yox, o ölümə doğru getmişdi. Arvadından aralanan Qüdrət, Mehmanın cənazəsinə lap yaxın gəldi. Onun adım haradansa eşitmiş, sir-sifətini haradasa görmüşdü. Qüdrət, bir anlıq ağır sükut içində oğlanın anq üzünə və dartılmış kimi uzun gö rünən düz boyuna baxa-baxa, onu məhz haradan tanıdığım xatırlamağa çalışdı. Birdən onun yadma bir neçə gün ə w ə l Bakı qəzetlərinin ilk se- hitələrinda iri portreti çap olunmuş cavan neft qəhrəmanı düşdü. O gün qəzetdə təriflənən oğlan deyilmi? - deyə heç kim ə müra ciət etməyərək, yavaşcadan, elə bil pıçıltı ilə soruşdu: Qüdrətin böyründə durmuş fəhlə ah çəkib cavab verdi: - Özüdür ki, var... Bütün trestin fəxri idi, yoldaş İsmayılzadə... Kiçik bir ehtiyatsızlığın... Qüdrət fəhlənin boğazına nə isə tıxandığım, sözünü deyib qurtar mağa qoymadığını hiss edəndə özü də köyrəldi. - Belə dayanmaqdan bir şey çıxmaz. Aparmaq lazımdır! - deyə Qüdrət ağır qüssədən dünyada hər şeyi unutmuş fəhlələrə Mehmanın cənazəsini göstərdi. Onlar, elə bil istəm əyə-istəm əyə aşağı əyildilər və Mehmanı gö türüb maşına doğru apardılar. Volkov isə şagirdinə el vurmadı. Görü nür onun soyuq bedeninə toxunub öldüyünü yəqin etmək istəmirdi. 153 ( 2 V
O, Lalə və Qüdrətlə bərabər fəhlələrin dalınca gedib, maşının yanın da dayandı və cibindən yenə yaylığını çıxartdı. - Mən dura-dura nə üçün bu məhv olur? - deyə gözlərinin yaşını sildi. - Qüdrət Salmanoviç, bu nə üçün belə olur, hə? Mehmanı maşında rahatlayan adamlardan gözünü çekm əyən Qüdrət, ona san dönmədən cavab verdi: - Çünki, Semyon Vladimiroviç, bu, bizim gənclikdir. Qızıl gənc lik! Belə ölümlər qüvvət nişanəsidir!