118
24.Gənclərin Beynəlxalq Həmrəylik Günü 24.04.1957.
Ümumdünya demokratik gənclər federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin
24-də Beynəlxalq Gənclərin Həmrəylik günü (International Day of Youth Solidarity)
qeyd olunur. Bu günün qeyd olunması dövlət orqanlarının, ictimaiyyətin və kütləvi
informasiya vasitələrinin diqqətini gənclərin problemlərinə yönəltməyə xidmət edir.
Gənclər birliklərinin, ictimai təĢkilatların, geniĢ əhali kütlələrinin, öz uĢaqlarının və
nəvələrinin gələcəyinə laqeyd olmayan insanların səylərinin birləĢdirilməsi cəmiyyətin
gənclərin hüquqlarına əməl edilməsinə nəzarət etməsinə, cəmiyyətin iqtisadi, sosial,
elmi-texniki və mənəvi problemlərinin reallaĢdırılmasında gənclərin mütəĢəkkilliyinin
və yaradıcı fəallığının yüksəldilməsinə, nəsillərin varisliyinə, qanunların və hüquq
qaydalarının qorunmasına yardım edir.
Bu əlamətdar gün Ümumdünya Demokratik Gənclər Federasiyasının təĢəbbüsü ilə
keçirilməyə baĢlanılıb. TəĢkilatçıların fikrincə, bu gün dünya ictimaiyyətinin və
siyasətçilərinin, gənclərin sosial yardım problemlərinə, gənclər siyasətinin yaradılması
və keçirilməsinə, onların təhsil almalarına, o cümlədən mədəniyyət problemlərinin
həllinə xidmət edir. 1955-ci ildə gənclərin həmrəylik gününün hansı günə təyin
olunması ilə bağlı Asiya və Afrika ölkələrinin Bandunq konfransında yekun iclas
keçirilib. Beləliklə, Gənclərin Beynəlxalq Həmrəylik Günü ilk dəfə 1957-ci ildə
müstəmləkəçilik əleyhinə mübarizədə, sülh Ģəraitində yanaĢı yaĢama uğrunda Gənclərin
Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunub. Sözügedən tarixdə gənclər üçün
konfranslar, konsertlər və bayram tədbirləri təĢkil olunub. Lakin Sovet Ġttifaqı
dağıldıqdan sonra beynəlxalq gün öz əsas sponsorunu itirdiyi üçün arabir qeyd
olunmağa baĢlanıb.
119
27.Ümumdünya qardaşlaşmış şəhərlər günü. (27.04.1962)
Bu gün 1962-ci ildə Beynəlxalq qardaĢlaĢmıĢ Ģəhərlər federasiyası tərəfindən təsis
olunub və aprel ayının axırıncı bazar günü qeyd olunur.
Ümumdünya
qardaĢlaĢmıĢ
Ģəhərlər
federasiyası
beynəlxalq qeyri-hökumət təĢkilatı olub, 1957-ci il
aprelin 28-də Parisdə yaradılmıĢdır. Bu təĢkilatın əsası
Eks-le-Bendə
(Fransa)
qardaĢlaĢmıĢ
Ģəhərlərin
nümayəndələri tərəfindən qoyulmuĢdur. O, 1970-ci ildə
Avropa, Asiya, Afrika və Amerikanın 50-dən çox
ölkəsinin minə qədər Ģəhərini birləĢdiridi. Hitlərə qarĢı
koalisiyanın müttəfiq ölkələrinin Ģəhərləri arasında
dostluq və əməkdaĢlıq haqqında ilk saziĢ hələ 1942-ci ildə Stalinqrad və ingilis Ģəhəri
olan Koventri – müharibə nəticəsində tamamilə dağılmıĢ Ģəhərlər arasında
imzalanmıĢdır. Beləliklə, hər il aprelin 29-da, aprel ayının sonuncu bazar günü dünyada
ənənəvi olaraq ümumdünya qardaĢlaĢmıĢ Ģəhərlər günü keçirilir.
29.Beynəlxalq Rəqs Günü (29.04.1982)
29 aprel peĢəkar və ya həvəskar rəqslə məĢğul olan,
rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs
Günü 1982-ci ildən bəri ―YUNESKO‖nun qərarı ilə
qeyd olunmağa baĢlamıĢdır. Bu tarix hər il Fransız
baletmeysteri Jan Jorj Noverin doğum günü, yəni
aprelin 29-na təsadüf edir. Jan Jorj Nover müasir
baletin nəzəriyyəçisi hesab olunur. Dünyanın əksər
ölkələrində olduğu kimi Azərbaycanda da Beynəlxalq
Rəqs Günü təsis olduğu tarixdən ənənəvi olaraq hər il qeyd olunur. Azərbaycanda
rəqslərin tarixi olduqca zəngin və qədimdir. Ġncəsənətin bir qolu olan rəqslərimiz
ülvilik, gözəllik və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min il əvvəl, Azərbaycan
ərazisində rəqslər insanların həyatında müəyyən yer tutmuĢdu. Bu baxımdan Qobustan
qayaüstü təsvirləri arasında ―Yallı‖ oynayan insanların təsviri xüsusilə maraq doğurur.
Bu təsvirlər Azərbaycan xalqının qədim dövrdən rəqsə olan marağından xəbər verir.
Bir-birindən maraqlı, məzmunlu xalq rəqslərimiz nəinki Vətəndə, dünyanın böyük
konsert salonlarında da sevilir. Onların simasında Azərbaycan milli xoreoqrafiya sənəti
inkiĢaf yolunu tapmıĢdır. Ġncəsənətin ayrılmaz hissəsi olan milli rəqslərimiz gözəlliyi,
bədiiliyi və zərifliyi ilə sənətsevərlərə nümayiĢ olunur. Folklor, qədim xalq oyunları,
rəqs havaları milli incəsənətimizin qızıl fonduna həmiĢəlik daxil olmuĢdur. ―Tərəkəmə‖,
―Naz eləmə‖, ―Turacı‖, ―Uzundərə‖, ―Qoçəli‖, ―Heyvagülü‖, ―Vağzalı‖ xalq rəqslərinə
tamaĢa etmək kifayətdir ki, xalqımızın zəngin musiqiyə, köklü adət-ənənəyə bağlı oldu-
ğunu duyasan. Filmlərimizdə da rəqslərdən elementlərə rast gəlmək olar ki, bu da milli
rəqs sənətinin inkiĢafı və təbliğində mühüm rol oynayır.
120
30.Beynəlxalq Caz Günü (30.04.2011)
30 aprel Birinci Beynəlxalq Caz Günü (International Jazz Day) 2012-ci ildə keçirilib.
Yeni bayramın təqvimə daxil edilməsi və onun 30 aprel tarixində qeyd edilməsini
YUNESKO-nun BaĢ konfransı 2011-ci ilin noyabrında elan etmiĢdir. Bu bayramın əsas
məqsədi kimi onun təsisçiləri ―caz haqqında, sülh, birlik, insanlar arasında dialoq və
əlaqələrin geniĢlənməsinə yardım edən qüvvə kimi beynəlxalq ictimaiyyətin
məlumatlılıq dərəcəsinin artırılması‖nı nəzərdə tutmuĢdur. Caz XIX əsrin sonu XX
əsrin əvvəllərində Amerikada afrika və avropa mədəniyyətlərinin sintezi kimi meydana
gəlsə də musiqi aləmində irqi ayrı seçkiliyin aradan qalxmasında böyük rol oynamıĢdır.
Hal-hazırda bir çox ictimai təĢkilatlar, təhsil müəssisələri və ayrı-ayrı Ģəxslər, o
cümlədən dövlət orqanları cazın inkiĢafına yardım edirlər. Ġndi bunun üçün onların
əlində daha bir vasitə - Beynəlxalq Caz Günü var.
Caz millətləri birləĢdirən və insanlar və dövlətlər arasında sərhədləri aradan qaldıran
unikal musiqi sənət formasıdır.
121
Bu tarixi unutmayaq
3-4. Kəlbəçər rayonunun erməni qəsbkarları tərəfindən işğalı günü (1993)
Yurdun gözəl yeri dağlı Kəlbəcər
Ürəyi yanıqlı, dağlı Kəlbəcər
Əlləri-qolları bağlı Kəlbəcər
Vətənin həsrəti yandırır məni.
Kəlbəcər Azərbaycan Respublikasında
şəhər. 1993-cü il aprel ayının 2-də
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunub.
Kəlbəcər şəhəri
respublikanın paytaxtı Bakı şəhərindən
458 km aralı, Tərtər çayı dərəsindədir.
Ərazisi - 1936 kv.km, əhalinin sayı – 53.962 nəfər idi. Rayonun ərazisi 1993-cü ildə
erməni silahlı dəstələri tərəfindən iĢğal edilmiĢdir. Kəlbəcər rayonunun gözəl və zəngin
təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır. 1998-ci ildən baĢlayan
elan olunmamıĢ müharibədə Kəlbəcər camaatı qeyrətlə vuruĢaraq təpədən dırnağacan
silahlanmıĢ və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. 1992-
ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumlarına dözə bilmədi, iĢğal
olundu. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-
diri yandırdılar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Aprelin 2-də
Kəlbəcər artıq erməni quldurlarının əlinə keçdi. ĠĢğal nəticəsində Kəlbəcərdə: 511 nəfər
Ģəhid oldu, 231 nəfər itkin düĢdü, 100-lərlə adam Ģikəst oldu. Kəlbəcər Ģəhərindəki
məscid iĢğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900
kv.metr sahəsi və geniĢ kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix
diyarĢünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan
edilərək Ermənistana daĢınıb. Kəlbəcərin iĢğalından sonra 3205 saylı iclasda BMT
Təhlükəsizlik ġurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün iĢğalçı qüvvələrin
Kəlbəcər və Azərbaycanın digər iĢğal olunmuĢ rayonlarından dərhal çıxarılması tələb
olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə
yetirilməyib.
122
Yubilyar yazıçı və şairlər
1.Şair, tərcüməçi Ənvər Əlibəylinin anadan olmasının 100 illiyi
(01.04.1916-07.05.1968)
Əlibəyli Ənvər Əliverdi oğlu — şair, Azərbaycan Yazıçılar
Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim.
Ənvər Əlibəyli 1916-cı il aprel ayının 1-də Bakıda dünyaya göz
açmıĢdır. Əvvəl Tibb Texnikumunda, sonra ADU-nun fəhlə
fakültəsində, APĠ-nin filologiya fakültəsində təhsil almıĢdır. 1938-
ci ildən Ġkinci Dünya müharibəsi baĢlayana qədər Azərbaycan
radiosunda çalıĢmıĢdır. Tiflisdə Topçular Hərbi məktəbini bitirib,
leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmiĢdir. Ġkinci
Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artileriya
batareyasının komandiri olmuĢ, məĢhur 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüĢ
yolu keçmiĢdir. 1944-cü ildə ağır yaralandıqdan sonra yazıçı-jurnalist kimi döyüĢdə
iĢtirakını davam etmiĢdir. 40-cı illərin axırında "Ġnqilab və mədəniyyət", "Təbliğatçı"
jurnallarının məsul katibi olan Ənvər Əlibəyli 1948-1952-ci illərdə Azərbaycan
Yazıçılar Ġttifaqının orqanı "Ədəbiyyat qəzetinin" redaktoru, 1952-ci ildən ömrünün
axırınadək Respublika Radio və Televiziya VeriliĢləri Komitəsinin sədri vəzifələrində
iĢləmiĢdir. SSRĠ Ali Sovetinin deputatı olmuĢdur. 1939-cu ildən Sovet Yazıçılar
Ġttifaqının üzvü olan Ənvər Əlibəylinin Ģeir və poemaları rus dilinə, keçmiĢ SSRĠ
xalqlarının dillərinə tərcümə edilmiĢdir. Onun ―QaranquĢ‖ adlı ilk Ģeirlər kitabı 1947-ci
ildə iĢıq üzü görür. Sonrakı illərdə xeyli kitabı nəĢr olunur: ―Sənin adınla‖, ―Ġlk
məhəbbət‖, ―Dostluq körpüsü‖, ―Mingəçevir Ģeirləri‖, ―Dalğalar arasında‖, ―Elə
xoĢbəxtəm ki!‖, ―Nəğmələr‖, ―Bir kitab Ģeir‖, ―Ürəyimdəsən‖ və s. Ənvər Əlibəyli həm
də bir neçə poemanın müəllifidir. ―Samur dastanı― poeması Samur çayının suyunu çəkib
susuz
çöllərimizə
çatdıran
inĢaatçıların
bəhrəli
əməyindən
bəhs
edir.
Əsərdə lirizm ilə epos maraqlı Ģəkildə bir-birinə qovuĢur. ―Bacı―, ―Gözlər, ürəklər,
əməllər― poemaları 1941-1945-ci illərin hadisələrindən, ―Dalğalar arasında― poeması isə
dəniz neftçilərinin sücaətindən, ―Polad―, ―Dostluq körpüsü― yaxın keçmiĢin
hadisələrindən bəhs edir. Ənvər Əlibəyli 1968-ci ildə Bakıda həyatının, yaradıcılığının
yüksələn bir vaxtında dünyadan köçmüĢdür. Məzarı Fəxri Xiyabandadır.
Əsərləri:QaranquĢ (1947), Sənin adınla (1950), Ġlk məhəbbət(1956), Elə xoĢbəxtəm
ki... (1964), Gözlər, ürəklər, əməllər (1966), Nəğmələr(1968), Dostluq körpüsü, Ġlan və
qurbağa(1969)
Filmoqrafiya: DALE (film, 1960), Bəxtiyar (film, 1955),Əzizə Cəfərzadə (film, 1999),
Qara daĢlar (film, 1956),Qızmar günəĢ altında (film, 1957), Mahnı qanadlarında (film,
1959), ZəncirlənmiĢ adam (film, 1964).
123
2.Yazıçı Zöhrə Əsgərovanın anadan olmasının 65 illiyi (02.04.1951)
“Nə qədər canımızda nəfəs var kaş küsən qəlblərə məlhəm olmağa tələsəydik. Təkcə
ayrılığa, ölməyə gecikə bilsəydik...”
Əsgərova Zöhrə Qulamhüseyn qızı — nasir, publisist, 1989-cu
ildən Azərbaycan
Yazıçılar
Birliyinin üzvü, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü (1980). 1996- cı ildə "Xan qızı
Natəvan" mükafatı laureatı, 1998-ci ildə "Araz" ədəbi ali
mükafatı laureatı, 2011-ci ilin Milli Kulturoloji müsabiqəsinin
mükafatçısı, 2012-ci ildə "Qızıl qələm" mükafatının
laureatıdır. 2013-cü ildə yaradıcılıq uğurlarına görə Rəsul Rza
adına beynəlxalq mükafata layiq görülübdür.
Zöhrə Əsgərova 1951-ci il aprelin 2-də Bakı Ģəhərində qulluqçu ailəsində anadan
olmuĢdur. Bakıda 199 saylı Ģəhər orta məktəbini bitirmiĢdir (1968). Bədii yaradıcılığa
erkən baĢlamıĢdır. M.Ə.Sabir kitabxanası nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü
olmuĢdur. Ġlk qələm təcrübələri – məqalə və mənsur Ģeirləri "Azərbaycan gəncləri"
qəzetinin 1969-cu il tarixli sayında dərc edilmiĢdir. Zaqafqaziya komsomol məktəbinin
6 aylıq kursunda siyasi təhsil almıĢdır (1971). M.A.Əliyev adına Ġncəsənət Ġnstitutunun
mədəni-maarif fakültəsində təhsilini davam etdirmiĢdir (1969-1973). ―Qadın dünyası‖
qəzetində qadınların ictimai hərəkatına dair silsilə yazıları dərc olunmuĢdur (1994).
Azərbaycan Dövlət NəĢriyyatında kiçik redaktor (1978), Azərbaycan Dövlət NəĢriyyat
poliqrafiya və kitab ticarəti iĢləri komitəsində redaktor (1979), ―Yazıçı‖ nəĢriyyatında
redaktor (1980-1987), ―Gənclik‖ nəĢriyyatında yeniyetmələr üçün bədii ədəbiyyat
redaksiyasında redaktor iĢləmiĢdir (1987-1993). 1999-cu ildə ―Ekspress‖ qəzetində
müxbir kimi çalıĢmıĢdır. 2003-cü ildən 2006-cı ilə qədər Bakı Bədən Tərbiyəsi və
Turizm kollecində ədəbiyyat müəllimi iĢləmiĢdir. 2006-cı ildən Gənclər və Ġdman
Nazirliyində çalıĢır, hal-hazırda dövlət qulluğunun kiçik müĢaviridir, baĢ məsləhətçidir.
Ġki övladı var. Həzrəti Fatimeyi Zəhranın mövludu günü münasibətilə "ġəhriyar"
qəzetinin xüsusi buraxılıĢı "Analı dünyam" jurnalını hazırlamıĢdır (1996). "Bahar
çiçəkləri", "Çinar pöhrələri", "Mənim bağım, baharım" almanaxlarında, eləcə də dövri
mətbuatın qəzet və jurnallarında hekayələri və əsərləri çap olunur.
Əsərləri: ―Ünsiyyət‖ (1981), ―Ġki tale‖ (1984),‖Tənhalıq‖(1989), ―Özgə evin iĢığı‖
(1991), ―Bir ömrə sığmayan arzular‖, ―Mirvari toy‖ (2006), ―Özəl poçtdan məktub var‖
(2011), ―Talelərə yazılan musiqi‖ (2013), ―Tarixi yaddaĢ və qondarma əhvalatlar‖
(2015) və s.
124
7.Yazıçı Yaşar Rzayevin anadan olmasının 75 illiyi (07.04.1941)
Yaşar Rzayev — Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan
Yazıçılar Birliyinin üzvü
YaĢar Rzayev 1941-ci il aprelin 7-də Lənkəran Ģəhərində
qulluqçu ailəsində anadan olmuĢdur. Lənkəranda orta məktəbi
bitirib, sonra əla qiymətlərlə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olmuĢdur. Hekayələr, respublika
televiziyasının veriliĢləri üçün ssenarılər yazmıĢ, ilk hekayələri
―Aprel çiçəkləri‖, ―Gənc qələmlər‖ almanaxlarında, ―Azərbaycan‖
jurnalında çap olunmuĢdur. Filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirmiĢ, Lənkəran ġəhər Partiya Komitəsində təlimatçı, təĢkilat Ģöbəsinin
müdiri iĢləmiĢdir. Bədii yazıları, müxtəlif məqalələri çap olunmuĢ, Azərbaycan
Yazıçılar Birliyinə üzv qəbul olunmuĢdu. 1983-cü ildə ikinci katib seçilmiĢ, 1990-1991-
ci illərin mürəkkəblikləri və ziddiyyətləri əhatəsində Lənkəranın inkiĢafı üçün də bir
çox iĢlər görmüĢdür. Lənkəran Dövlət Universitetinin təĢkilinə nail olmuĢdur. Avqust
1992-ci ildən sentyabr 1993-cü ilədək Azərbaycan Müəllimləri TəkmilləĢdirmə Ġnstitutu
Lənkəran filialının direktoru, 1993-cü ilin sentyabrından 1995-ci ilin oktyabrınadək
ġəhər Ġcra Hakimiyyəti BaĢçısının humanitar məsələlər üzrə müavini iĢləmiĢdir. 1995-ci
