Bəhməz - ağ tutdan bişirilmiş şirin mət.
Cəfəri - çoxillik ətirli göyərti növü.
Can əti - mal ətinin bel hissəsinin daxilində olan dadlı zərif ət parçası.
Cirə (xırda zirə) - tərkibində efir yağı və başqa minerallar olan ədviyyə.
Çölmə - dulus qabdan qazan və yaxud ləyən.
Çaytikanı - yabanı bitki, dərman və ədviyyə.
Dolma - içi doldurulmuş, ət, meyvə, tərəvəz və yarpaqdan xörək.
Düşbərə - içi ətli, fiqurlu bükülmüş duru xəmir xörəyi.
Dulus - sarı, xüsusi palçıqdan hazırlanıb bişirilmiş qablar.
Darçın - həmişəyaşıl darçın ağacının qabığı, xoş ətirli, xeyirli ədviyyə.