M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə52/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   48   49   50   51   52   53   54   55   ...   76
İAK.Kitab.son

5.Şəkilçilərin yazılışı
5.1. Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s.
Qeyd. Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.
5.2. Sözdüzəldici şəkilçilər aşağıdakı üç qaydaya əsasən yazılır:
5.2.1. ahəng qanununa tabe olmayan və bir cür yazılan şəkilçilər:
-i şəkilçisi: samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi, Naxçıvani, şimali, Şirvani, tarixi və ssaitlə bitən sözlərdə isə şəkilçinin əvvəlinə samiti artırılır: ailəvi, dairəvi, Gəncəvi, kütləvi və s.;
-vari şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari, yüngülvari və s.;
-keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş;
-daş şəkilçisi: yoldaş, əməkdaş, yurddaş, soydaş;
-stan şəkilçisi: samitlə bitən sözlərdə şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstansaitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan;
-gil şəkilçisi: bacımgil, xalamgil, Əhmədgil və s.;
-zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.;
5.2.2. iki cür yazılan şəkilçilər:
kar samitlə bitən sözlərdə: -qan, -kən; cingiltili samitlə bitən sözlərdə -ğan, -gən şəkilçisi: çalışqan, yapışqan, döyüşkən, sürüşkən, deyingən və s.;
-ağan, -əyən şəkilçisi: qaçağan, güləyən, küsəyən və s.;
5.2.3. dörd cür yazılan şəkilçilər:
-kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki, gündüzkü və s.;
sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: darçını, badımcanı, narıncı, çərkəzi, armudu, gümüşü və s.;
saitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s.
5.3. Feil köklərindən isim və sifət düzəldən şəkilçilər:
5.3.1. kar samitlə bitən sözlərdə:
-qı, -ki, -qu, -kü şəkilçisi: asqı, seçki, pusqu, sürtkü və s.;
-qın, -kin, -qun, -kün şəkilçisi: satqın, bitkin, tutqun, ötkün və s. ;
5.3.2. cingiltili samitlə bitən sözlərdə:
-ğı, -gi, -ğu -gü şəkilçisi: çalğı, vergi, vurğu, bölgü və s.;
-ğın, -gin, -ğun, -gün şəkilçisi: qırğın, əzgin, yorğun, süzgün və s.
5.4. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə, şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Rəqəmlərdən sonra ahəng qanununa görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu.
5.5. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin