Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


bilmirdi. 154 C 2 V Qüdrət də onun kədərinin səbəbini yalnız bununla izah edirdi



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə188/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   184   185   186   187   188   189   190   191   ...   382
Sechilmish eserleri II cild

bilmirdi.
154 C 2 V
Qüdrət də onun kədərinin səbəbini yalnız bununla izah edirdi.
O, Mehmanın Ölümündən sonra Lalənin əhvalında çox ciddi bir dəyi­
şiklik əm ələ gəldiyini aydın gördüyü üçün, gec də olsa işdən üzülüşüb
golir, hər gün evdə gecələyir, m üxtəlif yollarla arvadına təsəlli vermə­
yə çalışırdı. O, bezən Laloni güldürməyə belə müvafiq olurdusa da,
onun laübali bir tərzdə baxan gözlərindən heç bir vaxt kədər ifadəsi
silinib getmirdi. O, çox az danışır, qayınanasının təkidilə, iştahsız hal­
da xörəyini yeyəndə, çayım içəndə və bəzən də Qüdrətin kitabların­
dan birini götürüb mütaliə etmək istəyəndə, onun baxışları həmişə
qeyri-müəyyən bir nöqtəyə dikilib qalırdı. Lalə get-gedə zəifləyir,
tez-tez gözləri qaralır, başı hərlənirdi. Bunun səbəbini gəlininin yor­
ğunluğunda görən Tükəzban qan, Laləni tez yatırmağa çalışır, amma
o, hər an gəlib gözlərinin qabağında duran Mehmana baxa-baxa kök­
sünü ötürür, solmuş yanaqlarından sakit-sakit göz yaşı axıdırdı: “Onun
ölümü üçün heç kos mənə ağır bir söz demir. M ən bilirəm ki, qadın ol­
duğuma görə demirlər. Bu daha ağırdır”. Lalə Qüdrətin gəlişini göz­
ləyir, yenə bir təsəlli eşitmək və ürəyinin ağrısını azaltmaq istəyir,
amma yenə üzüntülü düşüncələrdən sonra narahat bir yuxuya gedirdi.
Qüdrət istirahət gününün səhərisi trestdə yeni təbəqələri işə salan
briqadaları gəzdikdən sonra axşamüstü evə qayıdarkən, dəniz bııruq-
larından birində gözlənilən neft əvəzinə su gəldiyini eşidib, pərt halda
ora getmişdi, trestin baş mühəndisilə bərabər su fantanının səbəbini
öyrənib, yalnız gecə saat dörddə evinə dönə bilmişdi.
Bu zaman Lalə artıq qarışıq röyalar gore-göre, arabir də sayıqla­
yaraq yatırdı.
Dəniz buruğundan daha da qanı qara qayıtmış Qüdrət, Laləni yuxu­

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin