MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


Partiyasının sədri, Azərbaycanın xalq şairi, ictimai-siyasi



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   13   14   15   16   17   18   19   20   ...   35
Partiyasının sədri, Azərbaycanın xalq şairi, ictimai-siyasi 
xadim, millət vəkili 
Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də  
Yardımlının Hamarkənd kəndində 
anadan 
olub. 1963-cü 
ildə Yardımlı qəsəbə  onbirillik  məktəbini  bitirib. Azərbaycan 
Dövlət 
Universitetinin 
filologiya 
fakültəsinə daxil 
olmuĢ, 1968-ci  ildə  oranı  fərqlənmə  diplomu  ilə  bitirmiĢdir. 
S.Rüstəmxanlı  1976-cı  ildə  ―Molla  Nəsrəddin"  və  folklor‖  mövzusunda  dissertasiya 
müdafiə  edərək  filologiya  elmləri  namizədi  elmi  dərəcəsinə  yiyələnmiĢdir.  Erkən 
yaĢlarından  məĢğul  olduğu  ədəbi  fəaliyyət 1967-ci  ildən  onun  əsas  peĢəsinə 
çevrilmiĢdir. 1967-1978-ci  illər  ərzində ―Ədəbiyyat  və  incəsənət‖  qəzetində xüsusi 
müxbir  və  Ģöbə  müdiri, 1978-1989-cu  illər  arasında  isə ―Yazıçı‖  nəĢriyyatının baĢ 
redaktoru  olmuĢ,  yüzlərlə  elmi,  ədəbi-tənqidi,  publisistik  yazı  çap  etdirmiĢdir.    Ġlk 
kitabı 1970-ci ildə nəĢr edilmiĢdir. Azərbaycanda, Türkiyədə, Rusiyada, Ġsveçdə 20-dən 
artıq  Ģer,  nəsr,  publisistika  kitabları  nəĢr  edilmiĢdir.  Kitabları Azərbaycanın  yüksək 
ədəbi  ödüllərinə  layiq  görülmüĢ,  onun  adını  bütün  türk  dünyasında  və  əski Sovetlər 
Birliyində tanıtdırmıĢdır. ―Tanımaq istəsən‖, ―Xəbər gözləyirəm‖, ―Gəncə qapısı‖, ―Sağ 
ol,  ana  dilim!‖,  ―Qan  yaddaĢı‖,  ―Zaman  məndən  keçir‖  və  sair  kimi  Ģeir  kitablarının, 
―Bütövlük‖,  ―Didərginlər‖,  ―Cavad  xan‖,  ―Orxonla  görüĢ‖  poemaların,  ―Bu  sənin 
xalqındır‖  publisistik  yazılarından  ibarət  əsərin,  ―Atamın  ruhu‖,  ―Xətai  yurdu‖,  ―Göy 
Tanrı‖,  ―Ölüm  Zirvəsi  (Cavad  xan)‖,  ―Difai  Fədailəri‖,  ―Sunami‖  romanlarının 
müəllifidir.  Əsərləri  bir  çox  dünya  xalqlarının  dillərinə  tərcümə  olunub. 2005-ci  ildə 
Xalq ġairi fəxri adına layiq görülmüĢdür. 
Kitabları: ―Tanımaq istəsən‖, ―Xəbər gözləyirəm‖,‖Gəncə qapısı‖,‖Sağ ol, ana dilim!‖, 
―Qan yaddaĢı‖, ―Ömür kitabı‖, ―Zaman məndən keçir!‖, ―Xətai yurdu‖, ―Göy Tanrı‖, 
―Bütövlük həsrəti‖,‖Atamın ruhu‖,‖Ölüm zirvəsi‖,‖Difai fədailəri‖,‖Sunami‖,‖Əbədi 
Sevda‖ və s. 
Filmoqrafiya: Azərbaycana namus və sevgiylə (film, 2006), Baba Dağ (film, 2006), 
Cavad xan (film, 2009),  Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999), MeĢəyə 
insan gəlir (film, 1980), Musaküçə kəndinin sakinləri (film, 1973), Müstəqillik 
yollarında. Birinci film (film, 2004), Zəlimxan dastanı (film, 2007), Əsgər mahnıları və 
s.  
 

158 
 
 
27.Şair, yazıçı Söhrab Tahirin anadan olmasının 90 illiyi (27.05.1926) 
Tahiri Söhrab Əbülfəz oğlu (Söhrab Tahir) — Azərbaycanın 
xalq şairi, nasir, publisist. 
Söhrab  Tahir  1926-ci  mayın  27-də  Ġranın  Astara  Ģəhərində 
sənətkar  ailəsində  anadan  olmuĢdur.  ―Səadət‖  və  "ġahpur" 
məktəblərində  9-cu  sinfədək  təhsil  almıĢ,  ailə  vəziyyətinin 
ağırlığı üzündən atası ilə ―Ġran-Ġngilis neft Ģirkəti‖ndə iĢləməyə 
məcbur  olmuĢdur.  Sovet  Ordusunun Ġrana  daxil  olmasından 
sonra  xalq  hərəkatında 
fəal  iĢtirak  etmiĢdir.  1946-cı 
ildə Bakıya təhsil almağa göndərilmiĢdir. 1950-ci ildə Bakı Tibb 
Məktəbində  stomatoloq  və  feldĢerlik  ixtisası  almıĢdır.  O,  1952-
1957-ci  illərdə  ADU-nun  filologiya  fakültəsində  oxumuĢdur.  1959-1961–ci 
illərdə Moskvada Maksim  Qorki  adına  Ali  Ədəbiyyat  kurslarında  müdavim  olmuĢdur. 
1962-1966-cı  illərdə  ADF-in  Bakı  komitəsində  birinci  katib,  ―Azərbaycan‖  qəzeti  və 
jurnalı  redaksiyalarında  bədii  Ģöbələrdə  müdir,  ―Səhər‖  ədəbi–tarixi  jurnalında  baĢ 
redaktor  müavini,  1984-cü  ildən  ―Azərbaycan‖  jurnalında  redaktor  olmuĢdur. 
Azərbaycan  Yazıçılar  Birliyi  idarə  heyətinin,‖ jurnalı  redaksiya  heyətinin,  ―Yazıçı‖ 
nəĢiryyatının bədii Ģurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRĠ 
ədəbiyyat  fondu  plenimunun  üzvü,  Azərbaycan  Yazıçılar  Birliyi  Ģeir  Ģurasının  sədri 
(1986-1991)  olmuĢdur.  1991–ci  ildə  Bədii  ədəbiyyatı  təbliğat  bürosu  idarə  heyətinin 
sədri  təyin  edilmiĢdir.  Ġnqilabi,  ədəbi–ictimai  fəaliyyətinə  görə Təbrizdə  ―21  Azər‖ 
medalı  və  bir  sıra  baĢqa  medallarla,  Azərbaycan  SSRĠ  Ali  Soveti  Rəyasət  heyətinin 
Fəxri  Fərmanı  ilə  təltif  olunmuĢdur.  2006-cı  ildə  Azərbaycan  Respublikası 
Prezidentinin  sərəncamı  ilə ―ġöhrət‖  ordeninə layiq  görülmüĢdür.  2010-cu  ildə  Rusiya 
Yazıçılar  Ġttifaqı  və  onun  Moskva  Ģəhər  təĢkilatı  nəzdində  fəaliyyət  göstərən  Yazıçı-
tərcüməçilər  Ġttifaqının  qərarı  ilə  Beynəlxalq  V.V.Mayakovski  ordeni  ilə  təltif 
edilmiĢdir. 
Əsərləri: ―Vətənlə sevgi arasında‖ (Ģeirlər və poemalar) (1986), ―QonĢu qızın 
məktubları‖ (povest və roman) (1985), ―Əmanət (povestlər)‖ (1991), ―Lirika‖ (1992), 
―Sevgi əfsanəsi‖ (Ģeirlər və poemalar) (1983), ―Ay iĢığında‖, ―Səndən uzaqda‖, 
―Burdan bir  atlı keçdi‖, ―Ġki dəfə yox olmuĢ adam‖, ―Sonuncu Ģah‖, ―Ata‖ və s. 
Haqqında olan ədəbiyyat : Arzumanlı V. 75 yaĢın pillələri (Söhrab Tahir-75. Ömürdən 
yarpaqlar). Bakı: Qartal, 2001; Babayev A. Ölümdən güclü… (Söhrab Tahirin eyni adlı 
kitabı haqqında). ―Kommunist‖, 1982; Duyğun R. Mübariz poeziya (ġair Söhrab Tahir 
haqqında). ―Bakı‖, 1986; Əbilov A. Təbrizdən Turana gedən yol: Bu Söhrab Tahirin 
məslək və tale yoludur  ―Yeni Azərbaycan‖, 2001; Mütəllibov T. YaĢ artıqca gəncləĢən 
ürək (ġair S.Tahir haqqında). ―Azərbaycan gəncləri‖, 1986 və s.  
 
 
 

159 
 
 
30.Ədəbiyyatşünas, tənqidçi Qurban Bayramovun anadan olmasının 70 illiyi 
(1946)  
 
     Bayramov Qurban Fərman oğlu (1946) — Azərbaycan    
     Yazıçılar Birliyinin üzvü (1985),
 
Respublika Qarabağ   
     Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar   
     Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə   
     doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının  
     Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi   
     işçisi. Azərbaycan MEA-nın, Azərbaycan Respublikası   
    Həmkarlar Konfederasiyasının fəxri fərmanlarına,   
    ―Tanınmış Vurğunşünas alim‖, ―Fədakar alim‖, ―Elm 
fədaisi‖ fəxri diplomlarına, ―Səməd Vurğun mükafatı‖na, ―Avropa Nəşr Mətbu 
Evi‖nin ―Qızıl medal‖ına layiq görülmüşdür.
 
Qurban Bayramov 1946-cı il mayın 30-da Azərbaycanın Ağdam rayonunun Əlimədədli 
kəndində  anadan olmuĢdur. Orta  təhsilini burada  almıĢ, indki  N.Tusi  adına  ADPU-nin 
filologiya fakültəsini (1963-1967) bitirmiĢdir. Orta məktəbdə müəllim, tədris iĢləri üzrə 
direkor  müavini  vəzifələrində  çalıĢmıĢdır  (1967-1971).  Hərbi  xidmətdə  olmuĢ  (1967-
1968),  aspirantura  təhsili  almıĢdır  (1970-1974).  1972-ci  ildən  Ədəbiyyat  Ġnstitutunda 
baĢ laborant, elmi iĢçi, baĢ elmi iĢci olmuĢdur. Hazırda həmin institutda aparıcı elmi iĢçi 
vəzifəsində fəaliyyət göstərir.1979-cu ildə ―Səməd Vurğun poeziyasında lirik qəhrəman 
problemi‖ mövzusunda dissertasiya müdafiə etmiĢdir. Dövri və elmi mətbuatda 300-dən 
çox  məğalə  dərc  etdirmiĢ,  ―Vurğun  poeziyası‖,  ―Lirik  qəhrəman  və  zaman‖,  ―YaĢar 
Qarayev:  Milli  yaddaĢ  təlimi  –  Azərbaycançılıq‖  elmi-nəzəri,  ―Yaralı  Vətənin  yaralı 
övladları‖ bədii-publisist kitabları var. Onun ―Müasir Azərbaycan poeziyasında üslubi 
meyillər‖,  ―Azərbaycan  ədəbiyyatında  tarixilik və  müasirlik‖,  ―M.Ə.Sabir  ənənələri və 
Azərbaycan  ədəbiyyatı‖,  ―Səməd  Vurğun  dünən,  bu  gün  və  sabah‖,  ―M.H.ġəhriyar 
poetik üslubu‖, ―Qarabağ ədəbi mühiti – uzaq keçmiĢdən bu günümüzə qədər‖ maraqlı 
tədqiqat iĢləri vardır. Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə 
yazmıĢ, fikir söyləmiĢ, elmi və bədii kitabların redaktoru olmuĢ, onların bir çoxuna ön 
söz  yazmıĢ,  xüsusən,  ―Azərbaycan  poeziyası‖na  həsr  etdiyi  ədəbi  icmalları  maraq 
doğurmuĢdur.  Uzun  illər  ―Gənclik‖  nəĢriyyatında  rəsmi  rəyçi,  Azərbaycan  Dövlət 
Televiziyasında ―ƏdəbiyyatĢünaslıq və zaman‖, ―Ədəbiyyat‖(1982-1992) elmi-kütləvi, 
tədris  televiziya  veriliĢlərinin  müəllif-aparıcısı,  Ədəbiyyat  Ġnstitutu  Elmi  ġurasının, 
Azərbaycan Yazıçılar Birliyi Ġdarə Heyətinin üzvü olmuĢdur. 
Əsərləri: ―Vurğun poeziyası‖ (1976), ―Lirik qəhrəman və zaman‖ (1986), ―Tarixilik və 
müasirlik‖ – ―Sosialist realizmi müasir mərhələdə‖ (1988), ―YaĢar Qarayev: Milli 
yaddaĢ təlımi – Azərbaycançılıq‖ (2001), ―Poeziyanın sirri: Çaylar geri axmır, dənizə 
can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan Ģair ġahməmmədin poeportreti‖ (2009). 
 

160 
 
 Xarici ədəbiyyat 
Hind yazıçısı R.Taqorun anadan olmasının 155 illiyi (1861-1941) 
“Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəifi öz zirvəsinə qaldıra 
bilməkdir.”                                                                                                    
R.Taqor
  
 
Rabindranat Taqor — hind yazıçısı, şair, bəstəkar, 
rəssam və ictimai xadim,  Ədəbiyyat üzrə Nobel 
mükafatı laureatı (1913-cü il ) 
R.Taqor əsərlərini benqalca yazmıĢdır. Hindistan və BanqladeĢin himnlərinin 
müəllifidir. Adı tarixdə 100 ən çox öyrənilmiĢ Ģəxsiyyətlər siyahısına daxil edilib. 
Benqal Ģairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və BanqladeĢin milli 
himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat 
Taqor Kəlküttdə yaĢayan zəngin brahman ailəsinin 14-cü uĢağı idi. Ġlk Ģeirlərini kiçik 
uĢaq ikən – səkkiz yaĢında yazmıĢdı. Ev Ģəraitində, Kəlküttədəki ġərq seminariyasında 
və Benqal Akademiyasında təhsil almıĢdı. Benqal dilinin, tariх və mədəniyyətinin mahir 
bilicilərindən sayılırdı.‖ġairin tariхçəsi‖ adlı ilk poeması 1878-ci ildə çap olunmuĢdu. 
Elə həmin ildə də hüquq təhsili almaq üçün Londona göndərilmiĢdi. Lakin təhsilini baĢa 
vurmadan geri qayıtmıĢdı. ―AхĢam nəğmələri‖ (1882) və ―Səhər nəğmələri‖ (1883) 
poetik məcmuələri ilə yetkin Ģair kimi tanınmıĢdı.  Beləliklə, yalnız ingiliscə kiçik bir 
kitabı, amma təbii ki, zəngin və təkrarsız yaradıcılıq yolu sayəsində Rabindranat Taqor 
1913-cü ildə Nobel laureatı oldu. Mükafat ona ―poetik təfəkkürünün müstəsna bir 
ustalıqla əks edildiyi və Qərb ədəbiyyatının bir hissəsinə çevrilən gözəl, orijinal, 
hissiyyat dərinliyi ilə seçilən Ģeirlərinə görə‖ verilmiĢdi. Qərbdə Taqor daha çoх Ģair 
kimi tanınsa da, o, çoхsaylı pyeslərin və nəsr əsərlərinin, habelə ilk benqal romanının 
müəllifidir. ―Qurban mərasimi‖ (1890), ―Poçt‖ (1912), ―Qırmızı məхmər gülləri‖ (1925) 
pyeslərində ədalət və həqiqət aхtarıĢları, mənəvi təkamül uğrunda mübarizə öz əksini 
tapmıĢdı. Rabindranat Taqor 70 yaĢının astanasında özünü rəssam kimi sınamıĢ və 
insəsənətin digər sahələrindəki kimi burada da uğur qazanmıĢdı. Taqor–bəstəkar 2 
mindən çoх nəğmənin müəllifi idi. Həmin nəğmələr benqallar arasında bu gün də 
məĢhurdur. Bir sözlə, o, sağlığında ölkəsində və dünyada təmsil etdiyi хalqın simvoluna 
çevrilməyi bacarmıĢdı. Rabindranat Taqorun "Gitancali" kitabına daхil olan Ģeirlər, 
―Fəlakət‖ romanı və bir sıra nəsr əsərləri Azərbaycan dilinə tərcümə olunmuĢdur. 
Əsərləri:  ―Fəlakət‖,  ―Qurban  mərasimi‖  (1890),  ―Poçt‖  (1912),  ―Qırmızı  məхmər 
gülləri‖ (1925) və s.  
 
