bacısı kimi incə və titrək barmaqları ilə geriyə daradı, doluxsunmuş gözləri le Mehmanın ay işığında daha da solğun görünən üzünə baxdı. Boğazına tıxanan qəhər onu az qala boğurdu: - Ah, yoldaşlar, siz nə etdiniz? - deyə fəhlələrə tərəf döndü. - N ə üçün onu elə təhlükəli yerə buraxdınız? Volkov iri gövdəsini azacıq irəliyə san əydi, göyrəldiyini gizlədə bilməyib, ağlamsınmış bir səslə dedi: - M əgər onu tutub saxlamaq olardı? Siz bilmirsiniz o necə uşaqdı. Dünən elektrik xetti korlanmışdı. Montyor tapılmadı. Pişik kimi vışka- ya dırmanıb özü xətti düzəltdi. Od parçası idi, od, Bu sözlər elə bil fəhlələrin ürəyini daha da köyrəltdi. A h-uf səs ləri eşidildi. Kim isə hıçqırdı. Bu anda buruğa yanaşan minik maşının 152 ( 2 V
dan fit verildi. Lalə bu səsi tanıyırdı. Dönüb baxdı. Qüdrət maşından düşüb onlara doğru gəlirdi. Bir dəqiqə belə keçməmiş ərlə arvadın gözləri bir-birinə sancıl mışdı, Lalənin qəmgin baxışlannı və kətan kimi ağarmış sir-sifətini görəndə, əvvəlcə buruğun ümidsiz bir hala gəldiyini düşünən Qüdrət, ortada uzanmış oğlana baxarkən yerində donub qaldı. O, hətta bu ölü mün səbəbini xəbər almağa da özündə qüvvət tapmadı. Yalnız sonra- dan-sonraya: - Axı bu necə oldu? - deyə öz-özü ilə söhbət edirmiş kimi, yavaş səslə soruşa bildi. Lalə də, fəhlələr də onu cavabsız buraxdılar. Onlar Qüdrəti yaxşı tanıyırdılar, Hansı hallarda ölüm hadisəsi olduğunu o başqalarından az bilmirdi. Bu səbəbdən də, hadisənin təfərrüatını öyrənmək üçün yox, öz təəssüfünü bildirmək üçün sual verdiyini güman edirdilər. Lakin Qüdrət Lalənin üzünə kədərlə dolu ağır bir nəzər saldı. - Nədən olub? - deyə təkrar soruşdu. Bu dəfə ona Lalə cavab verdi. Qüdrət hər şeyi anladı: ölüm ona