dənlərə sarı boylandı. Yox, heç nə görünmürdü. Azacıq təsəlli tapıb balkonda gəzinm əyə başladı: “Bizim soadətimiz doğrudan da odlar, alovlar içində yaranır!” deyə düşündü və gündüzkü iclasda danışan Fikrəti xatırladı: “Yox, - deyə fikrən ona etiraz etdi, - hər bir iş sakit gedəndə, insan keyləşir. Belə yaxşıdır. Əlbəttə belə yaxşıdır!” Bəs Lalə? Əgər ona bir şey olsa? - Qüdrət bu sualları tamam unut maq istodi. Bir-iki saatdan sonra gülə-gülə qapıdan içəri girib: “qur tardı, hər şey öz yerindədir” deyəcək. Lalə onun könlündə daha böyük yer tutmuşdu, tndi Qüdrət mədənlər arasından şığıyıb, gedən maşını görür. Lalənin yeni btıruğa çatdığını, onun gəlişindən ruhlanan adam ların üzündəki sevinc və ümid ifadələrini təsəvvürünə gətirirdi. Qüdrət özü də həyəcanlandığının fərqinə varmadan və nə etdiyini b il mədən yataq otağına keçib Şirmayıya yanaşdı. Gecələr yorğun olanda yerinə uzanıb kitab oxuyarkən, çarpayısının başı üzərində yandırdığı qara başlıqlı lampanın yalnız kiçik bir dairəyə düşən işığından qızını aydın görə bilməzdi. Şirmayıya baxıb gülümsədi. O, əlinin birini böy rünə, birini de başınm altına qoyub mışıltı ilo yatırdı. Qüdrət ona baxa-baxa Laləni də yadından çıxara bilmirdi. Onun yola düşdüyü vaxtdan çox keçmişdisə də, Qüdroto elə gəlir di ki, Lalə artıq buruqdakı bədbəxt hadisənin qabağım almaq üçün te- -*cili tədbir görmüş, indi hamı ona təşəkkür cdır, belə bir çətin anda onun köməyinə gəldiyini görən üstü mazutlu fəhlələr, onun xətrini əvvəlkindən de çox istəm əyə başlayırlar. Hər bir şeydən xəbərsiz olan Şirmayı isə bəzən dodaqlarını tərpədir, yuxuda nə isə görüb qayğısız və xəfifcə bir tərzdə gülümsəyirdi. Lakin Qüdrət birdən gözlərini məchul bir nöqtəyə zilləyib, Şirmayının başı üzərində hərəkətsiz qal