir. Bütün bu hadisələr yeni orfoqrafiya lüğətinin tərtib edilməsini zəruri edirdi.
Müstəqillik illərində “Azərbaycan dilinin orfoqrafiya qaydaları” Azərbaycan Respublikasının Prezidentinin 26 may 2004-cü il tarixli qərarına uyğun olaraq , Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. 12 yanvar 2004-cü il sərəncamına əsasən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 2004-cü, eləcə də 2013-cü illərdə nəşr olunmuşdur. Yeni orfoqrafiya normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 saylı Qərarı ilə təsdiqlənmiş və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə müəyyən dəyişiklik edilmişdir.
Orfoqrafiya qaydaları tərtib olunarkən üç prinsip əsas götürülür:
1. fonetik
2. morfoloji
3. tarixi-ənənəvi prinsip


Fonetik prinsip – Orfoqrafiyanın əsas və başlıca prinsipidir. Bu prinsipə görə sözlər eşidildiyi kimi, tələffüzə uyğun şəkildə yazılır. Dilimizdəki sözlərin çox hissəsi bu prinsip əsasında, yəni deyildiyi kimi yazılır. Məs.: qardaş, insan, idman, rəssam, sarı, yaşıl, yeddi və s.
Azərbaycan dilinin yazısı üçün təkcə fonetik prinsipi göstərmək olmaz. Çünki Ümumxalq Azərbaycan dilində eyni formada tələffüz olunan sözlərdən başqa, onun dialekt və şivələrində çox müxtəlif şəkildə tələffüz olunan sözlər vardır. Məs: asan, asand, hasan, hasant; ev, əv, öy; deyil, degil, dögül, dəyil və s. Əgər belə sözlər hər yerin tələffüzünə uyğun yazılsa, onda yazımızda hərc-mərclik, dolaşıqlıq əmələ gələr. Elə buna görə də müxtəlif şəkildə tələffüz olunan sözlərin bu formada yazılmasını müəyyən etmək üçün yazımızda başqa orfoqrafik prinsiplərdən də istifadə olunur.



Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin