şiddətlə döyünürdü. Trestdə hamının böyük ümid bəslədiyi yeni buruq onun besabilə İki gündən sonra istismara verilməli idi. Əgər orada ciddi bir hadisə üz vermişdisə, bütün ümidlər alt-üst olacaqdı. Lalənin tez-tez girib çıxmağından nə isə ciddi bir qəza baş verdi yini hiss edən Qüdrət: - Hansı buruq dadır? - deyə soruşdu. - Dördüncüdə... Bu söz Qüdrəti də arvadı qeder həyəcanlandırmağa kifayət edərdi. Bütün ümidlərini övladlarından yalnız birinə bağlayan ata kimi, hər bir trest müdiri də adətən bir ve ya iki quyunu o birilərindən daha çox sevir, ümumi istehsal azalanda yeni fantan hesabına kəsiri tçz doldura 4
146 O
V
cağına ümid bəsləyir. Lalə də dördüncü buruğu yaman günün ehtiyatı sayırdı: Qüdrət otaqda var-gəl edərək yenə soruşdu: - Bəs demədilərmi ne olub? - Yox, demədilər. M ənə elə gəlir ki, avariya olmuşdur. Danışan Minayevdi. Əgər fəlakət olmasaydı, mənə heç vaxt zəng etməzdi... Lalə yenə balkona çıxmaq və maşının gəlib-gəlm ədiyini bilmək istəyirdi ki, bu anda küçədən siqnal səsi eşidib, arxaya baxmadan qa pıya yönəldi v e tez do eşiyə çıxıb maşına minərək yola düşdü. O gedəndən sonra Qüdrət daha da narahat oldu. Çox zaman bir-bi rindən xəbərsiz, mədənlərindəki ağır hadisələrin qarşısını alan Lalə və Qüdrət, yalnız iş qurtarandan sonra bir-birinə əhvalatın təfərrüatı nı söylerdi. İndi isə onu intizar yorub gücdən salacaqdı. Çünki her şey namolum idi, kim bilir nələr olmuşdu və yaxud Lalə buruğa gedib çı xandan sonra nelor olacaqdı. Əgər Qüdrət özü yeni buruqlarda necə müdhiş hadisələr üz verdiyini təsəvvürünə gətirə bilməsəydi, yenə dərd yan idi. Elə o özü, guruldayan qışqıran, yerin dərinliklərindən