3.Günəş Günü (03.05.1994)
YUNESKO-nun qərarı ilə təyin olunmuĢdur. Yer kürəsinə ən yaxın ulduz GünəĢdir.
YaĢayıĢın mənbəyi olan və dünyanı iĢıqla, istiliklə təmin edən GünəĢi nə qədər
tanıyırıq? Beynəlxalq GünəĢ günü artıq on ildən çoxdur ki, may ayının 3-də qeyd edilir.
GünəĢ günü Milli UçuĢ və Kosmos Ġdarəsi tərəfindən qeyd edilir. GünəĢ bitki və
heyvanlar aləminə lazım olan istiliyi və iĢığı verir. Yer Kürəsinin atmosferini
formalaĢdırır. Dünya ekoloqlarının rəyinə görə günəĢ olmadan planet mövcud ola
bilməzdi. ―GünəĢ‖ nağılı məhz GünəĢin insan həyatında baĢlıca rolundan bəhs edir.
8.Ümumdünya Qızıl Xaç və Qızıl Aypara hərəkatı günü.
Bu gün 1828-ci il may ayının 8-də
anadan
olmuĢ
Ġsveçrə
vətəndaĢı,
humanist ictimai xadim, Nobel sülh
mükafatı laureatı Anri Dünanın Ģərəfinə
təsis edilmiĢdir və 1953-cü ildən bəri
qeyd olunur. Anri Düna 1859-cu ildə
Ġtaliyanın Solferino əyalətində Avstriya
və Fransa orduları arasında baĢ vermiĢ döyüĢün Ģahidi olmuĢ və müharibənin
dəhĢətlərini öz gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər etmiĢdir. 1863-
cü ildə Anri Dünanın təĢəbbüsü ilə yaralılara yardım göstərən Beynəlxalq Komitə
(gələcək Beynəlxalq Qırmızı Xaç Komitəsi) yaradılmıĢdır. 1864-cü il avqust ayının 22-
də Ġsveçrədə keçirilən Diplomatik Konfransda emblem – ağ fonda qırmızı xaç qəbul
olunmuĢdur. Belə fərqləndirici niĢan, qırmızı fonda ağ xaçı əks etdirən Ġsveçrə
dövlətinin bayrağına olan hörmətin əlamətidir. 1876-cı ildə Osmanlı imperiyası rus-türk
müharibəsində iĢtirak edən tibbi iĢçilərin müdafiəsi üçün Qızıl Aypara emblemini təklif
etmiĢdir. O vaxtdan adı çəkilən emblem ağ fonda qırmızı xaç emblemi ilə yanaĢı
bərabər hüquqlu niĢan kimi qəbul olunub. Hazırda bir sıra ölkələr tərəfindən istifadə
edilir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərkibində 183 milli Qızıl Xaç və
Qızıl Aypara cəmiyyətlərini, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasını birləĢdirir.
138
9. Faşizm üzərində qələbə günü
“Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, II Dünya müharıbəsində, Böyük Vətən
Müharibəsində Azərbaycan Respublikasının fəaliyyəti, rolu çox böyük olmuşdur.”
Ümummillilider Heydər Əliyev
Müharibədə Azərbaycanın 600 mindən çox
oğul və qızının amansız düşmənlə döyüşlərdə
göstərdikləri misilsiz şücaət və igidlik, arxa
cəbhədə çalışanların isə əmək rəşadəti dillər
əzbəridir və bugünki nəsillər üçün daim örnək
olaraq qalacaqdır.
Azərbaycan
xalqının
Ġkinci
Dünya
müharibəsində
göstərdiyi
qəhrəmanlıq
nümunələri haqqında çoxlu sayda Ģeirlər,
kitablar yazılmıĢ, bədii və sənədli filmlər çəkilmiĢ, qəhrəmanların Ģərəfinə abidələr
ucaldılmıĢ, onların adları əbədiləĢdirilmiĢdir. Artıq 70 ildir ki, 9 may faĢizm üzərində
Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan baĢa gəlməyib.
Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə
canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox
uzaqlarda mərdliklə, hünərlə vuruĢaraq və həm də doğma Azərbaycan torpağını
qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130
nəfər həmyerlimizin isə Sovet Ġttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani
sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə
ilə bitə bilməzdi. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə
bağlı keçirilən təntənəli tədbirdə demiĢdir: ―Bu qələbənin çalınmasında Azərbaycanın
xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin
müharibənin uğurla aparılması üçün ən mühüm amililərdən biri olmuĢdur. Müharibənin
ilk illərində faĢist Almaniyası iĢğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi
potensialını öz əlində cəmləĢdirmiĢdi. Lakin ―Hər Ģey cəbhə üçün, hər Ģey qələbə üçün‖
Ģüarı altında bütün Sovet xalqlarını birləĢdirdi. Bununla da düĢmənin hücumları nəinki
dayandırıldı, faĢistlər Moskva, Stalinqrad, Kursk və baĢqa döyüĢlərdə ən ağır və
sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi.
139
10. Ümummilli lider Heydər Əliyevin doğum günü (1923-2003)
“Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır.”
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva
Heydər Əliyev -Azərbaycanın görkəmli siyasi və
dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü
Prezidenti
(1993-2003),
―Ulu
öndər‖
və
―Azərbaycan xalqının ümummilli lideri" titullarının
rəsmi
daşıyıcısıdır. Heydər Əliyev bir sıra
beynəlxalq
mükafatlara,
müxtəlif
ölkələrin
universitetlərinin fəxri doktoru adına və digər
yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O,
dörd dəfə ―Lenin‖ ordeni, ―Qırmızı Ulduz‖ ordeni
və çoxlu medallarla təltif edilmiş, iki dəfə "Sosialist
Əməyi Qəhrəmanı" adını almış, bir çox xarici
dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.
27 mart 1997 — Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni;
13 aprel 1999 — Türkiyənin ən nüfuzlu mükafatı – ―Atatürk Beynəlxalq Sülh
Mükafatı‖;
2001 — Qızıl Post ordenı
20 yanvar 2001 — Moskva Dövlət Universitetinin ―Fəxri professoru‖;
3 aprel 2003 — Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası
Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına
mükafat;
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan Ģəhərində
anadan olmuĢdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra
Azərbaycan Sənaye Ġnstitutunun memarlıq fakültəsində təhsil almıĢdır. 1941-ci ildən
Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili ĠĢlər Komissarlığında və Naxçıvan MSSR
Xalq Komissarları Sovetində Ģöbə müdiri vəzifəsində iĢləmiĢ və 1944-cü ildə dövlət
təhlükəsizliyi orqanlarında iĢə göndərilmiĢdir. Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri
olmuĢdur. 1982-ci ilin dekabrında Sovet Ġttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRĠ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsinə təyin edilmiĢ və SSRĠ-nin rəhbərlərindən biri olmuĢdur. Heydər
Əliyev iyirmi il ərzində SSRĠ Ali Sovetinin deputatı, beĢ il isə SSRĠ Ali Soveti sədrinin
müavini olmuĢdur. O, 1990-cı ilin 20 yanvarında sovet qoĢunlarının Bakıda törətdiyi
qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxıĢ
140
edərək, Azərbaycan xalqına qarĢı törədilmiĢ cinayətin təĢkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb etmiĢdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər
Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaĢamıĢ, həmin ildə də Azərbaycan Ali
Sovetinə deputat seçilmiĢdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuĢdur.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun
24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə baĢladı. 1993-cü il oktyabrın 3-də ümumxalq
səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı Ģəraitində keçirilən seçkilərdə
səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti
seçilmiĢdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin
irəli sürülməsinə razılıq vermiĢ Heydər Əliyev səhhətində yaranmıĢ problemlərlə
əlaqədar seçkilərdə iĢtirak etməkdən imtina etmiĢdir. Heydər Əliyev bir sıra beynəlxalq
mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək
nüfuzlu fəxri adlara layiq görülmüĢdür. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində
daim tərəqqisi üçün çalıĢdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmiĢi ilə həmiĢə qürur
duyduğu və gələcək nəsillərinin taleyi üçün düĢündüyü doğma yurdu Azərbaycanı bir
dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmıĢdır. Azərbaycan xalqı milli
dövlətçiliyinin dağılmaq təhlükəsi qarĢısında qaldığını gördüyü və artıq ən ağır
günlərini yaĢadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin
dəyiĢilməsini təkidlə tələb etmiĢ və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar
etmiĢdir. Xalq Heydər Əliyevin bu qayıdıĢını ümid və sevinclə qarĢılamıĢ, həmin günü
isə Milli QurtuluĢ günü kimi müstəqil Azərbaycanın tarixinə yazmıĢdır.
Ümummillilider Heydər Əliyev 12 dekabr 2003-cü ildə 80 yaĢında vəfat etmiĢdir.
141
18. Beynəlxalq Muzeylər günü
“Muzey maddi- mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi,
öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi
tədqiqat müəssisəsidir.”
Ulu öndər Heydər Əliyev
2000-ci il martın 24-də qüvvəyə minmiş ―Muzeylər haqqında‖ Azərbaycan
Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi
əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Ümummilli Lider tərəfindən
muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan
Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-
nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi
altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Muzeylər dünyada mədəni proseslərin
fəal
iĢtirakçısına,
eyni
zamanda,
qloballaĢmanın mənfi nəticələrinə qarĢı
dura bilən mədəniyyət ocaqlarıdır. Hər il
mayın 18-i bütün dünyada Beynəlxalq
Muzeylər Günü kimi geniĢ qeyd edilir.
Beynəlxalq Muzeylər ġurasının (ĠCOM)
təĢəbbüsü ilə 1977-ci ildə təsis olunmuĢ
bu əlamətdar günün məqsədi muzeylərin
cəmiyyətin
həyatında
nə dərəcədə
mühüm rol oynadığını göstərməkdir.
Dünyanın 100-dən çox ölkəsində qeyd edilən Beynəlxalq Muzeylər Günü qədim tarixə
və zəngin mədəniyyətə malik Azərbaycanda da geniĢ miqyasda qeyd edilir.
Ölkəmizdə muzey iĢinin inkiĢafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Onun təĢəbbüsü ilə respublika Mədəniyyət Nazirliyinin muzeylər idarəsi, muzey iĢi üzrə
elmi-metodiki mərkəz, muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey
sərvətləri və xatirə əĢyalarının bədii bərpa mərkəzi təĢkil olunmuĢdur. Azərbaycan
mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd
Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng
simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarĢünaslıq muzeyləri məhz ulu
öndər Heydər Əliyevin Ģəxsi təĢəbbüsü sayəsində yaradılmıĢdır. 1994-cü ildə
―Azərbaycan Respublikasının paytaxtı Bakı Ģəhərində Ġstiqlal muzeyinin yaradılması və
Ġstiqlal abidəsinin ucaldılması haqqında‖ 2006-cı il 18 dekabr, ―Müasir Ġncəsənət
Muzeyinin yaradılması haqqında‖ 2006-cı il 19 dekabr, ―Azərbaycanda muzey iĢinin
yaxĢılaĢdırılması haqqında‖ 2007-ci il 6 mart tarixli sərəncamları, 2009-cu il 22 may
tarixli Sərəncamı ilə təsdiq edilmiĢ ―Azərbaycanın regionlarında fəaliyyət göstərən
muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla
təchizatına dair xüsusi tədbirlər planı‖, həmçinin ―Azərbaycan Xalça Muzeyinin yeni
142
binasının maddi-texniki təminatı haqqında‖ 2013-cü il 29 dekabr tarixli sərəncamları
bu sahəyə göstərilən qayğıya bariz nümunələrdir. ―Azərbaycan 2020: gələcəyə baxıĢ‖
ĠnkiĢaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident Ġlham Əliyevin 2013-cü il
27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan ―DaĢınmaz tarix və mədəniyyət
abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin
təkmilləĢdirilməsi və inkiĢafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı‖na uyğun
olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi
qarĢıya qoyulmuĢdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın böyük zəhməti sayəsində ―ġirvanĢahlar Sarayı Kompleksi‖, Qız
qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya Ġrsi Siyahısına daxil
edilmiĢdir. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri
haqqında məlumatlar mötəbər beynəlxalq təĢkilatlara çatdırılır. Azərbaycan dövlətinin
uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu
muzeyləri ilə əlaqələri geniĢlənmiĢ, bu sahədə beynəlxalq əməkdaĢlıq sahəsində yeni
nailiyyətlər əldə edilmiĢdir. Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi,
azərbaycançılıq məfkurəsinin formalaĢdırılaraq inkiĢaf etdirilməsi məqsədilə yaradılan
Heydər Əliyev muzeyləri isə respublikada muzey Ģəbəkəsinin geniĢləndirilməsi
sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir. Hazırda ölkəmizdə 200-dən çox
muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla
təbliğ edir.
143
15. Beynəlxalq ailə günü
“Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə
mühitini əvəz edə bilməz”
Mehriban xanım Əliyeva
Ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz
cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının
qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.
15 may BMT-nin qərarı ilə bütün
dünyada Beynəlxalq ailə günü kimi qeyd
olunur. BMT BaĢ Assambleyası 1993-cü
ilin sentyabrında 15 may tarixini 1994-cü
ildən etibarən hər il Beynəlxalq Ailə
Günü kimi qeyd etməyi qərara aldı.
Ailənin cəmiyyətin əsas elementi, kiçik
demokratiyanın təməli olduğunu nəzərə
alaraq, BMT demokratik ideyaları
dəstəkləyən, sülh və demokratik millətlər
birliyini qurmağa səy göstərən bütün
dünya ailələrini birləĢdirməyə çalıĢır. Azərbaycanda ailə bütün zamanlarda
cəmiyyətimizin ən müqəddəs təməl daĢı hesab olunub. Ulu öndər Heydər Əliyev
Azərbaycan ailəsi və onun problemlərini həmiĢə diqqətdə saxlayırdı. Bu münasibət indi
də dövlət baĢçımız Ġlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan cəmiyyətində
ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi
dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc
ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmiĢə diqqətdə
saxlayan ulu öndəriz Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması,
qadınlarla kiĢilər arasında bərabərliyin gerçəkləĢdirilməsi, qadın, ailə problemlərinin
həlli istiqamətində də böyük iĢlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda
―Qadın Problemləri üzrə Dövlət Komitəsi‖ni yaratdı. Bu məsələyə böyük həssaslıqla
yanaĢan Prezident Ġlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və UĢaq
Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Hazırda
bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin
üzərində iĢləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. Ölkənin
birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ailə, qadın və
uĢaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq
edir. Mehriban Əliyevann təĢəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi
nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. ―UĢaq
evləri və internat məktəblərinin inkiĢafı proqramı‖ çərçivəsində görülən iĢlər də əslində,
Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.
144
22. Bioloji Müxtəliflik günü
Məşhur bioloq E.Vilson biomüxtəlifliyi "həyatın məğzi" adlandırmışdır.
Biomüxtəliflik Yer üzərində mövcud olan genlərdən ekosistemlərə qədər bütün
canlıların əmələ gətirdiyi müxtəlifliyin məcmusu deməkdir
.
Bioloji müxtəliflik bütün yaĢayıĢ mühitlərində, o
cümlədən quruda, dənizdə və digər su ekosistemləri
və ekoloji komplekslər də daxil olmaqla, bütün
canlı orqanizmlərin növ müxtəlifliyi deməkdir.
2000-ci
il dekabrın 20-də BMT-nin BaĢ
Assambleyası 55/201 nömrəli qətnaməsi ilə 22 may
tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın
qəbul olunması, həmçinin ―Beynəlxalq bioloji
müxtəliflik günü‖ elan etmiĢdir. Azərbaycan isə biomüxtəliflik üzrə Konvensiyaya
2000-ci ildə qoĢulmuĢdur.
Bizim taleyimiz ekosistemin məhsuldarlığından və
saglamlığından asılı olduğundan dünyada Biomüxtəlifliyin qorunması irqindən,
dinindən, rəngindən asılı olmayaraq hər birimizin borcudur. Bu baxımdan təbiətdə
canlıların qorunması təbliğinə istiqamətlənmiĢ 22 may Beynəlxalq biomüxtəliflik
gününü Avropanın bir çox ölkələri qeyd edirlər. 1992-ci ildə BMT-nin təĢəbbüsü ilə
Rio-de-Janeyro Ģəhərində keçirilmiĢ konfransda qeyd olunduğu kimi: ‖Dünyanın
gələcəyi, inkiĢafı ekoloji problemlərin necə həll olunmasından asılı olacaqdır‖.
Azərbaycanda biomüxtəliflik:Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin
təbii sərvətlərə malik ölkədir. Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada
özünəməxsus yerlərdən birini tutur. Burada zəngin bitki və heyvan növləri
cəmlənmiĢdir. Müasir Azərbaycan faunası 18000 canlıdan ibarət olub məməlilərin 97
növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar
faunamızda 700 növlə təmsil olunmuĢdur. Respublikanın quĢ faunası 357 növ və
yarımnövü əhatə edən 17 dəstəni təmsil edir. Azərbaycanın su hövzələrində balıqların
10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü yaĢayır. Azərbaycanın
həĢəratlar aləmi də son dərəcə zəngin olub 25 minə yaxın növü əhatə edir. Azərbaycan
florasının biomüxtəlifliyinə isə dərman, efiryağlı, dekorativ, meyvə, texniki və digər
faydalı bitkilər daxildir.
145
23.Ümumdünya tısbağa günü (23.05.2000)
Bu qeyri adi gün 2000-ci ildə Amerika Tısbağaların Müdafiəsi Cəmiyyətinin təĢəbbüsü
ilə yaranmıĢdır. Tısbağa- müdriklik, sərvət və uzunömürlülük rəmzi daĢıyan heyvandır.
23 may bir çox ölkələrdə Ümumdünya tısbağa günü (World Turtle Day) kimi qeyd
olunur. Amerika tısbağaların qorunması cəmiyyəti(American Tortoise Rescue) 1990-cı
ildə Malibuda(ABġ, Kaliforniya Ģtatı), Ģəhərin ətrafında yaĢayan tısbağaların
populyasiyasının qorunması üçün entuziastlar tərəfindən yaradılmıĢdır.
Bu qeyri adi bayramın keçirilməsinin məqsədi tısbağaların insanlarla qonĢuluqda
yaĢamaları səbəbindən kütləvi Ģəkildə tələf olmalarına ictimaiyyətin diqqətini cəlb
etməkdir. Hər il bu gün tısbağaların məskunlaĢdığı bütün ərazilərdə könüllülər
miqrasiya və ya digər təhlükəli yerlərdə hərəkətin intensiv olduğu Ģosselərdə bu
heyvanlar üçün keçidlər yaradaraq xilas edirlər. Aksiya iĢtirakçıları həmçinin dəniz
tısbağalarının yumurta qoyduğu dəniz sahillərinə qanunla qorunan ərazilər statusunun
verilməsinə nail olublar.
146
23. Ümumdünya Metereologiya günü
Hər kiçik yarpağı da
Bulağı da
Suyu da.
Havanı da qoruyaq.
Quşların sığındığı
Yuvanı da qoruyaq!
Əhməd Cəmil
Ümumdünya Metereologiya günü 1950-ci ildən, yəni ÜMT- nin yaradılması barədə
konvensiya qüvvəyə minəndən bəri ənənəvi olaraq hər il bir deviz altında keçirilir.
Mərkəzi Cenevrədədir. Ümumdünya Metereologiya Konqresi hər 4 ildən bir keçirilir.
Azərbaycan 1993-cü il sentyabrın 3-dən Ümumdünya Metereologiya TəĢkilatının
üzvüdür və Ümumdünya Meteorologiya TəĢkilatının Konvensiyasına qoĢulub və bu
konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, mütəmadi olaraq meteoroloji,
hidroloji, iqlim müĢahidələri aparır, məlumatların beynəlxalq və regional mübadiləsini
təmin edərək, təĢkilatın qəbul etdiyi qərarları icra edir.
Burda hər meşənin min bir ağacı,
Burda hər ağacın yamyaşıl tacı,
Burda hər tac üstə sarmaşıq saçı
Hər saçın küləkdən darağı vardır.
Burda hər budağın şeyda bülbülü,
Burda hər bülbülün qönçə bir gülü,
Burda hər qönçənin yaşıl bir tülü
Hər tülün xırdaca saçağı vardır.
Burda hər yamacın çiçəkdi daşı
Burda hər çiçəyin şehdir göz yaşı
Burda şeh damlası bir üzük qaşı
Hər qaşın qızıl qurşağı vardır
… Harda bu saydığım gözəllik olsa
Orda Azərbaycan torpağı vardır!
Musa Yaqub
147
28.Azərbaycan Respublikası günü
“Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”.
Ulu öndər Heydər Əliyev
Bu gün müstəqil Azərbaycanın beynəlxalq
aləmdə nüfuzu və Ģöhrəti durmadan artmaqdadır.
Azərbaycan
Respublikası
bütün
dünyada
demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu
qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan
təməl qanunumuz dünyanın ən demokratik, ən
mükəmməl konstitusiyalarından biridir və
beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət
qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar
xarici ölkələrlə əlaqələrimizin geniĢlənməsinə müsbət təsir göstərir. Özünün xarici
siyasətini bərabərlik və qarĢılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan
Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilib.
Respublika günü və
ya 28 May – Respublika Günü- 1918-ci ildə müsəlman ġərqində ilk dünyəvi demokratik
dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən
Respublika günü dövlət bayramı kimi qeyd edilir.
1917-ci ildə Rusiyada baĢ vermiĢ
Fevral inqilabı nəticəsində Rusiyada Çar Ġmperiyası devrildi. Ölkədə çarizmin məzlum
vəziyyətə saldığı xalqların milli hərəkatı baĢlandı. 1918-ci il mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman ġərqində ilk dünyəvi demokratik dövlət
yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaĢında Azərbaycan dövlətçiliyinin
ilk təcrübəsi kimi iz qoymuĢdur. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə
böyük nailiyyətlər və qalibiyyətlər əldə etmiĢdir. Azərbaycan Demokratik
Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuĢdur. Həmin tarixi
hadisə 4 iyun 1918-ci ildə baĢ vermiĢdir. 1918-ci il 9 noyabr tarixində
M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli
bayrağı qəbul edilmiĢdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının
bayrağı qırmızı rəngdəydi. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb
ictimai-siyasi Ģəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil
Azərbaycan Cümhuriyyəti iki yaĢına dolmadan bolĢeviklərin hücumuna məruz qalıb
müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə
daxil etdi. BolĢeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və
1991-ci ildə Sovet Ġmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini
elan etdi.
148
31.Ümumdünya Siqaretə Qarşı Mübarizə Günü
BəĢəriyyət XXI əsrin əvvəllərindən baĢlayaraq daha bir problemlə -
ağ ciyərin xroniki xəstəliklərinin kəskin artması ilə üz-üzə
qalmıĢdır. Ekologiyanın pisləĢdiyi, qlobal tütün epidemiyasının
geniĢləndiyi bir Ģəraitdə bu növ xəstəliklər təkcə sürətlə yayılmır,
həm də bu səbəbdən ölüm halları kütləvi Ģəkildə artır. 21 may 2003-cü ildə
Ümumdünya Səhiyyə Assambleyası bütün dünya dövlətlərinin tam hüquqlu
nümayəndələrinin iĢləyib hazırladıqları tütünə qarĢı mübarizə üzrə çərçivə
konvensiyasının bitmiĢ mətnini təsdiq etdi. Konvensiya 2003-cü il iyunun 30-dan 2004-
cü il iyunun 29-na qədər BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında bütün dünya
dövlətlərinin imzalaması üçün açıq idi. Bu müddətdə konvensiyanı dünyanın 167
dövləti imzaladı. Bu gün onların sayı 192-yə çatır və bu sırada Azərbaycan Respublikası
da var. Çərçivə Konvensiyasının iĢtirakçı dövlətləri, həmçinin, Azərbaycan öz üzərinə
bir tərəfdən tütün məhsullarına tələbatın və istifadəsinin azalması ilə, digər tərəfdən isə
tütün məmulatlarının idxalına nəzarətlə bağlı siyasət və qanun iĢləyib hazırlamaq və
qəbul etmək öhdəliyi götürürlər. Azərbaycan Respublikası 2005-ci il sentyabrın 20-də
"Tütünə qarĢı mübarizə haqqında" Ümumdünya Səhiyyə TəĢkilatının Çərçivə
Konvensiyasına qoĢulmaq barədə qanun qəbul etmiĢ və bununla da üzərinə bir çox
öhdəliklər götürmüĢdür. BeĢ il müddətində həyata keçiriləcək bu öhdəliklərin ən əsası
ÜST-ün Çərçivə Konvensiyasının tələblərinə uyğun tütünə qarĢı mübarizə üzrə Milli
Strategiyanın və antitütün siyasətinin daha səmərəli tədbirlərinin həyata keçirilməsini də
özündə birləĢdirən planın qəbul edilməsidir. Çərçivə saziĢi tütün məmulatlarından
istifadənin məhdudlaĢdırılması və onun təsirinin azaldılması üçün əsasən dövlətlərin
hökumətləri qarĢısında aĢağıdakı vəzifələri qoyur: - əhalini tütünün tüstüsündən
müdafiə edəcək qanunun qəbul edilməsi. Bu məsələ ilə bağlı Azərbaycan
Respublikasının Milli Məclisində qanun layihəsi hazırlanmıĢ və Səhiyyə
Nazirliyi
parlamentin
müvafiq
komissiyasına
öz
təkliflərini
vermiĢdir.
149
Bu tarixi unutmayaq
8. Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalı günü (1992)
Şuşanın dağı bizdən,
Bağçası bağı bizdən.
Yağı gəlib yurd salıb.
Alıb xoş çağı bizdən.
İşğal əməliyyatı
8 may 1992-ci il tarixdə Qarabağ
cəbhəsinin komandanı Arkadi Ter-
Tadevosyan ġuĢa Ģəhərinə hücum üçün
əmr imzaladı. Əslində isə ermənilərin
ġuĢa üzərinə hücumlarının icrasına
artıq aprel ayının 27-dən baĢlanmıĢdı.
ġuĢanın iĢğalını müĢahidə etmək üçün
may ayının 6-da bütün erməni
komandanlığı, xarici qonaqlar və
jurnalistlər dəniz səviyyəsindən 1207,3
m
Ģimal
yüksəkliyində
yerləĢən
ġuĢakəndə toplaĢmıĢdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və
öz döyüĢçülərinə göstəriĢlər verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla
irəliləyən qoĢun hissələrinin döyüĢ tapĢırığı, ġuĢaya istiqamətlənən yollardakı
azərbaycanlıların bütün atəĢ nöqtələrini susduraraq qala divarlarına yaxınlaĢmaq idi.
Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından ġuĢa Ģəhərinin
yaĢayıĢ məntəqələrinə və ictimai iaĢə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi.
Bundan vahiməyə düĢən ġuĢanın mülki əhalisi keçilməz meĢələrlə Laçın istiqamətində
canlarını götürüb qaçırdılar. Cəbhə xəttində pərakəndəlik və özbaĢınalıq hökm
sürdüyündən, döyüĢçülərin sırasında üstəlik özbaĢına döyüĢ mövqelərini tərk edənlər də
var idi. Komandanlıq tərəfindən hücum tapĢırığı verilmədiyindən döyüĢçülərimiz yalnız
müdafiə mövqeyində dayanırdılar. Fasiləsiz raket zərbələri ġuĢanın cənubuna və qala
divarlarına istiqamətləndi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müĢahidə
qüllələrini dağıtdı, həmin gün bütün Ģəhər od tutub yandı. Bu həmlədən sonra ġuĢanın
mühasirəsinə son qoyuldu, ermənilər qala divarları üzərindən Ģəhərə daxil olmağa
baĢladılar. Bununla da ġuĢa Canhəsən, Kosalar, Qaraqaya erməni iĢğalının altına düĢdü.
ġuĢanın iĢğalı zamanı yerli əhalinin 193 nəfəri Ģəhid, 102 nəfəri isə əlil olub. ĠĢğal
nəticəsində ġuĢadakı bir sıra tarixi-mədəniyyət abidələri düĢmən tərəfindən talan edildi.
BeĢ minə yaxın eksponatı olan ġuĢa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq
tətbiqi sənəti muzeyinin bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs
məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri
məhv edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, ġuĢa qalası da olmaqla
bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
150
17-18. Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğalı günü (1992)
Bürüdü dağlarını düşmənlər, Laçın
Səndən ayrı düşdü sevənlər, Laçın
Unudarmı səni görənlər, Laçın
Vətənin həsrəti yandırır məni.
Azərbaycanın qala qapısı sayılan
Laçının
Ermənistan
silahlı
qüvvələri
tərəfindən
iĢğal
edilməsindən 24 il keçir. ĠĢğal
nəticəsində 1835 kv.kilometrlik
ərazi zəbt edildi, yüzlərlə maddi
mədəniyyət
nümunəsi
erməni
vandalizminə tuĢ gəldi, 65 min
laçınlı
doğma
yurd
yerlərindən didərgin düĢdü.. 1992-
ci ilin mayında Ermənistan Silahlı
qüvvələri
Qarabağın
Dağlıq
hissəsində Azərbaycanın qədim mədəniyyət və musiqi mərkəzi ġuĢanı ələ keçirməklə
bütün yuxarı Qarabağı iĢğal etdi. Bundan sonra erməni hərbi birləĢmələri qəsb etdikləri
torpaqlarda möhkəmlənmək və Qarabağın Dağlıq hissəsi ilə Ermənistanı birləĢdirmək
üçün Laçın rayonuna aramsız hücumlara baĢladı. ġuĢa kimi Laçın da mühüm hərbi –
strateji əhəmiyyət kəsb edirdi. Məhz bunu nəzərə alan düĢmən mayın 13-ü və 14-də
zirehli texnikalar, Mi -24 vertolyotlarının müĢayiəti ilə Qayğı qəsəbəsi və Laçın Ģəhərini
bombardman etdi. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə ġuĢa Ģəhərinin TurĢsu
deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni
silahlı birləĢmələri mayın 18-də rayonu iĢğal etdi. Laçının düĢmən əlinə keçməsi
müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını, Ermənistanın iĢğalçılıq
niyyətlərinin daha böyük olduğunu göstərdi. Sonralar Laçın dəhlizi ilə Qarabağa
gətirilən silah, döyüĢ sursatı və hərbi qüvvələr erməni təcavüzünün miqyasını daha da
geniĢləndirdi, ətraf rayonların taleyini təhlükə altında qoydu. Azərbaycanın qala qapısı
sayılan Laçının süqutu nəticəsində 262 nəfər həlak oldu, 67 nəfər itkin düĢdü, 48
sənaye, 63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəniyyət, 103 təhsil, 142 səhiyyə ocağı
dağıdıldı, talan edildi. 65 min laçınlı doğma yurdlarından didərgin düĢdü. Bu gün
Respublikamızın 58 Ģəhər və rayonunda məskunlaĢan laçınlılar dövlət qayğısı ilə əhatə
olunublar. Ağcabədi rayonunun Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün
yeni salınmıĢ qəsəbə prezident Ġlham Əliyevin iĢtirakı ilə istifadəyə verilib.
151
Yubilyar yazıçı və şairlər
1.Türkoloq, tənqidçi Tofiq Hacıyevin anadan olmasının 80 illiyi (1936)
Tofiq Hacıyev Azərbaycan dili üslublarının tarixi təşəkkülünü müəyyənləşdirib və
tarixi inkişafını tədqiq edib. Tarixi üslubiyyatın əsasını qoyub. Onun "Dədə Qorqud
kitabı"nın bədii dili və tarixi, filoloji məzmunu ilə bağlı tədqiqləri, qorqudşünaslığa
gətirdiyi "qorqudçu ozan" anlayışı diqqəti çəkir.
Tofiq İsmayıl oğlu Hacıyev- Azərbaycan dilçisi, türkoloq-
alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı
Dövlət Universitetinin türkologiya kafedrasının müdiri,
AMEA-nın həqiqi üzvü (2014)
Tofiq
Hacıyev
1
may
1936-cı
ildə
Cəbrayıl
rayonunun Soltanlı
kəndində
anadan
olub. 1953-cü
ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə
qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib
və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin
martında ―Azərbaycan dilinin Cəbrayıl Ģivəsi‖ mövzusunda
namizədlik, 1969-cu ildə ―XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili‖ mövzusunda
doktorluq dissertasiyalarını müdafiə edib. Tofiq Hacıyevin ―Sabir: qaynaqlar və
sələflər‖ (1980), ―ġeirimiz, nəsrimiz, ədəbi dilimiz‖ (1990), ―Dədə Qorqud: dilimiz,
düĢüncəmiz‖ (1999) kitabları iĢıq üzü görüb. ―Azərbaycan sovet ədəbiyyatı‖ (1988)
dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iĢtirak edib. Eyni zamanda
―Azərbaycan ədəbi dili tarixi‖ (1976), ―XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili
tarixi‖ (1977), ―Azərbaycan dili‖ (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya
və dərs vəsaitlərinin müəllifidir. Klassiklərimizin dili və üslubu ilə bağlı onlarca
məqaləsi iĢıq üzü görüb: ―Satira dili‖ (1975), ―Yazıçı dili və ideya-bədii təhlil‖ (1979),
―Molla Nəsrəddin‖in dili və üslubu‖ (1983), ―Füzuli: dil sənətkarlığı‖ (1994) kitabları
çap olunub. Orta məktəblər üçün ―Türk dili‖ (IX sinif, 1994, Əsgər Quliyev, Nizami
Cəfərovla birgə), ―Türk dili‖ (X-XI siniflər, 1994, Nizami Cəfərovla birgə) dərslikləri
də nəĢr edilib. Ümumiyyətlə, 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir.
Əsas əsərləri və tərcümələri: ―Satira dili‖ (1975), ―Azərbaycan ədəbi dili tarixi‖
(1976), ―XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili‖ (1977), ―Yazıçı dili və ideya-
bədii təhlil‖ (1979), ―Sabir: qaynaqlar və sələflər‖ (1980), ―Azərbaycan dili tarixi‖
(1983), ―Molla Nəsrəddin‖ in dili və üslubu‖ (1983), ―Azərbaycan ədəbi dili tarixi, 2-ci
hissə‖ (1987), ―ġe’rimiz, nəsrimiz, ədəbi dilimiz‖ (1990), ―Azərbaycan dili‖ (1992),
―Füzuli: dil sənətkarlığı‖ (1994), ―Murad Adci. Qıpçaq çölünün yovĢanı‖ (1997),‖
Dədə Qorqud: dilimiz, düĢüncəmiz‖ (1999), ―Azərbaycan ədəbiyyatı tarixi‖ (altı
cilddə)
152
5.Şair Sabir Cümşüdün anadan olmasının 80 illiyi (05.05.1936)
Cümşüdov Sabir Qənbər oğlu- şair, nasir publisist, 1986-cı
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri
doktoru, professor.
1936-cı il mayın 5-də Astara rayonunun Motoliyataq kəndində anadan olmuĢdur. Ġbtidai
təhsilini Lerik rayonunun kənd məktəbində almıĢdır. ADPĠ- nin mexanika fakultəsində
təhsil alıb, avtomibil nəqliyyatının istismarı üzrə mühəndis olmuĢdur (1953-1958).
Respublika Avtomobil Nəqliyyatı Nazirliyinin avtotəsərrüfatlarında baĢ mexanik,
avtomobil dəstəsinin rəisi və baĢ mühəndisi iĢləmiĢdir(1958-1962). 1965- ci ildə
dissertasiya müdafiə edib texniki elmləri namizədi alimlik dərəcəsi almıĢdır. ADPĠ- də
müəllim, baĢ müəllim və dosent vəzifələrində iĢləmiĢdir(1965-1980). Ġqtisad elmləri
doktoru alimlik dərəcəsinə layiq görülmüĢdür (1971).
Ədəbi fəaliyyətə 1976-cı ildə ―Azərbaycan gəncləri‖ qəzetində dərc olunmuĢ
‖Yaylaqlar‖ Ģeiri ilə baĢlamıĢdır. Həmin vaxtdan Ģeirləri, hekayə, əsər, mənsur Ģeir və
publisist yazıları dövri mətbuatda müntəzəm surətdə çap olunur. Bir sıra Ģeirlərinə
mahnı bəstələnmiĢdir. Ali məktəblərin elmi-texniki konfranslarında məruzə ilə çıxıĢ
etmiĢdir. KeçmiĢ SSRĠ ali təhsil sistemi üzrə mərkəzi elmi metodiki Ģuranın üzvü
olmuĢdur (1979-1991).
Əsərləri: ―Kamillik zirvəsi‖ (1980), ―Göyün çıraqları‖ (1981), ―GünəĢ damcıları‖
(1983), ―Bahar nəfəsi‖ (1989), ―Məhəbbət ülviyyəti‖ (2003) və s.
153
7.Şair Mobil Quluzadənin anadan olmasının 80 illiyi (07.05.1936)
Gəldim ki, uzadam bizim yamacı,
Evimiz həmişə başında olsun.
Gəldim ki, yurdumdan mən söhbət açım,
Gözüm torpağında, daşında olsun.
Mobil Quluzadə
Quliyev Mobil Balay oğlu şair, 1982- ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü.
1936- cı ildə Azərbaycanın Füzuli rayonunun Mirzəcamallı kəndində anadan olmuĢdur.
Seyidmahmudlu kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətdə olmuĢdur(1957-
1960). Ədəbi fəaliyyətə 1957- ci ildə ―Azərbaycan gəncləri‖ qəzetində çap etdirdiyi
―Qalsın‖, ―Dağlar‖ Ģeirləri ilə baĢlamıĢdır. APĠ- nin ibtidai təhsil, pedoqogika və
metodika fakultəsində təhsil almıĢdır (1961-1966). Əzizbəyov rayonundakı 241 saylı
məktəbdə müəllimlik etmiĢdir. 1976- cı ilin sentyabr ayından səhhətinə görə təqaüdə
çıxmıĢ, fərdi yaradıcılıqla məĢğuldur.
Əsərləri: ―Qızıl qayalar‖ (1969), ―Neyin səsi‖ (1973), ―Durna lələyi‖ (1979), ―Karvan
gedir‖ (1981), ―Ulduzların yaĢı‖ (1983), ―Qızıl sarmaĢıq‖ (1986), ―Bəlkə yada düĢüm‖
(1986) və s.
154
10.Yazıçı Əhmədağa Muğanlının anadan olmasının 90 illiyi
(10.05.1926-04.08.2001)
Əhmədağa Muğanlı böyük şair Xəqaninin belə bir fikrini yeri düşəndə söyləməyi
xoşlayırdı: “Öz ürəyimi sındıra bilərəm, ancaq başqasının ürəyinə toxunmaram. Bu
məndə uşaqlıqdan adətdir”.
Qurbanov Əhmədağa Əkbər oğlu (Əhmədağa Muğanlı) -
nasir, ssenarist, kino redaktoru. 1962-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Kinematoqrafçılar Birliyinin üzvü
(1962), Azərbaycan Dövlət mükafatı laureatı
(1983), Əməkdar mədəniyyət işçisi (1991).
Əhmədağa Muğanlı 1926-cı il mayın 10-da Biləsuvar
rayonunun Əliabad kəndində anadan olmuĢdur. Ġbtidai təhsili
doğma kənddə, orta təhsili isə Xırmandalı kənd orta məktəbində
almıĢ, məktəbi gümüĢ medalla bitirmiĢdir. ADU-nun fılologiya
fakültəsində təhsilini davam etdirmiĢdir (1947-1952). Ədəbi
fəaliyyətə ―Ġnqilab və mədəniyyət‖ jurnalında dərc olunan ―Biz qol çəkirik ki...‖
hekayəsi ilə baĢlamıĢdır. Ondan sonra dövri mətbuatda vaxtaĢırı çıxıĢ edir. 20-yə yaxın
sənədli fılm (―Azərbaycan..., Azərbaycan...‖, ―Alagöz yaylağında‖, ―Muğanın dastanı‖,
―Çobanbayatı‖, ―Mən sərhədçiyəm‖ və s.), ―Dağlarda döyüĢ‖ (1968), ―Od içində vahə‖
(1982), ―Qocalar..., qocalar‖ (1982), ―Atları yəhərləyin‖ (S.Rüstəmlə birlikdə, 1983),
―Doğma sahillər‖ (1988) bədii fılmlərin ssenari müəllifıdir. Doqquz SSRĠ medalı
və SSRĠ Dövlət Kinematoqrafıya Komitəsinin Fəxri fərmanı, Zaqafqaziya Sərhəd
QoĢunları Dairəsinin Fəxri fərmanı, ―SSRĠ-nin əlaçı kinematoqrafçısı‖, ―Sərhəd
qoĢunları əlaçısı‖ döĢ niĢanları ilə təltif olunmuĢdur. 2001-ci il avqustun 4-də Bakıda
vəfat etmiĢdir.
Əsərləri: ―Vicdan‖ (1959), ―Tikanlı məftillər‖ (1962), ―ġəhriyar əfsanəsi‖ (1973),
―Çobanbayatı‖ (1977), ―ġikəstə‖ (1979), ―Ömürdən yeddi yarpaq‖ (1984), ―GecikmiĢ
etiraf‖ (1991), ―Dağ dağa söykənər...‖ (1996) və s.
Filmoqrafiya: Nizami (film, 1959), Od içində (film, 1978), Odla təmasda (film, 1972),
Ötür-ötür (film, 1980), Sabir (film, 1962), ġənlik bizə yaraĢır (film, 1974), ġeytan göz
qabağında (film, 1987), Vətən sərhəddən baĢlanır (film, 1988),Vətənin keĢiyində (film,
1988), Bahar əyləncələri (film, 1989)
155
10.Dramaturq Lütfəli Həsənovun anadan olmasının 100 illiyi (1916-1976)
Həsənov Lütfəli Əkbər oğlu – dramaturq, 1957- ci ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
―Qırmızı ulduz‖ ordeni, ―Hərbi xidmətə görə‖,
―Leninqradın müdafiəsinə görə‖, ―Almaniya üzərində
qələbəyə görə‖ medalları ilə təltif olunmuşdur.
Lütfəli Həsənov 1916-cı il mayın 10-da Nuxa Ģəhərində sənətkar ailəsində
doğulmuĢdur. 1931-ci ildə Nuxa Ģəhər yeddiillik məktəbini bitirdikdən sonra N.
Nərimanov adına Azərbaycan Dövlət Tibb Ġnstitutunda təhsil almıĢ (1932-1937), AğdaĢ
rayonunda iki il həkimlik etmiĢdir. Ədəbi yaradıcılığa Ģeir və hekayə ilə baĢlamıĢdır. Ġlk
mətbu Ģeirləri (―Qızıl Bakı‖, ―Gecənin təranəsi‖) 1937- ci ildə ―Ədəbiyyat qəzeti‖ndə
çap olunmuĢdur. Ġlk ―QardaĢ torpağı‖ pyesi ―Azərbaycan‖ jurnalında dərc edilmiĢdir.
1939-cu ilin sentyabrında Sovet Ordusu sıralarına çağırılmıĢ, 8 il hərbi xidmətdə
olmuĢdur. Ġkinci Dünya müharibə iĢtirakçısıdır. Hərbi qospitallarda Ģöbə müdiri olmuĢ,
Nuxa rayon birləĢmiĢ xəstəxanasında həkim iĢləmiĢdir (1953- cü ildən). Onun ―GünəĢ‖
pyesi 1957- ci ildən Gəncə Dram Teatrında tamaĢaya qoyulmuĢdur. ―Nuxa fəhləsi‖
qəzetində müntəzəm çıxıĢ etmiĢdir. 1976- cı il avqustun 4- də ġəkidə vəfat etmiĢdir.
Əsərləri: ―Ġki imtahan‖ (1960), ―Bizim iĢ təcrübəmiz‖ (1967), ―Ürəklə söhbət‖ (1971),
―Zaman və insan ömrü‖ (1972) və s.
156
15.Yazıçı Məhərrəm Bayramovun anadan olmasının 100 illiyi (1916-1988)
Bayramov Məhərrəm Sarəng oğlu – nasir, 1949 – cu ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü, əmək veteranı (1974)
―Qırmızı ulduz‖, I dərəcəli ―Böyük Vətən müharibəsi‖
ordenləri, on bir medalla , o cümlədən əmək veteranı medalı
ilə təltif olunmuşdur.
Məhərrəm Bayramov 1916- cı il mayın 15-də Bakı yaxınlığındakı Suraxanı kəndində
anadan olmuĢdur. Gənc yaĢlarından AbĢeronda, ―Əzizbəyovneft‖ trestində fəhlə,
neftölçən, hava tənzimçisi iĢləmiĢ, həm də orta təhsil almıĢdır (1934-1937).
Məktəblilərin dama üzrə yarıĢlarında respublika çempionu olmuĢ (1933), Moskvada
keçirilən ümumittifaq dama yarıĢlarında III yeri tutmuĢdur (1934). 1939-1940- cı illərdə
Sovet Ordusu tərkibində Finlandiyada olmuĢdur. Ordudan qayıtdıqdan sonra Bakıda
Çaparidze rayon partiya komitəsində təbliğat və təĢviqat Ģöbəsinin müdiri (1942-1945),
AzərnəĢrdə hərbi vətənpərvərlik ədəbiyyatı Ģöbəsinin müdiri (1945), Bakı Ģəhəri rayon
partiya komitəsində təĢkil-təminat Ģöbəsinin müdiri (1947), III Beynəlmiləl mətbəəsində
partiya təĢkilatının katibi (1949), Azərbaycan SSR Daxili ĠĢlər Nazirliyində partiya
təĢkliatının təlimatçısı (1954), yenidən Bakı Ģəhəri RK partiya kabinetində müdir
(1957), Yeni Suraxanıdakı 8 mart adına mədəniyyət evinin müdiri (1962), 232 və 89
saylı məktəblərdə müəllim (1962-1974) vəzifələrində iĢləmiĢdir. 1974- cü ildə təqaüdə
çıxmıĢ, bütün qüvvəsini bədii yaradıcılığa həsr etmiĢdir. Bakı Ģəhəri rayon zəhmətkeĢ
Deputatları Sovetinin deputatı seçilmiĢdir (1958-1959). Ġctimai iĢlərdə fəal çalıĢmıĢdır.
Məhərrəm Bayramov 1988- ci il fevralın 19 -da Bakıda vəfat etmiĢdir.
Əsərləri: ―Müharibə günlərində‖ (1946), ―Buruqlar arasında‖ (1949), ―Təmir ustası‖
(1950) və s.
Tərcümələri (ruscadan): Stoyanov Dosqalov, Rad babanın ulduzu (1950), Göy
qurĢağı (ədəbi almanax) (1985)
157
20.Şair, publisist Sabir Rüstəmxanlının anadan olmasının 70 illiyi (20.05.1946)
Sabir Rüstəmxanlının "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və
yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq
hərəkatının mənəvi təməllərindən biri olmuşdur.
Rüstəmxanlı Sabir Xudu oğlu -Vətəndaş Həmrəyliyi
Dostları ilə paylaş: |