Nurəddin Həbibov, Cəmilə Həsənzadə
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007, “ Təsviri və
dekorativ-tətbiqi sənətlər” məqaləsi, səh.766-774.
72
Miniatür
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür
sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Kitab illüstrasiyası kimi yaranıb formalaşan
Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. 13 əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-
Xoyinin "Vərqa və Gülşa" əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) yalnız Azərbaycanda
deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.
XII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti
sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür
boyakarlığınının ən qüdrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya
şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türküstan, Orta Asiya və başqa Şərq
ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma
nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarından Bəhtişunun "Mənafi əl-
heyvan" əsərinə (1297/98; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin "Cami ət-təvarix" (1306-cı il nüsxəsi,
Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi,
Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. "Cami ət-təvarix"
əlyazmalarının müxtəlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında
xüsusi mərhələ təşkil edir.
XIV əsrin ortalarında Təbriz rəssamları qrafik və
boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii
üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-50-ci
illərə aid edilən "Böyük Təbriz Şahnaməsi", yaxud
"Demott Şahnaməsi" adlanan məşhur əlyazmanın
miniatürlərində öz əksini tapmışdır. Əksəriyyəti dövrün
görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən
çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və
kitabxanalarında saxlanılır. Əlyazmanın 120 miniatüründən
yalnız 58-i məlumdur. Bunlardan "Firidun oğlunun
cənazəsini qarşılayır", "İrəcin ölüm xəbəri" (Frir
qalereyası, Vaşinqton), "Əsir alınmış Ərdəvan Ərdəşirin
hüzurunda" (Veve kolleksiyası, Paris), "Rüstəmin dəfni",
"İsgəndərin cənazəsi üzərində ağlaşma" və s. miniatürlər
süjetin dramatik həlli, obrazların dərin emosional ifadəliliyi
ilə Yaxın və Orta Şərq miniatür sənətində müstəsna yer
tutur. Sonrakı dövrlərdə istər Azərbaycanda, istərsə də İran
və Orta Asiyada hazırlanmış "Şahnamə" nüsxələrində
illüstrasiyalar üçün süjetlərin seçilməsi və onların
ikonoqrafıyasının yaranmasında "Demott Şahnaməsi"nin
böyük rolu olmuşdur. Məhz buna görə bir sıra alimlər haqlı
olaraq Təbriz məktəbinin qonşu ölkələrdə miniatür
sənətinin yaranması və inkişafına böyük təsir göstərdiyini
qeyd edirlər.
Azərbaycan miniatür sənətinin bədii üslub
xüsusiyyətləri XV əsrin əvvəllərində daha da
təkmilləşmişdir. Nizami Gəncəvinin "Xosrov və Şirin"
poemasına, sonuncu Cəlairi hakimi Sultan Əhmədin şeirlər "Divanf'na dahi rəssam Əbdəl-Xoyinin çəkdiyi
rəsmlərdə (1405-10, Frir qalereyası, Vaşinqton) və Əssar Təbrizinin "Mehr və Müştəri" əsərinə çəkilmiş (1419)
illüstrasiyalardakı (xəttat Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri ilə seçilir.
XV əsrin əvvəllərində məşhur Azərbaycan xəttatı Cəfər Təbrizi, bədii cild ustası Qəvaməddin,
rəssamlardan Xoca Əli və Qiyasəddin kimi görkəmli Təbriz sənətkarlarının Heratda geniş yaradıcılıq fəaliyyəti,
Şərqin böyük rəssamı Kəmaləddin Behzadın Heratda Pir Seyid Əhməd Təbrizidən rəssamlıq dərsi alması və
başqa tarixi faktlar göstərir ki, Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini yetkin sənətkarlarla təmin
edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F.Şults Təbriz məktəbini qonşu Şərq
ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş "ana məktəb" ("mutter schule") adlandırmışdır.
XV əsrdə Təbriz məktəbinin təsiri ilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlamışdı. Bu dövrdə
"Şərq poeziyası antologiyası", yaxud "Şamaxı antologiyası"na (1468, Britaniya muzeyi, London) və başqa
əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər ("Mehtər", "İki
əmir", Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.
73
Qaraqoyunlular sülaləsinin hakimiyyəti dövründə Cahanşahın oğlu Pirbudaq bir neçə nəfıs əlyazmalar
sifariş etmişdi. Onlardan ən görkəmlisi 1460-cı illərdə hazırlanmış "Kəlilə və Dimnə"nin nüsxəsidir (Tehran,
Gülüstan saray kitabxanası). Gözəl miniatürlərlə bəzədilmiş əlyazmanın "Şirlə öküzün döyüşü", "Qarğalar
bayquşların yuvalarmı yandırır", "Ceyran, tısbağa və qarğa" və s. rəsmləri əsrin ən gözəl abidələrindəndir.
1481-ci ildə Sultan Yaqub üçün hazırlanan və I Şah İsmayıl dövründə tamamlanan Nizami
"Xəmsə"sinin İstanbul nüsxəsinə XVI əsrin əvvəllərində çəkilmiş 9 miniatür bu cəhətdən istisna təşkil edir.
Obrazlı ifadə vasitələrinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorativliyinə, kolorit zənginliyinə görə
bu miniatürlər ("Şirin çimərkən Xosrovun ona tamaşa etməsi", "İsgəndər və Dara", "İsgəndər və çoban",
"İsgəndər Nüşabənin sarayında" və s.) XVI əsrə aid eyni məzmunlu miniatürlərdən əsaslı surətdə fərqlənir. Bu
əsərlərin XVI əsrdə Təbriz miniatür məktəbinin banisi Sulan Məhəmməd, onun müasirləri və tələbələri
tərəfindən çəkilməsi şübhəsizdir. Təsadüfi deyil ki, bu dövrdə və daha sonralar Təbrizdə işlənmiş, lakin
müəllifləri bəlli olmayan ən dəyərli miniatürlər adətən Sultan Məhəmməd məktəbinə, yaxud onun üslubuna aid
edilir.
Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər
dövlətinin yaranması ilə Azərbaycanın paytaxtı Təbriz yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik
fikrin, bədii yaradıcılığın əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında
böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər
Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Şərqin Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah
Mahmud Nişapuri, Dust Məhəmməd kimi görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər.
XVI əsrin əvvəllərindən başlayaraq Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi daha da
genişlənmişdi. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi və başqa klassiklərin əsərləri,
poetik süjet və obrazları Təbriz rəssamlarının yaradıcılığında əsas yer tuturdu. Təsviri sənətdə ən çox, ən dəyərli
miniatürlər iki əsərə "Şahnamə" və "Xəmsə"yə çəkilirdi.
Son dərəcə zərif işlənmiş 3 kiçik
miniatürlü "Şah və Dərviş" (M.Y.Saltıkov-Şedrin
ad. kitabxana, Sankt-Peterburq), 258 miniatürlə
bəzədilmiş "Şahnamə" (1537; miniatürlərin bir
qismi Nyu-Yorkdakı Metropoliten-muzeydə,
qalan
hissəsi
Nyu-Yorkda,
Haufton
kolleksiyasmdadır) və 14 ədəd nadir mi-niatürü
ilə dünya şöhrəti qazanmış "Xəmsə" (1539-43,
Britaniya muzeyi, London) əlyazmaları zəngin
bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə
Şərqdə kitab sənətinin və miniatür boyakarlığının
şah əsərləri hesab edilir. "Şahnamə"yə çəkilmiş
miniatürlərdən
Sultan
Məhəmmədin
"Keyumərzin məclisi", "Zöhhakm edam
edilməsi", Mirzə Əli Təbrizinin "Hindistan
elçilərinin qəbulu", Müzəffər Əlinin ov və döyüş
səhnələri, Mir Seyid Əlinin saray məclisləri
təsvir olunan əsərləri, "Xəmsə"yə çəkilmiş
miniatürlərdən Sultan Məhəmmədin "Sultan
Səncər və qarı", "Şirin çimərkən Xosrovun ona
tamaşa etməsi", "Məhəmməd Peyğəmbərin
meracı", Mir Müsəvvirin "Ənuşirəvan və
bayquşların söhbəti", Mirzə Əli Təbrizinin
"Xosrov Barbədin musiqisini dinləyir", "Şapur
Xosrovun portretini Şirinə göstərir", Mir Seyid
Əlinin "Dilənçi qarının Məcnunu Leylinin
yanma gətirməsi" və s. əsərlər Şərq miniatür
sənətinin zirvəsini təşkil edir. Azərbaycan
rəssamları "Şahnamə" və "Xəmsə"dən başqa, digər poetik əsərlərə də orijinal miniatürlər çəkmişlər. Bunlardan
Sultan Məhəmmədin 1530-cu illərdə Hafızin "Divan"ına çəkdiyi "Sam Mirzənin kef-musiqi məclisi",
"Meyxanada", naməlum rəssamların Ə.Cami, Əmir Xosrov Dəhləvi və başqa klassiklərin əsərlərinin
əlyazmalarına, Sədinin külliyyatına (hamısı M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) və başqa
əlyazmalarına çəkdikləri miniatürləri göstərmək olar.
Miniatür sənətində XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf
edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəldi. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil
74
miniatürlərdə, əsasən, adi həyat hadisələri təsvir edilirdi. Rusiya (Sankt-Peterburq), Türkiyə (İstanbul), eləcə də
Avropa və ABŞ-ın bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda (mürəkkələrdə) toplanmış,
bəzən də sırf dekorativ bəzək məqsədilə müxtəlif əlyazma kitablarına sonralar daxil edilmiş belə miniatürlərdən
Mirzə Əli Təbrizinin "Sarayda musiqi məclisi", Sultan Məhəmmədin "Ov səhnəsi" triptixləri, Mir Seyid Əlinin
"Kənd həyatı" və "Şəhər həyatı" tabloları Şərq miniatür sənətində müstəsna yer tutur.
XVI əsrin ortalarında Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və başqa rəssamlar bir sıra
portret miniatürləri yaratmışlar. Müəyyən kanonlar əsasında yaradılan bu portretlərdə əsas məqsəd hökmdarm
zahiri gözəlliyini tərənnüm etmək olmuşdur.
XVI
əsrin
2-ci
yarısında saray kitabxanasında
fəaliyyət
göstərən
rəssamlardan
bir
qrupu
Səfəvilər
dövlətinin
paytaxtının Təbrizdən Qəzvinə
köçürülməsindən sonra yeni
mərkəzə toplaşdı. Azərbaycan
rəssamlarının Qəzvində 1575-
ci ilə
qədər çəkdikləri
miniatürlər
bədii
üslub
xüsusiyyətlərinə görə Təbriz
dövrü miniatürlərindən əsla
seçilmir və Təbriz üslubunun
məntiqi davammı təşkil edir.
Qəzvində yeni üslubun
yaranıb formalaşması Sultan
Məhəmməd
ənənələrinin
davamçıları Siyavuş bəy, Mir
Zeynalabdin Təbrizi, Əli Rza
Abbasi Təbrizi, xüsusilə dövrün ən görkəmli ustad rəssamları Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə
bağlıdır. Bu dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks
etdirən müstəqil miniatürlər çəkilmişdir. Rəssam, xəttat, şair və təzkirəçi Sadıq bəy Əfşarın çəkdiyi portretlər
("Süvari dərviş", Milli Kitabxana, Paris; "İstirahət edən dərviş", Gülüstan muzeyi, Tehran), Məhəmmədinin sadə
adamların həyatından bəhs edən rəsmləri ("Baharın müjdəçisi", M.Y.Saltıkov-Şedrin adına kitabxana, Sankt-
Peterburq; "Kənd həyatı", Luvr, Paris), Ə.Caminin "Sübhət ül-əbrar" ("Möminlərin təsbehi") əsərinin 1613-cü il
tarixli əlyazmasına Əli Rza Abbasi Təbrizinin çəkdiyi miniatürlər və
s. əsərlər bu sənətin məzmun və formaca tamamilə yeni, orijinal
mahiyyət kəsb etdiyini göstərir. Bu dövrdə miniatür sənətinin mövzu
dairəsi genişlənir, həyatla əlaqəsi daha da möhkəmlənir, o, ideya
məzmununa görə demokratikləşir, bədii forma cəhətdən sadələşir,
onun realist təsvir vasitələri güclənir. Əksəriyyəti "siyah qələm"
texnikası ilə çəkilmiş monoxrom rəsmlərdən, yaxud açıq və şəffaf
rənglərlə işlənmiş miniatürlərdən ibarət olan bu əsərlər bir tərəfdən
dekorativ üslubun, şux və əlvan rəngli klassik kitab miniatürlərinin
tədrici tənəzzülünü göstərir, digər tərəfdən isə realist təsvir metoduna
yaxınlaşan dəzgah boyakarlığı və qrafikasının getdikcə inkişafmı əks
etdirir. Azərbaycan miniatür sənətində gedən bu prosesi
sürətləndirən amillərdən biri də Avropa təsviri sənətinin Şərq
incəsənətinə təsirinin başlanması idi.
Təbriz məktəbi qonşu ölkələrlə yaradıcılıq əlaqəsi saxlamış,
məktəbin nümayəndələri müxtəlif vaxtlarda bir çox Şərq ölkələrində
fəaliyyət göstərmişlər. Məşhur rəssam Mir Seyid Əli atası Mir
Müsəvvirlə birlikdə uzun müddət Hindistanda Moğol hökmdarları
Hümayun [1530-39, 1555-59] və Əkbərin [1556-1605] sarayında baş
rəssam işləmiş, yeni nəsil sənətkarların yetişdirilməsində Moğol
miniatür məktəbinin yaranması və inkişafında mühüm rol
oynamışlar. Türkiyə miniatür sənətinin inkişafına Azərbaycan
rəssamları əhəmiyyətli təsir göstərmişlər. Şahqulu Nəqqaş, Vəlican
Təbrizi, Kamal Təbrizi və bir sıra digər Təbriz rəssamları müxtəlif dövrlərdə İstanbulda fəaliyyət göstərmiş,
75
Şahqulu və Vəlican saray emalatxanasına rəhbərlik etmişlər. Xalçaçılıq, bədii parça, bədii metalişləmə və
keramika sahələrində məzmunu, bədii forması, obrazlı ifadə vasitələrinə görə miniatür üslubunu xatırladan bir
çox dəyərli əsərlər yaradılmışdır.
Azərbaycan miniatür sənəti XIX əsrin sonlarına qədər davam etmişdir. Lakin XVIII-XIX əsrlərdə
əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər artıq klassik miniatür sənətinin tənəzzülünü göstərirdi.
XX əsrdə klassik miniatür sənətinin zəngin ənənələrindən, onun bədii üslub xüsusiyyətlərindən yaradıcı
surətdə istifadə edilməyə başlanmışdır. Hələ 1930-40-cı illərdə bir sıra Azərbaycan rəssamları öz tablolarında,
xüsusən kitab qrafikasında miniatür sənətinin bədii forma və təsvir vasitələrindən istifadə etməyə çalışmışlar
(Ə.Əzimzadə, Q.Xahqov, Ə.Hacıyev, R.Mustafayev, İ.Axundov, K.Kazımzadə və başqa). Bu baxımdan
Ə.Əzimzadənin akvarelləri, Nizami Gəncəvinin poemalarının yubiley nəşrinə çəkilmiş illüstrasiyalar, Nizami
əsərlərinin motivlərini əks etdirən süjetli xalçalar rəssamların bu sahədə yaradıcılıq axtarışlarının uğurlu
nəticələridir.
Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin
sonrakı inkişaf dövrlərində axta
i !
Mi
as d ) "
%
" fada
m
"
|