M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ


Qoşasaitli və qoşasamitli sözlərin yazılışı



Yüklə 499,8 Kb.
səhifə51/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   47   48   49   50   51   52   53   54   ...   76
İAK.Kitab.son

    Bu səhifədəki naviqasiya:
  • Qeyd.
4. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı
4.1. Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən alınma sözlər qoşa saitlə yazılır: ailə, bədii, camaat, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s.
4.2. Hecalarından biri [p] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [b] kimi tələffüz olunan sözlər qoşa p ilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tap­­pıl­tı, toppuz və s.
4.3. Hecalarından biri [k] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [g] kimi tələffüz olunan sözlər qoşa ilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s.
4.4. Hecalarından biri [t] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [d] kimi tələffüz olunan sözlər qoşa t ilə yazılır: əlbəttə, hətta, Səttar və s.
4.5. Hecalarından biri [kʹ] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [q] kimi tələffüz olunan sözlər qoşa q ilə yazılır: diqqət, doqquz, nəqqaş, saqqal və s.
4.6. Mənbə dildə tərkibində qq, ll, mm, pptt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, apelyasiya, vat və s.
4.7. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, zənn, zidd və s.
Belə sözlərə samitlə başlanan şəkilçi artırıldıqda, qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s.
Qeyd. Hiss və küll sözləri istisnadır. Hiss sözünə yalnız -siz şəkilçisi artırıldıqda, kökdəki s samitlərindən biri ixtisar olunur.
4.8. Mənbə dildə qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılır: hüsnxət, kilovat, mühüm, rəsmxət və s.
4.9. Söz ortasında qoşa s samiti olan aşağıdakı alınma sözlər bir s ilə yazılır: aksesuar, kaset, masaj, pasaj, şose.
4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres.
Qeyd. Press (mətbuat) sözü istisnadır.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin