MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

Filmoqrafiya: Sevilin bacıları (film, 1971), Muğan qızı (film, 1972), ġamama (film, 
1973), Uzunömürlü ağaclar (film, 1974), Tələbə avtoqrafları (film, 1976), Bəxtiyar 
Vahabzadə (film, 1987), Qayalarda qalan səs (film, 1995), Yurd yeri (film, 1994), 
Ġstiqlal Ģairi (film, 1996) və s.  

81 
 
15.Şair, tərcüməçi İsa İsmayılzadənin anadan olmasının 75 illiyi  
(15.03.1941-14.07.1997) 
“Onun şair taleyi relslər üzərində maneəsiz hərəkətdə olmayıb.” 
                                                                                                       
Xalq şairi Məmməd Araz 
 
 
İsmayılzadə İsa Mustafa oğlu — şair, tərcüməçi, publisist, 
1969-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 
Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1980) 
 
 
 
Ġsa  Ġsmayılzadə  1941-ci  il  martın  15-də  Gürcüstanın  Qarayazı  rayonunda  anadan 
olmuĢdur.  Burada  orta  məktəbi  bitirdikdən  sonra  ADU-nun  filologiya  fakültəsində 
təhsil almıĢdır (1958-1963). Ədəbi fəaliyyətə tələbəlik illərində "Aprel çiçəkləri" (1959) 
almanaxında və ―Azərbaycan gəncləri‖ qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk 
Ģeri ilə baĢlamıĢdır. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan 
Dövlət  Televiziya  və  Radio  VeriliĢləri  Komitəsində  redaktor,  Azərbaycan  Sovet 
Ensiklopediyası  BaĢ  redaksiyasında  elmi  redaktor  (1966-1968),  "Ədəbiyyat  və 
incəsənət"  qəzeti  redaksiyasında  ədəbi  iĢçi,  Ģöbə  müdiri,  baĢ  redaktorun  müavini, 
―Ulduz‖  jurnalı  redaksiyasında  Ģöbə  müdiri  (1968-1981),  "Azərbaycan"  jurnalı 
redaksiyasında baĢ redaktorun müavini vəzifələrində iĢləmiĢdir (1981-ci ildən ömrünün 
sonunadək).  Eyni  zamanda  Azərbaycan  Televiziya  və  Radio  VeriliĢləri  ġirkətinin 
musiqili veriliĢ baĢ redaksiyasında (müqavilə ilə) musiqi mətnləri Ģöbəsinin müdiri kimi 
fəaliyyət  göstərmiĢdir  (1994-cü  ildən).  ġeir  və  poemaları  keçmiĢ  SSRĠ  xalqlarının 
dillərinə,  habelə  bir  sıra  xarici  dillərə  tərcümə  edilmiĢdir.Öz  yaradıcılığında  poetik 
tərcüməyə  də  xüsusi  diqqət  vermiĢ,  sosialist  ölkələri  yazıçılarının  Moskvada  keçirilən 
birinci  Beynəlxalq  simpoziumunda  (1977),  Asiya  və  Afrika  ölkələri  yazıçılarının 
Yurmalada  keçirilən  seminar-müĢavirəsində  (1978)  iĢtirak  etmiĢdir.  1997-ci  il  iyulun 
14-də vəfat etmiĢdir. 
Əsərləri: ‖Ulduzların ad günü‖ (1968), ‖ĠĢıqlı yarpaqlar‖ (1972), ―Torpaq nəğməsi‖ 
(1977), ‖Ömrümdən keçən qatar‖ (1980), ―Salam, Yer kürəsi‖ (1982), ‖Anamla söhbət‖ 
(1985), ―Yelləncəkdə yellənən külək‖ (1985), ―Gedim anamdan soruĢum‖ (1987), ―Bir 
ömürlük gecə (Ģeirlər və poemalar)‖ (1989), ―SeçilmiĢ əsərləri‖ (1991), ―Vurağan, 
tutağan, yatağan‖ (1992) və s.  
Filmoqrafiya: Qarabağ bülbülləri (film, 1977), Belə bir Ģəhər var (film, 1982), Bəyin 
oğurlanması (film, 1986), Ġntizar (film, 1986) və s.  
 
 

82 
 
15.Şair Ələkbər Salahzadənin anadan olmasının 75 illiyi (15.03.1941-04.09. 2013) 
Ələkbər Salahzadə milli söz səntimiz üçün eləcə 60-cılar adlandırılan nəslin bir 
tanınmış ismi yox, ən yeni dövrün ədəbi salnaməsində yaddaqalan şairlərdən biridir.  
Ələkbər Salahzadə — şair, tərcüməçi, 1968-ci 
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza 
adına mükafat laureatı (2002), Əməkdar incəsənət 
xadimi (2005) 
 
 
 
 
Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) 
rayonunun Cimi kəndində  anadan  olmuĢdur.  Orta  məktəbi  Qonaqkənddə  baĢa 
vurub ADU-nun  filologiya  fakültəsində təhsil  almıĢdır  (1958-1963).  Ədəbi  fəaliyyətə 
orta  məktəbdə  oxuduğu  illərdən  baĢlamıĢ,  illər  keçdikcə  dövri  mətbuatda  çıxıĢ 
etmiĢdir. "Azərbaycan"  jurnalının  ədəbi  iĢçisi,  "Tərcürmə  saatı"  radio  jurnalının 
Ģtatdankənar 
redaktoru 
olmuĢdur 
(1965-1967). Azərbaycan 
Sovet 
Ensiklopediyasında dil, 
ədəbiyyat, 
incəsənət 
redaksiyasında 
elmi 
redaktor 
(1966), "Gənclik"  nəĢriyyatında tərcüməçi,  sonra  poeziya  üzrə  redaktor  (1968-
1976), Azərbaycan  Yazıçılar  Ġttifaqındabədii  ədəbiyyatın  təbliği  bürosunun  direktor 
müavini  (1976-1989)  iĢləmiĢdir.  Sonra "Ulduz"  jurnalında poeziya  Ģöbəsinin  müdiri 
(1989-1992),  redaktor  vəzifəsində  çalıĢmıĢdır  (1992-2004).  Hazırda "Qobustan" 
jurnalının  baĢ  redaktorudur  (2004-cü  ildən).  60-cı  illərdən  fəal  ədəbi  fəaliyyətə 
baĢlamıĢdır.  Bədii  tərcümə  ilə  də  ardıcıl  məĢğul  olur.  Əsərləri  xarici  ölkə  xalqlarının 
dillərinə çevrilmiĢdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən 
artıq  uĢaq  nağılı  vardır.  "Kölgədən  qorxan"  (1983) ġəki,  "Yayın  qıĢ  gecələri" 
(1985) Sumqayıt, 
"Nağaraçı  naxırçı"  (1987)  pyesləri Ağdam  Dövlət  Dram 
Teatrında tamaĢaya  qoyulmuĢdur.  60-cı  illərdən  fəal  ədəbi  fəaliyyətə  baĢlayan  Ə. 
Salahzadə  bədii  tərcümə  ilə  yanaĢı,  100-dən  çox  essenin,  məqalənin  də  müəllifidir. 
Radio-pyesləri, 20-dən  artıq  uĢaq  nağılı var. "Kölgədən  qorxan",  "Yayın  qıĢ  gecələri", 
"Nağaraçı naxırçı"pyesləri tamaĢaya qoyulub. Ələkbər Salahzadə 04. 09. 2013- cü ildə 
vəfat etmiĢdir.  
Əsərləri: ―BeĢ yarpaq (Ģeirlər və poema)‖ (1968), ‖Od hevkəli (Ģeirlər və poema)‖ 
(1970),‖Gözlər baxır dünyaya (Ģeirlər və poemalar)‖ (1979), ―Xatirə çiçəyi (Ģeirlər və 
poema)‖ (1982), ―Yerimiz bir, göyümüz bir (Ģeirlər və poemalar)‖ (1986), ―Od odası 
(Ģeirlər və poemalar)‖ (1989), ―Yanıltmaclı əlifba‖ (1995) və s.  
Tərcümələri (ruscadan): A.Tarkovski. Gözəl Gülayim haqqında povest (1970), Pyatras 
Svirka, Tülkünün kələyi (1970), A.Platonov. Dörd hekayə (1971), Lorens Sterin, 
Fransaya və Ġtaliyaya sentimental səyahət (1973), A.V.Sofranov. Vida poeması (1980) 

83 
 
18.Şair, tənqidçi, ədəbiyyatşünas İsmayıl Vəlibəyli (Öməroğlu) anadan olmasının 
65 illiyi (18.03.1951) 
“İsmayıl Vəlibəylinin şeirlərində ana təbiət obrazlı görümünü tez tapır. Ona görə də 
bu şeirlər ilk oxunuşdaca gözlərimiz önündə sərrast lövhələr yarada bilir”. 
                                                                                                                                        Qara Namazov 
İsmayıl  Ömər  oğlu  Vəliyev -  Yazıçı-publisist,  filologiya 
elmləri  doktoru,  BDU-nun  Kitabşünaslıq  və  nəşriyyat  işi 
kafedrasının  professoru,  Azərbaycan  Milli  Elmlər 
Akademiyası  Nizami  adına  Ədəbiyyat  İnstitutu  Xarici 
ölkələr ədəbiyyatı və ədəbi əlaqələr şöbəsinin baş elmi işçisi, 
qəzetçi-yazar
 
Ġsmayıl  Ömər  oğlu  Vəliyev 1951-ci  il  martın  18-də Qərbi 
Azərbaycanın  Allahverdi  rayonunun   Böyük  Ayrım   kəndində 
anadan  olmuĢdur.  1970-1975-ci  illərdə  Azərbaycan  Dövlət 
Universitenin  jurnalistika  fakültəsinin  əyani  Ģöbəsində  təhsil  almıĢdır.  1971-ci  ildən 
Azərbaycan  Radio  və  Televiziyası  ilə  əməkdaĢlıq  etmiĢ,  on  ilə  yaxın  "Bulaq"  folklor 
verliĢinin  daimi  müəlliflərindən  biri  olmuĢdur.  Onun  hazırladığı  verliĢlərin  bir  çoxu 
radionun  "Qızıl  fond"unda  saxlanılmaqdadır.  Bundan  əlavə,  "Zəka"  radio  elmi 
proqramının  uzun  illər  ssenari  müəllifi  və  aparıcısı  olmuĢdur.  Televiziyanın  vaxtilə 
populyar  olan  "Ġdrak"  proqramı  da  Ġ.Vəliyevin  ideyası  əsasında  yaradılmıĢ  və  uzun 
müddət  onun  müəllifliyi  və  aparıcılığı  ilə  "Ata  yurdu"  verliĢi  uzun  müddət  efirə 
getmiĢdir.Ġsmayıl  Vəliyev  bədii  yaradıcılığa  1965-ci  ildə  "Azərbaycan  pioneri" 
qəzetində dərc etdirdiyi kiçik sənədli hekayə ilə baĢlamıĢdır. O vaxtdan uĢaqlar üçün Ģer 
və hekayələr yazmıĢ, "Pioner" jurnalında və baĢqa mətbuat orqanlarında da xeyli nağıl 
və hekayələri dərc olunmuĢdur. Onun uĢaq hekayələri beynəlxalq təĢkilatların mükafat 
və qrantlarına layiq görülmüĢdür. Ġ.Vəliyev publisistika və tərcümə iĢi ilə ardıcıl məĢğul 
olur.  Qədim  Ģumerlərin  məĢhur  "BilqamıĢ  dastanı"nı,  "Avesta"dan  parçaları,  Qədim 
Misir  ədəbiyyatı  nümunələrini,  türk,  rus,  bolqar,  litva,  ukrayna,  türkmən  və  baĢqa 
dillərdən bir sıra elmi və bədii əsərləri tərcümə etmiĢdir.  
Əsərləri:  ‖Ömrün  yaĢıl  yarpaqları‖    (1978),  ‖Ədəbi  portret  və  xarakter‖  (1981), 
‖Mənim odum, ocağım (Ģeirlər və poemalar)‖ (1983), ―Bəxtıma düĢən dünya‖ (1990), 
‖Dünya  susur,  tarix  susmur‖  (1994),  ―Azərbaycanın  siyasi  partiyaları  və  ictimai 
təĢkilatları‖  (1995),  ―Qaçqınlıq‖  (1996),  ―Qızılqaz  əfsanəsi‖  (1996),  ‖PiĢik  balasının 
oyunları‖(1996), ―Sarı buğda‖ (1996),  ―Zalım pələng və nəğməli quĢ‖ (1996), ―Zalım 
padĢahla  oğlu‖  (1996),  ―Qara  gündəlik.  1990-cı  il  yanvar  hadisələri‖  (1997), 
―Azərbaycan  soraq  kitabı‖  (1997),  ―Burulğanlar  içində‖  (1997),  ―Ġnsan:  həyatda  və 
sənətdə‖(1998),‖Yerlə  göyün  arasında  (Ģeirlər)‖  (1998),  ―Ədəbiyyatda  insan 
konsepsiyası.  Tarixi  təĢəkkülü,  inkiĢaf  mərhələləri  (monoqrafiya)‖  (1999),  ―Payız 
yagıĢları (seçmə Ģeirlər)‖ ( 2001), ―Sevgi dünyam (Ģeirlər)‖ (2001), ―GünəĢin rəngləri 
(Ģeirlər)‖ (2001), ―Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi (ali məktəb tələbələri üçün 
dərslik)‖ (2002), ―Heydər Əliyev və türk dünyası‖ (2003), ―Bədii söz və insan‖ və s. 
 

84 
 
18.Şair Böyükağa Qasımzadənin anadan olmasının 100 illiyi (18.03.1916-1957) 
 
Qasımov Böyükağa Məmməd oğlu – şair, tərcüməçi,  
1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü 
 
 
 
 
Böyükağa Qasımzadə 1916-cı il martın 18-də Bakı quberniyası Bakı qəzasının MaĢtağa 
kəndində  xırda  sahibkar-dəmirçi  ailəsində  doğulmuĢdur.  Atası  Məmməd  kiĢi  1903-cü 
ildə  Bakıya  köçüb  xırdavat  dükanı  sahibi,  sonra  adi  fəhlə  olmuĢdur.  Böyükağa 
yeddiillik məktəbi Bakıda bitirib fəhlə fakültəsində (1932), sonra isə sənaye institutunda 
(1937)  təhsil  almıĢdır.Ədəbi  yaradıcılığa  30-cu  illərdə  baĢlamıĢ,  ilk  Ģerlərini 
məktəblilərə  həsr  etmiĢdir.  Onun  ilk  kitabı  –  "Murad"  poeması  1937-ci  ildə  çapdan 
çıxmıĢdır.  APĠ-nin  dil  və  ədəbiyyat  fakültəsini  bitirmiĢdir  (1937-1941).  Ġkinci  Dünya 
müharibəsinin ilk günlərində səfərbərliyə alınmıĢ, hərbi məktəbdə kursant, 1941-ci ilin 
dekabrında  Cənub  cəbhəsində  atıcı  rotasının  komandiri,  siyasi  Ģöbənin  təlimatçısı, 
Zaqafqaziya cəbhəsində "DöyüĢçü" qəzeti redaksiyasında məsul katib iĢləmiĢdir (1942-
1945). Xüsusi tapĢırıqla Ġrana göndərilmiĢ (1945-1946), sonra təyyarəçilik məktəbində 
xüsusi  qrupda  siyasi  rəhbər,  hərbi  klubda  rəis  vəzifələrində  iĢləmiĢdir  (1947-1948). 
Ordudan  tərxis  ediləndən  sonra  "Ədəbiyyat  qəzeti"ndə  incəsənət  Ģöbəsinin  müdiri 
(1948-1950),  daha  sonra "Azərbaycan"  jurnalında poeziya  Ģöbəsinin  müdiri  (1953-
1957) olmuĢdur. A.S.PuĢkin, N.Nekrasov, N.V.Qoqol, T.ġevçenko, Ġ.Franko, M.Bajan, 
P.Tıçina kimi sənətkarların və bir sıra xarici ölkə yazıçılarının poetik əsərlərini doğma 
dilə  çevirmiĢdir.  Füzulinin  "Yeddi  cam"  əsərini,  M.F.Axundovun  "PuĢkinin  ölümünə 
ġərq  poeması"nı  farscadan,  "Sasunlu  David"  eposunu  ermənicədən  tərcümə  etmiĢdir. 
Azərbaycan  Dövlət  NəĢriyyatında  bədii  ədəbiyyat  Ģöbəsinin  müdiri  olmuĢdur  (1951-
1952).  Sonra  bütün  qüvvə  və  bacarığını  yaradıcılıq  iĢinə  vermiĢdir.  Böyükağa 
Qasımzadə 1957-ci il avqustun 29-da 41 yaĢında vəfat etmiĢdir. 
Ə
sərləri: ―Murad‖ (1937), ―ġirin sözlər‖ (1939), ―Anarsan məni‖ (1945), ―Bahar 
Ģəfəqləri‖ (1949), ―Əsərləri‖ (1961), ―ġirin sözlər‖ (1966), ―SeçilmiĢ əsərləri‖ (1976) və 
s.  
 
 
 

85 
 
21.Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi (21.03.1906-1956) 
"Səməd  Vurğun  böyük  alim,  filosof,  Azərbaycan  Elmlər  Akademiyasının 
təsisçilərindən, yaradıcılarından,  təşəbbüsçülərindən biridir.  O,  Azərbaycan elminin, 
ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdi".   
                                                                                                           Ulu öndər Heydər Əliyev 
Səməd  Vurğun —  görkəmli Azərbaycan şairi,  Azərbaycanın 
ilk  xalq  şairi  (1956),  Azərbaycan  SSR  əməkdar  incəsənət 
xadimi  (1943),  iki  dəfə Stalin  mükafatı laureatı  (1941, 1942) 
və  2  dəfə  Lenin  Ordeni  kavaleri, Azərbaycan  Yazıçılar 
İttifaqının sədri (1941-1948), Azərbaycanın Xarici Ölkələrlə 
Mədəni  əlaqə  Cəmiyyətinin  sədri, Azərbaycan  SSR  EA-nın 
akademiki (1945) və vitse-prezidenti (1954-1956)  
Səməd  Yusif  oğlu  Vəkilov   21  mart   1906-cı  ildə Qazax 
qəzasının Yuxarı  Salahlı kəndində  bəy  nəslinə  mənsub  ailədə 
anadan olmuĢdur. 1934-cü ildə Ģairin "Könül dəftəri" və 1935-ci 
ildə  "ġeirlər"  adlı  kitabları  nəĢr  olunmuĢdur.  ġair,  Azərbaycan  poeziyasının  dilini  bir 
çox  əcnəbi  sözlərdən  təmizləyərək,  Azərbaycan  ədəbiyyatını  və  dramaturgiyasını  yeni 
əsərlər  hesabına  zənginləĢdirmiĢdir.  Yalnız 1935-ci  ildə  Səməd  Vurğun  7  poema  və 
100-ə  yaxın  Ģeir  yazmıĢdır. 1934-cü  ildə  yazılmıĢ  "Azərbaycan"  Ģeiri  Azərbaycan 
ədəbiyyatının  incilərindəndir.  Bu  Ģeirdə  Ģair  öz  vətəninin  qədim  tarixi,  təbii  gözəlliyi, 
nemətləri,  xalqın  xeyirxahlığı,  açıqürəkliyi  və  qonaqpərvərliyini  tərənnüm  etmiĢdir. 
1956-cı  il  may  ayının  27-də  Ģair  gözlərini  əbədi  yumdu.  ġair  may  ayının  30-da 
Bakıda Fəxri Xiyabanda dəfn edilmiĢdir. 
Əsərləri:
 
Komsomol  poeması  (1933),  Muradxan  (1933),  Xumar  (1933),  Lökbatan 
(1933), Kənd səhəri (1933), Ölüm kürsüsü (1934), Macəra (1935), Acı xatirələr (1935), 
26-lar (1935), Qız qayası (1935), Aslan qayası (1935), Bulaq əfsanəsi (1935), Dar ağacı 
(1935),Ölən  məhəbbət  (1935),Talıstan  (1935),  Üsyan  (1936),  Bəsti  (1937),Yazla  qıĢın 
dəyiĢməsi  (1937),  Ayın  Əfsanəsi  (Aybəniz)  (1941),  Hürmüz  və  Əhriman  (1943), 
Bakının  dastanı  (1944),  Zəncinin  arzuları  (1948),  Muğan (1948-1949),  Aygün  (1950-
1951), Zamanın bayraqdarı (1952) və s.  
Dram  əsərləri:Vaqif  (1937),  Xanlar  (1938-1939),  Fərhad  və  ġirin  (1939-1941),  Ġnsan 
(1945),  ġairin həyatı, Ġki sevgi (1940-1941). 
Tərcümələri:‖Yevgeni  Onegin‖,  A.S.PuĢkin  (1936),‖Pələng  dərisi  geymiĢ  pəhləvan‖, 
ġota  Rustaveli  (1936),  ‖Leyli  və  Məcnun‖,  Nizami  Gəncəvi  (1939),  Taras  ġevçenko
Maksim Qorki Ġlya Çavçavadze, Cambul Cabayevin əsərləri 
Haqqında yazılmış əsərlər : Adilxan Bayramov, ―YaĢayan ömür‖, Bakı, ―ĠĢıq‖, 1990, 
Filmoqrafiya  :  Yeddi  oğul  istərəm...  (film,  1970),  Səməd  Vurğun  (film,  1976),  Nə 
yaxĢı ki, dünyada Səməd Vurğun var (film, 1976), Vurğun ocağı (film, 2003), Monoloq 
(film, 1987), Hər Ģey olduğu kimi. BeĢinci film. RəĢid Behbudov (film, 2000), Qəmbər 
Hüseynli (film, 2007), Üç zirvənin fatehi (film, 2008). 
 

86 
 
21.Yazıçı, publisist Nurəddin Babayevin anadan olmasının 95 illiyi  
(21.03.1921-25.09.1991) 
Nurəddin    Həsən  oğlu    Babayev   (1921-1991)  —  görkəmli 
yazıçı-jurnalist, 
alim, 
professor, 
publisist, 
Azərbaycanda  
Jurnalistika 
fakültəsinin  
əsas 
yaradıcılarından  biri  və  ilk  dekanı,  yaşadığı  dövrün 
incəsənət xadimləri sırasında uca zirvə tutmuş sənətkardır. 
Nurəddin  Babayev  Azərbaycan  yazıçilar  ittifaqının  üzvü, 
oçerk  və  publisistika  şurasının  sədri, 1954-cü  ildən  SSRİ 
yazıçılar  ittifaqının  üzvü,  oçerk  və  publisistika  şurasının 
üzvü,  Jurnalistlər  ittifaqının  üzvü  və  idarə  heyətinin 
katibi,  Əməkdar  incəsənət  xadimi,  Əmək  və  müharibə 
veteranı, onlarla mükafatlar laureatıdır. 
Nurəddin  Babayev  1921-ci  il  mart  ayının  21-də  Gəncə  Ģəhərində  anadan  olmuĢdur. 
Ziyalı  ailəsində  böyümüĢdür.  ADU-nun  (indiki  BDU-nun)  filologiya  fakultəsinə  daxil 
olmuĢdur.  1943-45-ci  illərdə  "Kommunist"  qəzeti  redaksiyasında  Ģöbə  müdiri, 
"Azərbaycan 
müəllimi"  qəzetində  redaktor  müavini,  1953-cü  ildən  isə 
"UĢaqgəncnəĢrdə"  baĢ  redaktor  və  eyni  zamanda  olduqca  geniĢ  və  məhsuldar 
müəllimlik fəaliyyəti ilə məĢğul olmuĢdur. 1969-cu ildə alim,yazıçılarımız və Nurəddin 
Babayevin  səyləri  baĢda  olmaqla  universitetdə  "Jurnalisitika"  fakultəsi  yaradıldı. 
Ömrünün  sonuna  qədər  öz  misilsiz  pedaqoqik,  jurnalistika,  yazıçılıq  məharəti  və 
təcrübəsi ilə tələbələri ilə bölüĢür, onların elmi, mədəni sahədə möhkəmlənməsinə Ģərait 
yaratmıĢ  və  dövrünün  əsərləri,  məqalələri  ən  çox  çap  olunan  yazıçısı 
olmuĢdur.Nurəddin Babayevin yaradıcılığı olduqca çoxĢaxəli xarakter daĢıyır. Nurəddin 
müəllimin bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. 
dillərə  tərcümə  olunmuĢdur.  Ədəbi  fəaliyyətə  1939-cu  ildə  baĢlamıĢ,  bundan  sonra 
məqalə,  oçerk  və  hekayələri  tez-tez  müxtəlif  qəzetlərdə  dərc  edilirdi."Əbədi 
qəhrəmanlıq"  adlı  ilk  kitabı  1945-ci  ildə  çap  olunmuĢdur.  Onun  ədəbi  yaradıcılığında 
gənclərin  təlim-tərbiyəsinə  həsr  edilmiĢ  əsərləri  xüsusilə  diqqətə  layiq  olub,  çox 
qiymətlidir. Nurəddin Babayevin bu kitabları gənclər üçün stolüstü kitab olmaqla yanaĢı 
hər  bir  zaman, hər bir  gənc  üçün  tərbiyəvi,  əxlaqi  nəsihətlərlə, vacib və  əvəz olunmaz 
əsl həyat təcrübəsi ilə zəngin xəzinələrdir. 1991-ci il sentyabr ayının 25-i dahi pedaqoq, 
jurnalist və yazıçı Nurəddin Babayev uzun sürən xəstəlikdən sonra vəfat etdi.  
Əsərləri:  ―Böyük  arzular‖  (1943),  ―Ölməz  qəhrəman‖  (1945),  ―Xəzərin  sahilində‖, 
―Böyük  kədər‖,  ―Bir  gəncin  romantikası‖  (1948-1949),  ―Bir  gecənin  faciəsi‖,  ‖Həyat 
yollarda‖,  ―Odlu  günlərin  qəhrəmanı‖,  ―Müəllimin  xatirələri‖,  ―Məhəbbət  körpüsü‖, 
―Əbədi  qəhrəmanlıq‖  (1945),  ―Bacılar‖  (1949),‖Bahar  övladları‖  (1959),  ‖Ürəklər  bir 
olanda‖  (1961),  ‖Zərif  duyğular‖  (1963),  ‖Biz  Azərbaycandanıq‖  (1965),  ‖Oğluma 
məktublar‖ (1966), ‖Qəhrəmanların izi ilə‖ (1968), ‖Səni unutmuruq‖ (1970), ‖Qızlar, 
sözüm  sizədir‖  (1972),  ―Ulduzlar  sönmür‖  (1975),  ―Qızlar  söz  istəyir‖  (1977), 
‖Ürəyimdə  sözüm  var‖  (1980),  ―Açıq  söhbət‖  (1982),  ―Elə  yaz  ki..‖  (1985),  ‖Gəlin, 
kiĢilikdən danıĢaq‖ (1986), ―Babam-nənəm, atam-anam və biz‖ (1988) və s. 

87 
 
21.Yazıçı İsa Hümmətovun anadan olmasının 85 illiyi (21.03.1931-11.11.1990) 
                                    
 
 
Hümmətov İsa Rüstəm oğlu - nasir, 1963-cü ildən Azərbaycan 
Yazıçılar Birliyinin üzvü,  Azərbaycan Jurnalistlər 
Birliyinin üzvü (1958),  Əmək veteranı (1988) 
 
 
Ġsa  Hümmətov  1931-ci  il  martın  21-də  Qərbi  Azərbaycanın  Vedi  rayonunun  Bayburt 
kəndində  anadan  olmuĢdur.  Burada  ibtidai  məktəbi  bitirib  Yerevanda  pedaqoji 
texnikumda,  sonra  isə  APĠ-nin  dil  və  ədəbiyyat  fakültəsində  təhsil  almıĢdır  (1949-
1954).  Əmək  fəaliyyətinə  "Azərbaycan  müəllimi"  qəzeti  redaksiyasında  baĢlamıĢdır. 
Əvvəlcə  müxbir,  sonra  Ģöbə  müdiri  iĢləmiĢdir  (1954-1960).  Azərbaycan  Dövlət 
Televiziya  və  Radio  VeriliĢləri  ġirkətində  redaktor,  "AbĢeron"  qəzeti  redaksiyasında 
məsul  katib,  "Maarif"  nəĢriyyatında  və  AzərnəĢrdə  redaktor  (1961-1978),  "Yazıçı" 
nəĢriyyatında  böyük  redaktor  iĢləmiĢdir  (1978-1990).  "Moruqlu  budaq"  adlı  ilk 
hekayəsi  1958-ci  ildə  "Azərbaycan  pioneri"  qəzetində  çap  olunmuĢdur.  Azərbaycan 
Jurnalistlər  Birliyinin  nəĢriyyat  üzrə  ilk  təĢkilat  katibi  olmuĢdur.  "BeĢilliyin  qalibi" 
diplomu  və  döĢ  niĢanı  ilə  təltif  edilmiĢdır.  Ġsa  Hümmətov  1990-cı  il  noyabrın  11-də 
Bakıda vəfat etmiĢdir. 
Əsərləri: ―Ətirli çiçəklər‖ (1959), ―Atanın həsrəti‖ (1960),‖ Nənə, əlini mənə ver‖ 
(1964), ―Ehtiyat qapıçı‖ (1966), ―Nazilə‖ (1968), ‖Muğanın fəxri‖ (1969), ―GünəĢi 
qabaqlayanlar‖ (1971), ―Mövlud ayı‖ (1971), ―Həyatımın mənası‖ (1973), ―Araz 
çağlayan yerdə‖ (1976), ―Baba yadigarı‖ (1977), ―Dünyanın bəzəyi‖ (1979), ―Ġki 
məhəbbət‖ (1981), ―Çinar əfsanəsi‖ (1983), ―ġeytanın qurbanları‖ (1987) və s.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

88 
 
21.Yazıçı Nemət Veysəllinin anadan olmasının 75 illiyi (21.03.1941) 
Nemət Veysəlli portret və oçerklərində sənət adamlarının gördüyü işləri geniş təhlil 
etməklə yanaşı, həm də sənətkarları kamil oxucu imtahanından keçirir və onları daha 
ciddi işləməyə ruhlandırırdı. Onun seçdiyi mövzular və “həmsöhbət olduğu 
qəhrəmanları” Azərbaycanın sənədli nəsrində, publisistikasında seçilirdi. 
Veysəlli Nemət Bayramalı oğlu — Azərbaycan Yazıçılar 
Birliyinin (1985) və Azərbaycan Jurnalistlər Birliyinin (1978) 
üzvü. Beynəlxalq Avrasiya Mətbuat fondunun diplomuna 
(1993-1994),  ―Qızıl qələm‖(1994) mükafatına layiq 
görülmüşdür. 
Azərbaycan ədəbiyyatında öz imzası ilə seçilən, yazdığı əsərləri ilə 
oxucular arasında böyük hörmət qazanan qələm sahiblərindən biri 
də  Nemət  Veysəllidir.  Nemət  Bayramalı  oğlu  Veysəlli  1941-ci  il 
martın  21-də  Qaryagin  rayonunun  (indiki  Füzuli)  Yuxarı  Veysəlli 
kəndində  anadan  olub.  Azərbaycan  Dövlət  Universitetinin  jurnalistika  (1965-1971) 
fakültəsini  bitirib.  Azərbaycan  Yazıçılar  (1985)  və  Jurnalistlər  Birliyinin  (1978) 
üzvüdür. ―Sehrkar səslər, əfsanəvi rənglər‖,  ―Sular qovuĢan yerdə‖ ―Hər Ģeydən uca‖, 
―Düzlərin  ağ  iĢığı‖,―Evimiz  yuxuma  girir‖  ―Salamat  görməyimə  Ģadam‖,  ―Haran 
ağrıyır,  Vətən?‖,  ―Sənsiz  keçən  illər‖,  ―Bəylər  bəy‖,  ―Həyat  sevən  insan‖,―ġəhərlər, 
evlər,  naxıĢlar‖,―YaĢ  həddinə  görə‖,  ―Piyadaların  döyüĢü‖  adlı  bədii-publisistik 
kitablarının  müəllifidir.  Publisistin  ―Sehrkar  səslər,  əfsanəvi  rənglər‖  adlı  kitabında 
sənət  adamlarının  həyat  və  yaradıcılıqları  ilə  bağlı  bir-birindən  maraqlı  yazılar 
cəmlənmiĢdir.  Nemət  Veysəlli  portret  və  oçerklərində  sənət  adamlarının  həyatını, 
onların  yaradıcılıqlarını,  gördüyü  iĢləri  geniĢ  təhlil  etməklə  yanaĢı,  müasirliyin  əsas 
mahiyyətini  üzə  çıxarmağa  və  canlandırmağa  fikir  verir.  Həyatda  çox  Ģey  dəyiĢsə  də, 
yazıçı-publisistin  özü  üçün  qəbul  etdiyi  meyarlar  dəyiĢmir.  Onun  əsas  mövzusu  və 
qəhrəmanı da dəyiĢməz qalır. Bu – Vətəndir. O, vətəninə xidmət edən əsgər-yazıçıdır.  
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin