M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ


Alınma sözlərdə samitlərin yazılışı



Yüklə 499,8 Kb.
səhifə50/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   46   47   48   49   50   51   52   53   ...   76
İAK.Kitab.son

3. Alınma sözlərdə samitlərin yazılışı
3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin ya­zı­lışında aşağıdakı qaydalar əsas götürülür:
3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.;
Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır.
3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır.
3.2. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:
3.2.1. sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş yazılır: Şedrin, Şerba, borş və s.;
3.2.2. ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meşşan, Vereşşagin və s.
3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, har­mo­ni­ya, Havana, Hegel, hektar, hidrogen, hippodrom, hospital, humanizm və s.
3.4. Birinci və ikinci hecasındakı samiti həm [m], həm də [n] kimi tələffüz olunan alınma sözlər n ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və s.
3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.
3.6. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium və s.
3.7. Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, Siciliya və s.
3.8. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialek­to­lo­giya, general, geologiya, gigiyena, etimologiya, gitara və s.
3.9. Əsli w samitli alınma sözlər hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s.
3.10. Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər q hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq və s. Bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda, yazıda heç bir də­yi­şik­lik baş vermir: filoloqaşəfəqiüfüqə və s.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin