namlı missioner Astraumov tərəfindən nəşr olunan türkcə bir
qəzetə ilə Qızıl Lenin mənaqibindən və kommunist firqəsi nəzəriyyatından başqa
bir şey bilməyən Azərbaycan kommunist türk mətbuatı arasında bir fərq
görəmiyorum. Bu mətbuatın digər türk mətbuatı ilə müştərək bir şeyi varsa, o da
yazısındakı ərəb hərfləridir. Fəqət, bolşeviklər bu fərqi də ortadan qaldırıyorlar.
Azərbaycan höküməti-hazirəsi latın hürufatının tətbiqinə aid qərar almış və buna
təşəbbüs eyləmişdir. Bu təşəbbüs tamamilə tətbiq olunarsa, o zaman Azərbaycan
ilə digər türk mətbuatı arasında nə batinən bir münasibət qalacaq, nə də zahirən bir
müşahibət!
* * *
Azərbaycanlılar, dəmindən bəri saydığım məhrumiyyətlərdən, kəbinə
varılamayacaq qədər böyük fəlakətlərdən daha acı bir xüsrana uğradılar. Məruz
olduqları təcavüz və istila nəticəsində ilticaya məcbur qaldıqları Türkiyədə, bu
qardaş məmləkətdə bolşeviklərin propaqandası, bu propaqandaya inanan və
aldananların təbliğat və intişaratı sayəsində öylə acı hallara müsadif oldular ki,
imansız və xünxar bir düşməndən qaçdıqlarını kimsəyə anlatamadılar. Biləks,
burada bir məlcə ararkən daima kəndilərini təbrəə etmək, məğduriyyətlərini soyuq
bir mühitə qarşı isbat eyləmək zərurətində qaldılar.
Siyasət iqtizasınca ixtilalçı Rusiya ilə anlaşmaq zərurətində qalan Türkiyə,
Azərbaycanda güzəran edən həvadisin künh və mahiyyətini daha əmin vasitələrdən
öyrənincəyə qədər öylə təsəvvür ediyor ki, Gəncədə vüqua gələn üsyan, ingilis
siyasətinə alət olan zəvat tərəfdən təhiyyə edilmişdir. Bu fikir, məəttəəssüf, ən
böyük məqamlara varıncaya qədər icrayi-təsir etmişdi.
Azərbaycan höküməti-milliyyəsinin fəcaətli fəlakətdən daha acıqlısı bu idi
ki, milliyyətpərvərlər Türkiyəyə garşı vəfasızlıqla ittiham olunuyordu. Ehtimal ki,
bəziləri hala bu qənaətlərində baqidirlər.
Iştə ən çəkilməz faciə bu faciədir!
Vəfasızlığın ən böyük dəlili olmaq üzrə Azərbaycanın müşkül və möhtac
günündə Anadoluya qarşı laqeyd qaldığı, laqeyd deyil, hətta düşmənlərinə təmayül
etdiyi sərd olunuyor. Əgər bolşeviklər və ələlümum ruslardan qorxaraq işi daha
51
əmin bir qazığa bağlamadan azərbaycanlıların Antantaya qarşı elani-xüsumət
etmədiyi bu “təmayül”ə dəlil ədd edilirsə, zənn edərəm ki, bu qədər vəqayei-
faciəyi nəql etdikdən sonra, artıq kimsə Azərbaycanı, bu xüsusda Türkiyəyə qarşı
vəfasızlıqla ittiham edəməz! Digər xüsusatda dəxi Azərbaycanın Türkiyə
müqəddaratına laqeyd qalmadığını, zamanı gəlirsə, vasaiqi ilə isbat etmək
mümkündür.
Azərbaycan fikir və əməlini doğuran cərəyani-milli türk ədəbiyyatının təhti-
təsirində bulunan bir mətbuatın zadeyi-təlqinatı ikən, məclisi-məbusanda, ingilislər
daha Bakıda ikən, məbusanın ən məsul firqəsi naminə “Əvət, türkləri biz dəvət
etdik, onlar bizi xilas üçün gəldilər. Bu xilaskarlara paytaxtımızın ta göbəyində
abidələr tikmək vəzifəmizdəndir!” deməkdən çəkinməyən, İzmir faciəsi üzərinə
məmləkətin hər tərəfində təzahürati-milliyyələr icra edən, hökümət firqəsi
“Müsavat”ın vasiteyi-nəşri-əfkarı “İstiqlal” məcmuəsində və hökümətin rəsmi
qəzetəsi “Azərbaycan”da mütarikəyi mütəaqib təhəddüs edən qaranlıq günlərdə
Türkiyənin ölməz bir qüvvət olduğunu yazan və Osmanlı imperatorluğu çökdüsə,
yerində Türk höküməti təsis etdi – ümidi ilə təsəlli bulan, ingilis həbsxanasından
qaçan möhtərəm millətçiləri istəyənlərə “Müsafir bulundurmaya haqqı olmayan bir
istiqlalı istəməyiz” – cavabilə müqabilə edən, Bakı istirdadında şəhid düşən türk
əsgərlərinin məzarı üstündə ehtifalati-əzimə ilə abideyi-şükran rəkz etdirən bir
mühit, nasıl olur da vəfasızlıqla ittiham olunur?!...
Azərbaycan zəmami-idarəsini əllərinə almaq zərurətində bulunan
milliyyətpərvərlərin öhdələrinə düşən məsuliyyət həqiqətən də əlim idi. Qərib bir
təcəlliyi-tale deyilmi ki, rus firqələri nəzərində, erməni mətbuatında, gürcü
məhafilində türkçülüklə bəllənən və Türkiyəçiliklə ittiham olunan bu zəvat eyni
zamanda dəxi Türkiyəyə qarşı bivəfalıqla ittiham olunurlar?!...
Azərbaycanlılar üçün məmləkətlərinin düçari-fəlakət olmasından, iki qardaş
millət arasında təhəddüt edən suyi-təfəhhüm daha acıdır, daha fəcidir. Fəqət,
mədari-təsəlli olan bir şey varsa, o da bu suyi-təfəhhüm təvəllüdü bir taqım əşxasın
hərəkətindən doğduğu kibi, icra etdiyi təsirin də yalnız müəyyən əşxas üzərində
hakim olması ilə məhdud qalacağı qənaətidir. Yoxsa, türklüyünü anlamış
Azərbaycan ilə türklük üçün qan tökən, can verən Anadolu arasındakı qardaşlıq
bağını nə tarixin şimdiki Türk-Rus müxadinəti kimi təsadüfi vəqə epizodları, nə də
bir taqım əşxasın siyasi xətaları çözəməz!
IX
ŞİMDİKİ VƏZİYYƏT
“İxtilalı” mütəaqib Azərbaycan istiqlalını təmin edər kibi görünən Rusiya
bolşevikləri 29 təşrini-sani 1920 tarixində Ermənistan Cümhuriyyətini, 25 şübat
1911 tarixində də Gürcüstan Cümhuriyyətini istila etdikdən sonra Mavərayi-
Qafqasiyadakı üç cümhuriyyətin tövhidi üçün bir taqım təşəbbüsata qalxmışdılar.
14 təşrini-sani 1921 tarixində Mavərayi-Qafqas federasyonu rəsmən təşəkkül
etdi. Fəqət, iş bununla da qalmadı. 10 təşrini-sani 1922 tarixində Moskvada iniqad
edən konqre Rusiya sovetlərinin ittifaqı, cəmahiri-müctəmeə təsis etdiklərini elan
52
eylədi. Şu surətdə felən çoxdan qaib etdiyi istiqlalını, Azərbaycan bu dəfə də
rəsmən qaib ediyordu. Şimdiki şəkli ilə Azərbaycan Cümhuriyyəti cüzi məhəlli-
muxtariyyətdən başqa bir şey deyildir.
Qafqasiyanın şu surətlə yenidən Moskva mərkəzinə rəbt olunması nə
Gürcüstanın, nə də Azərbaycanın arzuyi-ümumisi üzərinə vaqe oluyor. Arzu və ya
əfkari-ümumiyyə ilə bolşevik idarəsinin bir dəfə işi yoxdur. Hürriyyəti-mətbuat və
sərbəstiyi-ictimaat olmayan bir yerdə və öylə bir yerdə ki, əhalinin qismi-
mühümmü əhliyyət haqqından məhrumdur, əfkari-ümumiyyədən bəhs etmək,
əlbəttə, gülünc olur. Fəqət, bolşevik nöqteyi-nəzərindən mövcud olan əfkari-
ümumiyyə (məhəldəki kommunistlərin rəyi) belə bu ittifaqın əleyhinədir. Rusiya
Federasyonu Kommunist Firqəsi Mərkəzi Komitəsinin qərarı və Leninin amiranə
teleqrafları ilə təşəkkül etmişdir. Bu xüsusda Tiflis gürcüləri ilə Moskva rusları
arasında təati edilən gizli teleqraflar bilxassə calibi-diqqətdir.
Gürcü Kommunist firqəsi heyəti-mərkəziyyəsi 15 iyul 1922 tarixli
cələsəsində Moskvadan gələn bir təklifi tədqiq ediyordu. Bu təklif Rusiya
Kommunist firqəsi heyəti-mərkəziyyəsi baş katibi Stalinin “tez”lərinə binaən tərtib
edilmiş idi. Bu tezlərə görə Mavərayi-Qafqas cümhuriyyətləri hər növ şüuni-
istiqlaldan imtina edərək müttəhid bir federasyon vücuda gətirməli, eyni zamanda,
bu federasyon dəxi Rusiya, Ukrayna və sair muxtar Sovet cümhuriyyətləri ilə
birlikdə Sovet cəmahiri-müttəfiqəsini təşkil etməlidir. Gürcü kommunistləri
müzakirədən sonra bu təklifi şayani-qəbul gördüklərinə və Qafqasiya
cümhuriyyətlərinin şüuni-istiqlalından məhrum buraxılmaq sırasının daha hülul
etmiş olmadığına aid bir qərar çıxardılar. Bu qərar 19 rəyi-müvafiqə qarşı 6 rəyi-
müxalif qazandı. Gürcü komitəsi bu xüsusdakı rəyini Moskvaya bildirdi. 17
təşrini-əvvəl 1922 tarixində Moskvadan böylə bir cavab alındı: “Yoldaş
Oraxelaşviliyə!
68
Gürcü mərkəzi komitəsinin birləşmək üçün daha sıra
gəlmədiyinə və istiqlalın ibqası lüzumuna aid olan mülahizəsini heyəti-mərkəziyyə
ictimai- ümumisi ittifaqi-arailə rədd etdi. Gürcüstan mürəxxəsi bulunan
Midivani
69
, bu xüsusdakı vəhdəti-fikriyyəyi gördüyündən gürcü komitəsinin
təklifindən imtina etmək məcburiyyətində qaldı. İctimai-ümumi Stalin,
Orjenikidze
70
, Myasnikov
71
və Molotov
72
yoldaşlardan təşəkkül edən komisyonun
Mavərayi-Qafqas federasyonunun ibqası və eyni zamanda, Rusiya, Ukrayna,
Belorusiya ilə birlikdə “Sosialist cəmahiri-müttəfiqəsi” təşkili lüzumuna aid
qərarını bilatəhrif qəbul eylədi. Qərarın mətni yoldaş Orjenikidzeyə göndəriliyor.
Rus kommunist firqəsi heyəti-mərkəziyyəsi işbu qərarın kəmali-məmnuniyyət və
həyacanla tələqqi ediləcəyinə şübhə etməz. Nömrə 7643 (xəfi) R.K. F.M.H. katibi
Stalin”.
Fəqət, bu teleqrafi-mürsəlin son sətirdəki ümidinə rəğmən Tiflisdə
məmnuniyyətbəxş bir həyəcan deyil, yəsavər bir hissi-infial oyandırıyordu. Bu
hissi-infialı gürcü kommunistlərinin bir qismi xətti-müstəqim ilə həmən Moskvaya
bildiriyor: Rusiya imperializmindən lisani-şəkva ilə bəhs ediyorlardı. Bu şikayətin
Moskvayı nə dərəcədə iğzab etdiyini aşağıdakı teleqraflardan anlıyoruz: “Moskva
3 təşrini-əvvəl Çinçadze və Maxaradze
73
yoldaşlara. Kopyasını mərkəzi-ümumi
əzası Orjenikidze və Mavərayi-Qafqas komitəsi katibi Oraxelaşviliyə verməli.
53
Sizin velikorus milliyyətpərvərliyinə qarşı çıxışınız, gürcü milliyyətpərvərliyini
iltizam etdirəməzdi. Siz bilməliydiniz ki, ictimai-ümuminin Mavərayi-Qafqasın da
Rusiya ittihadına düxulu haqqındakı qərarı eyni ilə tətbiq etməli idiniz. Bu qərarı
əgər istərsə yalnız ictimai-ümumi kəndisi nəqz edə bilər. Göndərdiyiniz
məxtərənin üslubu firqə adabını ələnən ixlal ediyor. Bu xüsusdakı təfrəfüruşluğa
intiha
ekayə edən bir teleqraf ki, 21 təşrini-əvvəl tarixilə Moskvadan
çəkilm
ilə
kəşidə
standa hal böylə olursa,
Azərb
flisdə təmsil
edən M
illətlərinin
istiqla
diki şəkli-idarəsi tədqiq olunursa, hökümətin zahiri ilə
batini
ə
verilməsinə tövsiyə ediriz. İmzalar Kamenyev
74
, Buxarin”.
Təfrə füruşluqlarından və sərkeşlərindən bəhs olunan Çinçadze ilə
Maxaradze Gürcüstanın saç ağartmış pək əski sosialistlərindəndilər. Onların ələnən
Moskva imperializminə qarşı çıxışları Leninin kəndisini belə iğzab ediyordu. İştə
bu qəzəbi h
işdir.