 

161 
 
13.Rus yazıçısı Aleksandr Fadeyevin anadan olmasının 115 illiyi (1901-1956) 
Fadeyev demək olar ki, 30 il müddətində sovet ədəbiyyatının yol göstərənlərindən biri 
olmuşdur. 
Aleksandr Fadeyev (1901-1956)—rus yazıçısı. 
Aleksandr  Fadeyev 1901-ci  ildə  Tver  əyalətinin  Kirmi  kəndində 
inqilabçı 
ailəsində 
doğulmuĢdu. 
Aleksandr 
uĢaqlıqdan 
ətrafdakıları  istedadı  ilə  heyran  etmiĢdi.  Fadeyev  hələ  döyüĢçü 
olduğu  zamanlardan  yazırdı.  Tərxis  olunandan  sonra  isə  ciddi 
surətdə yaradıcılıqla məĢğul olmağa baĢladı və 1926-cı ildə onun 
"Darmadağın"  romanı  çap  olundu.  Romanın  çapından  sonra 
Fadeyev  tezliklə  Rusiya  Proletar  Yazıçıları  Ġttifaqının  rəhbəri 
təyin  edildi.  O,  sosialist  realizminin  nəzəriyyəçilərindən  biri  idi. 
Onu  "ədəbiyyat  naziri"də  adlandırdılar.  O,  müharibə  illərində  hərbi  müxbir  qismində 
cəbhə  bölgəsinə  gedir.  Almanlara  qarĢı  mətanətlə  vuruĢaraq  həlak  olmuĢ  Qırmızı  Don 
yeniyetmələri  haqqında  əhvalatı  eĢidir.  Fadeyev  bundan  sonra  iri  həcmli  ―Gənc 
qvardiyaçılar‖ romanını yazır. Sovet ədəbiyyatı ideoloji rəhbərinin romanı gözlənildiyi 
kimi  rəğbətlə  qarĢılanmır.  Hətta  Stalin  belə  Don  gənclərinin  müqavimət  hərəkatında 
partiyanın  rolunun  göstərilmədiyi  üçün  Fadeyevi  möhkəm  danlayır.  Fadeyev  əsəri 
yenidən yazmağa məcbur olur. O zarafatla dostlarına deyirdi:―Gənc qvardiyanı qocasına 
dəyiĢməklə  məĢğulam‖.  ―Gənc  qvardiya‖nın  iĢlənmiĢ  variantı  birinci  qədər  güclü 
alınmasa da, onun ölümündən sonra bu əsər sovet dərsliklərinə salındı. Filmi də çəkildi. 
Bir neçə il öncə aparılan araĢdırmalarda isə məlum oldu ki, sən demə, Fadeyev romanda 
bir  çox  tarixi  faktları  təhrif  edibmiĢ.  Fadeyevin  ―Udegeylərin  sonuncusu‖  və  ―Qara 
metallurgiya‖  adlı  iki  yarımçıq  romanı  da  var.  O,  31  mart  1951-ci  ildə  Stalinə 
məktubunda  sonuncu  romanda  "nəhəng  kommunizm  quruculuğu"ndan  yazacağını  vəd 
edirdi.  Mayın  13-də  iĢ  otağında  tapança  ilə  sinəsindən  niĢan  alır.  Fadeyev  ölümündən 
qabaq  Mərkəzi  Komitəyə  məktub  yollamıĢdı.  Məktub  o  zaman  ictimaiyyətə 
açıqlanmadı, gizli saxlanıldı. 44 il gizli arxivdə saxlanılan məktub yalnız 1990-cı ildə 
dərc  olundu:  "Mənim  həyatım  bir  yazıçı  kimi  bütün  mənasını  itirir  və  mən  alçaqlıq, 
yalan  və  böhtan  kimi  üzərimə  düĢən  bu  murdar  mövcudluqdan  böyük  sevinclə  xilas 
olaraq,  həyatdan  gedirəm.  Son  ümidim  bunu  heç  olmasa,  dövləti  idarə  edən  insanlara 
demək idi, amma 3 il ərzində xahiĢlərimə baxmayaraq, məni heç kim qəbul edə bilmir. 
Filmoqrafiya: Gənc qvardiya (film, 1948) 
 
 
 
 
 
 
 

162 
 
20.Niderland uşaq yazıçısı Anna Şmidtin anadan olmasının 105 illiyi  
(20.05.1911–21.05.1995)  
O, ən yaxşı uşaqlar üçün yazan Niderland Dövlət mükafatı və H.K.Andersen Qızıl 
medalının  laureatıdır. Niderlandda onu “Uşaq ədəbiyyatının şahı” adlandırırlar.  
 
 
 
 
 
 
 
 
 
Niderland  yazıçısı,  uĢaqlar  və  gənclər  üçün  ən  yaxĢı  kitaba  görə  Niderland  Dövlət 
mükafatının  ilk  laureatı  (1964),  H.X.Andersen  adına  Qızıl  medalın  laureatı  Anna 
Mariya  Gertruda  ġmidt  20  may  1911-ci  ildə  anadan  olub.  Gələcək  yazıçı  uĢaqlıqdan 
Andersenin  nağılları  ilə  böyüyüb.  Kitabxanaçılıq  təhsili  alan  A.ġmidt  sonradan  çox 
böyük  kitabxananın  direktoru  olub  və  yazmağa  baĢlayır.  FaĢist  iĢğalı  zamanı 
Niderlandın  gizli  qəzetində  uĢaq  Ģöbəsində  iĢləyir.  II  Dünya  müharibəsindən  sonra 
A.ġmidt uĢaqlar üçün kitab yazmağa baĢlayır. 1950-ci ildə onun ―Fitçalan çaydan‖ adlı 
Ģeirlər  kitabı  çapdan  çıxır.  Tezliklə  yazıçı  balacalar  üçün  ―Yip  və  Yanneke‖  (1953-
1960)  adlı  hekayələr  seriyasını  yazmağa  baĢlayır.  Bu  hekayələr  Niderland  uĢaq 
ədəbiyyatının  qızıl  fonduna  daxil  edilib.  Onun  yazdığı  əsərlər  Niderland  uĢaq 
ədəbiyyatında  çevriliĢ  təsiri  yaratmıĢdır.  O,  uĢaq  ruhunu  yaxĢı  bilirdi,  həmiĢə  onları 
müdafiə  edirdi,  qəlbən  də  hər  zaman  uĢaq  idi.  Onu  Niderland  uĢaq  ədəbiyyatının 
kraliçası adlandırırlar. 
21 may 1995-ci ildə, özünün 84 illiyindən bir gün sonra Anna Mariya Gertruda ġmidt 
intihar edərək həyatına son vermiĢdir. Amsterdamda dəfn olunmuĢdur. 
 
   
 
 
 
 
 
 
 

163 
 
 İncəsənət 
15.Teatr tənqidçisi, teatrşünas Mahmud Allahverdiyevin anadan olmasının 85  
     illiyi (15.05.1931-02.12.1999) 
Mahmud Allahverdiyevin milli teatrımızın tarixi və nəzəriyyəsi sahəsində apardığı 
səmərəli tədqiqat işləri sənətşünaslıq elmində özünə layiq yer tutur. Onun 
fundamental elmi əsərləri bu gün də tədqiqatçıların, tələbələrin stolüstü kitabı olaraq 
qalmaqdadır. 
Allahverdiyev  Mahmud  Qara  oğlu  –  teatr  tənqidçisi, 
ədəbiyyatşünas,  1985-ci  ildən  Azərbaycan  Yazıçılar  Birliyinin 
üzvü, sənətşünaslıq doktoru (1991), professor (1985). Azərbaycan 
Ali  Soveti  Rəyasət  Heyətinin  fəxri  fərmanı  (1959)  və  "Əməkdə 
fərqlənməyə görə" medalı (1981) ilə təltif edilmişdir. 
1931-ci  il  mayın  15-də  Gürcüstanın  Bolnisi  rayonunun  Ġmir-Həsən 
kəndində  anadan  olmuĢdur.  Burada  səkkizillik  məktəbi,  qonĢu 
Faxralı,  Arixli  kəndlərində  orta  məktəbi  bitirmiĢdir  (1950-ci  ildə). 
Orta məktəbi öz doğma kəndində bitirən, teatr sənətinə böyük marağı 
olan  Mahmud  Allahverdiyev  1952-ci  ildə  Azərbaycan  Dövlət  Teatr 
Ġnstitutunun Aktyorluq Ģöbəsinə qəbul olunur. ―Azərbaycan xalq teatrı 
tarixi‖, ―Ələsgər Ələkbərov‖, ―Mirzağa Əliyevin yaradıcılıq yolu‖, ―Cəfər Cabbarlı və 
müasirlik‖,  ―Qaravəlli  tamaĢaları‖,  ―Azərbaycan  teatrı  bu  gün‖,  ―Müasir  Azərbaycan 
teatrında  ənənə  və  novatorluq  məsələləri‖,  ―Teatr  tənqidi  və  müasirlik‖  kimi  əsərlərin 
müəllifi  Mahmud  Allahverdiyevdir.  Ədəbi  fəaliyyətə  1963-cü  ildə  "Azərbaycan 
kommunisti" jurnalında çap olunan nitq mədəniyyəti haqqında məqaləsi ilə baĢlamıĢdır. 
Dövri  mətbuatda  müasir  milli  teatr  və  dramaturgiya  problemlərinə  dair  məqalələrlə 
vaxtaĢırı  çıxıĢ  etmiĢdir.  "Müasir  aktyor  yaradıcılığı.  Ələsgər  Ələkbərov"  mövzusunda 
namizədlik  (1966),  "Azərbaycan  xalq  teatrının  kökləri,  növləri  və  müasirlik" 
mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  etmiĢdir  (1991).  Moskvada  "Nauka" 
nəĢriyyatının  buraxdığı  "SSRĠ  folklor  teatrı"  (1985)  kitabının  müəlliflərindən  biridir. 
Azərbaycan  EA  Memarlıq  və  Ġncəsənət  Ġnstitutu  tear  və  kino  Ģöbəsinin  aspirantı 
olmuĢdur  (1962-1965).  Sonra  həmin  Ģöbədə  kiçik  elmi  iĢçi,  böyük  elmi  iĢçi 
vəzifələrində  iĢləmiĢdir  (1965-1972).  M.A.Əliyev  adına  Azərbaycan  Dövlət  Ġncəsənət 
Ġnstitutunun teatr tarixi kafedrasında dosent (1972-1978), kafedra müdiri (1978-1993), 
həm  də  institutda  tədris  və  elmi  iĢlər  üzrə  prorektor  olmuĢdur  (1982-1993).  Müxtəlif 
vaxtlarda  həmin  Universitetdə  kafedra  müdiri,  dekan,  prorektor  vəzifələrində 
çalıĢmıĢdır.  Bir  müddət  Türkiyədə  Memar  Sinan  Universitetində  dərs  deyən  Mahmud 
Allahverdiyev  Türkiyədə  Azərbaycan  teatrına  həsr  etdiyi  ―Sözüm  var  sizə,  gənclər‖ 
kitabını  türk  dilində  nəĢr  etdirmiĢdir.Türkiyədə  Ġstanbul  Ģəhərindəki  Memar  Sinan 
Universitetinin teatr və musiqi bölümündə Azərbaycan və rus teatr tarixindən mühazirə 
oxumuĢdur. 1999-cu il dekabrın 2-də vəfat etmiĢdir. 
 
 