ilin oktyabrında Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiĢ, deputatlıq
dövründə Milli Məclisdə 200-dən çox çıxıĢı olmuĢdur. Həmçinin MDB
Parlamentlərarası Assambleyasının üzvü kimi də fəaliyyət göstərmiĢdir. Sankt-
Peterburqda, Minskdə, Türkiyənin Samsun Ģəhərində (türk xalqlarının toplantısında)
çıxıĢlar etmiĢdir. Filologiya üzrə fəlsəfə doktorudur. ―Milli azadlıq Ģüurunun
formalaĢmasında Azərbaycan ədəbiyyatının rolu (1960-1980-ci illər)‖ mövzusunda
namizədlik dissertasiyası müdafiə etmiĢdir. ―Azərbaycan romanı siyasi-ideoloji
proseslər və milli-mənəvi ideallar kontekstındə (1930-1950-ci illər)‖ adlı doktorluq
dissertasiyası yazmıĢdır. Çoxlu sayda elmi məqalənin, oçerk və reportajların, publisistik
yazıların, resenziyaların, tərcümələrin müəllifidir, beynəlxalq elmi konfransların
iĢtirakçısıdır. Elmi məqalələri Rusiyada, Türkiyədə, Ukraynada, Qazaxıstanda,
Özbəkistanda çap olunmuĢdur.
Əsərləri: ―Gecə eĢelonu‖ (1972), ―Əks-səda‖ (povest və hekayələr) (1981), ―BeĢ
dəqiqəlik yol‖ (povestlər, hekayələr) (2001) və s.
Elmi kitabları: ―Bədii söz və milli azadlıq Ģüuru‖ (2007), ―Azərbaycan romanı: siyasət
və milli düĢüncə‖ (2010), ―Dünənə necə baxmalı. Elmi məqalələr toplusu‖ (2011) və s.
125
10.Yazıçı, tənqidçi, ədəbiyyatşünas Allahverdi Eminovun anadan olmasının 75
illiyi (10.04.1941)
Eminov Allahverdi İsgəndər oğlu ədəbiyyatşünas, tənqidçi,
nasir, 1998- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, pedoqoji elmlər
namizədi.
1941- ci il aprelin 10 - da Azərbaycanda Salyan rayonunun Qırmızıkənd kəndində
dəmiryolçu ailəsində anadan olmuĢdur. Kənd orta məktəbini bitirdikdən sonra
Azərbaycan Dövlət Pedoqoji Ġnstitutunun tarix-filologiya fakultəsində təhsil almıĢdır.
Təyinatla göndərildiyi Salyan rayonunun Kərimbəyli kənd orta məktəbində Azərbaycan
dili və ədəbiyyat müəllimi olmuĢdur. 1965 - ci ildə ordu sıralarına xidmətə çağırılmıĢ,
bir neçə aydan sonra tərxis olunmuĢ, müəllimlik fəaliyyətini davam etdirmiĢdir.
Azərbaycan Elmi Tədqiqat Pedoqoji Elmlər Ġnstitutunda aspirant (1968-1971), elmi iĢçi
(1971-1974), ―Azərbaycan məktəbi‖ jurnalında məsul katib (1974-1976), ―Azərbaycan
müəllimi‖ qəzetində Ģöbə müdiri (1976-1984), ―Maarif‖nəĢriyyatında baĢ redaktor
(1984-1992) olmuĢdur. 1960 - cı ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxıĢ
edir. Elmi fantastik janrın nəzəri problemləri, yaradıcılıq psixologiyası ilə məĢğul olur.
Dövri mətbuatda 200- dən artıq məqaləsi çıxmıĢdır. ―Pedaqogika‖ (1993) dərsliyinin
müəllifidir.
