48
Belə bir cəhətə də diqqət yetirmək lazımdır: ənənəvi aşıq ifaçılıq məktəbləri və birliklər (sexlər) oxşar
anlayışlar olsa da, onları eyniləşdirmək olmaz. Həm məktəblər, həm də sexlər eyni bir funksional mühitə,
peşəkar istiqamətə aid musiqiçiləri birləşdirir. Lakin sex orta əsrlər dövründə şəhər mədəniyyətinin təsiri altında
yaranaraq, bu gün də öz ənənəvi formasını saxlamışdır; bu da əsasən musiqiçi-nağılçıların təşkilat forması kimi
xarakterizə olunur və onların cəmiyyətdəki ictimai statusunu müəyyənləşdirir. Sexlərdə birləşmiş musiqiçilər
hal-hazırda da peşə istiqamətinə görə birləşir (məsələn, aşbaz, toxucu və s. peşəkar insanların yaratdıqları
sexlər) və öz əsasnamələrinə (Şərqdə risalə - T.M.), bayrağına, məhkəmə, dəqiq vergi isteminə malik olur.
Məktəblər isə belə ictimai statusdan məhrum olub, yaradıcılıq, ifaçılıq baxımından birliyi nümayiş etdirir.
Şəhərdə mövcud olan sexlərə müxtəlif məktəblərin nümayəndələri daxil idi; eyni bir məktəbin yetirmələri isə
müxtəlif sexlərdə (indiki ansambllarda) fəaliyyət göstərə bilirdi.
Dostları ilə paylaş: