Şamil Fətullayev, Rizvan Babaşov
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 ciddə. “Az ərbaycan” cildi. “ Memarlıq” məqaləsi.
Bakı, 2007, səh.750-766.
63
Təsviri və dekorativ tətbiqi sənət
Təsviri sənət
Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri Mezolit dövrünün əvvəllərinə təsadüf
edir. Meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq,
zərgərlik məmulatı Azərbaycandakı yaşayış məskənləri üçün səciyyəvi olmuşdur. Monumental qaya
rəsmlərində qədim insanların mədəni və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin
yaxınlığındakı Azıx mağarasından əldə olunmuş arxeoloji
materiallar Azərbaycanın dünyada ən qədim insan məskənlərindən
biri olduğunu sübut edir.
Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. 12-6-cı
minilliyə aid Qobustan qaya rəsmləri, Kəlbəcər rayonunun Zalxa
gölü ətrafında Ayıçmqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün
əvvəllərinə (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən
şimalda Gəmiqaya dağındakı qayaüstü təsvirlər (e.ə. 3-1-ci
minilliklər) müstəsna əhəmiyyətə malikdir. Qobustanın
"Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər
qayalarındakı rəsmlərdə, burada yaşamış qədim insanların həyat
tərzi, məişəti, əməyi ilə bağlı müxtəlif səhnələr, insan və heyvan
təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri
(petroqliflər) ibtidai icma quruluşundan feodalizm mərhələsinə
kimi çoxəsrlik uzun tarixi dövrü əhatə edir.
Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş
və metal məmulatlarını bəzəyən naxışlar, rəsmlər, qabartmalar
(relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə
formalı qab (Naxçıvan MR-in Şahtaxtı kəndi), ikibaşlı maral fiquru
(Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan
təsviri cızılmış bürünc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü
yaxınlığındakı Həsənlu təpəsi), Mil, Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə
fərqlənir (e.ə. 8-7 əsrlər). Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə nümunələri -
dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.
Həkkaklıq
və
heykəltəraşlıq
nümunələri Albaniya dövrü sənətində geniş
yayılmışdı. Mingəçevir məbədinin (V-VI
əsrlər) daş kapitelinin səthində müqəddəs
dirilik ağacının solunda və sağında üz-üzə
dayanmış iki tovuz quşunun qabartma təsviri
Albaniya dövrü heykəltəraşlığının ən kamil
nümunələrindəndir. Bədii metal (torevtika)
məmulatlarının tərtibində də plastik formalara
tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala
və s. yerlərdən tapılmış gümüş camların,
bürüncdən hazırlanmış su qablarının üzərində
maral, şir, tovuz quşu, buta təsvirləri
verilmişdir. Bu dövrün dairəvi və qabartma
heykəltəraşlıq nümunələrində (tuncdan və
daşdan) insan və heyvan təsvirləri, məişət, ov
və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur.
Azərbaycanda islam dininin yayılması ilə bağlı
qədim tarixi şəhərlərdən Qəbələ, Naxçıvan,
Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz,
Marağa və Ərdəbildə memarlıq kompleksləri,
saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin tikililərin dekorativ tərtibatında xəttatlıq, qabartma
elementləri, daş üzərində oyma, həndəsi və nəbati naxışlar, şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament
motivləri başlıca yer tutur.
64
XIII əsrin əvvəllərində Şirvanşahların Bakı buxtasında tikilmiş "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan
memarlıq abidəsi üzərindəki kitabə və qabartma təsvirlər tikilinin dekorativ tərtibatında həlledici rol oynamışdır.
Vaxtilə quruda yerləşən bu möhtəşəm memarlıq abidəsinin dekorativ elementlərini təşkil edən "Bayıl
daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda
işlənmişdir.
Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ-tətbiqi sənətlə bir məcrada inkişaf etmişdir. Gəncə,
Beyləqan və digər şəhərlərdən tapılmış keramika nümunələri üzərində nəbati və həndəsi naxışlarla yanaşı,
iticaynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilmişdir.
Azərbaycan təsviri sənəti memarlıqla da üzvi əlaqədə
olmuşdur. Şəki, Şuşa, Quba, Ordubad, Lahıc və s. şəhər və
yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar
rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlı idi. XVIII-XIX
əsrlərdə Usta Abbasqulu, Usta Qənbər Qarabaği, Usta Əliqulu,
Usta Qurbanəli, Usta Şükür Qənbər oğlu və başqa sənətkarlar
tərəfindən Şəki xanlarının sarayında yaradılmış divar rəsmləri
dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi
ilə fərqlənir. Sarayın daxili salon və otaqlarında əlvan və şux
rənglərlə işlənmiş rəsmlər, stilizə edilmiş naxışlar, insan, heyvan
və quş təsvirləri, müharibə və ov səhnələrini canlandıran
çoxfiqurlu dinamik kompozisiyalar bir-birini əvəz edir. XIX əsrdə
Azərbaycanda olmuş rus rəssamlarından Qriqori Qriqoryeviç
Qaqarin və Vasili Vasilyeviç Vereşşaginin əsərlərində Bakı, Şuşa,
İrəvan və digər şəhərlərin memarlıq abidələrinin təsvirini görmək
mümkündür. Azərbaycan dəzgah boyakarlığının təşəkkülü Mirzə
Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha
səmərəli fəaliyyət göstərmiş, "Rəqqasə", "Dərviş", "Pəhləvan", "Süvari", "Gənc oğlan", "Gənc qadın" kimi bədii
cəhətdən kamil əsərlər yaratmışdır. Azərbaycan monumental boyakarlığının zəngin ənənələri İrəvanda Sərdar
sarayının (XX əsrin ortalarında saray erməni vandalları tərəfindən uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın
divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilmişdir), Şuşada bir sıra evlərin divar rəsmlərində davam
etdirilmişdir.
Azərbaycan mədəniyyəti tarixində istedadlı şair, musiqi
nəzəriyyəçisi və xəttat kimi tanınmış Mir Möhsün Nəvvab rəssamlıq
sahəsində də fəaliyyət göstərmişdi. Onun əsərlərində təbiət motivləri,
güllərin, quşların təsviri əsas yer tutur. Bu dövrdə şair Xurşudbanu
Natəvanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri və dekorativ-tətbiqi
sənət nümunələri də diqqəti cəlb edir.
XIX əsrin 20-ci illərində Şimali Azərbaycanın Rusiyaya
birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində avropasayağı realist
təmayüllər getdikcə gücləndi, bədii yaradıcılığın yeni sahələri meydana
gəldi. XX əsrin əvvəllərində "Molla Nəsrəddin" və digər jurnalların,
eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janrları
yarandı. "Molla Nəsrəddin" jurnalının rəssamları Əzim Əzimzadə, Xəlil
Musayev, Karl Rotter və Oskar Şmerlinq dövrün ictimai-siyasi
problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət
göstərirdilər. Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai
bərabərsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin
karikaturalar, şarjlar yaradırdı. Rəssamın məşhur "Yüz tip" rəsmlər
silsiləsi, qədim azadlığı və siyasi motivlərə həsr olunmuş akvarelləri
aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə Mirzə Ələkbər Sabirin
"Hophopnamə" əsərinə çəkdiyi illüstrasiyalar Ə.Əzimzadənin ən uğurlu
işlərindəndir.
Azərbaycan realist dəzgah boyakarlığının yaradıcılarından biri
olan Bəhruz Kəngərlinin "İlanlı dağ Ay işığında", "Günəş batarkən", "Bahar" mənzərələri, "Elçilik", "Toy" kimi
məişət kompozisiyaları Azərbaycan təsviri sənətinin dəyərli örnəklərindəndir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti dövlət gerbinin və rəsmi sənədlərdə istifadə üçün üzərində
dövlətin adı və gerbi təsvir edilən dövlət möhürünün layihələrinin hazırlanması məqsədilə 1919-cu il martın 23-
də müsabiqə elan etdi. Təqdim olunmuş layihələr keçmədiyindən hökumət hərbi ordenlər, milli himn, dövlət
gerbi və möhürü layihələrinin hazırlanması üçün təkrar müsabiqə haqqında qərar çıxardı. Müsabiqədə ilk
65
peşəkar azərbaycanlı heykəltəraş Zeynal Əlizadə iştirak edirdi. Onun eskizləri əsasında buraxılmış döş və xatirə
medallarında parlament binası, bayraq, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngi təsvir
olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu müsabiqənin başa çatdırılmasına imkan vermədi.
Cümhuriyyət dövründə milli rəngkarlıq sənəti də inkişaf edirdi. Ə.Əzimzadənin karikaturaları "Zənbur"
jurnalında dərc olunurdu. Onun əsərlərində erməni-daşnak quldurlarının ağlasığmaz vəhşilikləri də əksini
tapmışdır. Bəhruz Kəngərli də yaradıcılığında bu mövzuya müraciət etmiş, məşhur "Qaçqınlar" silsiləsini
yaratmışdır. Bundan əlavə, Ə.Əzimzadə "Otello", "Aşıq Qərib", "Dəmirçi Gavə" tamaşalarının dekorasiya və
geyim eskizlərini hazırlamış, B.Kəngərli Naxçıvan teatrında "Hacı Qara", "Ölülər", "Dağılan tifaq", "Pəri-cadu"
və s. tamaşaların bədii tərtibatını vermişdir. Əlibəy Hüseynzadənin "Şeyxülislamın portreti" və "Bibi-heybət
məscidi" əsərləri də bu dövrün məhsuludur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan
(1920) sonra incəsənət sahəsində də mürəkkəb proseslər
baş verdi. Yeni dövlət sisteminin, eləcə də ideologiyanın
yaranması sənət və sənətkarlar qarşısında yeni tələblər
qoyurdu. Bir müddət köhnə ənənələr (məsələn, "Molla
Nəsrəddin" jurnalında) yeniləri ilə yanaşı yaşasa da,
yeganə sifarişçi olan dövlət bu sənət növünü də öz təsir
dairəsinə almağa başladı. Kommunistlərin dövlətin də
siyasətinə çevrilmiş "Ya bizdən ol, ya bizə qarşı" tələbi
müstəqil düşünməyi, mövzu, ifadə tərzi seçməyi
sənətkarlara tədricən yasaq edirdi. Yeni ideologiyanı
yaşadacaq kadrlara ehtiyac duyulurdu.
1920-ci ildə Bakı Dövlət Rəssamlıq Texnikumu
yaradıldı. 1928-ci ildə Gənc Rəssamlar Cəmiyyəti
meydana gəldi. Yeni rəssamlar nəsli yetişməyə başladı. Əlbəttə, onların mütərəqqi Qərbi Avropa, rus
incəsənətinin bədii üslubunu mənimsəməsi müsbət hadisə idi. Bununla belə, gənc rəssamlar sovet
ideologiyasından irəli gələn, məhdud çərçivəyə salınmış sifarişləri yerinə yetirməyə məcbur idilər.
1934-cü ildə sosialist realizmi bütün SSRİ-də olduğu kimi Azərbaycanda da yeganə yaradıcılıq
metoduna çevrildi. Əslində bu, metod yox, partiya tapşırığı idi. "Hər şeyi inqilabi inkişafda görmək və təsvir
etmək", "sosializmin qalibiyyətli yürüşünü tərənnüm etmək" rəssam və heykəltəraşların da yaradıcılıq
kredosuna çevrildi. Azərbaycan rəssam və heykəltəraşları öz fəaliyyətlərini bu istiqamətdə qursalar da, onların
yaradıcılığında mütərəqqi ənənələr də geniş yer tuturdu. Təsviri sənətdə yeni növ və janrlar yaranırdı.
30-cu illərdə qrafika sahəsində Qəzənfər
Xalıqov, İsmayıl Axundov, Əmir Hacıyev, Mixail
Aleksandroviç Vlasov, Kazım Kazımzadə, Əliağa
Məmmədov və başqa rəssamlar da fəaliyyət
göstərir, Azərbaycan və xarici ölkə yazıçılarının
əsərlərinə illüstrasiyalar çəkir, müxtəlif aktual
mövzularda
siyasi
plakatlar
yaradırdılar.
Azərbaycanın müasir dəzgah boyakarlığının
təşəkkülü 20-ci illərdə Azərbaycan Dövlət
Rəssamlıq Məktəbini bitirmiş gənc rəssamların
fəaliyyəti ilə bağlı olmuşdur. 30-cu illərdə
Azərbaycan İnqilabi Təsviri İncəsənət Birliyinin
təşkil etdiyi sərgi böyük uğur qazandı. Bakıda və
Moskvada nümayiş etdirilən ilk rəssamlıq
sərgilərində Salam Salamzadə, Q.Xalıqov,
Ələkbər Rzaquliyev və başqalarının müasir
mövzulara həsr etdikləri tablolar mühüm yer
tuturdu. Boyakarlıq sahəsində bir sıra uğurlar
qazanıldı. Sadıq Şərifzadənin "Üzüm yığımı", Həsən Haqverdiyevin "Ə.Əzimzadənin portreti", Q.Xalıqovun
"Nizami Gəncəvinin portreti", Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Baba Əliyev, Səttar Bəhlulzadə, Tağı
Tağıyev və Kamil Xanlarovun məişət və tarixi tabloları kolorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb
edirdi.
Azərbaycanda müasir peşəkar heykəltəraşlığın təşəkkülü və inkişafı ötən əsrin 20-ci illərindən başlayır.
Bu illər incəsənətdə mürəkkəb və ziddiyyətli dövrdür. 30-cu illərdən "əməkçi insanların", marksizm-leninizm
klassiklərinin obrazlarının yaradılması, bütün yaşayış məntəqələrində sovet rəhbərlərinin heykəllərinin
qoyulması, büstlərinin düzəldilməsi geniş yayılırdı. Bu nümunələrin əksəriyyəti trafaret xarakterli olub,
66
sənətkarlıq baxımından aşağı səviyyədə idi. Bununla belə
67
Milli və ümumtürk mədəni irsinə söykənən qavrayış xalq rəssamı Rasim Babayevin yaradıcılığının
əsasını təşkil edir. Onun rəngkarlıq dünyası, qəhrəmanları Abşeron kəndlərində, Xəzər sahillərində
qərarlaşmışdır. O, dünyəvi həyatı bütün çalarları, gözəllikləri və faciəviliyi ilə əks etdirir. "Püstə ağacı" (1970),
"Ailə" (1971), "Motiv-obraz axtarışında" (1971), "Bahar" (1976) əsərləri sənətkarlıq və dərin bədiilik
baxımından diqqəti cəlb edir. "Adəm və Həvv
Ac
68
olmaq duyğusuna çağırır. F.Xəlilovun yaradıcılığı yeni milli-fəlsəfi janrın təşəkkülü və formalaşmasını əks
etdirir.
Cavad Mircavadov, Əşrəf Murad, Qorxmaz Əfəndiyev, Tofiq Cavadov, Tələt Şıxəliyev, Müslüm
Abbasov, Kamal Əhmədov, Sənan Qurbanov, Rasim Babayev, Fərhad Xəliliov, Mirnadir Zeynalov, Nazim
Rəhmanov, Gennadi Brijatyuk, Əlövsət Əliyev, Həmzə Abdullayev, Qəyyur Yunus, Səhhət Veysov, Ağaəli
İbrahimov, İsmayıl Məmmədov, Sirus Mirzəzadə, Fikrət Haşımov, Fərman Qulamov, Asim Səmədov və
başqalarının əsərlərində mifoloji təsəvvürlər ilə müasir
boyakarlıq axtarışları uzlaşmışdır.
Azərbaycan təsviri sənətində müasir avanqard
təmayülün banilərindən olan C.Mircavadovun "Çılpaq rəsmlər"
silsiləsi, Şərq miniatürləri mövzusunda improvizələri, "Əsrlərin
himni" əsəri rənglərin qeyri-adi dolğunluğu ilə fərqlənir.
Həyatın fəci tamaşa, amansız mübarizə kimi qavrayışı onun
əsərlərində qrotesk ifadəliliyi ilə seçilən çılğın dramatik
obrazlarda əksini tapır. Sənətkarın əsərlərində qara cizgilər
formf
!
f]
(
]
sa n l ci r
gi
qr
i
iid
69
C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərinin tamaşasının quruluşçu rəssamları kimi müasir sənətşünaslığa
səhnəqrafiya anlayışını gətirmişlər.
İkinci dünya müharibəsindən sonra Azərbaycanda monumental və dəzgah heykəltəraşlığı yeni inkişaf
mərhələsinə qədəm qoydu. N.Gəncəvinin Gəncədə (1946; SSRİ Dövlət mükafatı, 1947) və Bakıda (1949)
abidələri SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Fuad Əbdürrəhmanovun yaradıcılığında mühüm
mərhələ idi. Onun Bakıda qoyulmuş "Azad qadın" heykəli
(1960), S.Vurğunun (1961), Sovet İttifaqı Qəhrəmanı Mehdi
Hüseynzadənin (1973), Düşənbədə şair Rudəkinin (1964,
SSRİ R
70
(1974, Naxçıvan), "C.Cabbarlı" (1982, Bakı) abidələri və "Uxuru" ("Azadlıq"), "Neftçi", "Xəzri" kimi lirik
səpgili əsərləri Azərbaycan heykəltəraşlığının nailiyyətlərindəndir.
Moskva (1991, heykəltəraşlar Telman və Eldar Zeynalov qardaşları) və Sankt-Peterburqda (2002,
heykəltəraş Görüş Babayev) dahi Nizaminin, Brüsseldə Dədə Qorqudun (2004, heykəltəraş Namiq Zeynalov),
Vyanada Ü.Hacıbəyovun (2006, heykəltəraş Ömər Eldarov) abidələrinin qoyulması Azərbaycan
heykəltəraşlığının yeni uğurlarıdır. İstedadlı qadın heykəltəraşlar - Zivər Məmmədova ("Ə.Əzimzadənin
portreti", 1941; "Ü.Hacıbəyovun portreti", 1946), H.Abdullayeva (Şuşada M.P.Vaqifin abidəsi, 1957; "Laylay"
heykəl kompozisiyası, 1963), E.Hüseynova ("Ailə", 1960; "Ana", 1970; Bakıda H.Zərdabinin abidəsi, 1983),
M.Rzayeva, Z.Əliverdiyeva öz əsərlərində müxtəlif mövzulara müraciət etmişlər. E.Şamilov, Q.Sücəddinov,
A.Mustafayev, S.Qurbanov, F.Salayev, Ə.Salikov, F.Nəcəfov, F.Bakıxanov, A.Qazıyev, M.Rüstəmov,
K.Ələkbərov, Ə.Mirzəyev, A.Rüstəmov, H.Musayev, V.Şərifov, G.Babayev, Ş.Şərifov, Telman və Eldar
Zeynalov qardaşları, A.Əsgərov, X.Əhmədov, Z.İsgəndərov, H.Haqverdiyev, S.Zakiri və başqa heykəltəraşların
əsərlərində milli ənənələrlə yanaşı yenilik, forma emosionallığı məsələləri xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan qrafika sənətinin inkişafında mövzu, janr, bədii üslub rəngarəngliyi sahəsində axtarışlar
həlledici yer tutur. Dəzgah qrafikası növlərində silsilə əsərlər yaradılmışdır. Xalq rəssamı Maral Rəhmanzadənin
yaradıcılığında qrafikanın bütün növləri öz dolğun, kamil təzahürünü tapmışdır. O, həm bədii-estetik, həm də
texniki ifadə cəhətdən mürəkkəb bədii problemləri ustalıqla həll etmişdir. Onun əmək və məişət mövzusunda
"Bizim Xəzərdə" (1953-56), "Vətənim" (1964), "Mənim bacılarım" (1965-82) qrafik silsilələri obrazların
həyatiliyi və milli xüsusiyyətləri ilə fərqlənir. Rəssam doğma Bakının keçmişi və müasir simasını bir neçə
silsilədə əks etdirmişdir. O, Nizami,
Füzuli, Heyran xanım, M.S.Ordubadi,
Ə.Cəfərzadə və başqalarının əsərlərinə
maraqlı illüstrasiyalar çəkmişdir.
Ə.Rzaquliyevin "Köhnə Bakı",
"Xalçaçılar", R.Babayevin "Qobustan",
"Xınalıq" linoqrvavüra silsilələri xalq
məişətinin real lövhələri, ifadə yetkinliyi
ilə seçilir.
Y.Hüseynov kitab tərtibatı, dəzgah
qrafıkası və boyakarlıq sahələrində
fəaliyyət
göstərir.
Onun
"Xəzərin
ənginliklərində"
rəngli
linoqravüra
silsiləsi, "Xınalıq", "Odlar yurdu", "Xəzər
balıqçıları" əsərləri Azərbaycan qrafika
sənətinin uğurlarıdır.
Rəssamlardan
A.Hacıyev,
R.Mehdiyev, Ə.Məmmədov, E.Aslanov,
C.Müfidzadə, N.Babayev, B.Hacıyeva və
başqalarının linoqravüra, ofort və rəsm
silsilələri,
illüstrasiyaları
obrazların
müasirliyi ilə fərqlənir. Orta nəslin nümayəndələrindən A.Hüseynov, A.Rüstəmov, A.Ələsgərov, Ə.Səlimov və
R.Hüseynovun yaradıcılığı rəsm və kompozisiya ahəngdarlığı, fərdi üslub orijinallığı ilə diqqəti cəlb edir.
Tanınmış qrafik, xalq rəssamı K.Kazımzadənin yaradıcılığı epik və lirik xarakter daşıyır. O, Nizaminin
"Xəmsə"sinə (1957), "Dədə Qorqud" dastanına (1967), Əlişir Nəvainin, Şah İsmayıl Xətainin və başqa
klassiklərin əsərlərinə maraqlı illüstrasiyalar çəkmişdir.
Q.Xalıqov, İ.Axundov, Ə.Hacıyev klassik Azərbaycan ədəbiyyatı və folklor nümunələrinə, xüsusilə
Nizami və Xaqaninin əsərlərinə, M.Abdullayev "Kitabi-Dədə Qorqud" boylarına, Füzulinin "Leyli və Məcnun"
poemasına, S.Rəhimovun "Şamo" romanına maraqlı illüstrasiyalar çəkmişlər.
O.Sadıqzadə Qərbi Avropa, rus və Azərbaycan klassiklərinin (V.Hüqo, İ.Turgenev, M.Qorki, Nizami,
Xaqani, Nəsimi, C.Məmmədquluzadə və başqa) əsərlərinə silsilə illüstrasiyalar həsr etmişdir.
Plakat janrının inkişafı Q.Xalıqov, Ə.Hacıyev, K.Kazımzadə, H.Əliyev və Y.Ağayev, Elmira
Şahtaxtinskaya, H.Nəzərov, C.Qasımov, A.Əzizov, M.Qumriyev, V.Ağababayeva, Q.Yolçuyev və başqalarının
adları ilə bağlıdır.
Xalq rəssamı E.Şahtaxtinskaya "Azərbaycan qədim mədəniyyət diyarıdır" silsilə portret plakatlarında
görkəmli alim və mütəfəkkirlərin, klassik şairlərin, sənət xadimlərinin obrazlarım canlandırmışdır.
Nəcəfqulu, Q.Xalıqov, İ.Axundov, K.Kazımzadə, S.Şərifzadə, H.Haqverdiyev, həmçinin Z.Kərimbəyli,
A.Quliyev, R.Qədimov, Ə.Zeynalov və digər rəssamların karikaturaları satirik janrın inkişafında əhəmiyyətli
71
yer tutmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mədəniyyətin, o cümlədən təsviri
sənətin inkişafında yeni mərhələ başlamışdır.
2000-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ölkənin mədəni həyatında,
eləcə də gənc nəslin inkişafında böyük rol oynayan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradıldı. Yeni
stilistikada A. Sadıqzadə, Ə. Əlimirzəyev, Z. Hüseynov, M. Əbdürrəhmanov, E. Qurbanov, Ə.
Nərimanbəyova,
S. Şıxlinskaya, M. Əmirov, A. Xəlilov, Ə. Bədəlov,
V. Muradov və başqaları işləyirlər.
F.Salayev, M.Əliyev, N.Dadaşov, M.Eldarov,
A.Useynov, H.Haqverdiyev, M.Rüstəmov kimi
heykəltəraşlar dəzgah heykəltəraşlığı sahəsində maraqlı
əsərlər yaratmışlar.
1990-cı ildən Azərbaycanda konseptual
incəsənətin müxtəlif nümunələri (instaliasiya, videoart)
yaranır. Bədii fotoqrafiya incəsənəti inkişaf edir. Qeyri-
hökumət təşkilatları səviyyəsində də müxtəlif
strukturlar, birliklər, özəl qalereyalar yaradılır.
Azərbaycan
rəssamları
beynəlxalq
layihələr
çərçivəsində Fransa, ABŞ, Yunanıstan, Rusiya, Türkiyə
və digər ölkələrdə keçirilən müasir incəsənət festivallarında müvəffəqiyyətlə iştirak edirlər.
Dostları ilə paylaş: |