“Gürcü mərkəzi komitəsi əzasından Çinçadze və Kavtaradzeyə: Çinçadze və
digərləri imzasilə göndərilib də mərkəzi-ümumi katiblərindən birisi vasitəsilə
deyil, nədənsə, Buxarin tərəfindən mənə təslim olunan müzakirənin müğayiri-ədəb
bulunan mündəricatına heyrət etdim. Mənim bilavasitə və Midivaninin iştirak
etdiyimiz ictimai ümumi qərarından sonra hər ixtilafın bərtərəf edilmiş olduğuna
qane idim. Orjenikidzeyə qarşı istemal olunan tüfuatı tamamilə təqbih eylərəm və
kəndisi ilə aranızda vaqe olan hadisənin mühakiməsini müvafiq ədəbi bir tərzdə
mərkəzi-ümumi kitabətinə vermənizi müsirranə təklif eylərəm. Xətti-müstəqim
etdiyiniz ərzi-hal dəxi məzkur kitabətə verilmişdir. Lenin, nömrə 7994”.
Bolşevikliyin məzalimini binnisbə az görən Gürcü
aycanın nə kibi hallar keçirdiyi təsəvvür oluna bilir.
Bu hala qarşı Türkiyə məətəəssüf seyirçi vəziyyətdə qalıyor. Cərəyani-
vüquat üzərinə bir nüfuz və təsiri olamıyor. Bir gün əvvəl Türkiyəni Ti
uxtar bəy bir gün sonra Moskvaya getmək zərurətində qalıyor.
Türkiyə bolşevik Rusiyası ilə – bizim bildiyimiz – iki müahidə ilə
mərbutdur: biri Moskva müahidəsi ki, 1921 sənəsində imzalanmışdır, digəri də
Mavərayi-Qafqas cümhuriyyətləri ilə əqd olunan Qars müahidəsi ki, 11 iyul 1922
tarixində imzalanmışdır. Birinci müahidə ilə Türkiyə mürəxxəsləri Qafqasiya
cümhuriyyətlərinin mövcudiyyətini təsbit etdirməklə bərabər, Azərbaycan
kommunistləri tərəfindən Ermənistan şuralarına hədiyyə olunan Naxçıvan vilayəti
mümtaz bir vilayət ünvanilə və salis bir hökümətə hədiyyə edilməmək şərtilə
Azərbaycan təhti-himayəsinə verilmiş
75
və bir də tərəfin aktın Şərq m
llarına ehtiram edəcəklərini mütəqabilən təyid eyləmişlərdi
76
.
Azərbaycanın şim
bundan ibarətdir:
Zahirdə məmləkət bir komissarlar heyəti ilə bir də icra komitəsi tərəfindən
idarə olunuyor. İcra komitəsi bütün Azərbaycan əmələ və köylüləri tərəfindən
toplanan Şuralar (Sovetlər) konqresində intixab olunyor. Bu komitə isə komissarlar
heyətini intixab edər. Komitə bir heyəti-müraqibə ikən, hey t bir qüvveyi-
icraiyyədir. Fəqət, bolşevik üsul-idarəsində təfriqi-qəva əsası mövcud
olmadığından qüvveyi-icraiyyə, eyni zamanda, səlahiyyəti-təşriyyəyi dəxi haizdir.
Qəvaninin (dekretlərin) əksəri zatən komissarlar heyəti tərəfindən nəşr olunur.
Bütün Azərbaycan Şuralar konqresi yalnız sənədə bir dəfə toplanır. Sovet
54
qəvanini-əsasiyyəsinə görə Şuralar köylü ilə əmələ mürəxxəslərindən təşəkkül
edirsə də, əmələnin haqq rəyi köylüyə nisbətlə faiqdir. Bir əmələ rəyinin qiyməti-
təşriyyəsi bir köylü rəyinin qat-qat fövqündədir. Yüz əmələ bir mürəxxis verdikdə
min köylü bir mürəxxis çıxara bilir. Şəhərlərdəki əmələ qisminin əksəriyyən
ruslardan təşəkkül eylədiyi nəzəri-etinaya alınıyorsa, bunun Azərbaycan həyati-
siyasiy
r rus dururdu. Demək,
Azərb
daxil olduğu halda) rus ərkani-
hərbin
bir müəssisədir. Başında rus
məmu
ı
ətən birər diktatorlardır. Azərbaycan diktatoru
isə Ki
amilə rus
hərsin
siyayı təmsil edəcək. O biri gün də mühəqqəq heç
bir şey
yəsində nə kibi kombinezonlara (təhəvvülata) müncərr olacağı anlaşılır.
