göstərdi. -- M əsələ burasındadır ki, istehsalata yeni gələn cavanlar ara sında mühəndis yoxdur. Halbuki avariyaların səbəbini hamıdan əvvəl mühəndislər bilmə lidirlər. - Axı, siz özünüz də demisiniz ki, avariyalara səbəb cavanlardır... - Fikrət, bu kəşfi üçün sevinmiş kimi, bu deqiqe gülm əyə hazır daya nıb, Qüdrətə baxdı. Bəli, demişəm... və dediyimə də peşman deyiləm. Ancaq mən bunuxeyirli bir məqsədlə, gənclərin diqqətini artırmaq məqsədilə demişəm. Tərbiyəvi m əqsədlə deyilən bir sözə əsasən istehsalatın taleyini həll etmək nə mənə yaraşar, nə de sizə, yoldaş Fikrət!.. Ava- riyaların səbəbini cavanların təcrübəsizliyində axtarmaq sizin məsu liyyətdən qaçmağınıza dəlalət edir... Axı köhnə quyulan (ona burada “ölü quyular” deyirlər, amma mance böyük səhv eləyirlər; çünki ölü quyu yoxdur, ölü adamlar vardır) işə saldığımız zaman baş verən 131 < H V
hadisələr, xüsusən təbəqələrin su İle dolması kimi hallara hamıdan əvvəl mühəndislər məsuldurlar,,, Fikrət bu atmacanın hansı terəfə atıldığını yaxşı bilirdi. Onun rəh bərliyi ilə təzədən işə salınan köhnə quyularda belə hallar çox olmuş du v ə nəticədə üç quyu hələ de bir qram neft verməmişdi, - Aydındırmı, yoldaş Fikrət?.. Bu necə olur ki, möhtərəm geoloq larımız bu vəziyyəti əvvəlcədən görəbilmirlər? Demək, yenə də günah cavanlarda deyildir. Qüdrət danışdıqca məclisin sükutu daha da ağırlaşırdı, amma nədənsə çoxlarının ürəyi fərəh qartşıqlı bir həyəcanla döyünürdü. D e yəsən bu, hamının düşündüyü, lakin heç bir yerdə demədiyi v ə ya yaxud dem əyə cəsarət etmədiyi bir həqiqət İdi. - Qocaman buruq ustalarının, işə can yandıran sıravi fəhlələrin ve