Əsərləri: ―Gördüklərim, yazdıqlarım, unutduqlarım‖ (1990), ―ġərq ailəsinin sirləri‖
(1992), ‖Səsimiz niyə qəzetdən gəlir‖ (1966), ―Səməd Vurğunun poetikası‖ (1999),
‖Sözdən saray tikən Ģair‖ (1998), ―Əhməd Seyidov fenomeni‖ (2003) və s.
126
24.Yazıçı Sultanməcid Qənizadənin anadan olmasının 150 illiyi (24.04.1866-1942)
"Qənizadə iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində təzə fikirlər,
vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları
oxumağı tövsiyə edirik".
Ədəbiyyatşünas Firidun bəy Köçərli
Sultan Məcid Qənizadə - Azərbaycanın tanınmış maarif
xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra
lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi.
Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında ġamaxıda
tacir ailəsində dünyaya gəlmiĢdi. Tədqiqatçıların yazdıqlarına
görə, Sultan Məcidin ulu babası Ağa Məsih ġirvani ġamaxının
tanınmıĢ Ģairlərindən olub. Ədibin bəzi məqalələrində
"Məsihzadə" imzası ilə yazması da bu varisliyə iĢarədir. Rus
dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü
ildə Tiflisdəki Aleksandrovski Müəllimlər Ġnstitutuna daxil
olmuĢdur. Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər.
―Lüğəti-rusi və türki‖ (1902), ―Samouçitel tatarskoqo yazıka‖ və baĢqa kitablar
S.M.Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən,
yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və canyanğısından xəbər
verir. Sultan Məcid Qənizadə mədəniyyət xadimi, tərcüməçi idi. 1894-cü ildə o, Lev
Tolstoyun ―Əvvəlinci Ģərabçı‖ pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda
tamaĢaya qoymuĢdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk
tamaĢası kimi daxil olmuĢdur. Sultan Məcid Qənizadə böyük yazıçı və dramaturq idi.
Rus ədiblərindən etdiyi tərcümələrlə yanaĢı, Sultan Məcid xalq nağılları əsasında
uĢaqlar üçün mənzum hekayələr yazmıĢdır. Ən sanballı bədii əsəri isə "Məktubati-
ġeyda bəy ġirvani" adlanır. Əslində bu, bioqrafik bir əsərdir. Sultan Məcid Qənizadə
böyük jurnalist idi. Qori müəllimləri seminariyasında iĢlədiyi müddətdən mətbuatda
müntəzəm çıxıĢ edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı.
O, böyük Azərbaycanlı idi. Müəllimliyə baĢladığı ilk gündən həyatını və yaradıcılığını
millətinin oyanıĢına, tərəqqisinə, təhsilinə və iĢıqlı gələcəyə sahib durmasına
bağlamıĢdı. Ġnsan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri
yorulmadan təbliğ etməklə yanaĢı, hər kəsi insan olmağa, insaniyyətə, milliyyətə,
Vətənə xidmətə səsləyərdi. O, bütün ibrətamiz öyüdlərində vətəndaĢ olduğunu, Vətənə
bağlılığını ifadə edirdi. 1937-ci ilin repressiyaları öz qara caynaqlarını yaĢının ahıl
çağında Sultan Məcid Qənizadəyə də tuĢladı. Ömrü boyu millətinə, xalqına, onun iĢıqlı
gələcəyinə xidmət göstərən bir Ģəxsiyyəti həbs edərək ―xalq düĢməni‖ kimi güllələdilər.
Əsərləri: Yazarın Əli Ġskəndər Cabbarovla birlikdə yazdığı ―Kəlili ədəbiyyat‖
(müntəxabat), ―Ġstilahi Azərbaycan‖, ―Lüğəti rusi və Azərbaycan(müsəlman)‖, ―AxĢam
səbri xeyir olar‖, ―Məktubati ġeyda bəy ġirvani‖, ―Müəllimlər iftixarı‖, ―Gəlinlər
həmayli‖, ―Allah xofu‖ və s.
|