Hökümətin əmrləri üzərinə ən böyük təsir icra edən müəssisəyi-ictimaiyyə,
Bakı əmələlərinin şurasıdır. Bu şura, əmələ, bəhriyyə tayfası, əsgər və köylü
mürəxxəslərindən təşəkkül edər. Bakıda bulunan əmələnin, bəhriyyə tayfasının və
rus işğal ordusu nəfərlərinin əksəriyyətindən təşəkkül edən bu müəssisə, adətən, bir
rus müəssisəsidir. Bu müəssisənin başında Krılov namında bi
aycan əfkari-ümumiyyəsini təmsil edən zat bir rusdur.
Azərbaycan qüvayi-əsgəriyyəsi namına cəmən 3000-4000 qədər bir qüvvət
var ki, bu da məmləkətin müxtəlif mərkəzlərində pərakəndə bir halda bulunuyor.
Rus qüvvəyi-işğaliyyəsi isə bir kaç firqəyə malik mühüm bir yekun təşkil
etməkdədir. Əsgəri idarə (Azərbaycan qüvası dəxi
ə tabedir. Komanda heyəti də ruslardandır.
Azərbaycan iqtisadiyyatına hakim olan petrol ocaqları “Neftkom” deyilən
bir müəssisə tərəfindən idarə olunuyor. Bu müəssisə hökümət içində hökümətdir.
Tamamilə muxtar və doğrudan-doğruya Rusiyaya tabe
rlarından Serebrovski nam nda bir rus duruyor.
Kommunist idarələrinin şəkli yalnız zahiri pərdələrdən ibarətdir. Bu
pərdələrin arxasında icrayi-hökümət edən qüvvət daima və mütləqən firqə
qüvvətidir. Azərbaycanın icra komitəsi ilə komissarlar heyətini idarə edən qüvvət
əsla dəxi bu qüvvətdir - Azərbaycan Kommunist Firqəsinin mərkəzi heyətidir. Bu
mərkəz əvamirini Moskva mərkəzi-ümumisindən alır. Mərkəzlərdə katibi-
ümumilər var. Katibi-ümumilər ad
rov namında bir rusdur
77
.
Həqiqətdə qüvayi-iqtisadiyyə, əsgəriyyə, əfkari-ümumiyyə və heyəti-
icraiyyəsi birər rus əlində bulunan bu dövlətin yalnız komissarlar heyəti-
rəyasətində bulunan Musabəyov ilə icra komitəsi rəyasətində bulunan Səməd
Ağası türkdürlər ki, ikisi də türkcə adlarını belə yazmaqdan aciz, tam
ə məğlub və milliyyət nöqteyi-nəzərindən pək şübhəli adamlardır.
Xaricə qarşı Azərbaycan yalnız iki yerdə təmsil olunuyordu: Ankara ilə
Moskvada. Moskvada Azərbaycanı bir çox zaman moskvalı Solovyov namında
birisi təmsil ediyordu. Ankarada isə Əbilov bəy təmsil ediyordu. Fəqət, Türkiyə
əfkari-ümumiyyəsini iğfaldan başqa bir vəzifəsi olmayan bu yeganə müməssili-
siyasinin əcaib bir taleyi vardır. Əhibbadan birisinin pək haqlı olaraq söylədiyi kibi
o, dün Azərbaycanı təmsil ediyordu, bu gün Mavərayi-Qafqas federasyonunu
təmsil ediyor. Yarın ehtimal Ru
i təmsil etməyəcəkdir!
78
İxtilalın ilk günlərində, rus ordusunun kəndisinə yapdığı mütəntən bir
istiqbal mərasimi ilə Moskvadan Bakıya vürud edən Nəriman, “Təzə pir”
meydanında xalqa xitabən söylədiyi nitqində deyordu ki, “Məxsusi bir komisyon
55
təşkil etdik. Bu komisyon əski hökümətin övraqını tədqiq ediyor. Bir kaç gün sonra
nəticəyi elan edəcək, o vəqt siz də görəcəksiniz ki, nə kibi xainlər sizi idarə
ediyor
ə hasil olan sərvəti də məmləkəti istila edən
Qızıl o
gətiril
sadi faydasından keçə biliyor, fəqət,
öz lisa
.. Heç kimsə olmasa da, marksistlər bunun qeyri-mümkün olduğunu
bilməl
ıxmasına müsaid bir maddə varsa da,
böylə bir haqdan kim istifadə edə bilir?!...
muş!”
Kaç gün deyil, kaç sənə keçdi, o komisyon bu nəticəyi hələ elan etməmişdir.
Həm edəməz də! Çünki məmləkəti ingilislərə satdı deyə, ittiham olunan hökümətin
bir həbbə olsun hüquqi-millətdən əcanibə tərk etdiyini bir Nəriman deyil, bütün
bolşeviklər bir araya gəlsələr də isbat edəməzlər! Fəqət, Nərimanov və yoldaşları
ruslara satmadıq bir şeyi buraxmadılar. Onlar hər şeyi verdilər. Maddi, mənəvi nə
varsa həpsini təslim etdilər. Top əndaxtları ilə badi-həva göndərdikləri petrolun
yüzdə 15 faizini Azərbaycana alıb verdirmək üçün aylarla yalvarırdılar. Hissələrinə
düşən petrola sərbəst bir bazar təmini üçün dəxi nə dərəcə kiçildilər, nə qədər
təzəllül göstərdilər. Nəhayət, bu surətl
rdunun şərəfinə israf etdilər
79
.
Bakı petrolları ilə şimdiki Bakı deyil, Moskva spekulasyon (ehtikar) yapıyor.
Məmaliki-əcnəbiyyə ilə yapılan ticarət mütləqən Moskva təriqilə icra olunuyor.
Qafqasiya məvaddi-ibtidaiyyəsi etibarilə Rusiyadan daha ziyadə mübadiləyə
mühəyya ikən Batum təriqilə deyil, Moskva yolu ilə Avropaya rəbt edilmək
istəniliyor. Bu kibi süni vasitələrlə Mavərayi-Qafqas münasibəti-iqtisadiyyəsinin
məcrayi-təbiisini – Azərbaycan-Gürcüstan nöqteyi-nəzərindən deyil, böyük Rusiya
mənafeyi-nöqteyi-nəzərindən idarə ediyorlar. Cəbrlə, süngü ilə, ÇK ilə vücuda
ən Rusiya federasyonuna böylə süni yollarla iqtisadi bir zəmin hazırlıyorlar.
Məsələ bununla da qalmıyor. Azərbaycanda türk hərsi-milliyyəsi əleyhinə
görülən təşəbbüslər o qədər irəliləmiş olmalıdır ki, Nəriman kəndisi belə buna
qarşı qəzetə sütunlarında məqalə qazmaq məcburiyyətində qaldı. O, Bakıda çıxan
rusca “Bakinski raboçi” və türkcə “Kommunist” qəzetlərində nəşr eylədiyi bir
məqaləsində diyordu ki: “Azərbaycan əmələ və köylüsü bəzi mülahizat ilə siyasi
haqqından, təmamiyyəti-mülkiyyəsindən, iqti
nından kimsəyə fədakarlıq yapmaz”
80
.
Fəqət, siyasi haqqına, kəndi toprağına və həyatın əsasını təşkil edən
iqtisadiyyatına qarşı laübali qalan bir millət, lisan və hərsi-milliyyəsini müdafiə
edə bilərmi?!.
idirlər.
Mavərayi-Qafqas cümhuriyyətlərinin siyasi, hüquqi və iqtisadi müqəddəratı,
şimdi kəndi mərkəzlərindən ziyadə, Moskvaya mərbutdur. 1922 sənəsinin
nəhayətində, Moskvada ittixaz olunan qərara görə Rusiya, Ukrayna, Belorusiya və
Mavərayi-Qafqas cümhuriyyətlərindən mütəşəkkil bir Sovetlər cəmahiri-
müttəfiqəsi vücuda gəlmişdir. Burada bütün Mavərayi-Qafqas namına bir
mürəxxəs vardır. Cəmahiri-müttəfiqə heyəti-idarəsi cümhuriyyətlərinin müsavi
surətdə ezam eylədikləri mürəxxəslərdən deyil, məmləkətlərin nüfusi-
ümumiyyələri nisbətində göndərdikləri mürəxxəslərdən təşəkkül etmişdir. Şöylə ki,
ismən müttəfiq heyəti denilən müəssisə, Rusiya və rus mürəxxəslərinin qatı bir
əksəriyyət təşkil etmələrilə federasyon bir məna və mahiyyətdən çıxarılmışdır. Hər
müttəfiqin istədiyi zaman bu ittifaqdan ç
56
QIZIL İMPERİALİZM
qare, şübhəsiz, kəndisini yeni sistem – bir
şdur.
Rusiya
ütəcaviz bolşevik qüvvətinə qarşı uzun müddət müqavimət
göstər
qayət mühüm birisi vardır ki, onun zikrini burada bilxassə müfid
buluyo
X
Bolşeviklərin nə kibi bir Şərq siyasəti tətbiq eylədikləri, Azərbaycan
misalında bütün vüzuh və sərahətilə meydana çıxmışdır. Şərq millətlərinin xilas və
nicatına aid şüarlar ilə bolşeviklər sözdə millətlərin hüququna, hürriyyətinə və
istiqlalına hörmətkardırlar. İşdə isə digər imperialistlərdən heç də fərqli deyildirlər.
Bütün bu anlatdıqlarımızı oxuyan
imperializm qarşısında bulmu
-
Qızıl imperializm!
Hərbi-ümumi nəticəsində zühur edən daxili ixtilal nəticəsində qara Rusiya
imperializmi dünyayı vəlvələyə verən bir təraqqə ilə çökdü. Bu çökən əzəmət, 180
milyonluq müxtəlif cins və millətdən yapılma müasir bir Babil qalası idi. Bu
qalanın əqsami-mürəkkəbəsini təşkil edən millətlər kəndi müqəddəratlarının təyini
surətilə vücudi-millilərini xilasa çalışıyor və bu məqsədlə təəzzüv ediyorlardı. Əski
nın gərək qərbində və gərək cənubunda yeni hökümətlər təşəkkül ediyordu.
Rusiya ənqazı üzərində təşəkkül edən hökümətlərdən Baltik sahili ilə Qərb
hüdudunda bulunanları – Qara imperializm ilə Qızıl imperializm arasında keçən
istihalə dövründən kəmalilə istifadə edərək yeni bolşevik qüvvəyi-hərbiyyəsi
təşəkkül edincəyə qədər kəndilərini toparlıyacaq bir hala gəldilər. Finlandiya,
Litva, Latviya, Estoniya və Lehistan kibi dövlətlər əldə silah olaraq kəndi
mövcudiyyətlərini isbat etdilər. Bolşevik təcavüzünə müqavimətlə həm Rusiyanın,
həm də bütün dövlətlərin təsdiqinə nail oldular. Qafqasiya dövlətləri isə böylə bir
müvəffəqiyyətə məzhər olmadılar. Bunlar, hər nə qədər bir hökümət təşkil edərək
Avropa dövlətləri tərəfindən qismən bilfel və qismən də bilhüquq təsdiqə nail
oldularsa da, m
əmədilər.
Rusiyanın iki tərəfində təhəddüs edib də müxtəlif nəticələrlə xitampəzir olan
bu vəqayenin əsbabını tədqiq etmək, şübhəsiz, faidədən xali deyildir. Bu səbəblər
miyanında
ruz.
Dövlətlərin təşəkkül və istihalə tarixlərinə müraciət edərsəniz, kəndi
mövcudiyyəti üçün cidala başlayan bir millətin kəndisi ilə mənafei-müştərək
bulunan bir taqım qüvayi-siyasiyyədən istifadə eylədiyini görürsünüz. Yunanıstan
istiqlalını ingilislərə, Balkandakı islav dövlətləri – Rusiyaya mədyundurlar. Baltik
sahilindəki dövlətlər istiqlalları üçün yapdıqları mübarizədə düvəli-müttəfiqə filosu
ilə mühümmati-əsgəriyyəsindən pək çox faidə görmüşlərdir. Finlandiya
Cümhuriyyəti bolşevizm bəlasından Almaniyanın məzahirəti-əsgəriyyəsi ilə
qurtulmuşdur. Bolşevizm Qərb hüduduna doğru təcavüz edərkən, yalnız Rusiyadan
ayrılmış yeni dövlətləri deyil, onların arxasında duran müxalif Avropa qüvvətini də
buluyordu. Bu hal bilxassə Lehistan misalında gözə çarpar. Lehistan müqaviməti,
eyni zamanda da Fransa ərkani-hərbinin müqaviməti demək idi. Halbuki Qafqasiya
57
cəbhəsi böylə deyildi. Rusiyadan xilasa can atan Qafqasiya bu xilas ilə əlaqədar
olan İran ilə Türkiyə dövlətlərinə istinad edəmiyordu. İran hadisatında qüvayi-
müdafiədən məhrum və təşkilati-əsgəriyyəcə zəif idi. Türkiyə isə kəndisini
boğmaq istəyən Avropaya qarşı livayi-üsyan açdığından ixtilalçı Rusiyanın hər nə
surətlə olursa-olsun, bir az əvvəl kəndi hüduduna yaxınlaşmasını istiyordu.
Qafqasiyaya doğru enən bolşevik qüvvətində o, Avropaya müxalif bir qüvvət
gördüyü üçün Şimaldan uzanan əli uzun boylu tədqiqə imkan bulamıyaraq, çabuq
sıxıyordu. Qafqasiyanın başı üzərində yapılan bu müsafihə şübhəsiz ki, Qafqasiya
cümhu
siyasi məsələləri vəqayedən
ziyadə
i çalmaqla istifadə ediyor. Necə ki,
Azərb
min put (12 milyon kilo) pambıq və pək çox ipək və sairə
aşırmı
lə ilğa etmək təəhhüdünə giriyor və propağandalarını həmən tədil
ediyorlardı.
riyyətlərinin müqəddaratı üzərində qəti bir təsir icra eyləmişdir.
Həyat və məmat mübarizəsinə atılan Türkiyənin böylə vəziyyət almaq
zərurətində qalması, şübhəsiz ki, “Əhvən şərin xeyirən” düsturu üzərinə vaqe
olmuşdur. Mühəqqəq ki, Qafqasiyanın təkrar Rusiya rəbqəyi-əsarətinə keçməsi,
Türkiyə mənafei-nöqteyi-nəzərindən böyük bir zərərdir. Fəqət, “Sevr” müahidəsi
ilə qabiliyyəti-həyatiyyədən məhrum, zəlil bir dərəkəyə endirilən Türkiyə daha
böyük bir zərərdə idi. Türkiyəyi bolşeviklərlə müsafihəyə icbar edən səbəb Lloyd
Corc
81
və Klemanso
82
Avropasının nəşeyi-zəfərlə kor olan siyasəti idi. Bu siyasət
var ikən Türkiyə Böyük millət məclisi zəmamdarlarını bolşeviklərlə anlaşdıqları
üçün kimsə müaxizə edəməz. Bolşevik siyasətinin Türkiyə üçün siyasi bir
sövqülceyş manevrəsi olduğunu qəbul etməmək, dünya məsələlərini pək dar bir
gözlüklə görmək olurdu. Fəqət bu böylə olmaqla bərabər, bolşevik siyasətinin də
imperializmin digər bir şəkli olduğunu unutmaq,
xəyal və arzularımıza görə təqdir etmək olur.
Avropa imperialistləri müstəmləkələrini qiyməti-faziləyi “Ana yurd”a
çəkmək surətilə istismar ediyorlar. Halbuki Qızıl imperializm müstəmləkə halına
qoyduğu “müttəfiq”lərindən sərvətin kaffəsin
aycan bu xüsusda ən bariz bir misaldır.
Avropa imperialistlərinə qarşı müdafiəyi-nəfs edən Türkiyəyi təqviyə
etməklə, Rusiya Türkiyədən daha ziyadə istifadə etdi. Türkiyəyə verdiyi
müavinəti-maddiyyə və əsgəriyyənin nə kibi bir qiymətə vardığını bilmiyoruz.
Fəqət bolşeviklərin Bakıya girdikləri zaman banklardan çalınan, “talan həftəsi”ndə
yəğma
83
edilən mücövhərat ilə altun, gümüş təzyinat və nüquddan, Astarxana
daşınan əmtəə və müxalifatdan başqa 300 milyon put (4 milyard 800 milyon kilo)
petrol ilə 750
şlardır.
Bundan başqa, petrol mənbələrinə vəzi-yəd etdikdən sonra Lenin höküməti
ən böyük düşməni olan ingilislərlə anlaşa bilmiş, Türkiyədən daha əvvəl Avropa
dövlətlərilə bil-fel müzakirata girişmiş və ticari müqavilələr əqdinə müvəffəq
olmuşdur. İngiltərə ilə yapdığı müqavileyi-ticariyyə dolayısı ilə bolşeviklər Şərq
siyasətini be
* * *
Qızıl imperialistlərə “Siz də müstəmləkəçisiniz” dedikdə, idarələrində
bulunan millətlərə hürriyyət və hakimiyyət haqqı əta etdiklərini rədiyyə
məqamında söylüyorlar. Gələlim Qafqasiya cümhuriyyətlərinə. Əcəba, yüz sənə
58
əvvəl çar höküməti Qafqasiyaya enərkən, silah qüvvəti ilə məğlub etdiyi
xanlıqlarla kəndi rizası ilə Rusiyaya iltihaq edən Gürcüstan haqqında nə kibi bir
siyasət tətbiq ediyordu? O zaman xanlıqlar birdən-birə ilğa edilməmişdi. Gürcüstan
şahlığı çox zaman nam və ünvanilə baqi qalmışdı. Yalnız nə oluyordu? Rusiya
əleyhdarı bir xan qaldırılıb yerinə rus tərəfdarı sadiq birisi nəsb olunuyordu.
Təşkilati-məhəlliyyəyə əl dəyilmiyor, yalnız şəhərlərdə rus əsgəri qarnizonu
saxlanıyordu. Məhakim və divan belə əskisi kibi idarə olunuyordu. Xanlıqların
təşkilati-idariyyəsi ilə bunlara məxsus şüünatın kamilən ilğası istila sənələrinin
ibtidal
ərin
ilğası,
maq
(denas
Fəqət
varsa,
Dostları ilə paylaş: |