164 
 
27.Rejissor, xalq artisti Soltan Dadaşovun anadan olmasının 110 illiyi (1906-1969) 
Soltan Baba oğlu Dadaşov (27 may 1906-7 sentyabr 1969) — Azərbaycan rejissoru. 
Soltan milli muğam operalarımızı monumental səpkidə hazırlamağa cəhd göstərən və 
bu sahədə dəyərli nailiyyətlər qazanan, bugünədək davam edən ənənənin təməlini 
qoyan cəsarətli, yaradıcı və novator rejissor idi. 
Soltan Baba oğlu DadaĢov 1906-cı il mayın 27-də Bakıda doğulub. 1920-1921-ci illərdə 
Soltan  DadaĢov  Bakıdakı  Mərkəzi  fəhlə  klubunun  dram  dərnəyinin  fəallarından  olub. 
Sovet  hökumətinin  təĢkil  etdiyi  təbliğat  və  təĢviqat  briqadalarının  fəal  üzvü  kimi 
Azərbaycanın rayonlarında aktyor, müğənni kimi çıxıĢlar edib. 1923-cü ildə milli səhnə 
mədəniyyətimizi peĢəkar ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakı Teatr Məktəbi 
(Texnikumu) açılıb. Soltan DadaĢov həmin məktəbin ilk məzunlarından olub və 1924-
cü  ildə  həmçinin  Milli  Dram  Teatrının  yardım  heyətində  aktyorluq  edib.  Texnikumda 
oxuduğu  illərdə  teatrın  səhnəsində  tamaĢaya  qoyulmuĢ  bir  sıra  əsərlərdə  epizod  rollar 
oynayıb. Fərasətli tələbə olduğuna, Bakı Teatr Məktəbini əla qiymətlərlə bitirdiyinə, rus 
dilində  sərbəst  danıĢdığına,  həssas  musiqi  duyumuna  və  Milli  Dram  Teatrının 
səhnəsindəki sərbəst yaradıcılıq  cəhdlərinə  görə və  ən  əsası, sənət  müəllimi  Aleksandr 
Tuqanovun zəmanəti ilə Azərbaycan Respublikasının Xalq Maarif Komissarlığı (XMK) 
1927-ci  ildə  Soltan  DadaĢovu  Moskvada  təhsilini  davam  etdirməyə  göndərib.  Mərkəzi 
Teatr  Texnikumunda  dörd  il  təhsil  alan  Soltan  DadaĢov  1931-ci  ildə  Bakıya  musiqili 
teatr rejissoru ixtisası ilə qayıdıb. Soltan DadaĢov Opera və Balet Teatrında otuz səkkiz 
illik  rejissorluğu  dövründə  Üzeyir  bəy  Hacıbəyovun  ―O  olmasın,  bu  olsun‖  (―MəĢədi 
Ibad‖), ―ArĢın mal alan‖, ―Leyli və Məcnun‖ (bir neçə quruluĢda), ―Cəbhə və vətən‖, 
―Əsli  və  Kərəm‖,  Müslüm  Maqomayevin  ―Nərgiz‖,  ―ġah  Ismayıl‖,  Zülfüqar  bəy 
Hacıbəyovun  ―AĢıq  Qərib‖,  Cüzeppe  Verdinin  ―Riqoletto‖,  ―Traviata‖,  Soltan 
Hacıbəyovun  ―GülĢən‖  (balet),  Ibrahimov  Məmmədovun  ―Tülkü  və  AlabaĢ‖,  Rujero 
Leonkovallonun ―Məzhəkəçilər‖ əsərlərinin quruluĢçu rejissoru olmuĢdur. 1967-ci ildə 
Soltan DadaĢov sirk proqramında milli folklorumuzun bütün estetik gözəlliklərini, etno-
mədəni  tariximizin  oyun-tamaĢa  səciyyələrini  təcəssüm  etdirən  xüsusi  ―Novruz‖ 
proqramı hazırlayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə də məĢğul olan Soltan DadaĢov 
uzun  illər  Azərbaycan  Dövlət  Teatr  Institutunda  aktyor  və  rejissor  sənətindən  dərs 
deyib.  Milli  opera  teatrı  tarixini,  onun  görkəmli  sənətkarlarının  yaradıcılıq  yolunu 
dərindən  bilən  Soltan  DadaĢov  ―Mirzə  Fətəli  Axundzadə  adına  Azərbaycan  Dövlət 
Opera  və  Balet  Teatrı‖  kitabının,  xalq  artisti  Hüseynağa  Hacıbababəyov  barədə 
monoqrafiyanın  müəllifidir.  Azərbaycan  estradasında  rejissorluq  etmiĢ,  Azərbaycan 
Dövlət  Filarmoniyasının  Mahnı  və  Rəqs  Ansamblı  üçün  rəngarəng  proqram 
kompozisiyaları  hazırlamıĢdır.  Azərbaycan  musiqili  teatrının  inkiĢafında  xidmətlərinə 
və  rejissorluq  sənətində  qazandığı  ciddi  nailiyyətlərə  görə  Soltan  DadaĢov  23  fevral 
1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi və 26 aprel 1958-
ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Sənətkar 7 sentyabr 1969-cu ildə Bakıda 
vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır. 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin